2017-ci il iyunun 6-da
Azərbaycan Texniki Universitetində (AzTU) “Azərbaycan Respublikasının timsalında müasir demokratik dövlətin parlament ölçüsü” adlı seminar keçirib.
Seminarda ali təhsil müəssisələrinin professor – müəllim heyəti, MDB PAA DİMBİ Bakı filialının əməkdaşları, ictimaiyyət xadimləri, mətbuat və
QHT nümayəndələri iştirak ediblər.
MDB PAA DİMBİ
Bakı filialının
Mətbuat xidmətindən
turan.info.az-a bildiriblər ki,
tədbiri giriş sözü ilə
AzTU-nun "İctimai fənlər"
kafedrasının müdiri,
tarix elmləri doktoru,
professor Şikar Qasımov açıb.
O, tədbirin aktual mövzuya həsr olunduğunu və bu sahədə əldə edilən nailiyyətlər, dövlətimizin uğurlarını qeyd edib.
Sonra MDB PAA DİMBİ
Bakı filialının Direktoru
Elman İmaməliyev tədbirin mövzusuna dair rəhbərlik etdiyi filialın apardığı elmi-araşdırma işi və onun nəticələri barədə seminar iştirakçılarına məlumat verib.
Daha sonra tanınmış politoloq professor
Qabil Hüseynli,
AzTU-nun kafedra müdirləri - professor
Sübhan Namazov,
dosent Həbib Mirzəyev,
MDB PAA DİMBİ Bakı filialının Direktor müavini
Teymur Muradov,
filialın müşaviri
Nərmin Mahmudova və başqaları bu və digər mövzularda çıxışlar ediblər.
Seminarda həmçinin dinləyicilərə filialın apardığı eyniadlı elmi-araşdırma işinin yekunlarını əks etdirən əyani vəsaitlər təqdim edilib.
Tədbir, iştirakçıların sualları əsasında davam edən diskussiyalardan sonra yekunlaşıb.
Müşfiq BORÇALI,
turan.info.az
.