MUSA URUDa SƏS VERƏK!..

MUSA URUDa SƏS VERƏK!..Musa Urud (Musa İsa oğlu Quliyev) 1961-ci il noyabrın 25-də Qərbi Azərbaycanın Zəngəzur qəzası Sisyan rayonunun Urud kəndində anadan olmuşdur. Burada orta məktəbi qızıl medalla bitirmişdir (1978).
N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsini(1984)və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dövlət və bələdiyyə idarəetməsi fakültəsini (2004) bitirmişdir.
Əmək fəaliyyətinə təyinatla göndərildiyi Gəncə şəhərində, A.Səhhət adına 1 saylı xəstəxanada həkim kimi başlamışdır (1984-1985). Gəncə Narkoloji dispanserində həkim-narkoloq (1986-1990), 7 saylı Bakı şəhəri poliklinikasında həkim nevropatoloq (1990-1993), Bakı şəhəri Yasamal rayonunda həkim əmək ekspert komissiyasında ekspert nevropatoloq (1993-1994), Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyində şöbə müdiri(1994-1997), idarə rəisi (1997-2000)vəzifələrində işləmişdir.

İlk mətbu şeirləri 1984-cü ildə xalq şairi Məmməd Arazın "Uğurlu yol" təqdimatı ilə "Azərbaycan gəncləri"qəzetində çıxmışdır.
1988-ci ildə əlisilahlı erməni quldurları tərəfındən doğma yurddan ellikcə qaçqın salınmışdır. Bununla əlaqədar onun kövrək poeziyasına doğma yurd həsrəti, didərginlik taleyi, el dərdi müharibə ağrı-acıları motivləri daxil olmuşdur. Gəncədə "İlham" ədəbi birliyinin fəal üzvü kimi yazıb-yaratmışdır.
Prezident təqaüdçüsü (1998), "Nizami Aydın", "Araz", "Yusif Məmmədəliyev" ədəbi mukafatları laureatıdır.
Azərbaycan Yazıçılar Birliyi İdarə heyətinin üzvüdür.

2000-2005-ci illərdə ikinci çağırış Azərbaycan Milli Məclisinin üzvü olmuş, 2005-ci il noyabrın 6-da 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsindən üçüncü çağırış Milli Məclisə deputat seçilmişdir. Milli Məclisin Sosial siyasət Komitəsinin sədrinin müavinidir. Azərbaycan-Əlcəzair parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Braziliya, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Litva, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin və Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.

Evlidir, 3 övladı var.

Əsərləri:
1. Nuh gəminə götür bizi (şeirlər). Bakı: Gənclik, 1994, 54 səh.
2. Tanrı şam yandırıb (şeirlər). Bakı: Azərbaycan Dövlət kitab palatası, 1995, 64 səh.
3, Ömürdən 101 şer (şeirlər). Bakı: Azərbaycan Dövlət kitab palatası, 1997, 88 səh.
4. Üzü haqqa gedirəm (şeirlər və poema). Bakı: Yeni nəşrlər evi, 1999, 80 səh.
5. Urud (bədii publisistika). Bakı: Araz, 2000, 431 səh.
6. Haqqın var yaşamağa (siyasi publisistika). Bakı: Araz, 2001, 292 səh.
7. Vətən and yerimiz (uşaq şeirləri, sinifdən xaric oxu vəsaiti). Bakı: Avropa, 2004, 112 səh.
8. Zəngəzur (elmi-publisistik nəşr). Bakı: Nurlar, 2005, 503 səh.
9. Uruda iki səfər (bədii publisistika). Bakı: Adiloğlu, 2008, 124 səh.
10. Hər nə varsa (şeirlər və poemalar). Bakı: Avropa, 2008, 304 səh.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Tibbi xidmət polkovniki MUSA MUSAYEV (1950)

Tibbi xidmət polkovniki MUSA MUSAYEV (1950)

Başkeçid
Təbrik edirik, MUSA MÜƏLLİM!..

Təbrik edirik, MUSA MÜƏLLİM!..

Darvaz, Təbriklər
DOĞUM GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ MUSA MÜƏLLİM!..

DOĞUM GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ MUSA MÜƏLLİM!..

Darvaz, Təbriklər, "Borçalı" Cəmiyyəti
Aftandil Qasım oğlu BABAYEV (1957)

Aftandil Qasım oğlu BABAYEV (1957)

"XXI əsrin Ziyalıları", Borçalı, İqtisadiyyat
Doğum gününüz mübarək, hörmətli Həbib müəllim!..

Doğum gününüz mübarək, hörmətli Həbib müəllim!..

Təbriklər
TƏBRİK EDİRİK, QƏNİRƏ XANIM!..

TƏBRİK EDİRİK, QƏNİRƏ XANIM!..

Milli Məclis, Təbriklər
RAMİZ AYVAZ OĞLU HƏSƏNOV

RAMİZ AYVAZ OĞLU HƏSƏNOV

"XXI əsrin Ziyalıları", Borçalı
Həkim RƏNA ƏLİYEVA (1953)

Həkim RƏNA ƏLİYEVA (1953)

Səhiyyə, Darvaz
Vadim Ələddin oğlu XUBANOV (1963)

Vadim Ələddin oğlu XUBANOV (1963)

"XXI əsrin Ziyalıları", Qaraçöp, İqtisadiyyat
TƏBRİK EDİRİK, HÖRMƏTLİ ADİLXAN MÜƏLLİM BAYRAMOV!...

TƏBRİK EDİRİK, HÖRMƏTLİ ADİLXAN MÜƏLLİM BAYRAMOV!...

Mədəniyyət, Borçalı, Təbriklər
Hüquqşünas Şirxan Əfəndiyev (1984)

Hüquqşünas Şirxan Əfəndiyev (1984)

Darvaz, Hüquq
Birinci Xanım - Mehriban Arif qızı Əliyeva

Birinci Xanım - Mehriban Arif qızı Əliyeva

Prezident
Ədəbiyyatşünas Tehran Əlişanoğlu AMEA-nın müxbir üzvü seçilib

Ədəbiyyatşünas Tehran Əlişanoğlu AMEA-nın müxbir üzvü seçilib

Humanitar elmlər
Tanınmış türkoloq, görkəmli dilçi-alim və millət vəkili NİZAMİ CƏFƏROV AMEA ...

Tanınmış türkoloq, görkəmli dilçi-alim və millət vəkili NİZAMİ CƏFƏROV AMEA ...

Humanitar elmlər
Polkovnik MEHMAN SƏLİMOV  (1955)

Polkovnik MEHMAN SƏLİMOV (1955)

Başkeçid
Vüqar MEHRABOV - 50

Vüqar MEHRABOV - 50

BDU, "Elm və Təhsil", Bolus, Təbriklər
Polkovnik VAQİF ADİL OĞLU BAYRAMOV (1961-2006)

Polkovnik VAQİF ADİL OĞLU BAYRAMOV (1961-2006)

Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
Nuh Yurdunun böyük oğlu!..

Nuh Yurdunun böyük oğlu!..

Naxçıvan, "Zirvə", Təbriklər
Yubileyiniz mübarək, əziz və hörmətli professor Telman QULUYEV!...

Yubileyiniz mübarək, əziz və hörmətli professor Telman QULUYEV!...

TDPİ-nin Azərbaycan bölməsi, Gəncə, Təhsil, GDU, Bolus, Təbriklər
Həkim ETİMAD NƏBİYEV (1970)

Həkim ETİMAD NƏBİYEV (1970)

Səhiyyə, Darvaz
Rəy yazın: