AMEA-da “Heydər Əliyevin dövlətçilik təlimi və müasir dövr” adlı Beynəlxalq onlayn elmi konfrans keçirilib

AMEA-da “Heydər Əliyevin dövlətçilik təlimi və müasir dövr” adlı Beynəlxalq onlayn elmi konfrans keçirilib AMEA-da “Heydər Əliyevin dövlətçilik təlimi və müasir dövr” adlı Beynəlxalq onlayn elmi konfrans keçirilib Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA)
təşkilatçılığı ilə
“Heydər Əliyevin dövlətçilik təlimi və müasir dövr” adlı Beynəlxalq onlayn elmi konfransı keçirilib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş konfransa Azərbycanla yanaşı Türkiyə, Qazaxıstan, Rusiyadan elm xadimləri qatılıblar.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Gülnar Səma turan.info.az
-a bildirib ki, Konfransı giriş sözü ilə AMEA-nın birinci vitse-prezidenti, millət vəkili, akademik İsa Həbibbəyli açaraq bildirib ki, “Azərbaycan xalqının görkəmli dövlət xadimi Heydər Əliyev XX əsrin yetişdirdiyi nadir dünya liderlərindən biridir. O, keçmiş SSRİ-nin siyasi bürosunda idarəetmədə təmsil olunmaqla yanaşı, uzun müddət Azərbaycanın rəhbəri olmuşdur. Azərbaycana rəhbərlik etdiyi birinci mərhələdə xalqını gələcək müstəqilliyə hazırlamaq üçün böyük işlər görmüş, milli oyanışda mühüm rol oynamışdır. Onun Azərbaycanı müstəqilliyə hazırlama xidmətlərinə 1978-ci ildə Azərbaycan dilini rəsmi dövlət dili elan etməsini, zabitlər hazırlayan Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məhz Azərbaycanda açılmasını və digər çoxsaylı işlərini nümunə göstərmək olar”.


SSRİ-nin süqut dövrünün şərhini verən akademik İsa Həbibbəyli əlavə edib ki, həmin dövrlərdə Naxçıvanda yaşayan Heydər Əliyevin sayəsində üçrəngli bayrağımız ilk dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində qaldırılmış, Muxtar Respublikanın adından “Sovet Sosialist” sözləri çıxarılmış, SSRİ-nin qorunub-saxlanması ilə bağlı keçirilən referendumda Muxtar Respublika iştirak etməmişdir.
Daha sonra ümummilli liderin müstəqillik illərindəki fəaliyyətinə işıq salan akademik İsa Həbibbəyli onun daxili və xarici siyasətdə tutduğu məqsədyönlü istiqamətin tarixinə nəzər salıb. Heydər Əliyevin Türkiyə Cumhuriyyəti ilə münasibətlərə xüsusi önəm verdiyini, 1994-cü ildə Çinə, sonralar bir neçə dəfə ABŞ-a səfərlər ediyini müstəqil Azərbaycan dövlətinin tanınmasında, əlaqələrin qurulmasında mühüm addımlar olduğunu diqqətə çatdırıb. Müasir dövrdə onun siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulayıb.
Akademik həmçinin Heydər Əliyevin elm, incəsənət və ədəbiyyat xadimlərinə xüsusi diqqət və qayğısından da bəhs edib. Eləcə də, onun qayğıkeşliyinin bu gün elm adamları tərəfindən yüksək qiymətləndirildiyini əlavə edib. Buna nümunə olaraq AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda hazırlanan ikicildlik “Ədəbiyyatda Heydər Əliyev obrazı tarixi gerçəklikdən ideala” kitabını misal gətirib.

Sonra Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darxan Kıdırali “Türk xalqları arasında qarşılıqlı əlaqələrin inkişafında Heydər Əliyevin rolu” mövzusunda məruzə edərək əsas diqqəti Heydər Əliyevin Qazaxıstan-Azərbaycan və ümumiyyətlə, türk dünyası üçün xidmətlərinə yönəldib. Bildirib ki, Heydər Əliyevlə Nursultan Nazarbayevin şəxsi dostluq münasibətləri dövlətlərimizin də əlaqələrinin inkişafına təsir göstərib. TÜRKSOY və digər bu kimi qurumların yaranmasında Heydər Əliyevin rolunu xüsusi vurğulayıb. Türk dövlət başçılarının Zirvə görüşlərinin keçirilməsinin onun adı ilə bağlı olmasını, “Dədə Qorqud”, “Manas” kimi dastanlarımızın yubileylərinin qeyd edilməsində xüsusi xidmətlər göstərdiyini bildirib. Bugün onun yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin Türk Şurasının, TürkPa-nın. TÜRKSOYun, Beynəlxalq Türk Akademiyasının fəaliyyətinə böyük təkan verdiyini nəzərə çatdırıb.

Videokonfransda Şimali Kiprin Yaxın Doğu Universitetinin professoru Fəxrəddin Sadıqoğlu “Kiprdə Heydər Əliyev xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlər”, Rusiyanın Rostov şəhərində yerləşən “Cənub Universiteti”nin (İdarəetmə, Biznes və Hüquq İnstitutu) rektoru, professor İmran Əkbərov “Azərbaycan-Rusiya münasibətlərinin formalaşmasında Heydər Əliyevin rolu”, KÜNİB-in rəhbəri, professor Ramazan Qorxmaz “Heydər Əliyev və Azərbaycan-Türkiyə münasibətləri” mövzusunda məruzələrlə çıxış ediblər.

Daha sonra AYB-nin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid “Heydər Əliyev və Azərbaycan mətbuatı” adlı məruzəsində Ümummilli liderin mətbuat üçün gördüyü işləri və onunla bağlı xatirələrini bölüşüb. Baş redaktor qeyd edib ki, “Heydər Əliyevin hələ sovet dövründə ədəbiyyata və ədəbiyyat xadimlərinə, jurnalistlərə verdiyi dəyər əfsanə kimi danışılırdı. Biz də 1993-cü ildən sonra onun addımlarını işıqlandırırdıq. “525-ci qəzet”in müxbiri həmişə onun keçirdiyi görüşlərdə olub, ən müxtəlif suallara cavab alıb. Onun 6 avqust 1998-ci ildə imzaladığı fərmanla senzura tamamilə ləğv edildi, bununla da tam yeni bir mənzərə yarandı. Həmişə problemli situasiya yarananda ulu öndər mətbuatın tərəfində olub. O, Azərbaycan qəzetlərini və televiziyalarını diqqətlə izləyirdi və mətbuatın qaldırdığı problemlərə xüsusi həssaslıqla yanaşırdı. Ümumiyyətlə o, ictimai idarəetmənin ustası idi”.

Onlayn elmi konfransda AMEA-nın Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Heydər Əliyevin Naxçıvan dövrü fəaliyyəti”, Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu “Heydər Əliyev və Azərbaycan dili”, Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə “Heydər Əliyevin obrazı xalçaçılıq sənətində”, Fəlsəfə İnstitutunun direktor müavini, fəlsəfə elmləri doktoru Eynulla Mədətli “Azərbaycan diplomatiyasının inkişafında Heydər Əliyev fenomeninin rolu”, AMEA Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə “Heydər Əliyev və Azərbaycan qadını” mövzusunda məruzələrlə çıxış ediblər.

AMEA-nın digər əməkdaşlarından Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Elnarə Akimovanın “Ədəbiyyatda Heydər Əliyev obrazı”, Yeni Azərbaycan Partiyası AMEA ərazi partiya təşkilatının sədri, biologiya üzrə fəlsəfə doktoru Ulduzə Mehvalıyevanın “Heydər Əliyev Yeni Azərbaycan Partiyasının qurucusu kimi”, Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, professor Tahirə Məmmədin məruzələri dinlənilib.

Videokonfransda Ədəbiyyat İnstitutun direktor müavinləri, filologiya elmləri doktoru, dosent Əlizadə Əsgərli, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, Rəşad Qasımov və İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli də iştirak ediblər.

Ədəbiyyat İnstitutun digər əməkdaşlarından Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Binnətova, İnstitutun Təhsil şöbəsinin müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov, Ədəbiyyat İnstitutunun YAP ilk özək təşkilatının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xədicə İsgəndərli, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Gülnar Qasımlı da konfransa qatılıb.

Onlayn konfransda Dendrologiya İnstitutundan Tünzalə Zeyvəliyeva, AMEA Gənc Alimlər və Mütəxəsislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri Nərgiz Qəhrəmanova da iştirak ediblər.

turan.info.az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda II Respublika Elmi Kon ...

“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda II Respublika Elmi Kon ...

Elm, "Zirvə"
Filologiya elmləri doktoru Mərziyyə Nəcəfova - Ədəbiyyat İnstitutunun YAP i ...

Filologiya elmləri doktoru Mərziyyə Nəcəfova - Ədəbiyyat İnstitutunun YAP i ...

YAP, Humanitar elmlər
Qafqazşünaslıq İnstitutunda Ulu öndər Heydər Əliyevin anım gününə həsr olun ...

Qafqazşünaslıq İnstitutunda Ulu öndər Heydər Əliyevin anım gününə həsr olun ...

İctimai elmlər
Azərbaycanın dünya miqyasında tanınmasında ulu öndər Heydər Əliyevin xidmət ...

Azərbaycanın dünya miqyasında tanınmasında ulu öndər Heydər Əliyevin xidmət ...

Humanitar elmlər, İctimai elmlər
Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasında - Gənc ədəbiyyatşünaslar ...

Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasında - Gənc ədəbiyyatşünaslar ...

Humanitar elmlər, "Zirvə"
Ədəbiyyat İnstitutunun Elmi şurasında 2022-ci ilin hesabatı dinlənilib

Ədəbiyyat İnstitutunun Elmi şurasında 2022-ci ilin hesabatı dinlənilib

Humanitar elmlər
Ədəbiyyat İnstitutunun Hesabat Elmi şurası keçirilib

Ədəbiyyat İnstitutunun Hesabat Elmi şurası keçirilib

Humanitar elmlər
Qəzənfər Paşayevin “Xilaskarlar”ı Tehranda işıq üzü görüb

Qəzənfər Paşayevin “Xilaskarlar”ı Tehranda işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər, Cənubi Azərbaycan
AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Ümummilli L ...

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Ümummilli L ...

Biologiya və tibb elmləri
Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, Saleh Məhərr ...

Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, Saleh Məhərr ...

Naxçıvan, Elm
AMEA-da “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda elmi konfrans keç ...

AMEA-da “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda elmi konfrans keç ...

Humanitar elmlər, "Zirvə"
AMEA-nın kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblə ...

AMEA-nın kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblə ...

Elm, Humanitar elmlər, "Zirvə"
AMEA-da “Heydər Əliyev dərsləri: elm, gender və müasir reallıqlar” mövzusun ...

AMEA-da “Heydər Əliyev dərsləri: elm, gender və müasir reallıqlar” mövzusun ...

Humanitar elmlər, "Zirvə"
“Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans

“Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans

Humanitar elmlər, "Zirvə", Turan, Orta Asiya
“İDEOLOJİ, SOSİAL VƏ ELMİ MAARİFLƏNDİRMƏ” PROQRAMI ÜZRƏ NÖVBƏTİ MÜHAZİRƏ

“İDEOLOJİ, SOSİAL VƏ ELMİ MAARİFLƏNDİRMƏ” PROQRAMI ÜZRƏ NÖVBƏTİ MÜHAZİRƏ

Digər bölmələr
“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

Əsas xəbər, Elm, "Zirvə"
“Elm və təhsil İlham Əliyev siyasətinin prioritet istiqamətlərindən biri ki ...

“Elm və təhsil İlham Əliyev siyasətinin prioritet istiqamətlərindən biri ki ...

Digər bölmələr
Ədəbiyyat İnstitutunda görkəmli qazax yazıçısı Oljas Süleymenova Fəxri dokt ...

Ədəbiyyat İnstitutunda görkəmli qazax yazıçısı Oljas Süleymenova Fəxri dokt ...

"Zirvə", BDU
Azərbaycan elminin yeni inkişaf mərhələsi ümummilli lider Heydər Əliyevin a ...

Azərbaycan elminin yeni inkişaf mərhələsi ümummilli lider Heydər Əliyevin a ...

Elm, "Zirvə"
Unudulmaz tarixi şəxsiyyət xalqın yaddaşında

Unudulmaz tarixi şəxsiyyət xalqın yaddaşında

İctimai elmlər, "Zirvə"
Rəy yazın: