Uzun müddət Gəncə şəhərindəki N.Rəfibəyli adına 43 nömrəli orta məktəbin direktoru olub. 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2014-cü il sentyabrın 10-dan Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin sədridir. 2008-ci ildən Türkiyə Avrasiya Yazarlar Birliyinin üzvüdür. 2014-cü ilin President təqaüdçüsüdür. Beynəlxalq Rəsul Rza mükafatçısı və həmçinin Mikayıl Müşfiq mükafatçısıdır.
27 noyabr 2017-ci ildə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdür.
Yazıçı-filoloq, əməkdar müəllim, professor Bağır Bağırov "Xəzangül" adlı kitabını onun yaradıcılığına həsr edib.
Şair İmir Məmmədlinin tərcüməsində "Ekvebi" adlı kitabı gürcü dilində nəşr olunub.
"Məhəbbətin qənimi" və "Xərabıt gözəli" adlı mənzum pyesləri Gəncədəki C.Cabbarlı adına Dram Teatrında müvəffəqiyyətlə tamaşaya qoyulub.
Biz də Xəzangül xanıma uzun ömür, möhkəm cansağlığı və yeni-yeni uğurlar arzulayırıq!
Məlahət SAHİBQIZI,
"Borçalı" nəşriyyatının şöbə müdiri,
AYB-nin və AJB-nin üzvü
turan.info.az
Dərd yerimiz - yurd yerimiz…
Mən yuxuda,
görmədiyim yurd yerimiz İrəvanı görə bildim.
Mən yuxuda,
İrəvanın ürəyinə girə bildim.
Öz ürəyim çıxa - çıxa,
qorxa- qorxa ,
Elə bildim düşmənlərin ürəyinə tuş gələcəm.
Ürək ola bilmədiyim,
canım, qanım İrəvanın xiffətindən mən öləcəm...
Amma orda bircə düşmən ürəyinə
rast gəlmədim...
Mən sevindim, mən ölmədim.
Özümkülər ürəyilə İrəvanın tam vücudu
dopdoluydu...
Onlar tarix, ululardan da uluydu.
Ürəkləri burda olan,
Cisimləri axirətdə, gorda olan
Mərd ruhların intizarı- ahu zarı
İç dünyamı göynədərək,
Yer deyərək, Göy deyərək
çırpınıram susiz qalan balıq kimi..
Ağlayıram səs- küy salan bulaq kimi...
Ruh ürəklər ruhlarından,
O ruhların ahlarından
İrəvanın ürəyində
Dünya boyda dərdi ilə,
Yad tapdaqlı yurdu ilə barışmayan
Əfşarların, Qacarların hayqıraraq gəlir səsi,
Azərbaycan xanlıqları silsiləsi
Titrədərək dağı, daşı haray salır...
Od püskürən şimşək olur.
Qəlbi geniş, niyyət təmiz
Şah İsmayıl Xətaimiz ürəyidə
ürəklərin arasında,
Vətən deyən, torpaq öyən,
Könüllərin sırasında.
Mədəd deyir, Allah deyir
Bu yurd mənim vallah deyir...
Yurd yuvamız düşmənlərin əlindədi-
Göz yaşımız Göyçəmizin gölündədi...
Ayrılıqdan dalğalanır, coşub, daşır,
Yurd yerimiz İrəvanla qücaqlaşır..
İrəvanın ürəyində namərd düşmən ürəyinə
yeri yoxdur.
İrəvanın əzizlərnə deyəcəyi sirri çoxdur..
Harda qaldız? Sevənlərim- Yurd yiyəsi
And amanım Quranımın hər ayəsi,
Yurd yerində haqqa dönüb,
Kainatı sarsıdan bir ünlə dinib - Gəlin deyir...
Zaman gəlir- düşmən ölür
Yurd gözləyir...
ƏSGƏRƏ MƏKTUB
Daha şeir yazammıram.
Bu haləti yozammıram.
Təlaşımı boğammıram,
Misraları yığammıram.
Əsgər oğlum!
Misralarım məktub olur,
hər dəqiqə namə yazır ancaq sənə,
Dönə, dönə
Dugğuiarım sənlə olur-
səninlədir
Göydən gələn haqq deyilən ündədir.
Vətən sevən, torpaq öyən, düşmən döyən
Əsgər oğlum! Necəsən?
Bilirəm ki, bu anlarda öz boyundan çox ucasan...
Qarabağın qartalı tək, ər yolu tək,
ər oğlu tək vuruşursan...
Qüdrət sənə, sən qüdrətə yaraşırsan.
Bu məqamda misralarım qanad açır
Sənin yanına uçur.
Əllərini, ayağını qucur.
Səndə olan güc, qüdrətin arasında,
Ön cəbhədə düşmən ilə döyüşənlər sırasında,
sən olaraq,
Düşmənlərə od yağdırır.
