riayət olunmasının monitorinqi
beynəlxalq institutunun (DİMBİ)
Bakı filialının direktoru Elman İmaməliyev
və bu filialın müşaviri Gültəkin Əsgərova
12-13 fevral 2019-cu il tarixində
MDB PAA DİMBİ və MDB İştirakçısı olan
Dövlətlərin Gənclər Parlamentlərarası
Asambleyasının təşkilatçılığı ilə
Sankt-Peterburq şəhərində təşkil olunan
“Gənc seçicilər və namizədlər:
seçmək hüququndan seçilmək hüququna
doğru” adlı beynəlxalq konfransda
iştirak etmək üçün Sankt-Peterburq şəhərinə
səfər etmişlər.
MDB PAA DİMBİ Bakı filialının
Mətbuat xidmətindən turan.info.az-a bildiriblər ki,
MDB PAA-ya üzv olan dövlətlərdən deputatlar, seçki komisiyyalarının rəhbərləri və əməkdaşları, elm ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi konfransada MDB PAA DİMBİ Bakı filialının direktoru Elman İmaməliyev “Gənclərin ölkənin içtimai-siyasi həyatında iştirakına dövlət dəstəyi: Azərbaycan təcrübəsi” mövzusunda çıxış etmişdir. O, Azərbaycanda gənclərə göstərilən dövlət qayğısı, bu sahədə həyata keçirilən islahatlar və dövlət proqramları barədə ətraflı məlumat vermişdir.
Konfransda eyni zamanda MDB-ya üzv olan ölkələrdən çox sayda siyasətçilər, sosioloqlar, parlament nümayəndələri və ictimai xadimlər iştirak etmişlər.
turan.info.az
..