Mən Elmira xanımı çox qısa müddətdir ki, yaxından tanıyıram. Tanıdığım müddətdə Elmira Axundovanın gözəl xanım olmaqla yanaşı sözün həqiqi mənasında ziyalı mərd, mübariz ruhlu, xalqına və dövlətinə bütün varlığı ilə bağlı olan ədalətli şəxsiyyət olduğunun şahidi olmuşam. Elmira xanım Axundovanın mükəmməl şəxsiyyət kimi cəmiyyətimizin ziyalı tabəqəsinin öndəgedən simalarından olması heç birimizə sirr deyil. Hər zaman açıq fikirli, obyektiv olmağa çalışan Elmira xanımın fəaliyyəti və səmərəli elmi publisistik yaradığıcılığı ölkəmizdə böyük bir jurnalist nəslinin formalaşmasında mühüm rol oynayıb.Onun fəaliyyəti xarici mətbuatda eyni zamanda beynəlxalq aləmdə Azərbaycan jurnalistikasının özünüifadəsində xüsusi bir mərhələni təşkil edir. Elmira xanımın ictimai-siyasi fəaliyyəti də nümunəvi hesab oluna bilər. Belə ki, o, cəsarətli, lazım olan situasiyalarda əsil ziyalı, ictimai xadim kimi mövqeyni ortaya qoymağı bacarır. Elmira Axundovanın parlamentdəki çoxşaxəli və obyektiv fəaliyyətini də nəzərdən qaçırmaq olmaz.Müxtəlif qanun layihələrinin müzakirələri zamanı Elmira Axundovanın sərgilədiyi cəsarətli eyni zamanda ədalətli mövqeyi xüsusilə diqqətləlaiqdir.
Azərbaycan Respublikası Prezidentinin Xüsusi Diplomu "Şöhrət” ordeni ilə mükafatlandırılan Elmira Axudovanın cəsarəti eyni zamanda mübariz ruhu hər birimizə hələ 80-ci illərin sonları, 90-cı illərin əvvəllərində istər yerli, istərsə də xarici mətbu orqanlarında Azərbaycanın azadlığının və inkşafının Heydər Əliyevlə bağlı olacağı barədə məqalələrini, o cümlədən Ümummilli liderlə müsahibələrini dərc etdiyi dövrlərdən tanışdır.Elmira Axundovanın Ulu öndər Heydər Əliyevlə bağlı altı cilidlik monumental əsəri hələ neçə-neçə onilliklər boyunca Heydər Əliyev fenomenini tədqiq edəcək Azərbaycan eyni zamanada xarici tarixçilər və gənclərimiz üçün əvəzsiz mənbədir. Mən deyərdim Elmira xanım Axundova ilə “Yeni Yurd” Sosial İnkşaf ictimai birliyini birləşdirən elə Ulu Öndər Heydər Əliyevə olan sevgi,sayğı yüksək etiramdır. Belə ki, 2015-ci ilə mayın 10-da Alov Qüllələri Fairmont otelində təşkil olunmuş tən-tənəli mərasimdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin təsis etdiyi “Böyük Yurdsevər” mükafatı Heydər Əliyev irsinin araşdırılması və təbliğinə görə Millət vəkili Elmira Axunovaya təqdim edildi. Daha sonra “Yeni Yurd”Sosial İnkişaf ictimai birliyinin həyata keçirdiyi çoxsaylı eyni zamanda Azərbaycan cəmiyyəti və insanlarımız üçün faydalı əhəmiyyətə malik olan layihələri ilə yaxından tanış olan Elmira Axundova əsas fəaliyyət prinsipi Ulu Öndər Heydər Əliyev ideyaları olan “Yeni Yurd”Sosial İnkişaf ictimai birliyi ilə sıx əməkdaşlıq edir.
“Yeni Yurd” Sosial İnkişaf ictimai birliyi yaxin dostu və tərəfaşı,hazırda 71 saylı Masallı kənd seçki dairəsindən deputatlığa namizəd olan yazıçı-publisist və ictimai xadim Elmira Axundovaya, 1 noyabr 2015-ci il Parlamet seçkilərində uğurlar,Azərbaycanın inkşafı və rifahı yolunda daha çox irimiqyaslı işlərə imza atmağı arzu edirik.
Aynur Qəniyeva