Xatırladıram ki, bu xeyirxah addım əslən Şabran rayonundan olan sahibkar, eyni zamanda, “Yeni Yurd” ictimai birliyinin sədri Mahirə Əsədovaya məxsusdur.
Mahirə xanımın təşkilatçılığı ilə 2015-ci ildə Ağdam rayonunun Əhmədağalı kəndində şəhid Şəmsəddin İbrahimov adına Subartezian quyu və bulaq istifadəyə verilmişdi. Hazırda həmin su quyusundan 144 evə, 1 şəfa ocağına və 1 Uşaq baxçasına su verilir.
Şamil Sabiroğlu,
“Ana harayı” qəzetinin baş redaktoru,
“Tərəqqi”medalının mükafatçısı.
Bakı, 07.05.2016.
P.S.: Ağdam rayonunun Quzanlı qəsəbəsində bu günlərdə istifadəyə veriləcək bulaq. Bulaq, Azərbaycanın Milli Qəhrəmaanı, şəhid soydaşımız Şirin Mirzəyevin adını daşıyır. Şirin Mirzəyev əslən Qarabağın füsunkar guşələrindən olan Xankəndi şəhərindəndir. Peşəkar hərbçiydi. Ağdam bölgəsində nümunəvi hərbi hissə yaratmışdı.1992-ci il iyun ayında şəhid olub.Allah ruhunu şad, məkanını cənnət eləsin!..Amin...
.