"Yemək məhsulları heç də mənəvi qidadan qiymətli olmamalıdır"

"Yemək məhsulları heç də mənəvi qidadan qiymətli olmamalıdır"
Milli Məclisin
payız sessiyasının
14 noyabr 2019-cu il tarixli
plenar iclasında
AZƏRBAYCAN MƏTBUAT ŞURASININ SƏDRİ, MİLLƏT VƏKİLİ,
ƏFLATUN AMAŞOV
“Azərbaycan Respublikasının
Vergi Məcəlləsində
dəyişiklik edilməsi haqqında”

Azərbaycan Respublikasının
Qanun layihəsi ilə bağlı çıxış etmişdir.
Aşağıda həmin çıxışın mətnini turan.info.az-ın dəyərli oxucularına təqdim edirik:

"Artıq üçüncü gündür ki, biz ölkəmiz üçün çox vacib məsələləri müzakirə edirik. İndiki məsələ də çox əhatəlidir və mütərəqqidir. Hesab edirəm ki, Vegi Məcəlləsinə müzakirə etdiyimiz dəyişikliklərdən irəli gələn məsələlər qarşımızda tam yeni mərhələ açır.
Biz bu mərhələni məsuliyyət mərhələsi kimi də dəyərləndirə bilərik.

İlk diqqətimi cəlb edən Məcəllədən iri vergi ödəyicisi anlayışının çıxarılması və məsələnin digər maddələrə əlavələrlə daha da konkretləşdirilməsidir. Məcəlləyə «yalan əqd» anlayışının daxil edilməsini xüsusilə vacib sayıram. Müəssisələrin hüquqi sahibləri ilə yanaşı, faktiki sahibləri, yəni təsisçiləri də məsuliyyətdən kənarda qalmamalıdır. Bunları müsbət qiymətləndirirəm. Təbii ki, müəyyən qeydlərim də var.

Bu baxımdan Məcəllənin 2.4-1-ci maddəsinə əlavəyə münasibətimi ifadə etmək istərdim. Göstərilir ki, sahibkarlıq və investisiya fəaliyyətini təşviq edən azadolmalar və güzəştlər müddətli olmalı və fərdi xarakter daşımamalıdır. Bunun vurğulanmasına ehtiyac görmürəm. Əvvəla ölkəmiz sahibkarlıq və investiyası fəaliyyətini təşviq edir. Cənab Prezident də çıxışlarında dəfələrlə məsələyə toxunub. Belə olan halda bu maddənin məcəlləyə əlavə edilməsi belə desəm, mənəvi uyğunsuzluq yaradır. İkincisi, əgər azadolma və güzəşt, eyni zamanda onun şamil edildiyi qrup müəyyənləşdirilirsə, bunu nə vaxtsa məcəlləyə dəyişikliklə də həyata keçirmək mümkündür. Məncə, sənədin ümumən mütərəqqi təbiətini bu cür ifadələrlə ağırlaşdırmağa ehtiyac yoxdur.

Söhbət Vergi Məcəlləsindən düşübsə, mən bu sənəddə əksini tapan, ancaq tamamilə başqa qərarla icra olunan məqama diqqətinizi çəkmək istərdim. Məsələyə bir neçə dəfə toxunmuşam da. Vergi Məcəlləsinin 164.1.7-ci maddəsində göstərilir ki, kütləvi informasiya vasitələri məhsullarının alqı-satqısının bütün növləri üzrə dövriyyələr, mətbu kütləvi informasiya vasitələri məhsulları istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla) ƏDV-dən azaddır.

Ancaq bilirsiniz ki, 2016-cı ildən ölkəyə gətirilən qəzet kağızı və hazır çap məhsulları əlavə dəyər vergisinə cəlb edilir. Kitablarla bağlı hörmətli Fazil müəllim də söylədi. Çünki yuxarıda qeyd etdiyim azadetmə vaxtilə Məcəllə ilə paralel şəkildə Nazirlər Kabinetinin qərarında da əksini tapmışdı. Həmin qərar 2015-ci ildə ləğv edildiyindən ƏDV tətbiq olunur. Olmazmı ki, biz bu məsələdə Nazirlər Kabinetinin ləğv edilmiş qərarını deyil, Vergi Məcəlləsini rəhbər tutaq? Bu verginin tətbiqindən dövlət büdcəsinə cəmi 600 minə yaxın vəsait daxil olur. Rəqəm elə də böyük deyil. Ancaq mətbuat üçün kifayət qədər böyük rəqəmdir.

Yeri gəlmişkən, məcəllənin 164.1.8-ci maddəsinə də diqqət yetirdim. Orada ümumtəhsil müəssisələri üçün dərslik komplektləri (iş dəftərləri istisna olmaqla) və uşaq ədəbiyyatının istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyətnin də ƏDV-dən azad olunduğu göstərilir. Bu imtiyaz niyə mediaya da şamil edilməsin? Detallara getmək istəməzdim, ümumən “Vergi ödəməkdən azad edilmə” adlı 164-cü maddədə elə bəndlər var ki, onlar üzrə ayrı-ayrı sahələrlə bağlı vergidən azadetmə KİV fəaliyyəti qədər önəmli deyil. Unutmayaq ki, ət, çörək və digər yemək məhsulları heç də mənəvi qidadan qiymətli olmamalıdır.

