Mən, Raqub Məmmədovu 1990-cı ildən tanıyıram. Onun Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakının canlı şahidiyəm.
Son günlər bəzi kütləvi informasiya vasitələrində R.Məmmədov barəsində həqiqəti özündə əks etdirməyən məlumatlar yayılır. "Azərbaycanın Milli Qəhrəmanı Asif(Fred) Məhərrəmov adına İnkişaf Fondu", "Yeni Yurd" Sosial İnkişaf və "Xocalı Soyqırımını Tanıtma" ictimai birliklərinin fəalları adından, xüsusən də Hacı Ədalət Məhərrəmov, Mahirə xanım Əsədovanın adından Raqub Məmmədova ən xoş arzularımızı bildiririk. Etiraf edirik ki, dövlət qulluqçuları, dövlət məmurları arasında tapşırılan işin öhdəsindən gəlməyi bacaran Raqub Məmmədov kimi insanlar azdır.
Allah-Taala işlərinizi avand eləsin, Raqub müəllim. Amin!..
Şəkildə: Qonaqlar Ağdam rayon İcra Hakimiyyətinin Başçısı R.Məmmədovla xatirə şəkli çəkdirirlər.
Şamil Sabiroğlu (Ələkbərli),
"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri,
"Tərəqqi" medalının mükafatçısı, müharibə veteranı.
Bakı, 10.XI.2015.