Tədbiri giriş sözü ilə açan “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, müharibə veteranı Şamil Sabiroğlu hərbi hissə rəhbərliyinə o cümlədən Müdaifə Nazirliyinə belə önəmli gündə əsgərlərimizlə görüşməyə icazə verdikləri üçün təşəkkür etdib. Hər bir əsgərin Azərbaycanın mövcud sərhədlərinin qorunmasında və vətənin düşməndən müdafiəsində xüsusi rolu olduğunu vurğulayıb.
Daha sonra söz N saylı Hərbi hissəsnin komandir müavini zabit Səməd Məmmədov verilib. Hərbi hissə komandiri “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinə Azərbaycan Respublikasının Dövlət Bayrağı günü məhz bu hərbi hissəsədə qeyd etdikləri üçün təşəkkürünü bildirib. Bildirib ki,Azərbaycan dövlətinin hərbi sənayenin o cümlədən ordumuzun inkşafı üçün göstərdiyi diqqət və qayğının işğal altında olan torpaqlarımızın azad olunması üçün mühüm addımdır. Azərbaycan dövlətinin eyni zamanda bayrağımızın mövcudluğuna xələl gəlməməsi üçün hər bir Azərbaycan oğlu düşmənlə mübarizəyə hər az hazırdır.
Daha sonra çıxış edən “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin sədri Mahirə xanım Əsədova rəhbərlik etdiyi ictimai birliyin Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu mütərəqqi ideyalardan bəhrələnərək fəaliyyət prinsiplərini müəyyən etdiyini bildirdi. Mahirə Əsədova dedi ki, “Azərbaycan Respublikasının Dövlət Bayrağı gününü ön cəbhədə əsgərlərimizlə birgə qeyd etmək, Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Azərbaycan dövlətinin keçiyində dayanan hər bir əsgərlə bu günün sevincini paylaşmaq daha qürurvericidir. Biz dövlətimizin,bayrağımızın,insanlarımızın keşiyində dayanan hər bir əsgərimizin yanındayıq” Fikirlərinin davamında “Yeni Yurd" Sosial İnkişaf ictimai birliyinin sədri Mahirə Əsədova vurğuladı ki, hərbiçilərimizin vətənpərvərlik ruhunun yüksəlməsində Azərbaycan dövlətinin şəxsən Ali baş komandan cənab prezident İlham Əliyevin orduya göstərdiyi qayğı və diqqətin xüsusi əhəmiyyəti böyükdür.
Tədbirin davamında çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin nümayəndəsi Mehmən Məmmədov “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinə şəxsən ictimai birlliyin sədri Mahirə Əsədovaya təşəkkürünü bildirdi daha sonra dedi ki, “ “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyi ilə Ağdam Rayon İcra Hakimiyyətinin əməkdaşlığı uzun müddətdir davam edir. Beləki bu “Yeni Yurd” Sosial İnkişaf ictiami birliyinin birvbaşa dəstəyi ilə Ağdam rayonunun Əhmədağalı kəndində artezian quyusu qazılaraq evlərə su çəkilib.indi də bizim rayonun ərazisində yerləşən Hərbi Hissədə bu ictimai birlinin kollektivini görmək çox xoşdur”
Milli Qəhrəman Fred Asif adına Fondun rəhbəri Ədalət Məhərrəmov,“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin şöbə müdiri, şairə Dilbər Sultanova, “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin idarə heyyətinin üzvü Şəhla Qasımova və başqaları Azərbaycanın keşiyindaədayanan igid oğullarımızı, qəhrəman əsgərlərimizə vətənin keşiyində möhkəm dayanmağa, Azərbaycan xalqının onlara olan inamını həmişə olduğu kimi doğrultmağa çağırıblar.