“Güney Azərbaycanda erməni vəhşiliyi” mövzusunda dəyirmi masa keçirilib

“Güney Azərbaycanda erməni vəhşiliyi” mövzusunda dəyirmi masa keçirilib “Güney Azərbaycanda erməni vəhşiliyi” mövzusunda dəyirmi masa keçirilib “Güney Azərbaycanda erməni vəhşiliyi” mövzusunda dəyirmi masa keçirilibBu gün Bakı Beynəlxalq Mətbuat Mərkəzində Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə “Güney Azərbaycanda erməni vəhşiliyi” mövzusunda
konfrans - dəyirmi masa keçirilib.

Konfransda DAK rəhbərliyindən
Dr. Cavad Derəxti,
Prof.Dr. Qulamrza Səbri Təbrizi,
Prof.Dr. Paşa Qəlbinur,
Prof.Dr. Əliyar Səfərli,
Prof.Dr. Məhəmməd Nəcəfzadə,
Əjdər Tağızadə, Dünya Əliyeva,
Elnur Eltürk, Əli Qasımov,
Taleh Əliyev

başqaları çıxış ediblər.

Tədbirdə giriş sözü ilə çıxış edən DAK-ın Azərbaycandakı nümayəndəliyinin sədri Səftər Rəhimli deyib ki, ermənilər 1918-ci ildə Şimali Azərbaycanın müxtəlif bölgələrində törətdikləri
soyqırımından öncə
eyni addımı 1915-ci ildə
Güney Azərbaycanda atıblar.

Onun sözlərinə görə, ermənilər
Urmuda, Xoyda və Salmasda evlərə vəhşicəsinə basqınlar edərək, dinc əhalini qətlə yetiriblər:
“1915-ci ildə Petros adlı erməni komandanı quldur dəstəsi ilə birlikdə Azərbaycan Türklərinə basqın edib, Əsgərxan məhəlləsində
qanlı faciələr törədib.
159 gün davam edən qırğınlar nəticəsində 150 min
Azərbaycan türkü qətlə yetirilib.
1917-ci ildə isə erməni quldur dəstələri Urmiya və Xoy şəhərlərində qətliamlar törədiblər.
Araşdırmalar göstərir ki, ümumilikdə Güney Azərbaycanda xüsusi ilə Cilovluq faciəsi başda olmaqla ermənilər tərəfindən qətlə yetirilən Azərbaycan Türklərinin sayı
300 min nəfər olub”.

Səftər Rəhimli sonda təəssüf edərək bildirib ki, Fransa, İngiltərə ilə birlikdə Rusların da bu qətliamların həyata keçrildiyi zaman ayaq izləri bu bölgədə görünməkdədir.

DAK-ın fəxri sədri Qulamrza Səbri Təbrizi isə bildirib ki, ermənilər bizə qarşı törətdikləri soyqırımı siyasətini adımıza çıxarmağa çalışırlar: “Bu baxımdan ermənilərə qarşı bütöv Azərbaycan birləşməlidir”.

Professor Paşa Qəlbinur çıxışında qeyd edib ki, hamı səfərbər olub həqiqəti sübuta yetirməlidir: “Həqiqət isə çox uzaqdan gəlir.
Çox uzağa getməsək belə, gözümüzün qarşısında olan Xocalı faciəsi və Qarabağda baş verənlər ermənilərin vəhşiliyinin sübutudur.
Dünya görməlidir ki, millətimiz cinayətkar bir dövlətlə üz-üzədir və onlar bizə qarşı bütün çirkin üsullara əl atırlar”.

DAK-ın İdarə Heyətinin üzvü, Azərbaycanın İrandakı keçmiş səfiri, akademik Əlyar Səfərli isə ermənilərə qarşı Güney Azərbaycanda böyük təbliğat işlərinin həyata keçirilməsinin vacibliyini vurğulayıb və Güney Azərbaycanın son durumunu xatırladaraq güneyli soydaşlarımıza sahib çıxılmasını bildirib.

DAK Daimi Şurasının sədri Əjdər Tağızadə çıxışında Andranikin başçılığı altında Naxçıvandan keçerek Güney Azərbaycana gələn 4 minlik ermənilərdən ibarət qoşun, amansız qırğınlar heyata keçirirməsindən danişıb. Sonda erməni, fars-yalanlarına qarşı Güneyli-Quzeyli Azərbaycan Türklərinin birlikdə fəaliyyət göstərməsinin, Azərbaycan və Türkiyəyə bu məsələlərin təbliğində dəstək olmanın vacibliyini vurğuladbı.

Professor Məhəmməd Nəcəfzadə Güney Azərbaycanda baş vermiş dəhşətli qətliamlarla yanaşı 20 il bundan öncə baş vermiş Xocalı soyqırımını dünyanın görməməzlikdən gəldiyini və daha geniş təbliğat maşınının işə salınmasını təklif edib.

DAK Qadınlar Şurasının sədri Dünyaxanım Əliyeva soyqırımla bağlı tədbirlərin sistemli və daha sıx keçirilməsinin vacibliyini bildirib və artıq sözdən əməli işə keçməyin vacibliyini qeyd edib.

Diaspora Jurnalistlər Birliyinin İdarə Heyyətinin üzvü, Jurnalist Elnur Eltürk isə çıxışında vurğulayıb ki, ermənilərin azərbaycanlılara qarşı törətdikləri hadisələrin xarici mətbuatda işıqlandırılmasına çalışmalıyıq: “Düşünürəm ki, biz yalnız bu yolla səsimizi dünyaya çatdıra bilərik. Ölkəyə gələn turistlərə ermənilərin vəhşilikləri barədə məlumat verməliyik. Hesab edirəm ki, bu məsələdə xaricdə yaşayan və təhsil alan gənclərin üzərinə böyük yük düşür. Onların potensialı böyükdür”.

Ümüd Partiyası İcra Aparatının rəhbəri Taleh Əliyev bu istiqamətdə fəaliyyətlərin artırılmasında siyasi partiyaların və diaspor təşkilatlarının rolundan danışıb.

Qarabağ qazisi Əli Qasımov təbliğat işində xarici mətbuatda bu sahədə geniş ve dəqiq məlumatlara söykənən yazıların dərc edilməsinı bildirib.

Tədbirdə digər çıxışlar da dinlənilib.

Sonda mətbuat nümayəndələrinin sualları cavablandırılıb.

Müşfiq BORÇALI.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AzTU-da 31 Mart Soyqırımı Günü ilə əlaqədar anım mərasimi keçirilib

AzTU-da 31 Mart Soyqırımı Günü ilə əlaqədar anım mərasimi keçirilib

AzTU
Azərbaycan Texniki Universitetində Azərbaycanlıların Soyqırımı Günü ilə əla ...

Azərbaycan Texniki Universitetində Azərbaycanlıların Soyqırımı Günü ilə əla ...

Təhsil, AzTU
Botanika İnstitutunda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Botanika İnstitutunda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Biologiya və tibb elmləri
Azərbaycanda keçiriləcək referendum Rusiayadakı azərbaycanlı gənclərlə müza ...

Azərbaycanda keçiriləcək referendum Rusiayadakı azərbaycanlı gənclərlə müza ...

Rusiya, Diaspora
XOCALI FACİƏSİNİN 25-Ci İLDÖNÜMÜ YAD EDİLİB

XOCALI FACİƏSİNİN 25-Ci İLDÖNÜMÜ YAD EDİLİB

Humanitar elmlər
AzTU-da 31 Mart Soyqrımı Günü qeyd olundu

AzTU-da 31 Mart Soyqrımı Günü qeyd olundu

AzTU
AzTU-da Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

AzTU-da Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Əsas xəbər, AzTU
DAK nümayəndə heyəti Gürcüstan Parlamentində görüşlər keçirib

DAK nümayəndə heyəti Gürcüstan Parlamentində görüşlər keçirib

Tiflis, Diaspora
Azərbaycanlıların kütləvi surətdə qırğını XX əsr tarixinin ən faciəli və də ...

Azərbaycanlıların kütləvi surətdə qırğını XX əsr tarixinin ən faciəli və də ...

Əsas xəbər, İctimai elmlər, UNUTSAQ, UNUDULARIQ!....
Elmar Həsənov: Gürcüstanın Xocalı soyqırımını tanınmasına siyasi şərait yar ...

Elmar Həsənov: Gürcüstanın Xocalı soyqırımını tanınmasına siyasi şərait yar ...

"Borçalı" Cəmiyyəti
31 mart - Azərbaycanlıların soyqırımı günüdür

31 mart - Azərbaycanlıların soyqırımı günüdür

Tarix, Köşə yazılar
Millət vəkili Azər Süleymanov: “25 il öncə mənim xalqıma qarşı Xocalıda van ...

Millət vəkili Azər Süleymanov: “25 il öncə mənim xalqıma qarşı Xocalıda van ...

Qarabağ, Tiflis, Siyasət
“Tarixin Xocalı xəcaləti” mövzusunda tədbir keçirilib

“Tarixin Xocalı xəcaləti” mövzusunda tədbir keçirilib

Humanitar elmlər, "Zirvə"
AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Xocalı Soyq ...

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Xocalı Soyq ...

Biologiya və tibb elmləri
Tiflisdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş konfrans ...

Tiflisdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş konfrans ...

Tiflis
Milli Məclisin deputatı Əflatun Amaşov seçicilərlə görüşdü

Milli Məclisin deputatı Əflatun Amaşov seçicilərlə görüşdü

Milli Məclis, Regionlar, MEDİA
SDU-da 31 mart - Azərbaycanlıların Soyqırımı Günü qeyd edildi

SDU-da 31 mart - Azərbaycanlıların Soyqırımı Günü qeyd edildi

Sumqayıt
Erməni cinayətlərinə son qoyulması ümumbəşəri vəzifədir

Erməni cinayətlərinə son qoyulması ümumbəşəri vəzifədir

Regionlar, UNUTSAQ, UNUDULARIQ!....
31 Mart - azərbaycanlılara qarşı törədilən soyqırımı aktı

31 Mart - azərbaycanlılara qarşı törədilən soyqırımı aktı

UNUTSAQ, UNUDULARIQ!....
“TARİXİN QAN YADDAŞI”

“TARİXİN QAN YADDAŞI”

Biologiya və tibb elmləri, Digər bölmələr, Tarix, UNUTSAQ, UNUDULARIQ!....
Rəy yazın: