YENİ DƏRS VƏSAİTİ: “Sivilizasiya və multikulturalizm”

 YENİ DƏRS VƏSAİTİ: “Sivilizasiya və multikulturalizm” Müasir ictimai inkişafın məntiqindən doğan, dünyada gedən proseslərin məzmunu ilə irəli sürülmüş və fəlsəfə elminin tədqiqat obyektinə daxil olan mühüm problemlər içərisində sivilizasiya  və sivilizasiyalararası  münasibətlər, bu kontekstdə multikultural münasibətlər məsələsi mühüm əhəmiyyət kəsb etməkdədir. Gündəlik  həyatımıza möhkəm daxil olmuş bu mürəkkəb və çoxtərəfli anlayışların mürəkkəb təbiətinin elmi-nəzəri səviyyədə öyrənilməsinin aktuallığı hər gün bir az da artır. Çünki sürətlə təkmilləşən, yeni keyfiyyət çalarları ilə zənginləşən ictimai praktika onun ayrı-ayrı tərəflərini yeni-yeni kateqoriyalarda ümumiləşdirilməsinə ciddi ehtiyac yaradır. Digər tərəfdən, müasir sivilizasiyanın və multikulturalizmin bir tərəfdən getdikcə güclənən ümumiliyi, həm də artan ziddiyyətləri  bu problemə yanaşmanın yeni keyfiyyət çalarlarını ortaya atmaqdadır.

Bu sarıdan AzTU-nun “İctimai fənlər” kafedrasının professoru, fəlsəfə elmləri doktoru Qabil Hüseynlinin “Sivilizasiya və multikulturalizm” mövzusunda  təqdim edilən dərs vəsaiti fəlsəfə və multukulturalizm fənlərinin qarşılıqlı əlaqəsini əhatə edən aktual mövzuya həsr edilmişdir. Son dövrlər multikulturalizmin durmadan artan rolu fonunda onun müxtəlif  fəlsəfi kateqoriyalarla, xüsusən də sivilizasiya ilə dialektikasının elmi-metodiki səviyyədə araşdırılması mühüm əhəmiyyətə malikdir.

Müəllif haqli olaraq qeyd edir ki,  bəşəriyyətin fundametal dəyərlərinin yaradıcı surətdə öyrənilməsi, elmi-nəzəri səviyyədə ümumiləşdirilməsi və praktika ilə sıx əlaqələndirilməsi  çox böyük elmi-nəzəri əhəmiyyətə malik olmaqla  tarixin müxtəlif mərhələlərini bir kontekstdə öyrənib qiymət vermək imkanı yaradır. Hər bir cəmiyyətin, xalqın idealları, prinsipləri, dəyərləri müasir sivilizasiyanın və multikulturalizmin nailiyyətləri ilə vəhdətdə aparılarsa, onların yeniləşməsi işi, humanist və demokratik görkəm alması prosesi bir o qədər səmərəli və intensiv gedər, qlobal problemlərin həlli yolları xeyli sadələşərdi.

Müəllif  F.Engelsin fıkırlərinə əsaslanaraq Sivilizasiyanı ictimai tərəqqinin elə bir pilləsi hesab edir ki, əmək bölgüsü, bundan doğan ayrı-ayrı adamlar arasındakı mübadilə və bu iki prosesi birləşdirən əmtəə istehsalı tam çiçəklənmə dərəcəsinə çatır və köhnə cəmiyyətdə tam dəyişiklik yaradır. Göründüyü kimi, burada sivilizasiya sinifli cəmiyyətin və ona uyğun olan istehsal münasibətlərinin yaranması ilə əlaqələndirilir, özündə həm də bir ictimai qurluşdan digərinə keçidi ehtiva edir. O da qeyd edilməlidir ki, sivilizasiya latın dilindəki “sivilis” sözündən olub “vətəndaş”, “mülki” anlamlarına uyğun gəlir. Əsərdə sivilizasiya və sosial tərəqqi, sivilizasiyanın məzmununda milli və ümumbəşəri cəhətlərin nisbəti məsələləri də ciddi surətdə araşdırılır və maraqlı fəlsəfi qənaətlərə gəlinir.

Müəllif   “Sivilizasiya” anlayışının mahiyyətinə, onun struktur çalarlarına böyük yer ayırır, bu fəlsəfi kateqoriyanın fəlsəfənin bir sıra mövzuları ilə əlaqəsini açmağa cəhd edir. Haqlı olaraq qeyd edilir ki, sivilizasiyanin meydana gəlməsi tarixi prosesdə, ictimai inkişafda mühüm keyfiyyət mərhələsidir və bu mərhələ ilə bəşəriyyət barbarlıq dövründən mədəni və sivil inkişaf yoluna qədəm qoyur.  Bəşəriyyətin yeni istehsal üsuluna, yeni ictimai-iqtisadi formasiya dövrünə qədəm qoyması da bu inkişafla başlayır. Bu kontekstdə  sivilizasiya və ictimai tərəqqinin fəlsəfənin bəzi mövzuları ilə əlaqələndirilərək geniş araşdırılması,  zənnimizcə, mühüm elmi-nəzəri əhəmiyyətə malikdir.

Əsərdə sivilizasiya və multikulturalizmin dialektikasına geniş yer ayrılır. Qeyd edilir ki, multikulturalizm demokratik dəyərlərlə sıx əlaqədə olub bir çox cəmiyyətlərin inkişaf keyfiyyətini müəyyənləşdirən xüsusiyyət  kimi siyasi plüralizmin və onun konkret ifadəsi kimi çoxpartiyalı siyasi sistemin mövcudluğunun etiraf olunması və inkişafı deməkdir. Multikultural cəmiyyətlər dini və mədəni müxtəlifliyi cəmiyyətin keyfiyyət halı kimi formalaşdırır, çeşidli milli azlıqları və mədəniyyətləri cəmiyyətin sərvəti hesab edir.  Multikulturalizm milli mədəniyyət, milli dil və dini müxtəliflik məsələlərinə çox həssaslıqla yanaşır, onların inkişafına daima qayğı göstərir.

Bu nöqteyi-nəzərdən, təqdim edilən dərs vəsaiti problemlərə yanaşmanın orijinallığı, ümumiləşdirmə səviyyəsi, gəlinən qənaətlər baxımından xeyli diqqətçəkicidir. Əsərdə qeyd edildiyi kimi, müasir qloballşma şəraitində sivilizasiya üçün təhlükə, multikulturalizm üçün problem yaradan məqamların - etnik mənşəli münaqişələr, mədəniyyətlərarası gərginlik,  xüsusən də ekoloji problemlərin durmadan artması sivilizsiya və onun qorunub saxlanılması, bu səpkidə sivilizasiyalararası təmasların gücləndirilməsi və multikultural mühitin dərinləşdirilməsi ilə bağlı problemlərin  elmi tədqiqini xeyli aktuallaşdırır.

Əsərdə  bu cəhət xüsusilə diqqət çəkir ki, bu məsələlərin araşdırılması  təsəvvürlərimizi xeyli dərəcədə zənginləşdirməklə yanaşı, ictimai tərəqqinin mexanizmini daha mükəmməl və ətraflı surətdə dərk etməyə şərait yaradır, digər tərəfdən,  bəşər cəmiyyətinin inkişafının keyfiyyət tərəflərini, onun təkmilləşməsi ilə əlaqədar səciyyəvi əlamətləri daha aydın təsəvvür etməyə imkan verir. Bu həm də müxtəlif sivilizasiyalar kontekstində tarixi proses və onun parametrləri, habelə tarixi inkişafın mahiyyəti, hərəkətverici qüvvələri,  multikultural baxışlar haqqında daha düzgün və elmi təsəvvürlər irəli sürməyə şərait yaradır. Digər tərəfdən, müasir qloballaşan dünyada müxtəlif sivilizasiyaların, xüsusən də Qərb və Şərq sivilizasiyalarının qarşılıqlı münasibətlərinin müəyyənləşdirilməsi, onlar arasında qarşılıqlı anlaşma mühitinin formalaşdırılması və beləliklə, dünyamızda qarşıdurmadan və ziddiyyətlərdən sivilizasiyalararası dialoqa, multikultural vəziyyətə  aparmaq üçün ciddi zəmin yaradır. Şərqdə baş verən hadisələr fonunda bu qənaət daha aktual görünür.  Xüsusilə, son vaxtlar Gürcüstan, Ukrayna, Suriya ətrafında, bütövlükdə Yaxın Şərqdə başverən hadisələrin timsalında daha səciyyəvidir.

Əsərin dili aydın və səlisdir. Zənnimizcə əsərdə qarşıya qoyulan məqsədlərə nail olunub. Zəngin elmi aparata, çoxsaylı ədəbiyyatin ümumiləşdirilməsinə və yeni elmi qənaətlərin formalaşdırılmasına söykənən kitab bu problemləri öyrənən tələbələrə və tədqiqatçılara ciddi yardım olacaqdır.



