Mərkəzi Sərgi salonunda Gürcüstanda yaşayan azərbaycanlı rəssam
Rizvan İsmayılın fərdi sərgisi açılıb.
turan.info.az xəbər verir ki, "Qalereya 1969" sərgi salonunda keçirilən sərgidə Azərbaycan Respublikası Mədəniyyət və turizm nazirinin müavini
Ədalət Vəliyev, Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, Gürcüstan Mədəniyyət Mərkəzinin İdarə Heyətinin sədri Fazil Həsənov, Azərbaycan Yazıçılar
Birliyinin katibi,
"525-ci qəzet"in
Baş redaktoru Rəşad Məcid,
Azərbaycan Mətbuat Şurası
sədrinin müavini, Beynəlxalq
Avrasiya Mətbuat Fondunun
sədri Umud Rəhimoğlu,
rəssam Sakit Məmmədov
və başqaları iştirak ediblər.
Azərbaycan Respublikası Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki,
Rizvan İsmayıl istedadlı rəssam kimi həm Gürcüstanda, həm də Azərbaycanda tanınır, onun əsərləri müxtəlif sərgi salonlarında nümayiş olunur:
"Rizvanın əsərləri son dərəcə gözəldir və insanı düşünməyə vadar edir. Ümid edirəm ki,
Rizvan İsmayılın əsərləri müxtəlif sərgi salonlarında nümayiş olunacaq. Mən Rizvanı ürəkdən
təbrik edirəm və ona yaradıcılıq uğurları arzu edirəm".
Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov isə Gürcüstan-Azərbaycan mədəni əlaqələrindən danışıb, sərgini iki ölkə arasında mədəni münasibətlərin növbəti uğuru kimi dəyərləndirib.
Tədbirdə çıxış edən Gürcüstan Mədəniyyət Mərkəzinin İdarə Heyətinin sədri Fazil Həsənov, rəssam Sakit Məmmədov və başqaları istedadlı rəssam Rizvan İsmayılın yaradıcılığı haqqında fikirlərini bildiriblər, onun əsərlərini özünəməxsus sənət nümunəsi kimi dəyərləndiriblər.
Biz də istedadlı rəssam Rizvan İsmayıla yeni-yeni uğurlar arzulayırıq!..
turan.info.az
.