Ayın 05 iyul 2017-ci il tarixində işə gedərkən radiodan bir gün əvvəl Erməni ordusunun cəbhə xəttinə yaxın Alxanlı adlı bir kəndi bombaladığını və bombardmanın Zəhra Quliyeva adında 18 aylıq bir körpənin ölümünə səbəb olmasını eşitdim. Bu xəbəri eşidəndə heyrətləndim. Necə bir insan mülki şəxslərin yaşıdığını bildiyi kəndi bombalaya bilər? Müharibə şəraitində olduğumuzu bilirəm, cəbhənin, hərbi bazanın bombalanmasını, hətta lap əsgərin öldürülməsinin də normal olduğunu bilirəm, ancaq bu bir kənddi və orada günahsız insanlar yaşayır. Necə bir insan belə böyük bir cinayəti edə bilər?
Digər bir tərəfdən də bu çox gülməlidi, çünki Ermənistan Rusya və İran tərəfindən dəstəklənir. Birinci Suriyada günahsız suriyalıları qorumaq bəhanəsi ilə İŞİD ilə vuruşur, amma eyni zamanda da Rusyanın silahlandırdığı erməni ordusu Azərbaycanda günahsız insanları öldürür. İkincisi isə, yəni İran, özünü lider müsəlman dövleti olduğunu, birinci hədəfinin dünyadakı müsəlmanları qorumaq olduğunu iddia edir, bütün Müsəlmanları İsrail ilə vuruşmağa çağırır, lakin sərhəddinin yaxınlığında 18 aylıq məsum müsəlman öldürülür və İran gözlərini yumaraq bunu görməməyə çalışır.
İşə çatanda ilk işim bu cinayət haqqında çoxlu məlumat toplamaq oldu. Ancaq feysbuk hesabımı açanda daha böyük surprizlə qarşılaşdım: ermənilər öldürülmüş bu məsum körpənin şəklinin altında şərhlər yazır, bir-birlərini təbrik edirdilər və hətta bir erməni gənci onu (uşağı) öldürməzdən əvvəl zorlamaq istədiyini yazmışdı. Bu, dəhşətlidi.
Bir uşağın öldürülməsi faciədi, ancaq buna sevinmək və hətta öldürülmüş məsum körpəni təhqir etmək isə daha betərdi. Bu, mənfur nifrətin arxasında hansı səbəb var?
Gürcüstanın paytaxtı Tbilisidə bir məhəllə var. Bu məhəllənin əhaləsi qarışıqdı – orada azərbaycanlılar, ermənilər və gürcülər birlikdə yaşayır. Üç il əvvəl bir gürcü qadını feysbukda yazmışdı ki, 12 yaşı olanda bir erməni rəfiqəsi var imiş. Onlar video kasetlərə baxar, sonra bu kasetləri dəyişər və filmləri müzakirə edərlərmiş. Bir gün erməni qızı ona dünən ailəsi ilə birlikdə baxdıqlarını dediyi bir sənədli filmin kasetini verər. 12 yaşlı gürcü qızı kaseti götürüb baxar. Bu, erməni faciəsi, türkiyəlilərin və azərbaycanlıların onları necə öldürməsi və s. haqqında imiş. Ancaq mən bilmirəm ki, biz azərbaycanlılar onları harada və nə vaxt öldürmüşük. Biz onların torpaqlarını işğal etməmişik, tam tərsinə onlar Azərbaycanın 20% torpaqlarını işğal ediblər. Əgər bir onların ərazilərini işğal etməmişiksə və biz erməni kəndlərinə, rayonlarına və şəhərlərinə girməmişiksə onları necə öldürə bilərik – bunu bilmirəm.
Deyə bilərik ki, düşmən dövlət haqqında təbliğat aparmaq normaldı. Bunu başa düşə bilərəm. Ancaq valideynlərin 12 yaşlı bir uşağı belə bir filmə baxmağa məcbur etməsini başa düşə bilmirə və əgər onlar Qafqazda sülh içərisində yaşamaq istəyirlərsə nə üçün erməni uşaqlarının beynini nifrətlə doldururlar.
1992-ci ildə Azərbaycanda Xocalı soyqrımı adlanan bir faciə baş Verdi. Ermənilər kiçik şəhəri tutdular və şəhərdən çıxa bilməmiş 613 nəfəri öldürdülər. Öldürlən mülkü şəxslərdən 63 uçaq, 106-sı qadın, 70 nəfəri isə yaşlı kişi və qadın oldu. Mülki şəxsləri öldürdükdən sonra ermənilər cəsədləri eybəcər hala saldılar.
30 yaşım var, Xocalı Soyqrımı baş verəndə 5 yaşım var idi. Valideynlərim bunun insaniyyətsizlik olduğunu, travma almağımı istəmədiklərini deyərək heç vaxt Xocalı Soyqırımı haqqında hər hansı filmə baxmağıma icazə vermədilər. Hətta bu gün də bu faciə haqqında filmlərə baxa bilmirəm, çünki mənfurluqdu. Qəlbi və ruhu olan bir insan övladı belə böyük bir cinayəti necə edə bilər?
Ədəbiyyatı bitirmişəm və universitetdə olarkən Puşkinin bəzi şerlərini oxudum. Bir şerində yazır. “sən qoca qadınsan, sən qorxaqsan, sən köləsən; sən ermənisən!
Bu barədə müəlliməmdən soruşadan məni səhv başa düşdü və Puşkinin sözlərini konteksdən çıxartdığımı deyərək məni tənbeh etdi. Əlavə etdi ki, biz Ermənistanla müharibə şəraitində yaşaya bilərək, ancaq hisslərimizin ağlımıza nəzarət etməsinə imkan verməməliyik. Hər hansı milləti təhqir etmək etik deyil. Amma mənim məqsədim hər hansı bir milləti təhqir etmək deyildi, mən sadəcə onun ermənilər haqqında niyə belə bir təbirdən istifadə etdiyini öyrənmək istəyirdim.
Təəssüf ki, erməni tərəfdən belə insani yanaşmanı görə bilmirəm. Məsələn Gürcüstan respublikasnda 300-600 min arasında azərbaycanlı var və təxminən bir o qədər də erməni var. Hər il Gürcüstandakı erməni etnik azlığı Qarabağda ermən
ilər tərəfindən işğal edilmiş Şuşa (şəhərinin) işağılını bayram kimi qeyd edirlər. Bu Gürcüstanda yaşayan azərbaycanlı milli azlığına qarşı provokasiyadı.
Ermənistanın paytaxtı İrəvanda Soyqırım Xatirəsi Kompleksi var. Hər il ermənilər orada Azərbaycan bayrağı yandırırlar. Azərbaycan bayrağının yandırılması onlar üçün “böyük bayramdı”. Ancaq ərazimizin işğal edilməsinə, məsum insanlarımızın öldürülməsinə və hələ də öldürülməyə davam etməsinə baxmayaraq Azərbaycan erməni bayrağı heç vaxt yandırılmayıb. Çünki biz gənc nəsil arasında nifrət yaymağı istəmirik, çünki biz qan axmasını istəmirik, çünki biz Qafqazı öz evmiz bilirik və digər böyük dövlətlərin burada yaşayan millətlərə qarşı müharibə törətməsinə imkan vermək istəmirik.
Ermənistanın niyyətini başa düşmə bilmirəm. Erməni gəncliyi arasında nifrət yaymaqla nəyi əldə edəcəklərini umurlar? Bu gün onlar Rusya və İrana güvənirlər, düşünürlər ki, onları bizə qarşı qoruyacaqlar. Onlar nə üçün yaddan çıxardırlar ki, bir gün Rusya və İran da Sovet höküməti kimi dağıla bilər? Belə olduqda onları kim qoruyacaq? Nə üçün məsələnin həllini tapmaq yerinə qan axıtmağı istəyirlər. Yoxsa düşünürlər ki, belə radikal, qeyri-insani nəsil yetişdirməklə zəfər qazanacaqlar?
Qabil AŞİROV,
turan.info.az
"THE YERUSALİM POST"-a buradan keçid edə bilərsiniz...
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.