Tədbirdə Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova, şair Oqtay Rza, BDU-nun müəlliməsi, şairə Q.Məhərrəmli, Gözdən Əlillər Cəmiyyətinin sədr müavini R. Cəfərova, Ə.Vahid adına qəzəl məclisinin rəhbəri Hacı Rafiq, həmin məclisin üzvləri, şairə N.Vahid, jurnalist Z.Dibirova, BDU-nun kitabxanaşünaslıq fakültəsinin müəlliməsi, mədəniyyət işçisi İ.Əlili, Bakı Uşaq Teatrının rəhbəri İ.Soltan, Bəybala İbadullayev, Mübarizlər qrupunun aktyoru, Qarabağ əlili V.Güləliyev, Azərbaycan radiosunun diktoru M.Əsgər, şairələr Qızıl qələm və Cəsarətli qələm mükafatçısı, şairə Solmaz Elqızı, şairə Təranə Məftun, Vaqif Osmanov, Vahid Osmanov, Şəki şəhərindən dəvət olunmuş şairə Gülşad Nurani, Respublika İncəsənət Gimnaziyasının və 53 saylı tam orta məktəbin müəllim və şagirdləri, Yasamal rayon MKS-nin kollektivi və b. iştirak edib.
İlk olaraq İradə Gülfirin həyat və yaradıcılığını geniş şəkildə əks etdirən video slayd nümayiş olunub.
Tədbiri Yasamal rayon MKS-nin direktoru V.Quliyeva açaraq, iştirakçıları salamlayıb və qeyd edib ki, belə görüşlərin təşkil edilməsində məqsəd bölgələrdə yaşayan şair və yazarlarımızın respublikamızda, o cümlədən paytaxt Bakıda tanıdılmasıdır.
Metodika və biblioqrafiya şöbəsinin müdiri A.İsmayılova İradə Gülfirin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib.
Daha sonra çıxışçılar şairənin yaradıcılığı haqqında öz fikirlərini bölüşüblər.
Tədbirin bədii hissəsində Respublika İncəsənət Gimnaziyasının şagirdləri Rüstəm Abbaszadə, Məlahət Kazımova və Şölə Bədirova şairənin “Mühacirət”, Canəli Canəliyev və Kərim Nəcəfli isə “İki dünya” şeirlərini ifa ediblər.
Sonda İradə Gülfir ədəbi-bədii gecənin keçirilməsində və yaradıcılığının yüksək qiymətləndirilməsində Yasamal rayon MKS-nin kollektivinə öz minnətdarlığını bildirib, tədbir iştirakçılarına öz imzalı kitablarını hədiyyə edib.
Firəngiz İBADOVA,
turan.info.az-ın xüsusi müxbiri
.
.