Biz hər zaman, hər yerdə bildiririk ki, ölkəmizdə media fəaliyyəti üçün münbit şərait mövcuddur. Bir sıra imtiyazlar var. Mediaya dövlət qayğısı göstərilir. Belə olan halda məncə, ƏDV-nin ləğvini də növbəti imtiyaz kimi nəzərdən keçirməyə dəyər. Buna ehtiyac var. Habelə Vergi Məcəlləsinin timsalında qanunvericilik əsasının olduğunu da vurğuladım".

turan.info.az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Əflatun AMAŞOVun Azərbaycan Respublikasının Milli Məclisinin payız sessiyas ...

Əflatun AMAŞOVun Azərbaycan Respublikasının Milli Məclisinin payız sessiyas ...

Milli Məclis, MEDİA
«Kütləvi informasiya vasitələri haqqıda» Qanuna dəyişikliklər olduqca əhəmi ...

«Kütləvi informasiya vasitələri haqqıda» Qanuna dəyişikliklər olduqca əhəmi ...

Milli Məclis, MEDİA

"Mən informasiya təhlükəsizliyi ilə bağlı da ayrıca dövlət sənədinin qəbul ...

Milli Məclis, MEDİA
Əflatun AMAŞOV: «İşsizlikdən sığorta haqqında» qanun ölkəmizin əmək, ümumən ...

Əflatun AMAŞOV: «İşsizlikdən sığorta haqqında» qanun ölkəmizin əmək, ümumən ...

Milli Məclis, MEDİA
Əflatun Amaşov: “Saytların 15 faizinin rekvizitləri göstərilmir”

Əflatun Amaşov: “Saytların 15 faizinin rekvizitləri göstərilmir”

MEDİA, "Şərqin səsi"
ƏFLATUN AMAŞOV:

ƏFLATUN AMAŞOV: "...dəyişikliklər ilk növbədə jurnalistika, peşənin təəssü ...

Milli Məclis, MEDİA
Millət vəkili Əflatun AMAŞOV

Millət vəkili Əflatun AMAŞOV "Şəhid ailələrinə edilən güzəştlər"in artırı ...

Milli Məclis, MEDİA
Əflatun AMAŞOV:

Əflatun AMAŞOV: "...Ana dilimiz dövlətimizin rəmzidir, dövlət müstəqilliyi ...

Milli Məclis, MEDİA
Əflatun AMAŞOVun Milli Məclisin iclasındakı çıxışı:

Əflatun AMAŞOVun Milli Məclisin iclasındakı çıxışı:

Milli Məclis, MEDİA
Əflatun AMAŞOVun Miqrasiya Məcəlləsinə dəyişikliklərlə bağlı çıxışı

Əflatun AMAŞOVun Miqrasiya Məcəlləsinə dəyişikliklərlə bağlı çıxışı

Milli Məclis, MEDİA, Gürcüstan
“Soydaş haqqında” qanuna ehtiyac duyulmaqdadır

“Soydaş haqqında” qanuna ehtiyac duyulmaqdadır" - MİLLƏT VƏKİLİ ƏFLATUN AM ...

Milli Məclis, MEDİA
Vergi ödəyicilərilə görüş keçirilib

Vergi ödəyicilərilə görüş keçirilib

Regionlar, Sosial
Əflatun AMAŞOV:

Əflatun AMAŞOV: "Büdcəmizdə keçən ilkindən fərqli olaraq əhəmiyyətli dərəc ...

Regionlar, MEDİA, Tiflis, Sosial
Əflatun AMAŞOV:

Əflatun AMAŞOV: "Azərbaycan və Rusiya dövlətləri arasındakı əlaqələr yüksə ...

Milli Məclis, MEDİA
Təsərrüfatçılar üçün yeni güzəştli vergi təklifi

Təsərrüfatçılar üçün yeni güzəştli vergi təklifi

Gürcüstan, Borçalı
Ölkəmizdə dərc olunan qəzet, jurnal və digər çap məhsullarının arxiv fondun ...

Ölkəmizdə dərc olunan qəzet, jurnal və digər çap məhsullarının arxiv fondun ...

Mədəniyyət, Arxiv

"İnternet resurslarının hostinqləri Azərbaycanda deyil, xarici ölkələrədə ...

MEDİA
MŞ sədri Hindistanda keçirilən  beynəlxaq toplantıda iştirak edib

MŞ sədri Hindistanda keçirilən beynəlxaq toplantıda iştirak edib

MEDİA
Prezident İlham Əliyev Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması ha ...

Prezident İlham Əliyev Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması ha ...

Rəsmi Xəbərlər, Diaspora
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

MEDİA
Rəy yazın: