turan.info.az -a Gürcüstandan bildiriblər ki, yürüş iştirakçıları əvvəlcə Azərbaycan torpaqları uğrunda canlarını fəda etmiş şəhidlərin xatirələrini bir dəqiqəlik sükutla yad ediblər.
Gürcüstanın Azərbaycandakı səfirliyi qarşısında Azərbaycanın dövlət himnini oxuduqdan sonra “Qarabağ bizimdir, bizim olacaq!”, “Qarabağ Azərbaycanındır!”, gürcü dilində yazılan “Abxaziya və Osetiya, Qarabağa həmrəylik!” sözləri yazılan şüarlar səsləndirilib.
Tiflis Dövlət Universitetinin tələbəsi və aksiya təşkilatçılarından olan Daur İsmayılov tələbələr qarşısında çıxış edərək son günlər Dağlıq Qarabağda baş verən hadisələrdən danışıb: “Tiflisdə yürüşümüzün məqsədi Azərbaycanı dəstəkləməkdir.
Biz, Azərbaycana qələbələr arzulayırıq.
Gürcüstan ali məktəblərində təhsil alan azərbaycanlı və gürcü tələbələri bizimlə həmrəydir.»
Sonra TDU-nin tələbəsi Daur İsmayılov gitarada azərbaycanlı tələbələrlə birlikdə əsgər marşı oxuyub.
Aksiyanın təşkilatçısı Huru Əsgərova toplaşanlara səmimi təşəkkürünü bildirərək, xalqına dəstək olanlara səslənərək qeyd etdi ki, “Azərbaycanın uğurları ilə fəxr edib bunu təbliğ etmək biz gənclərin üzərinə düşür”.
Qeyd edək ki, bu sayca tələbələrin keçirdiyi ikinci aksiyadır, aksiyaların təşkilində heç bir qurum və QHT qatılmayıb, tələbələrimiz müstəgil şəkildə özləri bu cür aksiyalar təşkil ediblər.
Xatırladaq ki, Gürcüstanın ali təhsil ocaqlarında 1000-dən çox azərbaycanlı tələbə təhsil alır, onlar Gürcüstan vətəndaşıdırlar.
ახალგაზრდებმა ომში დაღუპულთა პატვისაცემად
1 წუთიანი დუმილი გამოაცხადეს. შემდეგ , აზერბაიჯანის საელჩოსკენ მივიდნენ, გზა და გზა იძახდნენ შემდეგს : „ ყარაბაღი ჩვენია და ჩვენი იქნება „ , „მშვიდობა ყარაბაღს“ „მშვიდობა აფხაზეთსა და ოსეთს „ „ სირცხვილი ოკუპანტებს „ . აზერბაიჯანის საელჩოსთან,რომ მივიდნენ შეასრულეს აზერბაიჯანის ჰიმნი და დაურ ისმაილოვმა ჯარისკაცის სიმღერა შეასრულა. მოგვიანებით დაურ ისმაილოვმა , რომელიც იყო აქციის მთავარი ორგანიზატორი , ისაუბრა ყარაბაღში აპრილის დასაწყისში მომხდარ ამბებზე. მსვლელობა ინციდენტის გარეშე ჩატარდა.
.