Borçalının tavar sazı əlində,
Qarabağın şikəstəsi dilində,
Salamı var, çiçəyin də, gülün də,
Söyləyirlər - gözün aydın Əlirza!
Gözün aydın Xələfli!
Tanrı dərgahında elin duası,
Kamandarın " Yanıq Kərəm " havası,
Hər bir kəndi, hər bir eli - obası,
Söyləyirki - gözün aydın Əlirza!
Gözün aydın Xələfli!
Yağı düşmən təslim oldu, getdi, bil!
Qaçqın - köçkün kəlməsi də bitdi bil!
Olanları mən söyləyim sən də bil!
Hamısı da deyir ki, gözün aydın Əlirza!
Gözün aydın Xələfli!
Gözəlləri gül dəstəsi əlində,
Ağbirçəyi xeyir - dua dilində,
Vətən üçün oğul doğan gəlin də -
Söyləyir ki, gözün aydın Əlirza!
Gözün aydın Xələfli!
Qələbənə Xudafərin sevinir!
Hünərini bütün dünya bəyənir!
Rəhbərinlə on bir milyon öyünür! -
Söyləyir ki, gözün aydın Əlirza!
Gözün aydın Xələfli!
Azad oldu əsir düşmüş qəbirlər,
Qoy gəlməsin, keçib getmiş o illər,
Elə bağlı, vətənpərvər nəsillər -
Söyləyir ki, gözün aydın Əlirza!
Gözün aydın Xələfli!
Başı qarlı, gür bulaqlı dağlar da,
Al qırmızı meyvə verən bağlar da,
Bulaqlar da, çeşmələr də, sular da -
Söyləyir ki, gözün aydın Əlirza!
Gözün aydın Xələfli!
Qürur keçirirəm sənin adına,
Tanrı çatsın o ölkənin dadına!...
İsinərək ocağına, oduna
Əli Abbas Borçalıdan deyir ki,
Deyir ki, gözün aydın Əlirza!
Gözün aydın Xələfli!
Əli Abbas AYB - nin fəxri üzvü şərəf ordenli yazıçı.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.