Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)
Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun Elektron akt zalında
həmin institutun təsis etdiyi
“Azərbaycan mühacirət ədədbiyyatı kitabxanası” seriyasından çap olunmuş növbəti kitabın -
görkəmli yazıçı-publisist, tərcüməçi, naşir
və ictimai xadim Ceyhun Hacıbəylinin
“Seçilmiş əsərləri”-nin
təqdimat mərasimi
keçiriləcək.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan
turan.info.az-a bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Ceyhun Hacıbəylinin
125 illik yubileyinin keçirilməsi haqqında”
2015-ci il 19 noyabr tarixli Sərəncamına əsasən təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq
nəşr olunan kitabın təqdimat mərasimi
saat 11.00-da başlayacaq.
(Ünvan:
Az 1143, Bakı şəhəri, Cavid prospekti, 115.
Akademiya şəhərziyi, Əsas bina, IV mərtəbə)
Tədbiri giriş sözü ilə
AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik
İsa Həbibbəyli açacaq.
Kitabın “Ön söz” və qeydlərin müəllifi
filologiya üzrə
elmlər doktoru
Abid Tahirli
“Ceyhun Hacıbəylinin əsəsrlərinin nəşri tarixindən” mövzusunda məruzə edəcək.
Daha sonra
AMEA-nın müxbir üzvü
Tehran Mustafayev,
filologiya üzrə elmlər doktoru, professor
Vüqar Əhməd, filologiya üzrə fəlsəfə doktoru
Maral Yaqubova,
C.Hacıbəylinin fransız dilli ədəbi-elmi irsinin tərcüməçisi
Mirzəbala Əmrahov,
kitabın tərtibçisi Ədəbiyyat İnstitutunun Mühacirət Ədəbiyyatı şöbəsinin müdiri filologiya üzrə elmləri doktoru Nikpur Cabbarlı və başqaları çıxış edəcəklər.
Qeyd edək ki, AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin baş redaktorluğu ilə “Elm” nəşriyyatında nəşr edilən və Azərbaycan mühacirətinin ədəbi-elmi irsinin geniş ictimaiyyətə təqdimatı məqsədi daşıyan seriyanın ikinci kitabında XX əsr Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri olan Ceyhun Hacıbəylinin (1891-1962) mühacirət illərində qələmə aldığı bədii-publisistik əsərlər və elmi araşdırmalar yer alıb.
Kitabın məsul redaktoru filologiya üzrə elmləri doktoru Nikpur Cabbarlı, tərtibçisi,
“Ön söz” və qeydlərin müəllifi filologiya üzrə elmlər doktoru Abid Tahirlidir.
“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” zəngin mühacirət irsimizin təqdimi və təbliği baxımından Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun atdığı mühüm addımlardan biridir.
Bu istiqamətdə işlər davam etdirilir.
Aygül ÇOBANOVA,
AMEA-nın dissertantı
turan.info.az
.