Düşmənlərin önündə əsgər oğlum
sənin kimi dağ durur
Varlığımın hər nöqtəsi sənlə öyünür.
Ana kimi ürəyim də sənin ürəyində döyünür...
Əsgər oğlum !
Bilirəm ki, bu döyüşdə hamı sənsən,
sən də hamı.
Ona görə hamınızın anasıyam.
Sən timsallı həm də sənin.
Ömrüm, günüm
Canım, qanım balam mənim.
Düşmən üçün əl çatmayan qalam mənim.
Əsgər oğlum!
Dövlətimin məhəbbəti, bütün xalqım,
uca xaliqim yanındadır.
Otuz illik həsrətimdə qürur donundadır.
O da yanındadır.
Həsrətlilər həsrətini güldür oğlum!
Güldürəcən
Ayrılığın acısını öldür oğlum!
Öldürəcən.
Bu döyüşdə hamımızın bir adı var.
Atəşi var, odu var.
Bu ada biz olaq qurban.
Bu ad üçün of demədən verərik can.
Can Azərbaycan,
Can Azərbaycan!
06.10.2020.
On üç yaşlı Türk qızı
Zor Balayana
Sən divarı çarmıx edib,
Əl - qolunu midsmarlayıb,
Bu məqamı özün üçün xoş an sayıb,
Dərisini soyduğun,
Dəqiqələr saydığın,
Ölümünü gözlədiyin,
Fərəh ilə izlədiyin
On üç yaşlı,
Qara ğözlü,qara qaşlı
Türk qızının əzabının haray səsi,
Eheyyy...dünya neyləmişəm kəlməsi,
O dünyanı, bu dünyanı diksindirdi...
Şimşək çaxdı, buulud dindi
Bu haraya qoşuldular,
Yer də, Göy də yaş oldular.
Sən kar oldun eşitmədin.
Zor Balayan!
Kor Balayan!
Görən gözün necə dözdü?
Cəllad əlin necə yazdı? -
Yeddi dəqiqə dözə bildı
Türk qızı öldü...
Yeddi dəqiqə - Göydə yeddi qat oldu,
Görünməmiş vəhşiliyə,
Hər qat özü mat oldu.
Türk qızının vücudundan tökülən qan
Püskürən bir vulkan oldu.
Bəşəriyyət tarixinə bulaşıqlı al qan oldu...
Mən bunları yazdıqca, qələmimdən
elə bilki hərf yerinə qan tökülür...
Misraların fəryadından can çəkilir...
Heç bilmədin Zor Balayan!
Dərisini soyduğun, dəqiqələr saydığın İsa idi...
Ruhu ilə günahsızın əvəzinə, o dönmüşdü Türk qızına...
İsa baxa bilməyirdi haqsızlığın boz üzünə...
On üç yaşlı,
Qara gözlü, qara qaşlı o Türk qızı Zor Balayan çarmıxında
yeddi anda,
Erməninin günah adlı bıçağının, dünyanın ən alçağının əlindəcə
Soyuıa soyula
oyula oyula Göyə baxdı...
Canı çıxdı, qanı axdı
Göy üzündə gölləndi.
O qan gölü dönə dönə qan diliylə dilləndi;-
Tufan oldu,
Zəlzələyə döndü,
Yağış oldu,
Qarğış oldu...
26.02.2020
XOCALIYA
Damcı damcı,
acı, acı,
gilə gilə,
ölə ölə,
Ölmək yaman zülüm olur...
Vallah elə,
ha baxıram bu əllərim,
üz cırmaqlar, saçlar yolur.
Gözlərimin yas rəngini,
üz gözümə bələmişəm.
Ürəyimin nisgilini,
buludlardan ələmişəm
Qane etmir belə ölmək məni yenə,
Ölməliyəm, öləcəyəm dönə dönə
Üz tutacam ucalardan ucalıya,
Gedəcəyəm Xocalıya..
Düşəcəyəm ölənlərin mən izinə.
Ölmək üçün hər birinin əvəzinə.
Qollarıma dayaq oldu izlər mənim,
Bilirdim ki,
ölənlərim gözlər məni.
Buda mənim axtardığım,
şumluq üçün hazırlanmış əkin yeri.
Hanı axı ölənlərin bəs qəbiri?
Baxıb gördüm,
Şum yerinə əkiliblər toxum kimi,
Əkiliblər ahöm kimi...
Mən başımı örtəcəyəm,
bu tökülən haqsız qanla,
Öləcəyəm damla damla,
öləcəyəm hər gün, hər an
Qana qan, qan
O vaxtadək öləcəm ki,
Şum yerinə toxum kimi əkilənlər,
Bu dünyanın daş,divarna,
kədər kimi tikilənlər,
Torpaq altdan güc verəndə,
Cücərəndə,
Ölmüyəcəm,
Ölümlərə öc olacam.
Qisas adlı güc olacam
QAZİLƏR
Mənfur düşmən göz tikəndə Vətənə,
Xilaskar tək öndə durdu Qazilər.
Ürək yandı şəhidinə, itənə,
Qəzəbiylə düşmən yordu Qazilər.
Can bildiyi torpağına can dedi,
Xain düşmən alış dedi, yan dedi.
Qan tökdünüz. Yerdə qalmaz qan drdi,
Qisas olub, divan qurdu Qazilər.
Dırnağıyla qayalara dırmaşıb
Sarmaşıq tək dağ boyuna sarmaşıb,
Düşməninə birdən qəfil yanaşıb,
Döyüşüylə cəza verdi Qazilər.
Yaralandı heç baxmadı yaraya,
Can atdılar yurd hayına, haraya.
Yağı düşmən nifaq saldın araya,
Al payını bir boz qurddu Qazilər.
Qəhrəmanlıq səlnaməsi oldular.
Xalqımızın intiqamnı aldılar.
Qalibiyyət himnimizi çaldılar,
İlahidi, sanki sirrdi Qazilər.
Qalx ayağa QAZİ gəlir baş əyək.
Tarix olan yazı gəlir baş əyək.
Vətənimin özü gəlir baş əyək
Mənim üçün vallah pirdi Qazilər.
İlahidi sanki sirrdi Qazilər.
“ŞƏHİDİN VAR” - deyiləndə
Mən ömrümün tarixinə baxammıram...
Bu tarixin nisgilindən çıxammıram
Müharibə, dava sözü,
Silkələyir dönə-dönə.
Qorxuram ki,
Şəhidin var sözü yenə qulağımda çağlayar...
Vücudumun hər nöqtəsi şəhid üçün ağlayar...
Körpəlikdən göz yaşları anamın,
Tökülərdi yandırardı yaxamı.
Guya mənə, laylay deyib gizli-gizli ağlayardı.
Ağlamağı közə dönüb varlığımı dağlayardı...
Müharibədən qayıtmayan üç qardaşın ağrısını,
ağısını laylasına qatardı,
Şəhidlərim laylay, laylay deyib,
qəm selinə batardı...
Kədərini bayatıya döndərərək,
Müharibə adlı yerə göndərərək,
Üç qardaşnı istəyərdi..
O istəyi mənim körpə ürəyimi ağladanda,
Beşiyimi yırğalayıb sus deyərdi..
Anamın şəhidlərim laylay sözüylə,
Leysan tökən gözüylə anladımkı dayılarım
şəhid oldu...
O zamandan şəhidliyə şahid oldum
Anaların göz yaşından qorxa- qorxa böyüdüm
Müharibə kəlməsiylə qamçılanıb döyüldüm...
İndi tez-tez
"Şəhidin var" - sözü yenə ürəyimi göynədərək,
Əlacsızca Yer deyərək, Göy deyərək
Əllərimi Göy üzünə açıram.
Heç bilmirəm hara qaçıran
Ora, bura qaçıram.
Şəhidimin tabutuna tərəf sanki quş tək uçuram...
Torpağımın xilaskarı,
Vətənimə ər oğulsan şəhidim!
Nə qədəri ki, dünya vardı,
Dünya üçün var oğulsan şəhidim!
Deyə,deyə,
İçimdəki o körpənin göz ysşıyla hönkürürəm - ön görürəm
Deyirəm ki,
Mənfur düşmən öləcəksən,
Məğlub kimi qalacaqsan.
Şəhidimin hər birinə,
Milyonların qurban olur.
Tarix səndən qisas alır...
Həm də sizlə qürurlanıb öyünürəm.
Azərbaycan şəhidinə - uıu genli soy deyirəm.
Amma neynim
"Şəhidin var" - sözü yenə,
Qulağımda çağlayır,
Vücudumun hər nöqtəsi şəhid üçün ağlayır.
ÇOX HEYİF...
Gözləyirdim...Bir gün asi olacan
İzləyirdim...Könül yası olacan,
Düz deyirdim...Düzün pisi olacam,
Üz döndərdin, tez döndərdin çox heyif.
Küsmədimki alın yazım yaş tökür,
Susmadımkı yolum, izim daş tökür.
Əsmədimki, bulud sözüm baş çəkir,
Üzün döndü, qəlbim dindi çox heyif.
Yaraladın qaysaq tutmur, qan axır.
Paralandın bütöv yetmir, yan axır.
Uralandın bu hal bitmir can çıxır,
Vəfa dedim, alov yedim çox heyif.
Üzülməyim kimə isə xoş oldu,
Əzilməyim hansı kəsə xoş oldu?
Yaz deməyim döndü yasa qış oldu
Fitnə fellə,aldı ələ çox heyif.
Dağlansamda dağ dağ olub, dağ oldum.
Bağlansamda bostan salb bağ oldum.
Çağlasamda şimşək alıb çağ oldum,
Səsləyirəm... Döz deyirəm çox heyif.
turan.info.az
.