"PARK İNN" hotelinin
"DAN ULDUZU" zalında
Xocalı qətliyamın
24-cü ildönümünə
həsr olunmuş
"XOCALI ..24 İL" adlı
Anım gecəsi keçirilib.
Gecədə Azərbaycanın tanınmış simaları, görkəmli elm və mədəniyyət xadimləri, respubilkamızda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin nümayəndələri, Millət vəkilləri və jurnalistlər
iştirak ediblər.
turan.info.az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən və Xocalı faciəsi
qurbanlarınin xatirəsi
bir dəqiqəlik sükutla
yad edildikdən sonra,
tədbiri giriş sözü ilə
Demokratik Azərbaycan
Dünyası Partiyasının (DADP)
aparat rəhbəri
Bəybala Mirzəyev açıb.
Sonra Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri və 1-ci Qarabağ savaşının iştirakçısı, ehtiyatda olan zabit Əlsahib Hüseynov geniş məruzə ilə çıxış edib.
O, Xocalı qətliyamının baş vermə səbəblərindən, qəddar düşmənimiz olan ermənilərin zaman-zaman millətimizə qarşı törətdikləri vəhşilikdən danışıb.
Tədbirdə "Xocalı Soyqrımını Tanıtma" İçtimai Birliyinin sədri, "Ana Harayı" qəzetinin Baş redaktoru, "Tərəqqi" medalının mükafatçısı
müharibə veteranı
Şamil Sabiroğlu
Xocalıda baş verən
qətliyam haqqında
geniş məlumat verib,
Xocalı soyqırımının
şahidlərindən biri kimi
erməni terrorçularının
və onların havadarlarının
törətdikləri vəhşiliklərdən
danışıb.
Şamil müəllim, o zaman
işlədiyi və 2 milyon tirajla
nəşr edilən "Səhər" qəzeti
vasitəsilə bu dəhşətli xəbəri
ölkə ictimaiyyətinə
çatdırdığını vurğulayıb
və qeyd edib ki,
Xocalı soyqırımının
baş verməsində
Rusiya amilini və
Azərbaycanın o zamankı
siyasi rəhbərliyinin səriştəsizliyini,
vəzifə səhlənkarlığını da
unutmaq olmaz.
Məşhur bədii
qiraət ustası,
Azərbaycan Dövlət
İncəsənət Universitetinin müəllimi,
Azərbaycan
Respublikasının
Əməkdar artisti
Ağalar Bayramovun
Xocalı qətliamı ilə bağlı
özünəməxsus ustalıqla
söylədiyi şeirlər
tədbir iştirakçılarının
qəlblərini kövrəldib,
insanların ürəklərini
yerindən oynadıb.
Azərbaycan Dövlət
Dillər Universitetinin
professoru
Məhəmməd Teymurlu,
Qarabağ qaziləri -
Habil Şirinov,
Zahid Qarayev,
şairə Sənəm Səbayel,
"Odlar Yurdu" Universitetinin
magistri Günay İmanova
və başqaları
Azərbaycan xalqının
düşmənlərdən qisası
almalarının vaxtının
çoxdan çatdığını
qeyd ediblər.
Sonra tədbirdə
digər qonaqlar,
Xocalı hadisələrinin
canlı şahidləri,
Xocalının müdafiəsində
iştirak etmiş keçmiş
döyüşçulər çıxış ediblər.
Tədbirin bədii hissəsində
Azərbaycanın
Xalq artisti Alim Qasımov
və Gənc Tamaşaçılar
Teatırının aktyoru
Vahid Orucoğlunun
rəhbərliyi altında
hazırlanan və soyqırım
qurbanlarına həsr edilən
"Qanın rəngi-Xocalı..."
adlı ədəbi-bədii
kompozisiya
nümayiş olunub.
Məktəblilər və
gənclər Vətən,
Xocalı, Qarabağ
mövzusunda
şeirlər səsləndiriblər.
Sonda Xocalı faciəsinə
həsr edilmiş slayd
nümayiş etdirilib.
.