bu günlərdə Gürcüstanda yaşayan azərbaycanlıların Qarabağ uğrunda savaşa hər an hazır olduqladı haqqında Bəyanat yayıb.
Bəyanatda deyilir:
Gürcüstan azərbaycanlıları Ermənistanın Azərbaycana qarşı törətdiyi son hərbi təxribatları qəti şəkildə pisləyir və münaqişənin sülh yolu ilə həllini dəstəkləyirlər.
Aprelin 2-nə keçən gecə Ermənistan silahlı qüvvələri növbəti dəfə Azərbaycan dövləti və xalqına qarşı silahlı təxribat törədərək yaşayış məntəqələrini və dinc sakinləri ağır hərbi texnikalardan atəşə tutub. Azərbaycan bu addıma cavab olaraq əks-hücuma keçib və düşməni geri çəkilməyə məcbur edib.
Ermənistanın hərbi işğalı ilə üzləşən Azərbaycan beynəlxalq hüquq çərçivəsində haqlı olaraq Ermənistana tutarlı cavab verib. Bu gün BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Azərbaycana ərazi bütövlüyünü bərpa etməyə tam hüquq verir. Ermənistan, işğalçı qoşunlarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı beynəlxalq təşkilatların çoxsaylı çağırışlarına baxmayaraq işğalı davam etdirir və təmas xəttində təxribatlar törədir.
İşğal və separatizmə məruz qalan Gürcüstan da eyni problemlə üzləşib, ölkənin separatizm və yüz minlərlə qaçqın ağrısı var. Bu gün Azərbaycan xalqı ədalətin bərqərar olması, Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün bərpa olunması yolunda əvvəlkindən daha vahid mövqedən çıxış edirlər.
Dünya ictimaiyyəti Ermənistanın son təxribatçı fəaliyyətini qəti şəkildə pisləməli və Azərbaycanın əzəli torpaqlarını boşaltmağı tələb etməlidir. Dağlıq Qarabağ münaqişəsi dinc yolla Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mövqelərinə hücum nəticəsində qəhrəmancasına şəhid olmuş Azərbaycan oğullarının və mülki şəxslərin ailələrinə dərin hüznlə başsağlığı verir və ailələrinə səbr diləyirik.
Gürcüstanda yaşayan hər bir azərbaycanlı Azərbaycanın haqq işinə dəstək verməyə hər an hazırdır!
Qeyrət Hərəkatı
Gürcüstanda Azərbaycan Evi