Universitetin rektor vəzifəsini icra edən dosent Yaşar Ömərov USAİD-in nümayəndə heyətini qəbul edərək həmin təşkilatla əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri barədə müzakirələr aparıb.
Görüş zamanı USAİD-in Azərbaycan üzrə nümayəndəliyinin şöbə müdiri Angelina Allen-Mpaysi, layihə idarəetməsi üzrə mütəxəssislər Emin Məmmədli və Sənan Süleymanov, eləcə də Beynəlxalq Miqrasiya Təşkilatının (IOM Azerbaijan) layihə rəhbəri Anar İsgəndərov Azərbaycan Texnologiya Universiteti ilə reallaşdırılan əməkdaşlıqdan məmnun olduqlarını və gələcək əməkdaşlıq məsələləri ətrafında fikirləri ilə bölüşüblər.
Qeyd edək ki, USAID-in maliyyə dəstəyi ilə Azərbaycan Texnologiya Universitetinin “Avtomatika, telekommunikasiya və informatika” fakültəsində müasir standartlara cavab verən və eyni anda 17 tələbəyə xidmət göstərəcək kompüter laboratoriyası yaradılıb. Həmin laboratoriyanın açılışı yeni tədris ilinin əvvəlində nəzərdə tutulur.
turan.info.az
.