Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İnformasiya təminatı sektorundan turan.info.az-a bildiriblər ki, İcraçı direktor Oktay Səmədov qonaqları Fondun kollektivi və həyata keçirilən layihələrlə tanış edib.
Sonra Fondla tanışlıqdan məmnunluğunu ifadə edən professor Cengiz Alyılmaz “Qobu”stanın sirri (Qıpçaqlara gedən yol)” adlı kitabını görüş iştirakçılarına təqdim edib. Azərbaycanda uzun zaman araşdırmalar apardığını söyləyən alim işğal altında olan torpaqlarımızda tarixi abidələrin məhv edilməsini insanlıq tarixinə vurulan zərbə kimi dəyərləndirib. Kitabı Fonda hədiyyə edən alim bildirib ki, müəllifi olduğu “Qobu”stanın sirri (Qıpçaqlara gedən yol)” kitabı Azərbaycan tarixinin daş yaddaşının nəsillərə ötürülməsində faydalı ola bilər.
Oktay Səmədov kitabın xarici dillərə tərcümə olunaraq beynəlxalq elmi dairələrdə təbliğinin də Azərbaycan tarixinin daha geniş auditoriyaya çatdırılmasına vəsilə olacağını vurğulayıb.
Səmimi görüşə görə Fondun rəhbərliyinə və kollektivinə təşəkkür edən professor Mahmut Doğru da öz növbəsində maarifləndirici layihələrə imza atan Bilik Fondu ilə əməkdaşlıqda maraqlı olduğunu dilə gətirib.
Görüşdə tərəflər təhsil, ədəbiyyat, mədəniyyət, tarix sahəsində birgə görüləcək işlər barədə fikir mübadiləsi aparıblar.
Səmərəli əməkdaşlığın perspektivlərini müəyyənləşdirmək məqsədilə birgə fəaliyyət planının hazırlanması qərara alınıb.
Müşfiq BORÇALI,
turan.info.az
.