sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclası keçirildi.
İclasda Azərbaycan Respublikası Milli Məclisinin deputatları Ülvi Quliyev və Elşad Həsənov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev,
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimai birliklərin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər.
turan.info.az xəbər verir ki,
İclasda Yasamal rayon İcra Hakimiyyətinin başçısı
Əziz Əzizov rayonun 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat məruzəsi ilə çıxış etdi. Əziz Əzizov hesabat məruzəsində iclas iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə yanvarın 11-də keçirilmiş Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası, yanvarın 29-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilmiş “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfrans barədə, rayonun sosial-iqtisadi göstəriciləri, rayonda il ərzində həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələrə dair geniş məlumat verdi.
Sonra Respublika Klinik Xəstəxanasının baş həkimi
Telman İbadov,
Yasamal rayon Məşğulluq Mərkəzinin direktoru
Məmməd Ələkbərov,
“Elite City” MMC-nin
icraçı direktoru
Rafayıl Mirzəyev,
Milli Məclisin deputatı
Ülvi Quliyev və
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev çıxış etdilər və çıxışlarda hesabat məruzəsinin qənaətbəxş olduğu qeyd olundu.
İclasın sonunda
Yasamal rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın qərarı qəbul olundu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət təsdiq edildi.
Müşfiq BORÇALI,
turan.info.az
.