Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında (ATGTİ) Bakı və müxtəlif regionlarda yerləşən bir sıra ali və orta ixtisas təhsil müəssisələrinin
TGT sədrləri ilə görüş keçirilib.
Milli Məclisin deputatı, ATGTİ-nin sədri
Şahin İsmayılovun keçirdiyi iclasda TGT-lərin strukturlarının təkmilləşdirilməsi, tələbələrin Azərbaycan Tələbə Kartı ilə təmin olunması prosesinin sürətləndirilməsi və bir sıra keçiriləcək layihələr barədə fikirlər müzakirə olunub.
Sonda Bakı və regionlarda fəaliyyət göstərən TGT-lərin fəaliyyətləri qiymətləndirilib və mükafatlar təqdim olunub.
Regiondaki fəallığına görə Kənd Təsəərrüfatı nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinin Tələbə Gənclər Təşkilatı da Təşəkkürnamə alanlar sırasında olub.
Mükafat TGT sədri Valeh Əsədova təqdim edilib.
turan.info.az
.