Şikar QASIMOV,
AzTU-nun “İctimai fənlər” kafedrasının müdiri,
tarix elmləri doktoru, professor 


turan.info.az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
YENİ DƏRS VƏSAİTİ: “Sivilizasiya və multikulturalizm”

YENİ DƏRS VƏSAİTİ: “Sivilizasiya və multikulturalizm”

---
Ölkə başçısının AMEA-nın 70 illik yubiley tədbirindəki proqram xarakterli n ...

Ölkə başçısının AMEA-nın 70 illik yubiley tədbirindəki proqram xarakterli n ...

"Zirvə"

"Ədəbiyyatda və incəsənətdə multikulturalizm və tolerantlıq" mövzusunda e ...

Humanitar elmlər, İctimai elmlər, "Zirvə"
TƏBİİ-ELMİ BİLİKLƏR SİSTEMİNDƏ FƏLSƏFİ TƏHSİL

TƏBİİ-ELMİ BİLİKLƏR SİSTEMİNDƏ FƏLSƏFİ TƏHSİL

İctimai elmlər, AzTU
AMEA-da

AMEA-da "Azərbaycan folklorunun funksional strukturunun multidissiplinar p ...

"Zirvə", Folklor

"SALDO" QƏZETİNƏ UĞURLAR ARZULAYIRIQ!...

"SALDO", MEDİA, Təbriklər
AMEA-nın İctimai Elmlər Bölməsində

AMEA-nın İctimai Elmlər Bölməsində "Yeni elmi paradiqma - ahəngyol" mövzu ...

İctimai elmlər, "Zirvə"
Milli - mənəvi dəyərlər və müasirlik

Milli - mənəvi dəyərlər və müasirlik

Köşə yazılar
MƏDƏNİYYƏTİN İNKİŞAFI VƏ TƏBLİĞİNDƏ GƏNCLƏRİN ROLU

MƏDƏNİYYƏTİN İNKİŞAFI VƏ TƏBLİĞİNDƏ GƏNCLƏRİN ROLU

Mədəniyyət, Köşə yazılar
Şəkidə demoqrafik inkişaf məsələlərinə həsr olunan konfrans keçirilib

Şəkidə demoqrafik inkişaf məsələlərinə həsr olunan konfrans keçirilib

Digər bölmələr, "Zirvə"
Yeni dövrün çağırışları və elmin hədəfləri

Yeni dövrün çağırışları və elmin hədəfləri

Elm, "Zirvə"
Azərbaycan ərəbşünaslığında İmamverdi Həmidov imzası

Azərbaycan ərəbşünaslığında İmamverdi Həmidov imzası

"Zirvə"
AzTU-nun dosenti Əyyub Kərimov Türkiyənin Katib Çələbi Universitetində işgü ...

AzTU-nun dosenti Əyyub Kərimov Türkiyənin Katib Çələbi Universitetində işgü ...

AzTU, Turan

"Qafqaz böyük sarsıntılar şəraitində: tarixi təcrübə, müasir dövr və persp ...

Humanitar elmlər, İctimai elmlər, "Zirvə"

"Nəriman Nərimanov - milli təmayüllü kommunist"

Yeni nəşrlər
Tbilisidə “Multikulturalizm: beynəlxalq təcrübə və Azərbaycan nümunəsi” kit ...

Tbilisidə “Multikulturalizm: beynəlxalq təcrübə və Azərbaycan nümunəsi” kit ...

Yeni nəşrlər, Tiflis
YAP Azərbaycanın tərəqqisində mühüm rol oynayan aparıcı qüvvədir

YAP Azərbaycanın tərəqqisində mühüm rol oynayan aparıcı qüvvədir

Regionlar, YAP
İlham Əliyev Azərbaycan multikulturalizminin siyasi qarantıdır

İlham Əliyev Azərbaycan multikulturalizminin siyasi qarantıdır

"Mən Şirvanın səsiyəm", ADPU, Köşə yazılar
“Vətən birdir – Azərbaycan”

“Vətən birdir – Azərbaycan”

QHT
MÜŞFİQ BORÇALININ DİSSERTASİYASI BİTKİN, ORİJİNAL, ELMİ-NƏZƏRİ VƏ PRAKTİK Ə ...

MÜŞFİQ BORÇALININ DİSSERTASİYASI BİTKİN, ORİJİNAL, ELMİ-NƏZƏRİ VƏ PRAKTİK Ə ...

Humanitar elmlər, Elmi Məqalələr, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Müşfiq Borçalı
Rəy yazın: