«Kütləvi informasiya vasitələri haqqıda» Qanuna dəyişikliklər olduqca əhəmiyyətlidir

«Kütləvi informasiya vasitələri haqqıda» Qanuna dəyişikliklər olduqca əhəmiyyətlidir
MİLLİ MƏCLİSİN bu gün -
2017-ci il dekabrın 01-də keçirilmiş
PLENAR İCLASINDA
AZƏRBAYCAN MƏTBUAT ŞURASININ
SƏDRİ, MİLLƏT VƏKİLİ ƏFLATUN AMAŞOV
çıxış etmişdir.

Aşağıda həmin çıxışın mətnini
turan.info.az-ın dəyərli oxucularına
təqdim edirik:

Müsbət haldır ki, indi müzakirə etdiyimiz layihələr internet məkanımızın tənzimlənməsi ilə bağlıdır. Söhbət məsuliyyət kateqoriyalarının konkretləşməsindən gedir. Buna görə düşünürəm ki, istər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, istərsə də «Kütləvi informasiya vasitələri haqqıda» Qanuna dəyişikliklər olduqca əhəmiyyətlidir.

Hər iki sənədə təklif edilən dəyişikliklər «İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında», o cümlədən «Telekommunikasiya haqqında» Qanunların tətbiqi ilə əlaqədardır.

Mən xüsusən də «Kütləvi informasiya vasitələri haqqında» qanuna 19-1-ci maddənin əlavə edilməsini yüksək qiymətləndirirəm. Bildiyiniz kimi, maddə yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılmasını nəzərdə tutur.
Burada müxtəlif aspektlərdən danışmaq mümkündür. Əsasən bir məqam üzərində dayanacam.
Əlbəttə, yayılması qanunla qadağan edilən informasiya yayan saytlara giriş məhdudlaşdırılmalıdır.

Ancaq məncə, bu məhdudlaşdırma fəaliyyəti tamamilə dayandırmaq şəklində anlaşılmamalıdır.
Yəni elə başa düşülməməlidir ki, hansısa sayta giriş məhdudlaşdırılırsa, bununla da fəaliyyəti dayanır.

Hesab edirəm ki, qanunda müddət məsələsi də açıq əksini tapmalıdır. Məsələn, 3 ya 6 aylıq, yaxud 1 illik müddətlər. Daha çox da ola bilər. Müddətlər törədilmiş əmələ adekvat seçilməlidir. Dünyada da belə bir praktikadan istifadə edilir. Məsələn, Böyük Britaniyada media sahəsindəki şikayətləri araşdıran komissiya var. Həmin komissiya ayrı-ayrı internet informasiya ehtiyatlarının fəaliyyətinin məhdudlaşdırılmasına dair rəy çıxarır və konkret olaraq müddət müəyyənləşdirir. Belə prosedur eyni zamanda tərbiyəvi əhəmiyyət daşıyır. Hesab edirəm ki, biz də qanunun prinsipial əhəmiyyət daşıyan humanist mahiyyətinə söykənərək bunu tətbiq etsək, yaxşı olar.


turan.info.az
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
ƏFLATUN AMAŞOV:

ƏFLATUN AMAŞOV: "...dəyişikliklər ilk növbədə jurnalistika, peşənin təəssü ...

Milli Məclis, MEDİA
Əflatun Amaşov: “Saytların 15 faizinin rekvizitləri göstərilmir”

Əflatun Amaşov: “Saytların 15 faizinin rekvizitləri göstərilmir”

MEDİA, "Şərqin səsi"

"Mən informasiya təhlükəsizliyi ilə bağlı da ayrıca dövlət sənədinin qəbul ...

Milli Məclis, MEDİA

"Yemək məhsulları heç də mənəvi qidadan qiymətli olmamalıdır"

Milli Məclis, MEDİA
Əflatun AMAŞOVun Milli Məclisin iclasındakı çıxışı:

Əflatun AMAŞOVun Milli Məclisin iclasındakı çıxışı:

Milli Məclis, MEDİA
Əflatun AMAŞOVun Azərbaycan Respublikasının Milli Məclisinin payız sessiyas ...

Əflatun AMAŞOVun Azərbaycan Respublikasının Milli Məclisinin payız sessiyas ...

Milli Məclis, MEDİA
“Soydaş haqqında” qanuna ehtiyac duyulmaqdadır

“Soydaş haqqında” qanuna ehtiyac duyulmaqdadır" - MİLLƏT VƏKİLİ ƏFLATUN AM ...

Milli Məclis, MEDİA
Əflatun AMAŞOVun Miqrasiya Məcəlləsinə dəyişikliklərlə bağlı çıxışı

Əflatun AMAŞOVun Miqrasiya Məcəlləsinə dəyişikliklərlə bağlı çıxışı

Milli Məclis, MEDİA, Gürcüstan

"İnternet resurslarının hostinqləri Azərbaycanda deyil, xarici ölkələrədə ...

MEDİA
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

MEDİA
MŞ sədri Hindistanda keçirilən  beynəlxaq toplantıda iştirak edib

MŞ sədri Hindistanda keçirilən beynəlxaq toplantıda iştirak edib

MEDİA
Azərbaycan Mətbuat Şurasının bəyanatı

Azərbaycan Mətbuat Şurasının bəyanatı

MEDİA
Mətbuat Şurasının sədri: Jurnalistika fakültələrinə qəbulda qabiliyyət test ...

Mətbuat Şurasının sədri: Jurnalistika fakültələrinə qəbulda qabiliyyət test ...

Milli Məclis, MEDİA
Əflatun AMAŞOV:

Əflatun AMAŞOV: "...Ana dilimiz dövlətimizin rəmzidir, dövlət müstəqilliyi ...

Milli Məclis, MEDİA
Millət vəkili Əflatun AMAŞOV

Millət vəkili Əflatun AMAŞOV "Şəhid ailələrinə edilən güzəştlər"in artırı ...

Milli Məclis, MEDİA
Əflatun AMAŞOV: «İşsizlikdən sığorta haqqında» qanun ölkəmizin əmək, ümumən ...

Əflatun AMAŞOV: «İşsizlikdən sığorta haqqında» qanun ölkəmizin əmək, ümumən ...

Milli Məclis, MEDİA
Fransalı jurnalistlər Mətbuat Şurasında olublar

Fransalı jurnalistlər Mətbuat Şurasında olublar

MEDİA
Heydər Əliyev və müstəqil Azərbaycan mətbuatı

Heydər Əliyev və müstəqil Azərbaycan mətbuatı

Azərbaycan, MEDİA
Azərbaycanda bələdiyyə ləğv edilir

Azərbaycanda bələdiyyə ləğv edilir

Milli Məclis, Naxçıvan
Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında  AZƏRBAYCA ...

Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında AZƏRBAYCA ...

Azərbaycan, Rəsmi Xəbərlər, Milli Məclis, Gürcüstan, Hüquq, Diaspora
Rəy yazın: