Assambleyasının
Demokratiyanın,
Parlamentarizmin
inkişafının və
vətəndaşların
seçki hüquqlarına
riayət olunmasının
Monitorinqi
Beynəlxalq
İnstitutunun
Bakı filialının
əməkdaşları
Tacikistanda
keçirilmiş
referendumu
müşahidə etmişlər
MDB PAA DİMBİ Bakı Filialının mətbuat xidmətindən turan.info.az-a bildiriblər ki, 22 may 2016-cı il tarixdə Tacikistan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi üzrə Referendumun təşkili və səsvermənin keçirilməsinin müşahidəsi məqsədilə Seçkilər və referendumların keçirilməsi üzrə Tacikistan Respublikasının Mərkəzi Komissiyası tərəfindən beynəlxalq müşahidəçilər qismində qeydiyyatdan keçmiş MDB PAA DİMBİ Bakı filialının əməkdaşları Bakı şəhərində yerləşən Tacikistan Respublikasının Səfirliyində təşkil olunmuş 54 saylı seçki məntəqəsində səsvermənin gedişini müşahidə etmişlər.
Saat 20:00-dək davam edən səsvermədə 84 əsas, 3 nəfər isə əlavə siyahı üzrə səs vermişdir.
5 nəfərdən – Sədr, Katib və 3 üzvdən ibarət olan seçki komissiyası tam tərkibdə fəaliyyət göstərmiş, seçki məntəqəsi azad, sərbəst və gizli səsvermə üçün tələb olunan bütün lazımi resurslarla təmin edilmişdir. Səsvermə prosesinə hər – hansı müdaxilə, yaxud təzyiq halları qeydə alınmamışdır.
Bununla yanaşı MDB PAA DİMBİ Bakı filialının əməkdaşları seçki məntəqəsində səsvermənin nəticələrinə təsir edə biləcək hər – hansı pozuntu qeydə almamışlar.
.