dostum-qardaşım,
Özünə-Sözünə, Biliyinə-Savadına,
Elminə-Bəddi yaradıcılığına,
Bacarığına-Qabiliyyətinə,
İstedadına-Təşkilatçılığına,
Şairliyinə-Jurnalistliyinə,
Səmimiliyinə-Mehribanlığına,
Mərdliyinə-Cəsarətinə,
Mübarizliyinə-Dəyanətinə,
Yurdsevərliyinə-Vətənpərvərliyinə,
Borçalılığına-Azərbaycançılığına,
Türkçülüyünə-Bəşərililiyinə,
bir sözlə, İnsanlığına-Xeyirxahlığına
həmişə böyük hörmət və
izzət bəslədiyim
Dəyanət Osmanlı!..
Yubileyin - Əli yaşın mübarək!...
Səni ürəkdən təbrik edirəm!
Sənə uzun ömür, möhkəm cansağlığı,
şəxsi həyatında, elmi-ictimai fəaliyyətində
və bədii yaradığılığında yeni-yeni uğurlar,
bol-bol nailiyyətlər diləyirəm.
Arzu edirəm ki, 50 ildən sonra səni
100 illik Yubileyin münasibətilə
təbrik etməyi Allah bizlərə,
Səni sevənlərə və
bütün doğmalarına
nəsib eyləsin!..
Var ol, Qardaşım!...
Sən, Sözün əsl mənasında,
KİŞİ ADAMsan!...