"Keşikçidağ məbədində baş vermiş insident böyük narahatlıq doğurur" - ƏFLATUN AMAŞOV

"Keşikçidağ məbədində baş vermiş insident böyük narahatlıq doğurur" - ƏFLATUN AMAŞOV Azərbaycan Mətbuat Şurasının sədri,
Millət vəkili Əflatun AMAŞOV:


Keşikçidağ məbədində gürcülərlə Azərbaycan sərhədçiləri arasında baş vermiş insident böyük narahatlıq doğurmaqdadır.
Əminəm ki, Gürcüstan rəhbərliyi məsələni çox ciddi araşdıracaq, günahkarlar qanun qarşısında cavab verəcəklər.
Elə tədbir görülməlidir ki, gələcəkdə bu sayaq xoşagəlməz hallar yaşanmasın.

Ümumiyyətlə, millətindən, vətəndaşlığından asılı olmayaraq Gürcüstanla Azərbaycan arasına nifaq salmağa cəhd edən hər bir kəs qanun qarşısında məsuliyyət daşımalıdır.


Həssas çoğrafi mövqedə yerləşən Azərbaycan və Gürcüstan strateji tərafdaş ölkələrdir.

Xalqlarımızı qədim tarixə malik möhkəm dostluq və mehriban qonşuluq ənənələri birləşdirir.
Regionumuz nəhəng beynəlxalq layihələrin reallaşdığı məkandır. Bu məkanda başlıca söz sahibi Azərbaycan və Gürcüstandır. Hər iki ölkə regionun mühüm sabitlik təminatçıları olaraq çıxış edirlər. Bu mövqeyimizi gözü götürməyənlər də az deyil.

Bəzi gürcü din nümayəndələri, gürcü olmayan, sonradan gürcüləşmiş şəxslər, reytinqləri kifayət qədər aşağı olan partiyalar Keşikçidağ məsələsini şişirdərək onu sanki Gürcüstan hakimiyyətinin görməli olduğu ən mühüm vəzifə kimi dəyərləndirirlər, mövcud xüsusda ittihamlar yağdırırlar. İstəkləri Azərbaycan və Gürcüstan cəmiyyətində gərginlik yaratmaqdır.

Mən məsələnin kökünü dərində görürəm. Şərqi Qərb ilə birləşdirən, konkret olaraq Çinlə Avropanın yeni, əslində isə qədim olan ticarət yolunun Azərbaycan və Gürcüstan üzərindən keçməsi, habelə regionumuzun Avropanın enerji təminatında ciddi rol oynaması müəyyən güc mərkəzlərinin mənafelərinə uyğun deyil. Gərginliyin yaranmasında məhz onlar maraqlıdırlar. Burada erməni faktorunu da unutmaq olmaz. Ermənilərə Azərbaycan-Gürcüstan dostluğu, nəinki Azərbaycanın, eləcə də Gürcüstanın güclü olması sərf etmir. Ermənilər bu gün də Gürcüstana qarşı torpaq iddiasındadırlar. Yada salım ki, 2008-ci ildə baş vermiş müharibədə abxazların və osetinlərin tərkibində Gürcüstana qarşı çoxlu sayda erməni də döyüşüb. Bu, danılmaz faktdır.

Mən əminəm ki, Azərbaycan və gürcü xalqları həmişə olduğu kimi, yenə də müdriklik nümayiş etdirəcək, qonşuluq, strateji tərəfdaşlıq münasibətlərinin sarsılmasına yönələn təxribata imkan verməyəcəklər.
Eyni zamanda hər iki ölkənin media nümayəndələrinə hadisələrə soyuq başla yanaşmağı, xalqlarımızı birləşdirən məsələlərinin işıqlandırılmasına daha çox üstünlük vermələrini tövsiyyə edərdim.


turan.info.az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
“Keşikçidağ” abidəsi tarix boyu Azərbaycanın ərazisi olub!..

“Keşikçidağ” abidəsi tarix boyu Azərbaycanın ərazisi olub!.." - Millət vək ...

Milli Məclis
ƏFLATUN AMAŞOV:

ƏFLATUN AMAŞOV: "Əminik ki, baş verənlərdən Gürcüstan hakimiyyəti böyük öl ...

Milli Məclis, MEDİA, Gürcüstan
Azərbaycan ilə Gürcüstan strateji tərəfdaşlardır

Azərbaycan ilə Gürcüstan strateji tərəfdaşlardır

Tiflis, Diaspora
Fatma Yıldırım: -

Fatma Yıldırım: - "Kobaxidzenin Bakıya səfəri nə vəd edir?"

Milli Məclis, Gürcüstan
Gürcüstanın hakim partiyasından olan deputatlar Axalkalakidə erməni terrorç ...

Gürcüstanın hakim partiyasından olan deputatlar Axalkalakidə erməni terrorç ...

Gürcüstan, Borçalı, Qarayazı
Əflatun Amaşov Gürcüstan parlamentinin sədr müavini ilə görüşüb

Əflatun Amaşov Gürcüstan parlamentinin sədr müavini ilə görüşüb

MEDİA, Gürcüstan
Əflatun Amaşov Gürcüstana səfər edib

Əflatun Amaşov Gürcüstana səfər edib

MEDİA, Gürcüstan
“ATV”-nin Gürcüstan müxbiri Nadir Almazoğlu diplomla təltif olunub

“ATV”-nin Gürcüstan müxbiri Nadir Almazoğlu diplomla təltif olunub

MEDİA, Qarayazı

"Mən informasiya təhlükəsizliyi ilə bağlı da ayrıca dövlət sənədinin qəbul ...

Milli Məclis, MEDİA
Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətləri inkişaf edir

Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətləri inkişaf edir

MEDİA, Gürcüstan
“Azərbaycan-Gürcüstan: dostluğun inkişaf yolu” adlı kitab nəşr olunub

“Azərbaycan-Gürcüstan: dostluğun inkişaf yolu” adlı kitab nəşr olunub

Yeni nəşrlər, Ədəbi əlaqələr
Əflatun AMAŞOV:

Əflatun AMAŞOV: "Təbriz Musazadə - Yaqublu kəndinin sayca 3-cü, Borçalının ...

MEDİA, Borçalı, Başkeçid
Mətbuat Şurasının sədri Türkiyənin Azərbaycandakı Səfirliyində olub

Mətbuat Şurasının sədri Türkiyənin Azərbaycandakı Səfirliyində olub

MEDİA, Turan
Əflatun Amaşov Gürcüstanda görəcəkləri işlərin ANONSUNU verdi

Əflatun Amaşov Gürcüstanda görəcəkləri işlərin ANONSUNU verdi

Milli Məclis, MEDİA, Gürcüstan, Borçalı
Əflatun Amaşov: “Gürcüstanda azərbaycandilli mətbuatın inkişaf etdirilməsin ...

Əflatun Amaşov: “Gürcüstanda azərbaycandilli mətbuatın inkişaf etdirilməsin ...

MEDİA, Gürcüstan
Azərbaycanın Gürcüstandakı səfirliyi Başkeçiddə (indiki Dmanisidə) baş verə ...

Azərbaycanın Gürcüstandakı səfirliyi Başkeçiddə (indiki Dmanisidə) baş verə ...

Gürcüstan, Tiflis, Başkeçid
Deputat Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

Deputat Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

MEDİA
Əflatun Amaşov Gürcüstanda görəcəkləri işlərin ANONSUNU verdi

Əflatun Amaşov Gürcüstanda görəcəkləri işlərin ANONSUNU verdi

---
Azərbaycan-Gürcüstan dostluğu Cənubi Qafqazda əməkdaşlığın və təhlükəsizliy ...

Azərbaycan-Gürcüstan dostluğu Cənubi Qafqazda əməkdaşlığın və təhlükəsizliy ...

Borçalı
Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı o ...

Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı o ...

MEDİA, Ədəbi əlaqələr, Tiflis, Qarayazı
Rəy yazın: