BOLUS (BOLNİSİ) RAYONU - 01

BOLUS (BOLNİSİ) RAYONU  - 01
BOLUS (BOLNİSİ) RAYONU  - 01 BOLUS (VƏ YA BOLULUS) - Qədim Borçalı mahalının mərkəzi ərazisində yerləşən indiki Bolnisi rayonunun əvvəlki qədim adıdır.
Bu oykonim, çox güman ki, türk dillərində «bolluq» mənasını bildirən «bol»«əyalət, nahiyə, bölgə» mənalarını bildirən «ulus» sözlərinin birləşməsindən düzəlmiş və bu ərazidəki Bolus və ya Bolulus (indiki Bolnisi) çayının adı ilə əlaqədar yaranmışdır. Ümumi mənası «bolluq məkanı, bolluq bölgəsi» deməkdir.
«Bolulus», əsasən, Borçalının Bağ bölgəsində yerləşir.

İndi bu bölgə Bolnisi rayonu - Bolnisi bələdiyyəsi adlanır. Bolnisi həm rayon - inzibati ərazisinin, həm rayon mərkəzinin adıdır.

Bundan başqa, «Bolnisi» sözü «Bolnis Kəpənəkçi» ifadəsinin tərkibində də işlədilir.
Belə ki, XX əsrin 40-cı illərindən sonra 1500 ildən çox yaşı olan Kəpənəkçi kəndi də Kvemo-Bolnisi (Aşağı Bolnisi) adlandırıldı.

Tarixi Borçalı mahalına daxil olan Bolnisi bələdiyyəsi Gürcüstanın cənub-şərqində Maşavera və onun qolları olan Xaçınnıçay, Talaver (Talvar – yerli əhali buranı Tənəklik də adlandırır) və Sağsağanlıçay çaylarının hövzəsində yerləşir. Aşağı Kartli mxaresinin mərkəzi olan Rustavi şəhərindən 65 km qərbdə, paytaxt Tiflisdən isə 63 km cənub-qərbdə yerləşir. Ərazisi əsasən dağətəyi və alçaq dağlıq zonada yerləşməklə əhəmiyyətli bir hissəsi meşələrlə örtülüdür. Ən uca nöqtəsi 2141 metrə çatan Lök dağıdır.


Coğrafi mövqeyi: Bolnisi şəhəri - Ölkənin cənub-şərqində, Tiflisdən 63 km cənub-şərqdə, Maşaver çayının sol sahilində, Tapan dağının güneyində yerləşir.

1917-ci ilə qədər Tiflis Quberniyasnin Borçalı qəzasına, 1929-cu ilədək Gurcüstan SSR-in Lüksenburq rayonuna daxil olmuş, 1929-cu ildən Lüksenburq rayonu statusu almışdı, 1947-ildən Bolnisi rayonu adlanır.
1963-66-cı illərdə Marneuli və Dmanisi rayonlarını da əhatə etmişdi, 1966-cı ildə indiki sərhədləri daxilində Bolnisi rayonuna çevrilib.
Hazırda Kvemo-Kartli diyarına (mxaresinə) daxildir. Şimalda Tetri Skaro (Ağbulaq), şərqdə Marneuli (Sarvan), qərbdə Dmanisi, cənubda isə Ermənistan Respublikasının Taşır vilayəti ilə həmsərhəddir.

Hüduları cənubda Ermenistan, qərbdə Dmanisi rayonu, şərqdə və cənub-şərqdə Marneuli rayonu, şimalda Tetricigaro rayonu ilə əhatələnib.
Ərazisindən Xram, Maşaver çayları axır, avtomobil və dəmiryolu keçir.

Ərazisi: 804 kv. km., o cümlədən kənd təsərrüfatına yararlı 390 kv. km. Təməl qazıntı zənginliyi barit, tuf, Madneulə polimetal yatağıdır. İqtisadiyyatının əsasını kənd təsərrüfatı, o cümlədən üzümçülük, tərəvəzçilik, faraş kartofçuluq, heyvandarlıq təşkil edir.

Tarixi: - Çar Rusiyası Güney Qafqazda öz işğalını başa çatdırdıqdan sonra 1815-1818-ci illərdə bu ərazilərə almanlar köçürülüb.
Beləliklə də, Bağ Borçalısının mərkəzi hissəsində yeni bir alman yaşayış məntəqəsi yarandı. Bu məntəqə Yekaterinfeld adlandırılıb.
1921-ci ildə Gürcüstanda Sovet hakimiyyəti qurulduqdan sonra Yekaterinfeldin adı dəyişdirilib Lüksemburq qoyulub.
1941-ci ildə Almaniya-SSRİ müharibəsi başlanan kimi SSRİ hökuməti tərəfindən bu ərazidə təxminən 125 illik tarixə malik olan almanları Sibirə, Qazaxıstana və Orta Asiyaya sürgün ediliblər… 1943-cu ildə almanların Lüksemburq qəsəbəsindən sürgünü başa çatdıqdan sonra yaxınlıqdakı Cürük Qəmərli kəndinin əhalisi bura köçürülüb, kənd ləğv edilib və qəsəbə Bolnisi adlandırılıb. Eyni zamanda həmin illərdə Bolnisiyə Qərbi Gürcüstandan gürcülər gətirilib. Beləliklə də tarixən onun qərb tərəfindəki qurtaracağında yerləşmiş sabiq Cürük Qəmərli kəndinin torpaqları hesabına qəsəbə böyüyüb.
1967-ci ildən Bolnisi qəsə-bəsinə şəhər statusu verilib Bu şəhərdə bir sıra xalqların nümayəndələri, o cümlədən, azərbaycanlılar, gürcülər, ermənilər, ruslar, osetinlər, yunanlar və başqaları birlikdə yaşayırıblar.
Bolnisi şəhərində 740 azərbaycanlı ailəsi, başqa sözlə, 3 min nəfərdən çox soydaşımız məskunlaşmışdı. Təəssüflər olsun ki, 70 il dünyaya meydan oxuyan SSRİ imperiyası çökdüyü zaman keçmiş SSRİ hökuməti xalqlar arasında «milli-ədavət toxumu» səpdi. Bu «toxum» tez cücərti verdi. Z.Qamsaxurdiya hökuməti Azərbaycan millətindən olan əhalini Gürcüstandan çıxarmağa başladı. Onların arasında ilk «çıxarılanlar, qovulanlar» Bolnisi şəhərinin azərbaycanlı sakinləri oldular.

Əhalisi: 1989-cu ildə 67700 nəfər, 2002-ci ildə 74301 nəfər (hər kv/km-ə 92,4 nəfər; ölkə əhalisinin 1.7%-i) olub.
1 yanvar 2012-ci il tarixinə olan rəsmi təxminə əsasən rayon əhalisi 78.7 min nəfərdir. Əhalinin sıxlığı 1 km²-ə üçün 97,8 nəfərdir. Sosial vəziyyətin çətinliyi səbəbindən yüksək emiqrasiya nəticəsində rayonun əhalisi 1989-cu ildən 2012-ci ilə qədərki 23 il ərzində 2.8 min nəfər, yəni 3.44 % azalmışdır.

Bolnisi rayonunun tərkibində hazırda 1 şəhər (Bolnisi), 2 qəsəbə (Tamarisi və Kazreti), 11 kənd məclisi, 45 kənd var. İnzibati mərkəzi Bolnisi şəhəridir.
37 kəndin əhalisi elliklə azərbaycanlılardır.


Soydaşlarımız Kvemo-Bolnisi (Kəpənəkçi), Faxralı, Saraclı, Arıxlı, Darbaz, Qoçulu, Abdallı, Arakol, Daşdıoğullar, Dəmirli, Güləver, Qoşakilsə, Mığırlı, Musoprian, Müşevən, Qaradaş, Qaratikan, Hasanxocalı, İmirhəsən, Kolagir, Əsmələr, Molla-Əhmədli, Bala Muğanlı, Bərtəkər, Cəfərli, İncəoğlu, Şəmşiöyü, Sisqala (Saalıoğlu), Sarallar, Zol-Göyəc, Kipircik, Ağalar, Şahbuzlu kəndlərində tamamilə, Qazret, Tamaris qəsəbələrində, (Ayorta (Akaurt), Sənəb, Çataq (Poladauri) kəndlərində gürcülərlə bərabər yaşayırlar.


Etnik tərkibi: Soydaşlarımız 1979-cu ildə 45914 nəfər (66.9%), 1989-cu ildə 53808 (66%), 2002-ci ildə 49026 nəfər (kənd əhalisinin 85%-i), 2006-cı ildə 51600 nəfər.
1989-cu ildə əhalinin siyahıya alınmasına görə Bolnisi rayonunda soydaşlarımız 53808 nəfər olub, bu da rayon əhalisinin 66%-i deməkdir.
2002-ci ildə isə, soydaşlarımız 49025 nəfər olub. Bu da kənd əhalisinin 85% deməkdir. Çünki 1990-cı illərdə rayonun Bolnisi şəhərindən və Kazreti şəhər tipli qəsəbəsindən soydaşlarımız qeyri-qanuni olaraq çıxarılmışdır... Bu da Bolnisi rayonunda yaşayan soydaşlarımızın təxminən 5000 nəfər azalmasına səbəb olmuşdur. Hazırda Bolnisi rayonunda 1 şəhər, 2 qəsəbə, 11 kənd məclisi, 45 kənd var. 37 kəndin əhalisi elliklə azərbaycanlılardır. Rayo-nun indi 80.000 nəfərə yaxın əhalisi var ki, onun da təxminən 70 %-ini soydaşlarımız təşkil edirlər.

Mərkəzi: Bolnisi şəhəri.
1967-ci ildən şəhərdir. Buradan soydaşlarımız (702 ailə) 1990-1991-ci illərdə qovulmuşlar.
Rəsmi statistikaya görə Bolnisi şəhərində 2002-ci ildə çox az sayda (cəmi 2 ailə) azərbaycanlı qalmışdır.
Hazırda isə cəmi 36 azərbaycanlı ailəsi yaşamaqdadır… Onu da qeyd edək ki, 1970-1980-i illərdə rayon əhalisinin 65%-dən çoxunu azərbaycanlılar təşkil etdiyi kimi, o dövrün rayon-inzibati təşkilatlarında işləyənlərin, bəlkə də, 70%-ə qədəri də azərbaycanlılar idi. İndi əhalinin faiz nisbəti qalxsa da, rayon - inzibati təşkilatlarında işləyənlərin sayı, bəlkə, heç 1%- də təşkil etmir. Güman ki, bu barədə həm Gürcüstan hökuməti, həm də Bolnisi rayonuna rəhbərlik edən təşkilatlar düşünəcəklər…

Maarif: 39 Azərbaycan məktəbi, o cümlədən 13 orta, 14 təməl, 2 elementar, 10-u ibtidai məktəb və 5830 nəfər azərbaycanlı şagird, 799 nəfər azərbaycanlı müəllim olub.

Onu da qeyd edək ki, 1930-cu illərdən 1990-cı ilə qədər Bolnisi şəhərində Azərbaycan dilində müxtəlif illərdə Kənd Təssərrüfatı Texnikumu, Tibb Məktəbi, M.F.Axundzadə adına orta məktəb, mədəniyyət mərkəzi, xalq teatrı, «Könül» ansamblı fəaliyyət göstərmişdir.

Mətbuat:

1935-ci ildən «Al bayraq», sonralar «Qələbə bayrağı», 1990-cı ildən isə «Bolnisi» adlı rayon qəzeti Azərbaycan və gürcü dilərində nəşr olunmuşdur.
Qəzetin inkişafında və təlatümlü «yenidənqurma» illərindən sonra nəşr olunmasında mərhum Cəlil Binnətovun, Xəlil Allahverdiyevin, Rəşid Faxralının, Musa Çobanovun, Müşfiq Çobanlının və başqalarının xidmətlərini heç vaxt unutmaq olmaz.

Sevindirici haldır ki, son illərdə dəyərli ziyalımız Əlixan Yəhyaoğlunun təşəbbüsü və böyük əməyi sayəsində Bolisidə Azərbaycan Mədəniyyət Mərkəzi yaradılmış və onun özünün redaktorluğu ilə "ÜMİD" adlı qəzet nəşr olunmağa başlamışdır.

Toponimləri: 1990-cı illərdə azərbaycanlı kənd toponimləri başqa adlarla əvəzlənməyə cəhd göstərilib, o cümlədən: Abdallı – Cavşaniani (Cavşanlı), Arakel – Zezvnar, Arıxlı – Naxidur (Anaxatır), Bala Muğanlı – Parizi (Pəhriz), Cəfərli – Samtredo, Daşdıoğullar – Muxran, Dəmirli – Xaxalacvar, Əsmələr – Mcğnet, Faxralı – Talaver, Yuxarı Güləver – Cipor, Aşağı Güləver – Qeta (Gədi), Hasanxocalı – Xidisqğuri (Körpüqulağı), İmirhəsən – Savanet, İncəoğlu – Zemo-Bolnis, Kolagir – Surtav, Qaradaş – İcri, Qoçulu – Capala, Qoşaisə – Arkevani, Mığırlı – Vanat, Molla-Əhmədli – Xataveti, Babakişilər (Musaprian) – Potsxveriani, Sarallar – Zvaret, Saraçlı – Mamxut, Sisqala – Creş.

BOLNİSİ RAYONUNDAKI KƏNDLƏR:

Abdallı (Cavşanlı) kəndi (geniş)
Ağalar kəndi
Akaurt (Ayorta) kəndi
Arakol - Arakel (Zezvnar) kəndi
Arıxlı (Anahatir) kəndi (geniş)
Babakişilər - Musoprian (Pochivarli) kəndi
Bala Muğanli (Pəhriz) kəndi
Bala Darbaz kəndi
Balıc kəndi
Bəytəkər - Bərtəkər (Bəytəkər) kəndi
Çəfərli (Samgeret) kəndi
Darbaz kəndi
Daşdıqullar (Muxran) kəndi
Dəllər (Müşəvən) kəndi
Dəmirli kəndi
Əsmələr (Mecğnet) kəndi
Faxralı (Dələver) kəndi (geniş)
Güləver kəndi
Hasanxocalı (Hidiskğuri-körpüqulaği) kəndi
İmirhəsən (Savanet) kəndi
İncəoğlu (Zemo-Bolnisi) kəndi
Qaradaş (İçri, Qaraçöp) kəndi
Qaratikan kəndi
Kazret qəsəbəsi
Kəpənəkçi (Kvemo-Bolnisi) kəndi
Kipircik kəndi
Qoçulu (Capala) kəndi
Kolagir (Curtav) kəndi
Qoşakilsə (Erkevan) kəndi
Mığırlı (Vanat) kəndi
Molla Əhmədli (Hatavet) kəndi
Poladauri kəndi
Samsevris (Şəmşiöyü) kəndi
Sarallar (Ziyarət) kəndi
Saraclı (Mamhut) kəndi
Sənəb - Senef kəndi
Sisqala (Sayalıoğlu) kəndi
Şahbuzlu kəndi
Tamariz qəsəbəsi
Tanziya kəndi
Zol-Göyəc kəndi



BOLUS (BOLNİSİ) RAYONU  - 01 P.S.:

ƏZİZ OXUCULARIMIZ!..
ULU BORÇALImızdakı bu və ya digər QƏDİM KƏNDLƏRİMİZLƏ,
EL-OBALARIMIZLA, bir sözlə TOPONİMLƏRİMİZLƏ, eləcə də
BU BÖLGƏNİN MƏŞHURLARI ilə bağlı
ÖZ QEYDLƏRİNİZİ və
DƏYƏRLİ MÜLAHİZƏLƏRİNİZİ
BİZƏ YAZMAĞINIZI XAHİŞ EDİRİK!..
ƏVVƏLCƏDƏN TƏŞƏKKÜR EDİR VƏ SİZLƏRƏ UĞURLAR ARZULAYIRIQ!..

Böyük hörmət və ehtiramla,
MÜŞFİQ BORÇALI.

Ünvanlarımız:

[email protected]

və ya:

[email protected]




BOLULUS (İNDİ BOLNİSİ RAYONU):

BOLUS (VƏ YA BOLULUS) - Qədim Borçalının mər­kəzi ərazisində yerləşən indiki Bolnisi rayonunun əvvəlki qə­dim adı­dır. Tiflisdən 63 km cənub-şərqdə, Maşaver çayı­nın sol sahilində, Tapan dağının güneyində yerləşir. Bu oy­konim, çox güman ki, türk dil­lərində «bolluq» mənasını bil­di­rən «bol» və «əyalət, nahiyə, bölgə» mənalarını bildirən «ulus» söz­­lə­ri­nin birləş­məsindən düzəlmiş və bu ərazidəki Bolus və ya Bol­u­lus (indiki Bol­nisi) çayının adı ilə əlaqədar ya­ran­mış­­dır. Ümumi mənası «bolluq mə­ka­nı, bol­luq bölgəsi» de­mək­dir. «Bolulus», əsasən, Borçalı­nın Bağ böl­­gəsində yer­lə­şir. İndi bu bölgə Bolnisi rayonu ad­la­nır. Bol­nisi həm ra­yon - inzibati ərazisinin, həm rayon mər­­kəzi­nin adıdır. Bun­dan baş­qa, «Bolnisi» sözü «Bolnis Kəpə­nək­çi» ifadəsinin tər­ki­bində də işlədilir. Beləcə də, XX əsrin 40-cı illərindən son­­ra 1500 ildən çox yaşı olan Kəpə­nəkçi kən­­di də Kvemo-Bolnisi (Aşa­ğı Bolnisi) adlandırıldı. İndiki Bolnisi şəhərinin ərazisi də tarixən onun qərb tərəfin­dəki qur­­taraca­ğında yer­ləş­miş Cürük Qəmərli kəndinin tor­paq­ları olub.
Çar Rusiyası Güney Qafqazda öz işğalını başa çatdır­dıq­dan sonra 1815-1818-ci illərdə bu ərazilərə almanlar köçü­rülüb yerləşdirildi. Beləcə də, Bağ Borçalısının mərkəzi his­sə­­sində yeni bir alman yaşayış məntəqəsi yarandı. Bu mən­tə­qə Yekaterinfeld adlandırıldı. 1921-ci ildə Gürcüstanda So­­­vet hakimiyyəti qurulduqdan sonra Yekaterinfeldin adı dəyiş­dirilib Lüksemburq qoyuldu. 1941-ci ildə Almaniya-SSRİ mü­­haribəsi başlanan kimi SSRİ hökuməti tərəfindən bu ərazidə təxminən 125 illik ta­rixə malik olan almanlar Sibirə, Qaza­xıs­tana və Orta Asi­ya­ya sür­gün edildilər…Bundan son­ra, Lük­­­semburq qəsə­bəsinə Cü­rük Qə­mər­li kəndinin əhalisi kö­çürüldü və kənd ləğv edildi. Ey­ni zamanda Lüksemburq qə­səbəsinə Qərbi Gürcüs­tandan gür­cülər gətirildi. Beləliklə, sa­biq Lüksemburq qəsəbəsinin də adı dəyişdirilib, Bolnisi qo­­­yuldu. 1967-ci il­dən Bolnisi qə­sə­bəsinə şəhər statusu ve­ril­di. Bu şəhərdə bir sıra xalqlar­ın nü­ma­yəndələri, o cüm­lə­dən, gür­­cü­lər, azərbay­canlılar, er­mə­ni­lər, ruslar, osetinlər, yu­nan­lar və başqaları yaşayırdılar. Bol­nisi şə­hərində 740 azər­­­bay­canlı ailəsi, başqa sözlə, 3 min nə­fərdən çox soy­da­şımız məs­kun­laşmışdı. Təəssüflər olsun ki, 70 il dün­ya­ya mey­­dan oxu­yan SSRİ imperiyası çök­düyü za­man keçmiş SSRİ hö­kuməti xalq­lar arasında «milli-ədavət toxumu» səpdi. Bu «to­xum» tez cücər­ti verdi. Z.Qam­sa­xur­diya höku­mə­ti Azər­­bay­can millə­tin­dən olan əhalini Gürcüs­tandan çıxar­ma­ğa baş­ladı. Onların ara­sın­da ilk «çıxarılanlar, qovu­lan­lar» Bolnisi şə­həri­nin azər­bay­­can­lı sakinləri oldular.
1989-cu ildə əhalinin siyahıya alın­ma­sına görə Bolnisi ra­yo­nunda soydaşlarımız 53808 nəfər olub, bu da rayon əha­li­si­­nin 66%-i demək­dir. 2002-ci ildə isə, soydaşlarımız 49025 nəfər olub. Bu da kənd əhalisinin 85% deməkdir. Çün­ki 1990-cı illərdə ra­yo­nun Bol­ni­si şəhərindən və Kazreti şəhər tipli qəsəbə­sin­dən soy­daşla­rı­mız qeyri-qanuni olaraq çıxarıl­mış­­dır... Bu da Bol­nisi rayo­nunda yaşayan soydaşlarımızın təx­­minən 5000 nəfər azalmasına səbəb olmuşdur. Hazırda Bol­­­nisi rayonunda 1 şəhər, 2 qəsəbə, 11 kənd məclisi, 45 kənd var. 37 kəndin əha­lisi el­liklə azərbay­can­lılardır. Ra­yo­nun indi 80.000 nəfərə yaxın əha­li­si var ki, onun da təx­mi­nən 70 %-ini soy­daş­larımız təş­kil edirlər.
Bolnisi şəhərində isə hazırda cəmi 36 azər­­­bay­canlı ailəsi ya­şa­maq­dadır… Onu da qeyd edək ki, 1970-1980-i illərdə ra­­­­yon əhalisinin 65%-dən ço­xunu azərbay­can­lılar təş­kil et­diyi kimi, o dövrün ra­yon-inzibati təşkilat­larında işlə­yən­­lərin, bəl­kə də, 70%-ə qə­dəri də azərbaycan­lılar idi. İndi əhali­nin faiz nisbəti qalxsa da, rayon - inzibati təşki­lat­larında işləyənlərin sayı, bəl­­kə, heç 1%- də təşkil et­mir. Gü­man ki, bu barədə həm Gür­cüs­tan hökuməti, həm də Bol­nisi rayo­nuna rəh­bərlik edən təş­kilatlar düşü­nəcəklər…
Onu da qeyd edək ki, 1930-cu illərdən 1990-cı ilə qədər Bol­nisi şəhərində Azərbaycan dilində Kənd Təssərrüfatı Tex­ni­kumu, Tibb Məktəbi, M.F.Axundzadə adına orta məktəb, mə­də­niyyət mərkəzi, xalq teatrı, «Könül» ansamblı fəaliyyət gös­tər­miş, 1935-ci ildən «Al bay­raq», sonralar «Qələbə bay­rağı», 1990-cı ildən isə «Bol­nisi» ad­lı qəzet Azərbaycan və gürcü dilərində nəşr olun­muşdur. Qəzetin inkişafında və tə­latümlü «yenidənqurma» illərindən sonra nəşr olunmasında mərhum Cəlil Binnətovun, Xəlil Allahverdiyevin, Rəşid Fax­ra­lının, Musa Çobanovun, Müşfiq Çobanlının və başqalarının xid­mətlərini heç vaxt unutmaq olmaz.

BOLNİSİ BƏLƏDİYYƏSİ

XIX yüzilliyin əvvəllərinə qədər Bolnisi bələdiyyəsinin ərazisi müsəlman-türk Azərbaycan dövlətlərinin, çar Rusiyası tərəfindən işğalı ərəfəsində isə Borçalı sultanlığınn tərkibində olmuşdur. İndiki Bolnisi şəhəri 1818-ci ilin payızında azərbaycanlılar yaşamış Çörük Qəmərli kəndinin yerində və rus çarı I Pavelin qızı Yekaterinanın şərəfinə almanlar üçün salınmışdır. I Napoleon müharibələri zamanı təsərrüfatları dağıdılmış 116 alman ailəsinin yerləşdirildiyi qəsəbə Yekaterinenfeld adlandırılmışdır. Gürcüstanda sovet rejimi qurulduqdan sonra 1921-ci ildən qəsəbənin adı dəyişdirilərək, alman kommunisti Roza Lüksemburqun şərəfinə Lüksemburq adlandırılmışdır. Almaniyanın SSRİ-yə hücumu nəticəsində 1941-ci ilin oktyabrında Lüksemburq almanları Qazaxıstana sürgün edilmiş və 1943-cü ildə qəsəbənin adı dəyişdirələrək Bolnisi olmuşdur. 1967-ci ilin dekabrında Bolnisi qəsəbəsinə şəhər statusu verilmişdir.
Bolnisidə (Çörük Qəmərli) ən qədim xristian məbədi – Sioni yerləşir. Görkəmli albanşünas alim alim K.Treverin fikrincə Bolnisi Sionu tikinti üslubuna görə alban xristian məbədləri ilə tam eyniyyət təşkil edir və gürcü-erməni kilsələrindən səkkizguşəli rəsmləri ilə seçilirlər. Gürcü tədqiqatçısı A.Şanidzenin fikrincə V-VI əsrlərdə indi Gürcüstan ərazisində olan tarixi Albaniya torpaqlarında inşa olunmuş xristian məbədlərindən tapılan yazılar gürcülərin şərq qonşuları olan və Albaniya dövlətinə daxil olan “xerami” adlı xalqın dilində yazılmışdır. Qeyd etmək lazımdır ki Bolnisi bələdiyyəsi ərazisindəki Faxralı kəndində də “səkkiz ayaq” adlanan məbəd vardır.

Bolnisi azərbaycanlılarının soykökündə iştirak etmiş ən qədim türk tayfaları iskitlər və kimmerlər olmuşdur. Kimmerlərlə bağlı olan toponim ərazisində indiki Bolnisi şəhərinin salındığı Çörük Qəmərli kəndi hesab oluna bilər. Bolnisi azərbaycanlılarının soykökündə iştirak etmiş digər türk tayfası olan xəzərlərin adı indi bələdiyyənin tərkibinə daxil olan “Xazar+eti” (Kazreti) qəsəbəsinin adında qorunub saxlanılmışdır.

Bolnisi bələdiyyəsinin ümumi sahəsi 804 km² - dir. 1 şəhər,2 qəsəbə və 45 kənddən ibarət bələdiyyənin əhalisinin əksəriyyətini Azərbaycan türkləri təşkil edir.
Prefektliyə daxil olan kəndlərin 37-də azərbaycanlılar yaşayırlar. Bu da bələdiyyə əhalisinin 65,98 %-ni təşkil edir. 1989-cu ildən başlayaraq Bolnisi şəhər mərkəzindən və Kazreti qəsəbəsindən qovulan azərbaycanlıların evlərinə gürcülərin yerləşdirilməsi bölgənin etnik tərkibinin dəyişməsinə səbəb olmuşdur. Qalan kəndlərin 6-da gürcülər, 2-də isə ermənilər üstünlük təşkil edir. Bələdiyyənin inzibati ərazisinə daxil olan 2 azərbaycanlı kəndi - Faxralı və Bolus Kəpənəkçisi əhalisinin sayına görə Gürcüstanın ilk onluğuna aid olan ən iri kəndlər sırasına daxildir.

Keçən əsrin 90-cı illərinin əvvəllərində Bolnisi və Kazreti şəhərlərində aparılmış etnik təmizləmə əməliyyatları ilə əlaqədar olaraq rayonun kənd əhalisinin 85%-i azərbaycanlılardan ibarət olduğu halda, şəhər əhalisi üzrə bu göstərici cəmisi 4.2%-ə düşmüşdür.

Eyni zamanda Bolnisi bələdəyyəsinə daxil olan Azərbaycan türklərinin qədimdən yaşadıqları yurd yerlərinin adları süni şəkildə gürcüləşdirilmişdir. Ayorta, Darvaz və Beytəkər kəndlərinin adları saxlansa da qalan azərbaycanlılar kəndlərinin adı dəyişdirilmişdir. Nəticədə Sayalı oğlu kəndi Balaxuriyə, Mığırlı Vanatiyə, Aşağı Güləver Qetaya, Abdallı Djavşnianiyə, Zol Güvəc Dzveli Kveşiyə, Aragöl Dzedzvnarianiyə,Sarallar Zvaretiyə, Yuxarı Qoşakilsə Zemo-Arkevaniyə, Qaradaşlı İtsriaya, Aşağı Qoşakilsə Kvemo-Arkevaniyə, Kəpənəkçi Kvemo Bolnisiyə, Saraçlı Mamxutiyə, Daşlıqullar Muxranaya, Dəllər Muşevaniyə, Əsmələr Msknetiyə, Arıxlı Naxiduriyə, Bala Darvaz Patara-Darbaziyə, Çatax Poladauiriyə, Babakişilər Potsxveraniyə, Qaratikan Saberetiyə, İmirhəsən Savanetiyə, Cəfərli Samtredoya, Şəmşi evi Samtevrisiyə, Faxralı Telavariyə, Molla Əhmədli Xatavetiyə, Dəmirli Xaxaladjvariyə, Həsən Xocalı Xidiskuriyə, Yuxarı Güləver Tsiporiyə, Kolayır Tsurtaviyə, Qoçulu Çapalaya, Sisqala Çreşiyə, İncə oğlu isə Şua Bolnisiyə “çevrilmiş”dir.


ABDALLI (AVDALLI) - Qədim Borçalının Bağ bölgə­sinin Bolulus, indiki Bolnisi rayonunda Maşaver çayının sol sahilində, rayon mərkəzindən 11 km günbatarda, Tiflis-Bol­nis-İrəvan avtomobil yolunun kənarında, dəniz səviyyə­sin­dən 620 m yüksəklikdə yerləşən qədim türk kəndinin adı­dır.
Son il­lərdə, çox təəs­süflər olsun ki, Abdallının adı dəyiş­di­rilib, gür­cü dilində «Ca­vaxi» qoyulub. Əhalisi 1000 nəfərə ya­xın­dır. Kənd­­də Azərbaycan mək­təbi 1927-ci ildə yaradılıb. Tanınmış ictimaiyətçilər Məmməd Məmmədov, İsvahan Şa­milov, Kamal Nəviyev və b. bu kəndin yetirmələridir.
Kən­din yaxınında qaya üstündəki qədim qalanı Koroğlu qa­lası adlandırırlar.
Ab­dallı kən­dinin adı «avdal» və ya «abdal» etnonimi ilə bağ­­­­lıdır. Azərbaycanda bu etnonim ilə bağlı bir sıra oy­ko­nim­­­­­lər vardır. O cümlədən, Ağdam ra­yo­nunda Abdal və To­vuz ra­yon­unda Abdal, Oğuz rayo­nunda Abdallı, Xanlar rayo­nun­da Çoban Abdallı kəndləri vardır.. Qəbələ rayonunda Nis Av­dallı, Qubadlı rayonunda Abdalanlı, Qərbi Azərbaycanda (in­diki Er­mənistanda), xüsusilə sabiq İrəvan xanlığının Qə­rip­basar və Qırxbulaq mahallarında Av­dallar kənd­ləri vardır. Həmçinin, Azərbaycanın qədim və dilbər guşələrindən olan və hazirda düşmən erməni qəsbkarlarının əsarətində olan La­çın şə­hə­ri də 1923-cü ilə qədər Av­dal­lar ad­lan­mışdır. (Mən­bələrin verdiyi məlu­mat­la­ra görə, Avdal qədim türk tayfa­larından biri olmuşdur.) Bö­yük Qaf­qaz dağ­larının yamac­larında - Naxçıvan ərazisində Av­dal da­ğı (oro­nimi), Araz ça­yı vadi­sində və həmçinin, Azər­bay­­canın digər bölgələrində də bir ne­çə Av­dal yur­du, Avdal ocağı deyilən yerlər qeyd olun­muş­dur. Həm­­­çinin, Türkiyədə, Əfqanıstanda, Qara­çay və Balkar­larda, İraqda Avdal etnonimi ilə bağlı bir çox abidə və kənd­lər möv­­cud­dur. Bu isə, «avdal» tayfasının qədim zaman­larda əsr­­­­­lər boyu köçəri həyat keçirməsi və müx­təlif tayfalar tərə­findən sıxış­dırılması ilə əlaqədardır. Avdal sözünün ümumi mə­nası «ovu qoruyan, ova arxa olan», türkdilli xalq­ların mi­fologiyasında deyildiyi kimi «ov tanrısı» deməkdir. Klassik Azərbaycan şairlərindən Nəsimi və Şah İs­mayıl Xətayi də av­dal tayfa­sından olmuşlar.

AĞALIQ (AĞALAR) - Qədim Borçalının Bağ bölgə­si­nin Bolu­lus (indiki Bol­nisi rayonu) nahiyəsində Kəpə­nəkçi kən­dinin yaxınlığında, Bolnisçayının sahilində, rayon mərkə­zindən 8 km güneydə yerləşən qədim türk kəndinin adıdır. Əhalisi 112 nəfərdir. Bu oykonim «ağa» sözü ilə «-lıq» şə­kil­­­çisinin bir­ləş­məsin­dən yaranıb.

AYORTA (AKAURT-AKAYURD) - Qədim Borçalının Bol­nisi rayonunda Maşaver çayının sol tərəfində, rayon mər­kəzindən 12 km gün­batarda, dəniz səviyyəsindən 720 m yük­səklikdə yerləşən kəndin adıdır. Bu oykonimi Ağa yurdu de­yimiylə, yaxud türk dilindəki «aka» (böyük qardaş) və yurd sözləriylə əla­qələn­dirirlər.
Bu kəndin adı rəsmi sə­nəd­lərdə Akaurt kimi rəs­mi­ləşdirilib. Yaxınlıqda V-VIII əsrlərə Aid iri dördkünc daş­lar­la hörülmüş memarlıq abidəsi aşkar­la­nıb. Əhalisi 1100 nə­fərdir. Kənd­­də Azərbaycan mək­təbi 1922-ci ildə yaradılıb. Filoloq-alim Razim Məmmədli, Əmək­­dar müəl­limlər Əli və Nofəl Məm­­mədovlar, icti­mai­yət­çilər Vaqif Mustafayev, Vey­səl Məm­­­­mədov, hüquq-mü­ha­fizəçiləri Ab­dulla və Hacı Məm­­mədovlar və b. bu kəndin ye­tir­mələridir.

ARAKOL - Qədim Borçalının Bolnisi rayonunda Gədə çayının sol sahi­lin­də, rayon mərkəzindən 14 km günbatarda, dəniz səviy­yə­sin­dən 710 m yüksəklikdə yerləşən kəndin adı­dır. Bu oy­ko­nim «Kol arası» mənasındadır. «Ara» və «kol» sözlərinin birləşmə­sin­dən yaranıb. Lakin rəsmi sənəd­lərdə bu kəndin adı təhrif olunaraq, Arakel kimi rəsmiləş­diril­mişdir. Əhalisi 1000 nə­fərə yaxın­dır. Kənd­­də Azərbay­can mək­­təbi 1928-ci ildə yaradılıb. Aşıq Müslüm, dil­çi-alim Va­qif İsrafilov, həkimlər Şaliko, Bayram və Hən­dəm Hən­də­movlar və b. bu kəndin ye­tir­mələridir.

ARIXLI - Qədim Borçalının mərkəzi hissəsində Bağ Bor­­çalının Bol­ulus bölgəsində - indiki Bolnisi rayonunda yer­ləşən ən böyük kənd­lər­dən biridir. Rayon mərkəzindən 15 km gündoğarda, dəniz səviy­yə­sin­dən 420 m yüksəklikdə, Eh­­ram (Xram) çayının sağ sahi­lin­də, Marneuli-Bolnisi avto­mo­bil yolunun kənarında, (qədim Qırmızı kör­pü - Sar­­van - Arıxlı - Bolulus - Darvaz - Qara­bulaq - Kar­­van­saray - Pər­va­­­nə - Türkiyə ticarət yolu üstün­də) yerləşən bu kəndin əha­li­si hazırda 5000 nə­fər­dən çoxdur. Kənd­­də Azərbaycan mək­tə­bi 1901-ci ildə yaradılıb. El qəhrəmanları Alıağa, Koxalı Ha­­­cıxalıl ağa, Qori Seminariyasının məzunları Hüseyn, Sirə­cəddin, Ziyəddin, Bahəddin, Murtuz və Ziyabəy Əfən­di­yev­lər, şairə Xınalı xanım, el ağsaqqalları, Ziya Əfəndi, Hüseyn Əfəndi, Hacı Mahmud Əfəndi, Nacı Nuru, Mola Bayram, Za­man ağa, Osman ağa, Yolçu Nəbioğlu, Uzunbaşoğlu Mə­həm­məd, Mahmud Quluyev, Mehralı Cəlilov, Əmək Qəh­rəmanı Hürü Yəhyayeva, professorlar Mahmud Qəribov, Vey­­səl İsa­yev, Bayram Hacıyev, Akif Bayramov, Nizami Mus­ta­fa­yev, ve­teran müəllimlər Calal Ayvazov, Məhəmməd və Nə­bi Yol­çuyevlər, Mustafa İsmayılov, Şahbəddin Cəlilov, Hacı Hacı­yev, Mürsəl İsayev, Mahmud Mustafayev, Əmək­dar müəl­lim Mustafa Aslanov, Azərbaycan DİN-nin şöbə rəi­si, polkovnik Meh­man Mehmanov, Qəhrəman əsgər Zöh­rab Yu­nusov, icti­maiyətçilər Məhəmməd Osmanov, Nurqə­ləm Məm­mədov, Məmməd və Ramiz Yusifovlar, Rza Qur­banov, Musa Tan­rı­verdiyev, Şükür İsmayılov, jurnalist Ra­sim Arıx­lı, həkimlər İd­ris İsmayılov, Eyvaz İsayev və b. bu kən­din ye­tir­­mələridir.
Arıxlı sözü ilə bağlı Gürcüstanda bir neçə hid­ro­toponimə rast gəlirik. O cümlədən, Gürcüstanda Arıxlı (Bol­­nisi rayo­nunda), Dağarıxlı (Dmanisi rayonunda) oyko­nimləri, Arıxlı qala (gürcü dilində Arxi tsixe - Bolnisi rayonunda), Ulu arx (gürcü dilində Ar­xiuli), Qara arx (böyük arx), Xan arxı (Mar­neuli rayonunda) adlı hidronimlər vardır.
Qədim zamanlardan bəri əkinçiliklə məşğul olan türk­lərin-azərbay­canlıların ulu babaları suvarma işləri üçün arxlar çəkmişlər. Odur ki, «arx» sözü hələ qədim zamanlardan qon­şu gürcü və erməni dillərinə də keçmişdir.
«Arx» sözü ilə bağlı hidrotoponimlərin qədimdən varlığı belə bir qənaətə gətirir ki, Arıxlı oykonimi arx sözü ilə «-lı» leksik şəkilçisinin birləşməsindən əmələ gəlib, ümumi məna­da əkinçilik və suvarma işləri ilə məşğul olan xalq və ya tayfa anlamını bildirib, sonradan isə Arıxlı oykoniminə çev­rilibdir. Yəni bu oykonim qədim türk­lərin bö­yük bir qolu olan qıpçaqların «Arıq» tayfasının adı əsasında təşəkkül ta­pıb. Son illər­də qədim tarixə malik olan Arıxlının adı də­yiş­dirilib, gürcü dilində «Naxiduri» (?!) qoyulub.
1728-ci ilin mənbələrinə görə, Dəmirçi Hə­sənli nahiyə­sində də iki Arıxlı adlı kənd olub. Onlardan biri Arıxlıoğlu camaatı (kən­di), digəri isə Yüzbaşı tayfasının Arıx­lı ca­maatı (kən­­di) adlanıb. 1721-ci ildə tərtib olunmuş «Dəs­tü­rül-əməl»­­­­­də Arıxlı ca­maatı 60 evli iki tayfadan ibarət olduğu qeyd edildiyi halda, 1728-ci ildə tərtib olunmuş «Dəftəri-mü­fəssəli-əyaləti-Tif­lis»­də Yüzbaşı tayfasının Arıxlı camaatı 44 evdən ibarət ol­du­ğu göstərilir. Ehtimal ki, həmin dövrdə Arıxlı camaatının bir hissəsi indiki Dağarıxlı (Dma­nisi ra­yo­nu) kəndinə köçmüş və orada məskunlaşmışdır.

AŞAĞI GÜLƏVER - Bax: Güləver.

BABAKİŞİLƏR («Musopriani») - Qədim Bağ Borça­lı­sının qər­bində Bolulus (indiki Bolnisi) ra­yonunda Gədə çayın sahilin­də, rayon mərkəzindən 16 km günbatarda, dəniz sə­viy­­yə­sin­dən 760 m yüksəklikdə yerləşən kəndin adıdır. Bu oy­konim türk köklü «baba» və «kişi» (-lər) sözlərinin bir­ləş­mə­sin­dən yaranıb. Ötən əsrin son­larında bu kənd Mu­sa­pi­rilər, XX əsrin II yarısından sonra «Mu­sopriani» ad­­landırıl­mış, 1992-ci ildən isə «Potsx­veriani» (?) kimi «gür­­­cüləş­di­ril­mişdir». Əhalisi 821 nəfərdir. Kənddə Azərbaycan məktəbi 1921-ci ildən fəaliyyət göstərir. Alimlər Xəlil Əli­yev, Tapdıq İmanov, Əhməd Cəfərov, Vüqar Qurbanov, maa­rifçi Araz Ab­basov və b. bu kəndin yetirmələridir.

BALA DARVAZ - Qədim Bolulusun (indiki Bolnisi rayonunun) Gü­ney səmtində - Faxralı kəndinin yaxınlığında kiçik bir kən­din adıdır. Əhalisi 40 nəfərdir. Bax: Darvaz.

BALA MUĞANLI - Qədim Borçalının Bağ bölgəsinin Bolulus nahiyə­sində (indiki Bol­nisi rayonunda) kənd adıdır. Bu oykonim türk köklü «bala» sözü ilə «Muğanlı» tay­fa adı əsasında yaranıb. Muğ, Muğan tayfaları qədim Midiyada əsas tafalardan olmuşdur. Rayon mərkəzindən 20 km gün­do­­ğarda, Marneuli-Bolnisi av­tomobil yolunun kənarında, də­niz səviyyəsindən 410 m yük­səklikdə yerləşən bu kənddə ha­zırda 1300 nəfərdən çox soy­daşımız yaşayır. Yaxınlıqdakı ar­xeoloji məskən erkən tunc dövrünə aid edilir və Daş sər­dabə içində Kür-Araz mədəniyyətinə şamil olunan daşdan, gil­dən bəzəkli-naxışlı qablar tapılıb. Kənddə Azər­baycan mək­­­təbi 1921-ci ildən fəaliyyət göstərir. Mü­haribə Qəhrə­ma­nı Xan Məmmədov, sinədəftər el ağbirçəyi Məsmə Alı­qızı, ağ­saqqal Məhəmməd Məmmədov, aşıq Əli Qən­bərov, şair­lər Vilayət Rüstəmzadə, İbadət Mövləli, Bəxtiyar Rüs­təmzadə, Esmira Məmmədova, ictimaiyyətçilər Aydın və Ka­man­dar Məm­­mə­dovlar, Abbas Ab­basov, xeyriyyəçi Tofiq Əli­yev və b. bu kəndin yetirmə­ləridir.
Bax: Müasir oykonimlər. Bolnisi rayonu, «Mu­ğan­lı» kən­di… Bax həmçinin: Müasir oykonimlər. Marneuli rayonu, «Mu­ğan­lı» kən­di…

BALIC (Balış) - Qədim Borçalının Bağ bölgəsinin Bol­ulus nahiyə­sində (indiki Bol­nisi rayonunda) Ükəngər çayının sağ sahilində, rayon mərkəzindən 21 km güneydə yerləşən kəndin adıdır. Bu oykonimin «bal» və «iş» söz­lərinin birləş­məsindən düzəlməsi ehtimal olunur. Çünki burada yaşayan yer­li əhali, orta əsr­lərdən əsasən arıcılıqla məşğul olub, bal isteh­sal edibdir. Kəndin yaxınlığında orta əsrlərə aid qoç və at heykəlləri vardır. Xalqımızın tarixi inanc və inamla­rına görə, qoç və at xalqımızın tarixi totemləri olmuşdur. Deməli, bu kəndin ilk sakinləri elə bizim soydaş­larımız olmuşlar. Son­ralar isə, bu kənddə gürcüləşmiş ermənilər də yaşamağa başlamışlar. İndi də bu kənddə 50 nəfərə qədər soydaşımız yaşayır.

BAYDARLI (Bay­darrı) - Qədim Borçalının Bolulus (in­diki Bol­­nisi) rayo­nu­nun Dar­vaz kən­di­nin yaxınlığında xa­ra­ba­lığı qalan kən­din adıdır. Ətraflı bax: Müasir oyko­nim­lər. Bor­çalı (indiki Mar­neuli) rayo­nun BAYDAR kəndi…

BƏYTƏKƏR - Qədim Borçalının Bolnisi (sabiq Bolu­lus) ra­yonundakı dağ kənd­lərindən biri Bəytəkər adlanır. Gü­man ki, bu kəndin adı hələ Də­də Qorqud dün­ya­sında qə­bilə, qövm və tayfa mə­na­sında işlədilən «boy» (yaxud «bəy») və həmin sözün nisbi sinonimi mənasında iş­lə­dilən «təkə» sözü ilə bağlıdır. («Kor­oğlu» das­tanının «Ey­vazın Çənlibelə gətiril­məsi» qolunda belə bir epizod vardır: «Ey­vazın əldən getməyi bir tərəfdən də Koroğlunun Çən­libeldən gəlib Təkə Türk­manda belə iş görməyi Ərəb Rey­ha­na çox ağır gəldi.») Göründüyü kimi, qədim dilimiz üçün sə­ciyyəvi olan «boy» və «təkə» sözləri birləşib Boytəkə oykonimini əmələ gətirmişdir. Hazır­da həmin oykonim Gür­cüstanın Azər­bay­can-türk mət­buatında Bey­­təkər şəklində sa­bit­ləş­miş­dir. Yəni, «o» səsi «e» səsi ki­mi işlənmiş, «r» sə­­si isə artı­rıl­mışdır. Də­niz səviyyəsindən 810 m yüksəklikdə yerləşən bu kənddə hazırda 300 nəfərdən çox soydaşımız yaşayır və 1937-ci ildən burada Azərbaycan məktəbi fəaliyyət göstərir.

CƏFƏRLİ - Qədim Bağ Borçalısının Bolulus bölgə­sində (in­diki Bolnisi ra­yonunda) Maşaver çayının sağ sahi­lin­də, rayon mər­­­kəzindən 7 km gündoğarda, dəniz səviyyə­sin­dən 430 m yüksəklikdə yerləşən kəndin adıdır. Bu kən­din adı ilk baxışda adama elə gəlir ki, o, şəxs adı əsasında əmələ gəl­miş antro­po­­to­ponim­dir. Lakin həmin onomastik va­hidin mahiyyətini açdıqda məlum olur ki, Cə­fərli pat­ro­nim­dir, yəni nəsil, tirə adı əsa­sında düzələn xü­susi addır - komo­nimdir (kənd adı­dır). Çəfərliı Qazax tay­fasına mənsub olan ellər­dən birinin adı olub. Azərbay­canın Ağ­su, Qazax, İmiş­li, Gədə­bəy, Cəlilabad və başqa rayon­larında da eyniadlı kəndlər var­dır.
«Cəfərli» kəndinin adı indi gürcü dilində «Samtredi» ad­lanır. Əhalisi 550 nəfərdir. Kənddə Azərbaycan məktəbi 1930-cu ildən fəaliyyət göstərir. Professor Səmayə Əhmə­dova, veteran müəllimlər Əmir və Ələddin Əhmədovlar və b. bu kəndin yetirmələridir.

ÇATAX - 1728-ci ilin mənbələrinə gö­rə, Tif­lis quber­ni­yasının Borçalı qəzasının Güney səm­tində dağ­lıq me­şəliyin ətəyində, Bolnisçayın sol sahilində, rayon mərkəzindən 16 km güneydə, dəniz səviyyəsindən 750 m yüksəklikdə yer­ləşən kəndin adıdır. Bu oykonim türk dillə­rində «iki dağ, iki tə­pənin birləşdiyi yer» mənasında işlənən «ça­tax» sözü əsa­sında yaranıb.
Bu kənd indi «gürcücə» «Po­la­dauri» adlanır. Əhalisi 505 nəfərdir.

DARVAZ - Qədim Bağ Borçalısının qərb hüdudlarında - tə­biə­tin gözəl bir guşəsində - Bolulus (Bolnisi ra­yonu) böl­gə­sin­də, başı göy­lərə ucalan Şindi da­ğının şərqində Gədə ça­yının sahil­lərində (əsasən sol sahilində), Şindi dağın­dan şərq isti­qa­mət­də qalın meşələrlə ör­tülü sıra dağlar arasında, rayon mər­kəzindən 22 km qərbdə, dəniz səviyyəsindən 822 m yük­səklikdə yerləşir. Kənd şimal tərəfdən Ağbaba dağına söy­kə­nib, sanki, ondan güc alır. Darvaz kəndi coğrafi möv­qe­yinə görə, qərb­dən Dağ Bor­ça­lısının Başkeçid bölgə­sinin Az­qanlı (Az­gəyli­yən), Or­meşən və Şor­şelet kəndləri, şi­­mal­dan isə Ehram (Xran) çayı ilə həmsər­həddir. Əhalisi 4 min nə­fərə yaxındır. Kənddəki Azər­baycan orta məktəbi 1919-cu ildən fəaliyyət göstərir və hazırda tanınmış xeyriyyəçi-me­se­nat Ziya Abbasovun adını daşıyır. Osmanlıda paşalıq rüt­bə­sinə yük­­səlmiş Qəh­rəman Mehralı bəy, sərkərdə gene­ral-mayor Ay­vaz İs­ma­yılov, müharibə veteranları və el ağ­saqqalları Nadir Əh­­mə­dov, Cəlal və Ənvər Aşirovlar, İs­gən­­dər Əllə­zov, İlyas Əliyev, Mürsəl Gül­məm­mədov, Nəbi Çobanov, tanınmış alimlər Nyu-York Elmlər Akade­miyasının aka­demiki Mədəd Çobanov, Məhəm­mə­dəli və Mur­tuz Məm­­mə­dov­lar, Fərman Gül­məm­mədov, Va­­­leh, Əli və Fəxri Hacı­yevlər, İb­rahim Gü­l­əh­mədzadə, Mə­hər Aşi­­rov, To­fiq Məm­mədov, Məmməd (Mels) və Everest Əli­yevlər, Fazil Bəx­tiyarov, Paşa Əh­mədov, Yaşar Ömə­rov, Faiq Na­ma­zov, tanınmış jurnalistlər Musa və Müşfiq Ço­banovlar, Şərif Sal­manlı, əmək­dar müəllim Mə­dəd Mu­ra­dov, Alı Ordu­xanov, Hacı­məm­məd Ha­cıyev, Sü­leyman Sal­­manov, Mü­­­­seyib Qəm­­­­­bərov, Vəli Abba­sov, Hey­dər Ab­basov, Na­­dir Ab­basov, Süleyman Orucov, Oruc Nəbiyev, Hü­seynəli Ha­cıyev, şairlər Eldar Ha­cıyev, Yəhya Bor­çalı, Əl­ləz Nov­ruz, Ra­fiq Hüm­mət, Asif Ozan, Xıdır Oruc­oğ­lu, Zi­yad­xan Qəliz, Taryel Sarıoğlu, Ya­şar Dar­vazlı, hə­kimlər Gül­əh­məd Gül­əhməd­zadə, Şamil Əli­yev, Səməd Ço­banov, Məş­kür və Zakir Nəbi­za­dələr, Mə­hər­rəm Məm­mə­dov, Eti­mad Nəbiyev, hərbçilər və hü­quq-müha­fizə işçiləri Al­maz Məmmədov, Firdovsi, Vaqif və Zaman Bayra­mov­lar, Adil Əliyev, Bayram İsa­yev, Na­zim Mu­sa­yev, Cümşüd Orucov, Na­zir Əlləzov, Sahib Məmmədov, İman Əli­yev, Qənbər və Nizami Aşirovlar, Rə­şid və Anar Hacıyevlər, Müq­zər Ab­­dul­la­yev, Oq­tay Nə­biyev, Rizvan Əliyev, Mais Sal­ma­nov, iqti­sadçı Əbülfət Nağıyev, toyla­rımızın bəzəyi iste­dadlı mü­ğən­ni Ma­rat Dar­vazlı, icti­maiy­yət­­çilər Fədli Mə­­hərrəmov, Sü­leyman Əhmədov və b. bu kən­din yetir­­mə­­lə­ri­dir.

«Darvaz» oykonimi türk köklü qədim «darvaz» etno­nimi (qəbilə və ya tayfa adı) əsasında təşəkkül tap­mışdır.
Gürcü mənbələrinin verdiyi məlumatlara görə, Bağ Bor­çalısının Bolulus bölgəsində bir-birinə yaxın Darvaz (son­ralar Darbazi), Darvaz tala, Darvaz cala adlı kəndlər də olub. Həm­çinin, Şərqi Gürcüstanda - Telavi rayonunun əra­zi­sində indi də Darvaz bulağı adlı hidronim vardır. Bu, o de­məkdir ki, vaxtı ilə darvaz tayfasının bir qolu həmin ərazi­də yaşayıb və orada da içməli su üçün bulaq çəkmişdir. «Dar­vaz bulağı» hidronimi isə, bizim fikirlərimizi bir daha təsdiq edir.
Həmçinin, IX əsrdə Cənubi Azər­baycanda Babək üsyanı ilə əlaqədar olaraq, Darvaz kəndinin adı çəkilir. Bu kəndin əhalisi Azərbaycan türklərindən ibarət olub. Bundan başqa, erməni müəllifləri Bolnisi rayonunun qərb bölgəsindəki yük­sək təpəlik­lərdəki kilsə­lərin (xalq ara­sında Yazılı kilsə adla­nır) X-XI əsr­lər­də tikildiyini və (əslin­də Alban kilsəsini - M.Ç.) erməni kilsəsi (bu kilsələr Darvaz kəndinin ərazisin­dədir) oldu­ğundan bəhs edir. Erməni müəl­lifi elə buradaca heç özü də bilmədən həmin kilsənin kimə məxsus olduğunu qeyd edir: «…bu erməni kilsələri Türk Darvazının yaxınlığın­dadır». Deməli, erməni müəllifi də Darvaz elinin, yəni indiki Darvaz kəndinin qədim tarixə ma­lik olduğunu və həm də hgmin kəndin türk kəndi olduğunu təsdiqləyir. Yəni, bu da onu göstərir ki, qə­­dim türk kəndinin yaxınlığında, hətta bir ne­çə kilometr uzaqda belə erməni kəndi yoxdursa, de­məli elə həmin abidə də erməni yox, türk abidəsidir.
Həmçinin, 1590-cı illərə aid olan türk mənbələrində Bor­çalı xüsusi inzibati-əra­­­­zi vahidi kimi qeyd olunmasa da, tarixi Borçalı ərazisindəki mahalların, nahiyələrin, sancaq­ların və 150-yə yaxın elin-kəndin adları qeyd olunmuşdur. Bu kənd­lə­rin arasında Darvaz kəndinin adı da vardır.
Qeyd: Hazırda Borçalının Bolulus bölgəsində, indiki Bol­nisi rayonunda iki Darvaz//Darbaz kəndi mövcuddur. Faxralı kən­dinin yaxınlığında yerləşən Darvaz kəndi «Ba­la Darvaz» adlanır. Bax: «Bala Darvaz».

«DARVAZ» adına Qərbi Azərbaycanın Zəngəzur bölgə­sində də rast gəlirik. Belə ki, Bazarçayın sol sahilində Dar­vaz­təpə (oykonim) adlı dağ vardır. Darvaz tayfasının ta­rixi mö­­hürü olan bu toponimdən aydın olur ki, tarixin müəy­yən mər­hələsində Darvaz tayfasının bir qolu da həmin ərazidə ya­şayıb... Azərbaycanın Zaqatala rayonunda da Darvaz tay­fa­sı­nın adı ilə bağlı olan Darvazbinə adlı kənd vardır. Həm­çi­nin, Orta Asiyada, o cümlədən Türk­mə­nis­tanda və di­gər böl­­gə­lərdə də Darvaz tayfasının adı ilə bağlı bir sıra oro­nim­lər və hidronimlər vardır.

DARVAZ CALA - Qədim Borçalı mahalının Bolulus böl­gə­sin­də, Darvaz kəndində, Gədəçayın sahilindədir. Bu oy­ko­nim də türkköklü «dar­vaz» etnonimin - tayfanın adı ilə tür­k­köklü «cala» sözünün birləş­məsindən yaranıb. Azər­bay­can-türk dilində «cala» sözü «çaykənarı, çaysahili» məna­la­rını bil­dirir. Ümu­milikdə isə, «Darvaz cala» oyko­ni­minin mə­­na­sı «çay ­kəna­rında yerləşən Darvaz eli» (kəndi) de­mək­dir. Bu mü­la­hizəni həmin ərazinin coğrafi mühiti də təsdiq edir.

DARVAZ TALA - Qədim Borçalı mahalının Boluls böl­gə­sin­də, Darvaz kəndindən qərb tərəfdə Başkeçid ra­yo­nunun Örməşən kəndi ilə həm­sərhəddədir. Bu oykonim türkköklü «darvaz» etnoniminin - tayfasının adı ilə türk köklü «tala» sö­­­zü­nün bir­ləşməsindən yaranıb. Türk dillərində «ta­la» sözü me­şə­­liyin aralarında olan açıq sahələrə deyilir. Deməli, «Dar­vaz tala» oy­koniminin ümumi mənası «meşə­liyin orta­sın­dakı açıq yer­də yerləşən «Darvaz eli», kəndi de­mək­dir. Bu deyilənləri Darvaz kəndinin coğrafi və təbii mü­hiti də təsdiqləyir.

Darvaz yaylası - Qədim Borçalı mahalının Bolulus bölgə­sin­də, Darvaz kəndindən qərb tərəfdə Başkeçid ra­yo­nu­nun Örməşən kəndi ilə həm­sərhəddədir. Bu ərazi mal­dar­lıq üçün daha əlverişli olduğu üçün Darvaz əha­lisinin varlı tə­­­bə­qəsinin az bir hissəsi XIX əsrin sonu və XX əsrin əv­vəl­lə­rində öz torpaqlarında evlər və tövlələr tikib kənd salıbdır. On­larla ailələr buraya köçüb, beləcə Dar­vaz yaylağı (buraya İkin­ci Darvaz da deyiblər) adlı kiçik bir kəndin özü­lü qoyul­muşdur. Burada məktəbyaşlı uşaqların sa­yı artıdığna görə, ib­ti­dai məktəb də açılıb. Lakin XX əsrin 40-cı illərində sabiq So­vet imperiyasının «daxili iqtisadi si­yasəti» nəticə­sində xalq oradan geri, Darvaz kəndinə köçü­rülmüş və orada yalnız kol­xozun maldarlıq və atçılıq təsər­rüfatı saxlanıl­mış­dır. Hə­min təsərüfat sahələri də XX əs­rin 50-ci il­lərində Darvaz kəndinə köçürülmüşdür. Bax: «Darvaz».

DAŞLIQULLAR - Qədim Borçalının Bolulus bölgə­sin­də, Maşaver çayının sol sahilində, Marneuli-Bolnisi avto­mo­bil yolunun kənarında, rayon mərkəzindən 12 km gündo­ğarda, dəniz səviyyəsindən 430 m yüksəklikdə yer­lə­şən qə­dim türk kəndinin adıdır. Toponimin Dəşti-Qullar, Daşlı-Qul­lar, Dəşti-Oğullar, Daşdı-oğullar kimi anlamları var. Əha­lisi 893 nə­fərdir. Kəndin adı XIX əsr sənədlərində «Ağ­babalı» ki­­mi də qeyd olunmuşdur. Kənddə Azərbaycan məktəbi 1924-cü ildən fəaliyyətdədir. Əmək Qəhrəmanları Əmirxan Ab­basov, Heyransa Mehdiyeva və b. bu kəndin yetirmələri­dir.

DƏLLƏR - Qədim Borçalı ərazisinə aid olan Bolulus və Başkeçid - in­diki Bolnisi və Başkeçid rayonlarında kənd adıdır. Bu kənd­­lərdən birinin adı - Baş­keçid rayonundakı Dağ Dəlləri kən­di, hələlik öz tarixi adını daşısa da, Bolnisi rayonundakı Aran Dəl­lər kən­din­in «bəxti» gətir­məmiş, «gür­cü qardaşlarımız» onun tarixi adı­nı dəyişib «Mu­şevani» qoy­muşlar. Beləliklə də, kən­din tarixi adı yadlaşdırılmışdır.
Rayon mərkə­zin­dən 14 km günbatarda, Maşaver çayının sağ sahilində, dəniz səviyyəsindən 750 m yüksəklikdə yer­ləşən Aran Dəllər kəndində ha­zırda 1200 nə­fər­dən çox soy­daşımız ya­şayır. Kənddə 1921-ci ildən Azərbaycan məktəbi fəaliyyət göstərir. El ağsaqqalları Hüseyn İmanoğlu, Alı Sa­rıoğlu, Yəh­ya Məmmədoğlu, Səməd Süleymanoğlu, Vəkil Sa­rıyev, Əl­mə­dəd Muxtarov, Aşıqlar Gövrək Murad, Əhməd, Əli, Ba­fə­li, Zurnaçı Söyün, «Şərəf» ordenli şair Əlixan Yəh­yaoğlu, xey­riyyəçi Eldəniz Yəhyaoğlu, alimlər Əlican Sarı­yev, İb­rahim­xəlil Tamıyev, Şamo İsrafilov və b. bu kəndin ye­­tir­­­mələridirlər.
Dəllər adlı kəndlər, yəni Aran Dəllər və Dağ Dəllər ta­rixi mənbələrdə hələ 1728-ci ildə qey­də alın­­mışdır. Bun­dan baş­qa, Marneuli rayonundakı Ha­cıisə­kənddə - Dəli­əh­­mədli, Dəliha­sannı, Də­libaşlar, Yuxa­rı Sa­­ral kəndində - Də­li­bay­ram­­lı, Ambarlı - Amba­rovka kən­din­də - Dəliyənli, Bol­nisi rayonundakı Kolagir kən­dində Dəl­­lər və s. nəsil ad­ları möv­cud­dur. Dəllər to­ponimik adla­rının tə­şəkkül tap­dığı sözlər əsasında düzələn kənd adlarına Azər­baycanda da rast gəlirik. O cümlədən, Ağsu və Saatlı ra­yon­larında Dəlilər adlı kənd­lər, Şəmkir rayonunda Dəlilər adlı şə­hər tipli qəsəbə, Dəlilər Cəyir, Dəlilər Cırdaxan adlı kənd­lər, Zərdab rayo­nunda Dəli Quşçu adlı kənd və Go­ran­­boy ra­yonunda Dəli­məm­mədli adlı şəhər tipli qəsəbə vardır.
Həmçinin, bu qrup toponimlərə Qərbi Azərbaycanın (in­diki Ermənistanın) sabiq İrəvan quberniyasının Yeni Bayazid (Novobayazid) qəzasında Dəllər, Ağcaqala nahiyəsində Dəli­lər (1590-cu ildən qeyd olunub), Kami nahiyəsində və Alek­san­dropol qəzasında Dəlilər (1728-ci ildə qeydə alınıb) və sabiq İrəvan qəzasında Böyük Dəllər adlı kəndlər ol­muş­dur.
Yuxarıda adları qeyd olunan kənd adlarına nəzər saldıq­da aydın olur ki, həmin kənd adları «tele» adlı etnonim əsa­sın­­da formalaşmışdır. Tarixdən məlumdur ki, türkköklü qə­dim tayfalardan biri də «tele» tayfaları olmuşdur. Bu tayfa xal­­qımızın etnogenezisində yaxından iştirak etmişdir. Bunu həmin tayfa adı əsasında düzələn toponimik vahidlər və on­ların müxtəlif bölgələrdə yayılması da təsdiq edir. Belə ki, dəli etnonimi «tele» şəklində hunların bir tirəsinin adı ki­mi mə­lumdur. Tarixi mənbələrin verdiyi məlumata görə, «te­le­lər» qədim zamanlarda Balxaş gölü ətrafında yaşamış və hun tayfa birləşmələrinə daxil olmuşdur. «Tele» tayfası VI əsrin ortalarında Dağıstana qədər uzanan türk xaqanlığının tərki­bi­nə daxil olmuş və əsas etibarilə Xəzər dənizi sahil­lərində məs­kən salmışdır. Mənbələrə əsasən söyləmək olar ki, era­mızın VI-VII əsrlərində «tele» tayfası Azərbaycanda və onun hüdudlarında oturaq həyat keçirməyə başlamışlar.
Dilimizin sonrakı inkişaf prosesində «tele» sözü «dele» və ya «dəli» kimi formalaşmış və sonralar ona «-lər» şə­kil­çisi artırılmışdır. Deməli, dəli etnonimi «tele» sözü əsa­sında tə­şəkkül tapmışdır. Belə ki, «dəli» sözü əvvəllər dili­mizdə həm tayfa adı, həm də «igid, cəngavər, qoçaq, cəsur, çılğın, qəhrəman, döyüşçü» mənalarında işlənmişdir. Ümu­milikdə isə, «dəli» tayfası «igid və cəngavər» tayfa məzmu­nunu bil­di­rir. Heç təsadüfi deyil ki, mədəniyyətimizin ensik­lo­­pediyası hesab olunan «Kitabi-Dədə Qorqud» das­tan­larında - Dəli Dom­r­ul, Dəli Dondar, Dəli Qoçar, «Ko­roğ­lu» dasta­nında - Də­li Koroğlu, Dəli Həsən, Koroğlunun dəliləri, «dəli nərə çək­­mək» kimi antroponomik və leksik vahidlər forma­laş­mış­dır. Bu da «tele» tayfasının döyüşkən və cəngavər türk tay­fası olmasına dəlalət edir. «Dəli» sözünü Nəsimi də hə­min mə­nada işlətmişdir: «Düşdü yenə dəli könül gözlə­rinin xə­yali­nə» və s.
Onu da qeyd edək ki, hələ orta əsrlərdən də əvvəl mövcud olmuş Aran Dəlləri qədim Borçalının Bağ bölgəsindədir, cənub tərəf­dən me­şələrlə örtülü dağa söykənib, sanki həmin dağ­dan güc alır... Dağ Dəlləri isə, qədim Borçalının Dağ böl­gəsində Başkeçid na­hi­yə­sinin düzənliyində yerləşir, əksər vaxtlar çən-çiçkin altında olsa da, həmişə saf və tə­miz ha­vada ağır-ağır nəfəs alır… Bu kəndlər ara­sındakı mə­­­sa­­fə coğ­­­­­rafi miqyasla təxminən 15-20 kilometr olar. Hər iki kən­din ab-havası, sanki, Koroğlunun Çənlibelini xatırla­dır...
Qədim Borçalı mahalında, Dəllər kəndlərinin yaxınlığında, hələ orta əsrlərdən bəri Dəllər toponimii ilə ilgili daha iki oronim - dağ adları da indiyədək xal­qın yaddaşında yaşa­maq­dadır. Bunlardan biri çox yüksək olmayan Yumru çalda (dağ­­da) yerləşən, möht\əşəm qaladır. Orta əsrlərdən üzü bəri bu qala Koroğlu qalası adı ilə xalqın yaddaşında yaşamaq­dadır. İkinci oronim isə, Dəliklidaş adla­nır. Dəllər kəndlərini Koroğlu qalasının və Dəliklidaşı xatır­layanda, həmin anda, istər istəməz «Koroğlu» dasta­nın­dan bir epizod yada düşür. Dastanının «Qulun qaçması» qolunda Koroğlu de­yir:

Bir qul qaçırmışam Ərəbistana,
Arayın, axtarın, tapın, gətirin.
Girmiş olsa, Dəliklidaşa,
Fərhadı aparın çapın gətirin.

Dəliklidaş coğrafi miqyasına görə, Aran və Dağ Dəlləri kənd­­ləri arasında təxminən orta məsafədə, hər tərəfi sıldı­rım­lı qayalar olan Meşəvari dağ çayının sahillərində yerlə­şir. Deməli Koroğlu­nun qaçan dəlisi yalnız Dəliklidaşda gizlənə bilər. Odur ki, Ko­roğlu qaçan dəlisini Dəliklidaşda axtar­ma­ğı məsləhət bi­lir.
Yuxarıda qeyd olunan oykonimlər-kənd adları da, oro­nim­lər də indi də xalq arasında fəal şəkildə işlənməkdədir.

DƏMİRLİ - Qə­dim Borçalının Bolulus bölgəsində - in­­di­ki Bolnisi ra­yo­nunda Gədi çayının sol sahilində, rayon mər­­­kəzindən 20 km qərbdə, dəniz səviyyəsindən 800 m yük­səklikdə yerləşən Dəmirli kəndində 400 nəfərə yaxın soy­daşımız yaşayır. Dəmirlidə Azərbaycan məktəbi 1931-ci il­dən fəaliyyət göstərir. El ağsaqqalları Nəbi Qarallı, Mədəd İb­­rahimov, alimlər Ənvər Şabanov, İbad Əhmədov, Əlövsət Osmanlı, müəllimlər Cəlal Osmanov, Həmid Şabanov, Azər­bay­can Müdafiə Nazirliyində idarə rəisi vəzifəsində işləmiş pol­kovnik Tofiq Şah­bazov, ictimaiyyətçilər Nəbi və Rasim Şah­bazovlar, Əjdər Məm­mədov və b. bu kəndin yetirmə­ləri­dir.
Başkeçid rayonunda Bö­yük Dəmirçihə­sənli (indi Qızıl­kilsə), Kiçik Dəmir­çi­həsənli (indi Şindilər) adlı kəndlər vardır. Azər­baycanın Ağdərə ra­yo­­nunda Dəmir­li; Bərdə ra­yonunda iki Qaradəmirçi, Tərtər rayonunda Də­mir­çilər, Şa­maxı rayonunda və Naxçıvanda Dəmirçi; Qa­zax rayonunun Birinci Şıxlı və Dəmirçilər ərazi bölgələrində, Qubadlı və Xankənd rayon­larında Dəmirçilər; Kəlbəcər ra­yo­nunda isə Dəmirçidam; Qərbi Azərbaycanın - indiki Er­mə­nistanın Əbil­­kənd (indiki Kalinino - Taşir) ra­yo­nun­da Dəmirçilər, sa­biq Zəngəzur qəzasında - Dəmircili adlı kənd­lər olmuş­dur. Bu kəndlərin adını əmələ gətirən istər Də­mirli, istər Də­mir­çi, istərsə də Dəmirçilər türklərin-azər­bay­canlı­ların et­no­ge­ne­zi­sində yaxından iştirak edən Dəmir­çilər tay­fasının adı ilə bağ­lıdır. «XIII əsr tarixçisi Şahabəddin Nə­səvi onların Çin­­­giz xanın nəslindən olduğunu göstər­miş­dir.» Onlar XVI əsrdə Tür­kiyənin Kars şəhəri ətra­fında yaşa­mışlar. XIX əsr­də ya­şamış M.M.Xəzəniyə görə, onlar Azər­­baycana, əsa­sən Qa­ra­bağ xanlığına XVIII əsrdə Pənah­əli xan Cavan­şirin dövründə gəlmişlər. Bu kəndlərin hamı­sı­nın adları «dəmirçi» etnonimi əsa­sında düzəl­mişdir. Bu kənd­lər haq­qında mə­lu­mat­lara 1590-cı il İrəvan əyalətinin, 1721-1728-ci il «Dəf­tə­ri-mü­fəs­səl əyaləti Tif­lis»də rast gəl­mək olur.

ƏSMƏLƏR - Qədim Borçalının Bağ bölgə­sinin mərkəzi hissə­sində - Bolulus (indiki Bolnisi) rayo­nunda Maşaver ça­yı­nın sol sahilində, Marneuli-Bolnisi avtomobil yolunun kə­narında, rayon mər­kəzindən 7 km gündoğarda, dəniz sə­viy­yəsindən 450 m yüksəklikdə yerləşən qədim türk kən­dinin adıdır. Əha­lisi 286 nəfərdir. Alimlər Vəkil və Şakir Xəli­lov­lar, Kamal Gülməmmədov və b. bu kəndin yetir­mə­ləridir.

­ FAXRALI - Qədim Bağ Borça­lısının Güney (cənub) səm­tində Bolulusda (indiki Bol­nisi rayo­nunda) meşəliklə ör­tül­müş dağların ətəyində, Talaver çayının sahilində, rayon mərkə­zin­dən 19 km gündoğarda, dəniz səviyyəsindən 560 m yük­sək­likdə yerləşən kəndin adıdır. Bu oykonim xalq eti­mo­logiyasına görə, «fa­ğır» sözü ilə «Alı» antroponiminin - şəxs adı­nın birləş­mə­sindən, başqa bir eti­mologiyaya görə isə, «Fəxr» sözü ilə «Alı» şəxs adının bir­ləşməsindən yaranıb. «Fax­ralı» oy­ko­ni­mi­n­in birinci kom­po­nen­tindəki, yəni «fəxr» sö­zündəki «ə» incə saitinin qalın «a» səsinə çevrilməsiniı nə­­­­zərə alsaq, on­da «Faxralı» kənd adı­nın «Fəxr» və «Alı» şəxs adından dü­zəl­məsi ağıla­batan gö­rünür. Təəssüflər olsun ki, son illərdə kəndin adı dəyiş­di­ril­­­miş, gu­ya «gürcüləş­di­ril­miş» və «Ta­laver» adlandırıl­mış­dır. Hazırda 7 min nəfərə ya­xın soy­daşımızın ya­şa­­dığı bu kənd Ulu Borçalının saz-söz, din, təhsil ocaqlarından biri sayılır. Burada qədim abidələr, sək­­kizayaqlı kilsə, qəbirüstü yazılar, XVII əsrin yadigarı məs­­­­cid diqqəti çəkir. Azərbaycan məktəbi 1919-cu ildən fəa­liyyət göstərir. Şairlər Miskin Nəbi, İveylər Allahverdi, Fat­ma Alıqızı, Nolad, Güllər Pəri, Güllər İsmayıl, Şaban, Kəb­leyi Qara, Hüseyn, Səkinə Alməmmədli, Kərbəlayi İb­rahim, İsmayıl Güllər, Əli Səngərli, Əli Faxralı, Rəşid Fax­ralı, Məm­­­mədəli Əlləzov, Səməndər Məmmədov, aşıqlar Sarvan Bayram, Dünnü (Dünyamalı), Mürsəl, Sazçalan Dəllək Sö­yün, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, jurnalistlər Hacı Həsənov, Məmməd Məmmədov, Dünyamalı Bayramov, Azərbaycan Milli Məclisinin üzvü olmuş pro­fes­sor Şamil Qurbanov, alimlər Oruc Piriyev, Şəmistan Mika­yı­lov, Tahir Pənahov, Namaz Bədəlov, Əli Hüseynov, Hüseyn­qulu Məmmədov, Elxan və Eldar Məmmədlilər, İbrahim Əli­zadə, Şamil Orucov, Polad Poladov, Vaqif Nəbiyev, Əf­latun Həsə­nov, Qurban Qasımov, İsa Xəlilov, Əli Əlizadə, Sona xa­nım Əlizadə, Vahid Qurbanov, polkovniklər Bahəd­din Hə­sə­nov, İsaxan Aşırov, incəsənət xadimləri Ələd­din və Həsən Həsənovlar, Uşu-sanda üzrə 7 dəfə Dünya çempionu Can­po­lad Bu­daqov, Əmək veteranları Eyvaz Məmmədov, Həsən Qur­banov, Uğurlu Hüseynov, ictimaiyyətçilər Aydın Qur­banov, Ab­bas Abbasov, veteran müəllim Cümşüd Gül­məm­mədov, El ağsaqqalları Təhməzqulu Dünyamalıoğlu, İman Təh­­məz­qu­luoğlu, Oruc ağa, Hacı Məmmədəli, Hacı Həsən, Hacı Mola Oruc, Hacı Həmid Kərimov, Musa Haq­verdioğlu, Şərif Bu­daqov, Mehralı Həsənov, Aslan Əliyev, Koxalı Axund Hacı Qazi Ələsgər, Mirzə Rza Əlizadə, Həbib Əli­za­də, Mirzə Seyfulla, Pənah Mahmudov, Kərbəlayı Molla Alı, Şeyx Qur­ban, Şeyx Səlim, Şeyx İs­gəndər, Şeyx Binəli, El igid­ləri Qa­ra Namaz, Qaçaq Rüs­təm, Çərçioğlu Hümbət, Dəli Ey­yub, hə­kim Səməd Məmmədov və b. bu kəndin yetir­mə­ləridir.


GÜLƏVER - Qədim Borçalının Bağ bölgəsinin Bolulus nahiyəsində (indiki Bolnisi rayonunda) Gədə çayın sol sa­hi­lində, rayon mərkəzindən 17 km qərbdə, dəniz səviy­yə­sin­dən 810 m yüksəklikdə yerləşən kəndin adıdır. Bulqarların qıpçaq tirəsi kollarla, alban tirəsi kellərlə, qıpçaq-qarapa­paqlar içindəki Kül tayfası ilə bağlılığını düşünmək müm­kün­dür. Kənd iki qis­mə bölünüb: Aşağı Güləver və Yuxarı Gülə­ver. Bu oy­ko­nim­lər «Aşağı» və «Güləver» söz­lərinin, həm­çinin «Yu­xa­rı» və «Güləver» sözlərinin birləş­məsindən yaranıb. Aşağı Güləver kən­dinin adı rəsmi sənəd­lərdə gür­cü di­­­linə tərcümə olunaraq «Kvemo Qula­veri» yazılırdı. 1990-ci il­lərdə kəndin adı ye­nidən haqsızcasına «gürcüləş­dirilmiş», Aşağı Gülə­ver - «Qeta» («Gə­­­­di»), qonşu Yuxarı Gülever kəndi isə «Ci­por» adlan­dırıl­mış­dır. Əhalisi müvafiq olaraq 600 və 800 nə­fərdir. Kənddə Azər­baycan orta məktəbi 1930-cu ildə yara­dılıb. Alimlər Əlyar Namazov, Kərim Məm­mə­dov, Tey­mur Qa­rayev, maa­rifçilər Mustafa İsayev, Fərə­məz Mehdiyev, Ziyadxan Na­mazov, Fərəməz Cəlilov, təsərrüfatçı Müseyib Mirzəyev, hü­quq-mühafizə işçisi Mür­vət Musayev və b. bu kən­­din yetir­mələridir.

HƏSƏNXOCALI - Qədim Borçalının Bağ böl­gəsinin mərkəzi hissəsində Bolulus (indi Bolnisi) rayonunda kənd adıdır. Bu oykonim, çox gü­man ki, nəsil adı əsasında təşək­kül tapıb. Ma­­şaver çayının sol sahilində, Marneuli-Bolnisi av­to­mo­bil yo­­lunun kənarında, rayon mərkəzindən 13 km gün­­do­ğar səmt­də, dəniz səviyyəsindən 430 m yüksəklikdə yer­lə­şən bu kəndin ə\halisi hazırda 800 nəfərdən çoxdur. Kənddə Azər­­baycan məktəbi 1921-ci ildən fəaliyyət göstərir. Şair Bəh­ram Mehdi, maarifçilər Ramiz Məmmədəlizadə, Məhər­rəm İsmayılov və b. bu kəndin yetirmələridir.
Tiflis quberniyasının Ağ­caqala nahi­yəsində də eyni adlı kənd olub.

İMİRHƏSƏN - Qədim Bağ Borçalının Bolnisi rayo­nun­­da kənd adıdır. Bu oykonim türk oğuzların Eymur-Əymur tayfasının, ya­xud noqaylarda indi də yaşayan İmir tayfasının adı əsasında formalaşıb. Çox güman ki, «İmir» tayfasına mən­­­sub olan şəxs - Həsənli bu kəndin özü­lünü qoyduğu üçün kəndin adın­­da da həm tayfasının adını, həm də özünün soyadını sax­lamışdır. Maşaver çayının sağ sahilində, rayon mər­kəzindən 13 km gündoğarda, Tiflis-Kazret dəmiryolunun kə­narında, dəniz səviyyəsindən 470 m yüksəklikdə yerləşən bu kəndin əhalisi 1740 nəfərdir. Kənddə Azər­baycan mək­təbi 1921-ci ildən fəaliyyət göstərir. Əmək Qəhrəmanları Qo­­ca Fətullayev, Tamam Bayramova, Abbas İsmayılov, pro­­fes­sorlar Mahmud Allahverdiyev, İsfəndiyar İsmayılov, ve­te­ran müəllim Fəzləddin Quluyev, Aşıq Sədi Mərdanov, şair-ya­zar Nəsimi Ənvər və b. bu kəndin yetirmələridir.

(DAVAMI BURADA - BU SƏTRİN ÜSTÜNƏ VURUN, KEÇİD OLACAQ)


turan.info.az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: