“Xocalı Soyqırımını Tanıtma” və “Yeni Yurd” Sosial İnkişaf ictimai birliklərinin, o cümlədən də, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun fəalları daim ön cəbhə ilə nəfəs alır, mütəmadi olaraq cəbhə bölgələrinə səfər edir, şəxsi heyət qarşısında maraqlı tədbirlər keçirilər.
Son səkkiz ildə İlaxır çərşənbəni ön xətdə qeyd edən Qeyri-hökumət Təşkilatlarının fəalları bu il də ənənələrinə sadiq qaldılar.
Respublika Müdafiə Nazirliyinin razılığına əsasən cəbhə xəttindəki “N” hərbi hissəsində keçirilən tədbiri zabit Rüfət Məmmədov açdı.
Dünya şöhrətli siyasətçi Heydər Əliyev və Respublikanın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı
şəhid olan soydaşlarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, “Ana harayı” qəzetinin baş redaktoru, “Tərəqqi” medalının mükafatçısı, müharibə veteranı Şamil Sabiroğlu rəhbərlik etdiyi Təşkilatın fəalları adından hərbi hissənin şəxsi heyətini salamladı, xidmətdə uğurlar arzuladı.
Şamil müəllim dedi:
-Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ordu quruculuğuna çox ciddi önəm verir. General-polkovnik Zakir Həsənovun rəhbərliyi dövründə Orduda çox müsbət dəyişikliklər baş verib: Şəxsi heyətin döyüş hazırlığı güclənib, onların mənzil-məişət şəraiti yaxşılaşıb, onların hazır yaşayış sahəsilə təmin edilməsi üçün zəruri tədbirlər görülüb və görülməkdə davam edir. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin büdcəsi işğalçı Ermənistanın dövlət büdcəsindən ən azı 3 dəfə çoxdur. Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi fəaliyyət göstərir.
Ölkəmizin ərazisindəki hərbi zavodlarda müxtəlif növ silah və hərbi texnikalar istehsal olunur ki, bu da öz növbəsində ölkəmizin müdafiə qüdrətini artırmağa, iqtisadiyyatın daha da inkişaf etdirilməsinə, dövlət büdcəsinin artmasına səbəb olur.
2016-cı ilin aprelində düşmənin təxribatının qarşısını alarkən Ordumuzun şəxsi heyəti misilsiz rəşadət göstərdi. Biz, buna görə ictimaiyyət nümayəndələri adından Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə, Respublikanın Müdafiə Naziri cənab Zakir Həsənova və Nazirliyin şəxsi heyətinə təşəkkür edirik.
“Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin sədri Hacıxanım Mahirə Əsədova, “Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondu”nun sədri, II dərəcəli müharibə əlili Hacı Ədalət Məhərrəmov, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin Nəzarət-Təftiş Komissiyasının sədri, II dərəcəli müharibə əlili Hacı Zahid Qarayev, Xocalı sakinləri-el ağsaqqalı, şair-publisist Allahyar Xocalı, Qarabağ qazisi, Şəhid Milli Qəhrəman Şakir Salahovun qardaşı Yaşar Salahov, Qarabağ qazisi Nadir Cəfərov, “turksevdasi.org” saytının baş redaktoru Sevda Zülfüqarlı və b. çıxış edərək ön cəbhədə, zabit, gizir və əsgərlərlə bir yerdə olduqlarına görə hədsiz məmnun olduqlarını bildirdilər,
Novruz bayramı münasibətilə şəxsi heyəti təbrik etdilər.
Daha sonra hər 3 Təşkilatın adından Fəxri fərman və digər qiymətli hədiyyələr xidmətdə fərqlənən zabit və əsgərlərə təqdim edildi.
Geniş meydanda Novruz tonqalı qalandı.
Qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə tonqal ətrafında rəqs etdilər.
Şamilə Şamilqızı,
“Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin üzvü.
Fotolar: “turksevdasi.org” saytının fotomüxbiri Emin Ələkbərliyə məxsusdur.
22.03.2019.
turan.info.az
.