“Cahana sığmayan Düha”

“Cahana sığmayan Düha”
Məndə sığar iki cahan,
mən bu cahana sığmazam!..


İmadəddin Nəsimi.


Odlar Yurdu Azərbaycan dünya ədəbiyyatı xəzinəsinə Əfzələddin Xəqani, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli
və başqaları kimi bir çox görkəmli şəxsiyyətlər, böyük söz ustadları, nadir duha sahibləri
bəxş etmişdir.

Azərbaycan ədəbiyyatının bu parlaq simaları arasında Seyid İmadəddin Nəsiminin özəl yeri və məqamı vardır.
Bu bir danılmaz həqiqətdir ki, Nəsimi dedikdə
ilk növbədə öz əqidəsi və amalından dönməyən,
bu yolda canından belə keçməyə hazır olan
əyilməz və yenilməz bir söz ustası yada düşür.
Bəli, məhz dar ağacından asıldıqda,
ölüm ayağında belə başını dik tutan,
məğrurcasına dayanan şair şəhid şair kimi
Azərbaycan ədəbiyyatı tarixinə əbədi olaraq
həkk olundu.


Seyid İmadəddin Nəsimi Azərbaycan klassik poeziyasın həm məzmun və ideya, həm də yeni janrlarla zənginləşdirən, ona yeni nəfəs gətirən novator bir şair kimi tanınır. Dahi şairin Azərbaycan ədəbiyyatı tarixinə gətirdiyi yeniliklərdən ən birincisi anadilli poeziyamıza fəlsəfi qəzəlin, xüsusilə də hürufiliyin təbliğinə aid şeir nümunələrinin yaradıcısı olmasıdır. İmadəddin Nəsiminin Azərbaycan ədəbiyyatına, bütövlükdə türk dünyası ədəbiyyatına gətirdiyi ikinci bir yeniliyi isə türk əruzunun formalaşdırılması və onu təkmilləşdirərək daha yüksək məqama çatdırmasıdır.

Azərbaycan klassik ədəbiyyatında yeni bir “ilk” ə imza atmış İmadəddin Nəsimi anadilli lirik şeirləri ilə Yaxın və Orta Şərqdə ədəbi məktəb yaradan ilk Azərbaycan şairidir. Yaxın və Orta Şərqdə böyük şöhrət qazanan, ədəbi məktəb yaradan mütəfəkkir şair olmaqla yanaşı, eyni zamanda milli və mənəvi sərvətimiz olan ədəbi dilimizin zənginləşməsi və təkmilləşdirilməsində misilsiz xidmətləri olan qüdrətli söz ustadıdır. Nəsiminin anadilli şeirləri xüsusilə də qəzəllərində milli mənşəli sözlərin çoxluğu, hər bir misra və beytin oynaqlığı, ahəngdarlığı, daha doğru desək musiqililiyi ilə seçilirdi.

Nəsiminin şeir dilinin başlıca qaynağı təbii və sadəliyi, özünəməxsus şirinliyi ilə seçilən ümumxalq danışıq dilidir. 650 il öncə yazılan bu şeirlərdə xalq ifadə və sözlərinin işlənməsi bu gün də oxucular tərəfindən sevilərək oxunur.

Azərbaycan ədəbi dilinin inkişafında və zənginləşməsində misilsiz xidmətləri olmuş İmadəddin Nəsiminin adının əbədiləşdirilməsi məqsədilə 1973-cü ildə Azərbaycan Elmlər Akademiyasının Dilçilik İnstituna Nəsiminin adı verilmişdir.

Ana dili və ədəbiyyatına, mədəniyyət və incəsənət, milli-mənəvi dəyərlərin qorunub saxlanması məsələlərinə yüksək dəyər verən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1973-cü ildə Nəsiminin 600 illik yubileyi nüfuzlu beynəlxalq təşkilat olan YUNESKO-nun tədbirlər siyahısına daxil edilmişdir.

Ulu öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarını mədəniyyət və ədəbiyyata, dövlət atributlarından olan Azərbaycan dilinə böyük diqqət və qayğısının nəticəsidir ki, ölkə Prezidentinin Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən Nəsiminin iki cildlik “Seçilmiş əsərləri” kütləvi tirajla nəşr olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və qayğısı ilə 2017-ci ilin may ayında Parisdə YUNESKO-nun baş qərargahında İmadəddin Nəsiminin vəfatının 600 illiyi qeyd olunmuşdur.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 15 noyabr 2018-ci ildə Böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinin qeyd edilməsi haqqında “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında 11 yanvar 2019-cu il tarixli sərəncamı isə dahi şairin Azərbaycanın ədəbi-mədəni fikir tarixində tutduğu yüksək məqama dövlət səviyyəsində böyük dəyər verildiyini bir daha açıq-aşkar şəkildə sübut edir. Eyni zamanda, bu sərəncam Azərbaycan mədəniyyətinin, zəngin tarixi mədəni irsinin təbliğinə çox böyük töhfədir.

Azərbaycan ədəbiyyatı və ictimai fikri qarşısında böyük xidmətləri olan qüdrətli söz ustası, zamana sığmayan, ölməzlik qazanmış əbədiyaşar Azərbaycan şairi İmadəddin Nəsiminin bədii irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması yolunda iş aparmaq hər bir Azərbaycanlının borcudur.

Nəzakət Cəfərova,
Bakı şəhəri, Binəqədi rayonunundakı
A.Məmmədov adına 115 №-li tam orta məktəbin
Azərbaycan dili və Ədəbiyyat fənni üzrə
metod birləşmə sədri


turan.info.az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
“İmadəddin Nəsiminin poetik dili və Azərbaycan ədəbi dilinin tarixi məsələl ...

“İmadəddin Nəsiminin poetik dili və Azərbaycan ədəbi dilinin tarixi məsələl ...

Humanitar elmlər
AzTU-da dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik  ...

AzTU-da dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik ...

AzTU

"İmadəddin Nəsimi dili və üslubu"

Yeni nəşrlər, Humanitar elmlər
Akademik Möhsün Nağısoylunun yeni kitabı çıxıb

Akademik Möhsün Nağısoylunun yeni kitabı çıxıb

Yeni nəşrlər, Humanitar elmlər
İmadəddin Nəsiminin iki əlyazma divanının surəti əldə edilib

İmadəddin Nəsiminin iki əlyazma divanının surəti əldə edilib

Humanitar elmlər
“Nəsimi ili”nə daha bir töhfə

“Nəsimi ili”nə daha bir töhfə

Yeni nəşrlər, Humanitar elmlər
Balaqusar kənd məktəbi də

Balaqusar kənd məktəbi də "650 min ağac əkək!" təşəbbüsünə qoşlub

Regionlar, Məktəblər
AMEA-da İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü qeyd olunub

AMEA-da İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü qeyd olunub

"Zirvə", Mədəd Çobanov
Hacettepe Universitetində görüş

Hacettepe Universitetində görüş

Humanitar elmlər, Turan
Professor MƏDƏD ÇOBANOV:

Professor MƏDƏD ÇOBANOV: "Dahi şairin bə­dii por­­­­­­­­­tireti"

Elmi Məqalələr, Mədəd Çobanov
“Nəsimi dünyası” adlı ustad Nəsimiyə həsr olunmuş gecə böyük maraqla və alq ...

“Nəsimi dünyası” adlı ustad Nəsimiyə həsr olunmuş gecə böyük maraqla və alq ...

Mədəniyyət
Milli Kitabxanada “Qəzənfər Paşayev. Biblioqrafiya” kitabının təqdimatı olu ...

Milli Kitabxanada “Qəzənfər Paşayev. Biblioqrafiya” kitabının təqdimatı olu ...

Yeni nəşrlər, Humanitar elmlər, "Zirvə"
Dünyadan gileyli getdi Nəsimi...

Dünyadan gileyli getdi Nəsimi...

"SAZLI-SÖZLÜ BORÇALI", Müsabiqə, Rusiya, Diaspora
Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib

Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib

Humanitar elmlər
Azərbaycan ədəbiyyatında Nəsimi yaradıcılığının əks olunması və Nəsiminin b ...

Azərbaycan ədəbiyyatında Nəsimi yaradıcılığının əks olunması və Nəsiminin b ...

Humanitar elmlər, Elmi Məqalələr
Professor MƏDƏD ÇOBANOV:

Professor MƏDƏD ÇOBANOV: "NƏSİMİ və FOLKLOR"

Elmi Məqalələr, Mədəd Çobanov
Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

"Zirvə", Ədəbi əlaqələr
Şamaxıda Nəsimi Festivalı keçirilib

Şamaxıda Nəsimi Festivalı keçirilib

Mədəniyyət, QHT
Akademik Elizbar Cavelidze və Azərbaycan

Akademik Elizbar Cavelidze və Azərbaycan

Ədəbi əlaqələr
AMEA-da “M.P.Vaqif və Azərbaycan dili” mövzusunda elmi sessiya keçirilib

AMEA-da “M.P.Vaqif və Azərbaycan dili” mövzusunda elmi sessiya keçirilib

Humanitar elmlər
Rəy yazın: