MÜDAFİƏSİZ ELMLƏR NAMİZƏDİ ELMİ DƏRƏCƏSİNƏ LAYİQ GÖRÜLƏN ALİMİN XATİRƏ GECƏSİ KEÇİRİLİB

MÜDAFİƏSİZ ELMLƏR NAMİZƏDİ ELMİ DƏRƏCƏSİNƏ LAYİQ GÖRÜLƏN ALİMİN XATİRƏ GECƏSİ KEÇİRİLİB  MÜDAFİƏSİZ ELMLƏR NAMİZƏDİ ELMİ DƏRƏCƏSİNƏ LAYİQ GÖRÜLƏN ALİMİN XATİRƏ GECƏSİ KEÇİRİLİB  MÜDAFİƏSİZ ELMLƏR NAMİZƏDİ ELMİ DƏRƏCƏSİNƏ LAYİQ GÖRÜLƏN ALİMİN XATİRƏ GECƏSİ KEÇİRİLİB  MÜDAFİƏSİZ ELMLƏR NAMİZƏDİ ELMİ DƏRƏCƏSİNƏ LAYİQ GÖRÜLƏN ALİMİN XATİRƏ GECƏSİ KEÇİRİLİB  MÜDAFİƏSİZ ELMLƏR NAMİZƏDİ ELMİ DƏRƏCƏSİNƏ LAYİQ GÖRÜLƏN ALİMİN XATİRƏ GECƏSİ KEÇİRİLİB  MÜDAFİƏSİZ ELMLƏR NAMİZƏDİ ELMİ DƏRƏCƏSİNƏ LAYİQ GÖRÜLƏN ALİMİN XATİRƏ GECƏSİ KEÇİRİLİB  MÜDAFİƏSİZ ELMLƏR NAMİZƏDİ ELMİ DƏRƏCƏSİNƏ LAYİQ GÖRÜLƏN ALİMİN XATİRƏ GECƏSİ KEÇİRİLİB  MÜDAFİƏSİZ ELMLƏR NAMİZƏDİ ELMİ DƏRƏCƏSİNƏ LAYİQ GÖRÜLƏN ALİMİN XATİRƏ GECƏSİ KEÇİRİLİB  MÜDAFİƏSİZ ELMLƏR NAMİZƏDİ ELMİ DƏRƏCƏSİNƏ LAYİQ GÖRÜLƏN ALİMİN XATİRƏ GECƏSİ KEÇİRİLİB  MÜDAFİƏSİZ ELMLƏR NAMİZƏDİ ELMİ DƏRƏCƏSİNƏ LAYİQ GÖRÜLƏN ALİMİN XATİRƏ GECƏSİ KEÇİRİLİB  MÜDAFİƏSİZ ELMLƏR NAMİZƏDİ ELMİ DƏRƏCƏSİNƏ LAYİQ GÖRÜLƏN ALİMİN XATİRƏ GECƏSİ KEÇİRİLİB  MÜDAFİƏSİZ ELMLƏR NAMİZƏDİ ELMİ DƏRƏCƏSİNƏ LAYİQ GÖRÜLƏN ALİMİN XATİRƏ GECƏSİ KEÇİRİLİB  Azərbaycan Yazıçılar Birliyi Xəzər bölməsinin təşkilatçılığı ilə Buzovna qəsəbəsində yerləşən Ruhulla Axundov adına Mədəniyyət Evində XX əsr Azəybaycan Ədəbiyyatının görkəmli nümayəndələrindən biri - qəzəl ustadı, klassik şer ənənələrinin təbliğatçısı, şair və tədqiqatçı alim Hacı Mailin xatirə gecəsi keçirilib.

Qeyd edək ki, əsas məqsədi Bakı və Bakıətrafı qəsəbələrdə fəaliyyət göstərən yazarları bir araya gətirmək və onlar arasında ünsiyyəti möhkəmləndirmək olan Bölmə, daha əvvəl unudulmaz şair, “Biqələm” təxəllüsü ilə tanınan Məhəmməd Soltanəhmədoğlu, qəzəlxan Məhəmməd Əli Şəfai və şair Məşədi Azərə həsr olunmuş tədbir təşkil edib.

AYB-nin Xəzər Bölməsindən Ülviyyə İsrafilova turan.info.az-a bildirib ki,
gecəni Azərbaycan Yazıçılar Birliyinin üzvü, Buzovna kəndinin axundu Hacı Soltan Əlizadə açaraq ötən əsrdə yaşayıb-yaradan elm və sənət adamlarının anılmasını, AYB-nin Xəzər bölməsinin təşəbbüsünü yüksək qiymətləndirib. Daha sonra qəzəl ustadı Hacı Mail ilə olan xatirələrini danışıb, ona həsr etdiyi qəzəlini diqqətə çatdırıb.

Ədəbi-bədii tədbirdə alimin sənət yoldaşları, dostları, yaxınları, Azərbaycan Yazıçılar Birliyinin üzvü, tədqiqatçı-şairə Sona Xəyal, Azərbaycan Yazıçılar Birliyinin katibi, kinodramaturq İlqar Fəhmi, Milli Konservatoriyanın dossenti, şair Fəxrəddin Salim, Hacı Mail tədqiqatçısı, jurnalist Zahir Adiloğlu, məddah-şair Yaşar Cavid, Azərbaycan Yazıçılar Birliyi Xəzər Bölməsinin sədri Arif Buzovnalı, şairin oğlu, AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, tədqiqatçı-alim Mustafa Əliyev sənətkara həsr olunmuş şerlər, qəzəllər səsləndirmiş, xatirələrdən söz açıblar.

Daha sonra Hacı Mailin həyat və yaradıcılığı haqqında ətraflı məlumat tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Bildirilib ki, görkəmli Füzulişünas alim, qəzəlxan, şair, filologiya elmləri namizədi Mail İsmayıl oğlu Əliyev 1935-ci il okyabr ayının 25-də Bakının Nardaran qəsəbəsində dindar bir ailədə dünyaya gəlib. 1960-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib, 20 ildən artıq Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda çalışıb. Bu dövr ərzində işlədiyi institutda Hacı Mail Məhəmməd Füzuli “Divan”ının müxtəlif ölkələrdə qorunub saxlanılan ən qədim nüsxələri üzərində tədqiqatlar aparmış, Füzuli “Divan”ının kamil elmi tənqidi mətnini hazırlamışdır. «Məcməüs-şüəra» ədəbi məclisinin bərpaçısı, «Füzuli» ədəbi məclisinin təşkilatçısı və sədri olub. AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnsitutundakı elmi fəaliyyətinə, “Divan”ın elmi-tənqidinə, Füzulinin Bakıda, Londonda, Sankt-Peterburqda və Daşkənddə qorunub saxlanılan doqquz əlyazma nüsxəsini və iki qədim çap nüsxəsini dərindən araşdırmaqla Füzuli “Divan”ının tekstoloji tədqiqi və elmi-tənqidi mətni” əsərini yazaraq 1997-ci ildə Hacı Mail müdafiəsiz filologiya elmlər namizədi elmi dərəcəsinə layiq görülüb.

Şair, 1999-cu il avqustun 22-də vəfat edib.

Mindən çox qəzəlin, həmçinin qəsidə, tərcibənd, qitə, təxmis, qoşma və s. şeirlərin müəllifi olan alimin həyat və yaradıcılığında diqqətə çatdırılan məqamlardan biri də ölümünə saatlar qalmış gənc yaşlarında qələmə aldığı “Arif olanın sevgili cananı vətəndir” qəzəlinə cavab olaraq yazdığı misralarıdır:
Ey əhli vətən, siz mənim ünvanımı bildiz,
Bundan sonra bu sevgili ünvan sizin olsun.

Keyfiyyətin axırda bilərsiz, bu cahanın
Zövqü yox olan mülki Süleyman sizin olsun.

Yarın qəmü-hicranına çox dözmüşəm, indi
Mən getdim, həmən möhnəti-hicran sizin olsun.

Tədbirdə həmçinin, şairin xatirə gecəsi çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin Xəzər Bölməsinin üzvləri arasında keçirilən şeir müsabiqənin nəticələri də açıqlanıb.

Müsabiqənin formatına əsasən Hacı Mail şeirlərinə nəzirələr, təxmislər yazılmış, onlar arasında 3 şeir mükafata layiq görülmüşdür. Qaliblər (Elsər Qədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vəlixan Abdullayev, Hacı Mailin həmkəndlisi və tələbəsi Mehrəli Asim) AYB-nin hədiyyələr və diplomları ilə təltif olunublar.

Şairin yaradıcılıq nümunələri əsasında təqdim edilən muğam ifaları ilə Respublikanın əməkdar artisti Teyyub Aslanov, istedadlı xanəndə Məmməd NəcəfovHüseyn Məlikov ədəbi-bədii gecəyə ecazkar səsləri ilə xüsusi rəng qatıblar.

Sonda Azərbaycan Yazıçılar Birliyi Xəzər Bölməsinin sədri Arif Buzovnalı Hacı Mailin xatirə gecəsinin keçirilməsində, ümumiyyətlə bölmənin fəaliyyətində xidmətlərinə görə Şəfiyev Məmməd Əliağa oğluna və ədəbiyyata göstərdiyi diqqət və qayğıya görə Fərəcullayev Əliheydər Şamil oğluna təşəkkürnamələr tədqim edib.

turan.info.az


.



Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AYB Xəzər Bölməsinin növbəti Poeziya Gecəsi keçirilib

AYB Xəzər Bölməsinin növbəti Poeziya Gecəsi keçirilib

Mədəniyyət, Poeziya
Məhşur teatr və kino aktyoru Əhməd Anatollunun kitabının təqdimatı keçirili ...

Məhşur teatr və kino aktyoru Əhməd Anatollunun kitabının təqdimatı keçirili ...

Yeni nəşrlər, Humanitar elmlər, UNUTSAQ, UNUDULARIQ!....
Məhəmmədhüseyn Şəhriyarın fars dilində yazdığı əsərləri Azərbaycan dilində

Məhəmmədhüseyn Şəhriyarın fars dilində yazdığı əsərləri Azərbaycan dilində

Yeni nəşrlər, Humanitar elmlər, Cənubi Azərbaycan
Arif Əmrahoğlunun xatirəsinə həsr edilmiş tədbir keçirilib

Arif Əmrahoğlunun xatirəsinə həsr edilmiş tədbir keçirilib

Ədəbi tənqid, Borçalı
Əfsanəvi solmaz çiçək

Əfsanəvi solmaz çiçək

Köşə yazılar
Yazıçılar Birliyinin Gəncə bölməsinə yeni sədr seçilib

Yazıçılar Birliyinin Gəncə bölməsinə yeni sədr seçilib

Gəncə, Borçalı

"Məktəbli ömrünün Səməd Vurğunu" adlı kitabın təqdimatı keçirilib

Yeni nəşrlər
İmadəddin Nəsiminin iki əlyazma divanının surəti əldə edilib

İmadəddin Nəsiminin iki əlyazma divanının surəti əldə edilib

Humanitar elmlər
Hacı Azadə Talehin 55 illik yubileyi Dərbənddə qeyd olunub

Hacı Azadə Talehin 55 illik yubileyi Dərbənddə qeyd olunub

Təbriklər
Əlyazmalar İnstitutunda “SABAH” qrupunun tələbələri üçün növbəti dərs təşki ...

Əlyazmalar İnstitutunda “SABAH” qrupunun tələbələri üçün növbəti dərs təşki ...

Humanitar elmlər, "Elm və Təhsil"

"ŞEİR DÜNYAMIZ" ədəbi məclisinin növbəti poeziya gecəsi keçirilib

Sumqayıt
AzTU-da dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik  ...

AzTU-da dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik ...

AzTU
Vüqar Əhmədin Hacı Zeynalabdin Tağıyevə həsr etdiyi “Xeyirxahlıq mücəssəməs ...

Vüqar Əhmədin Hacı Zeynalabdin Tağıyevə həsr etdiyi “Xeyirxahlıq mücəssəməs ...

Humanitar elmlər
Tbilisidə Füzuli haqqında yeni kitab nəşr olunub

Tbilisidə Füzuli haqqında yeni kitab nəşr olunub

Ədəbi əlaqələr, Tiflis
Cavidanın “Tanış olaq, bu mənəm!” kitabının təqdimatı keçirildi

Cavidanın “Tanış olaq, bu mənəm!” kitabının təqdimatı keçirildi

MEDİA, Şou
Akademik İsa Həbibbəyliyə Beynəlxalq Rəsul Rza Mükafatı təqdim olunub

Akademik İsa Həbibbəyliyə Beynəlxalq Rəsul Rza Mükafatı təqdim olunub

"Zirvə", Təbriklər

"Payız məktubları"-nın təqdimatı keçirilib

Yeni nəşrlər, Poeziya, Təbriklər
“Uzaqları yaxın edək” layihəsi çərçivəsində İradə Gülfir ilə görüş keçirili ...

“Uzaqları yaxın edək” layihəsi çərçivəsində İradə Gülfir ilə görüş keçirili ...

Bakı, Regionlar, Mədəniyyət, QHT
Tanınmış xəttat Seyfəddin Məsimoğlunun 80 illik yubileyi qeyd olunub

Tanınmış xəttat Seyfəddin Məsimoğlunun 80 illik yubileyi qeyd olunub

Humanitar elmlər, "Zirvə"

"Bahar oğlu" adlı ədəbi-bədii gecə keçirilib

Mədəniyyət
Rəy yazın: