Onda peşəsinə məhəbbət çox güclüdür

Onda peşəsinə məhəbbət çox güclüdür Günəş düzü-dünyanı nuruna qərq edib qüruba endiyi kimi, insanlar da öz ömür paylarında yaşayaraq keçdikləri həyat yolunda peşələri və əməlləri ilə özlərinəməxsus iz qoyurlar bu işıqlı dünyada.
Ömrünü-gününü qətrə-qətrə şam kimi əridərək, xalqın maariflənməsinə, Vətənin tərəqqisinə sərf ədənlər cəmiyyətdə hörmətlə, ehtiramla qəbul edilir, sevilirlər. Belə insanlardan biri də Bakı şəhərindəki 115 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nəzakət Cəfərovadır.


O, 1971-ci il iyul ayının 4-də Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Atası Akif Qədimov uzun illər Daxili İşlər Orqanlarında, anası Zeynəb xanım isə düz 40 ilə yaxın 115 nömrəli məktəbdə kitabxana müdiri vəzifəsində çalışıb. İndi doğmalarının, övladlarının arasında olmayan bu ziyalı insanların əziz xatirəsi həmişə tanıyanlar tərəfindən kövrək duyğularla yad edilir, ruhlarına dualar oxunur.
Nəzakət Cəfərova orta təhsilini şəhərimizdəki 115 nömrəli məktəbdə başa vurub. Hələ şagirdikən müəllimliyə böyük maraq göstərib. Bu ülvi arzusu onu 1987-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna gətirib. Qəbul imtahanlarından uğurlu qiymətlər alıb, tələbə adını qazanıb. Ömürdən ötüşən illər keçdikcə tələbəlik dövrü də, arxada qalıb. Bu elm ocağının Azərbaycan dili və ədəbiyyati fakültəsini müvəffəqiyyətlə bitirib, diplom alıb.
Pedaqoji fəaliyyətə bir vaxtlar məzunu olduğu 115 nömrəli tam orta məktəbdə başlayıb. Azərbaycan dili və ədəbiyyat fənnini tədris edib. Elə o vaxtdan indiyədək bu məktəbdə müqəddəs müəllimlik peşəsini davam etdirir. Sevimli müəllimləri ilə çiyin-çiyinə çalışır.
Nəzakət Cəfərova çalışdığı illər ərzində özünü təcrübəli və səriştəli müəllim kimi göstərə bilmişdir. Dərs dediyi şagirdlərə tədris etdiyi fənni ürəkdən sevdirir, onlarda sözə, şeirə, ədəbiyyata dərin maraq yaradır.
Onun çoxsaylı yetirmələri vardır. Vaxtilə dərs dediyi məzunların böyük əksəriyyəti indi ali təhsilli kadrlar kimi Respublikamızda müxtəlif sahələrdə çalışırlar.

Yeri gəlmişkən:
Nəzakət Cəfərovanın dediklərindən:

Peşəmə məhəbbətim çox güclüdür. Bu məhəbbəti məndə əsasən anam Zeynəb xanım və bir də, orta məktəbdəki Azərbaycan dili və ədəbiyyat müəllimim Əminə Cəfərova yaradıbdır. Müəllimimə bənzəmək, gələcəkdə onun kimi hörmət-izzət, nüfuz sahibi olmaq ən böyük arzum idi. Tale bunu mənə qismət etdi.
Pedaqoji fəaliyyətə başlayandan sonra hörmət, nüfuz anlayışlarını müəllimliyin ən vacib atributlarından biri kimi qəbul etdim. Mənə elə gəldi ki, gənc nəsilə, bütünlükdə xalqın gələcəyinə, təlim-tərbiyə, təhsil vermək səlahiyyəti qazanmış şəxsin cəmiyyətdə, kollektivdə, şagirdləri arasında əqli və əxlaqi dəyəri yoxdursa, deməli ona müəllim, tərbiyəçi demək mümkün olmaz. Müəllim sözü hikmətli məna daşıyır. Bu baxımdan müəllimin tələbkarlığını, zəhmətini, ağır yükünü həmişə üzərimdə hiss etmişəm. Fikirimcə, başqa peşələrlə müqayisədə fərq budur ki, müəllimlikdə peşə şərəfi ilə şəxsi ləyaqət hissi vəhdət təşkil edir. Müəllimə qarşı istər keçmişdə, istərsə də, müasir zamanda cəmiyyətin tələbə tamam başqadır; əvvəl o, kamil insan, daha sonra müəllim olmalıdır. Çünki, müəllim ətrafındakılara, xüsusən də yetirmələrinə ilkin canlı dərslikdir. Onun şəxsi nümunəsi bu “dərsliyin” ən qiymətli sətirləri, səhifələridir.
Nəzakət Cəfərova 115 nömrəli məktəbdə ilk dəfə dərsə başladığı günü heç vaxt unutmur.
Söyləyir ki:
-Həmin gün bir az həyəcanlı idim. Axı, müqəddəs müəllimliyin ilk pilləsinə qədəm qoyurdum. Şagirdlərimin baxışıarında gördüyüm inam işığı mənim ümidimi mmöhkəmləndirdi. Müəllim üçün ilk dərsin necə keçməsinin əhəmiyyəti böyükdür. Şairin “İllər” şeirndə dedyildiyi kimi:

Elə başlayaq ki,
birinci gündən,
Peşman olmayaraq,
Sonrakı gündə...

Bəli, mən heç vaxt peşiman olmamıışam. Sevdiyim peşə ürəyimcədir.
Müəllimin səmimiyyətlə söylədiyi bu sözlərə nələrsə əlavə etmək istəməzdim.
Nəzakət Cəfərovanın şagirdləri onun ümidini bu gün də, doğruldurlar. O, xüsusilə istedadlı uşaqların maraq dairəsinin müəyyənləşdirilməsində böyük əmək sərf edir. Azərbaycan dili və ədəbiyyatdan inşa yazılar apararkən yaradıcı yazıları fərqləndirir ən yaxşılarını rəğbətləndirməyə çalışır. Gözəl, səlis, aydın və düzgün danışmaq, yazmaq, yəni nitq mədəniyyətinə yiyələnmək bizim hər birimizin vəzifəsi olmalıdır deyir. Əlbəttə, ilk növbədə yabançı sözlərdən qaçmaq lazımdır. Nitqi həmişə cilalamaq, hər cür kobud, loru sözlərdən, ifadələrdən qorumaq hamının vətəndaşlıq borcu olmalıdır söyləyir.
Ötən müəddət ərzində Azərbaycan şair və yazıçılarının yubileylərinə həsr edilmiş tədbirlərin eləcə də, “Ədəbiyyat və şəxsiyyət”, “Dilimiz mənəviyyatımız” və s. adda keçirilən tədbirlərin, disputların Nəzakət müəllimin səyi nəticəsində orijinal üslubda daha maraqlı, məzmunlu ərsəyə gəlməsi, təşkil olunması məktəbin kollektivinin razılığına səbəb olmuşdur. O, çalışır ki, istər məktəbdə, istərsə də, rayon miqyasında həyata keçirilən layihələr mövzu etibarı ilə rəngarəng olmaqla yanaşı, milli dəyərlərimizin ən yaxşı təbliğinə çevrilsin.
Bir daha Nəzakət Cəfərovanın söhbətlərindən:
-Sözün açığı, müəllim kollektivinin, eləcə də şagirdlərimizin ikiqat məsuliyyətlə çalışmasının bir səbəbi də, var. Axı, məktəbimiz Bakı şəhəri Binəqədi rayonunun ilk şəhidi Azər Məmmədovun adını daşıyır. Geridə qalmağa haqqımız yoxdur. Biz şəhidin adına layiq vətənpərvər gənclər tərbiyə etməliyik. Bu yolda həyata keçirəcəyimiz layihələrimiz hələ çoxdur.
Nəzakət Cəfərovanın nikbinliklə vurğuladığı fikirlərə yalnız bunları əlavə etmək istərdim; öz peşəsinə qəlbən vurğun olan, yüksək təşkilatçılığa, humanist keyfiyyətlərə malik olan belə bacarıqlı pedaqoqlarla uğurlar qazanmaq təhsilimizin nurlu sabahına ən yaxşı təminatdır.
Nəzakər Cəfərova çalışır ki, dərs dediyi şagirdlərin söz ehtiyatı zəngin olsun. Onlar çoxlu qiymətli kəlamlar, atalar sözləri, aforizmlər, bayatılar öyrənsinlər.
“Əzizim Vətən yaxşı”, “Sözün qüdrəti”, “Dilimizi qoruyaq”, “Bura Vətəndir” mövzusundakı tədbirlərdə - Vətənə, elə, obaya, dilimizə məhəbbət ön planda saxlanılır. Bu mövzuların arasından doğma Azərbaycan, onun əsrarəngiz gözəllikləri boylanır. O, bu cür tədbirlərdə işğal olunmuş Qarabağ torpaqlarından, Xocalı soyqrımıdan, şəhid olmuş Vətən oğullarının igidliklərindən geniş söhbət açır, onların qəhrəmanlıqlarından bəhz edən şeir oxuyur, bayatı deyir, hekayə danışır. Şagirdlər belə bayatıları öyrənir və müxtəlif tədbirlərdə, mərasimlərdə ifa edirlər.
Yeri gəlmişkən qeyd edim ki, Xocalı faciəsinin ildönümü ilə əlaqədar “Xocalı qan yaddaşımızdır”, 20 yanvar hadisələrinə həsr olunmuş “Ağla qərənfil ağla”, 8 mart Beynəlxaq qadınlar gününə həsr olunmuş “Kimdir Azərbaycan qadını?”, 21 fevral Beynəlxalq Ana Dili Günü ilə bağlı “Dilimizi sevək və sevdirək”, Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyinə həsr olunmuş “Müstəqilliyimiz əbədidir”, 9 noyabr Bayraq Gününə həsr olunmuş “Bayraq mənliyimdir, Bayraq kimliyim”, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Cümhuriyyətin işığı ilə” adlı böyük tədbirlər, yeni layihələr, görkəmli şəxsiyyətlərlə görüşlər, ədəbi-bədii gecələr ardıcılıqla Nəzakat Cəfərovanın pedaqoji ustalığı və təşkilatçılığı ilə həyata keçirilir.
Onun fəaliyyətindəki müsbət keyfiyyətləri barədə danışarkən xatırlatmaq istərdim ki, o, bütün bu illər ərzində geniş ictimaiyyətin arasında böyük hörmət qazanıbdır.
Nəzakət Cəfərovanın fədakar əməyi dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. Təhsil Nazirliyi tərəfindən dəfələrlə fəxri fərman, tərifnamə və təşəkkürnamələrə layiq görülübdür. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı tərəfindən fəxri fərmanla təltif edilibdir. Müxtəlif diplom və sertifikatlar alıbdır.
O, “Azərbaycan müəllimi” qəzetində və Bank of Bakunun ölkənin təhsil müəssisələrində çalışan müəllimlər üçün keçdirdiyi “Azərbaycan Xalq Cümhüriyyəti və təhsil” adlı mövzusunda keçirdiyi müsabiqədə iştirak etmiş və uğurlu nəticə əldə etdiyinə görə “Müstəqil Azərbaycan – 100” adlı kitabda nəşr olunmuşdur. Eləcə də, bədii qirayət, inşa-yazı müsabiqələrində “Xəmsə”, “Kim? Nə zaman? Harada? ” kimi intellektual yarışmalarda iştirak edərək yaxşı nətəcilər əldə etmişdir.
Nəzakət Cəfərova Yeni Azərbaycan Partiyasının üzvüdür. Eyni zamanda Yeni Azərbyacan Partiyası məktəb təşkilatının qadınlar şurasının sədridir.
O, qayğıkeş anadır. İki övlad böyüdüb ərsəyə çatdırıb. Oğlu Cəfərov Qüdrət hazırda Bakı Dövlət Universitetində, qızı Fidan xanım isə Azərbaycan Dövlər Mədəniyyət və İncəsənət Universitetində təhsil alır.

Deyildiyi kimi; yaxşı pedaqoq olmaq üçün təkçə təhsil kifayət deyildir. Gərək, fitrən səndə bu qabiliyyət olsun. Bu keyfiyyətlər Nəzakət müəllimdə hiss olunur; peşəsinin vurğunu, kamil bilici, həssas və səmimi insan...
Belə müəllimlərin çalışdığı təhsil ocaqlarının uğurları şəksizdir.

Xanım Bilalqızı
turan.info.az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Peşəsinin vurğunu - Pərvanə Əliyeva

Peşəsinin vurğunu - Pərvanə Əliyeva

Məktəblər
Ömrün 75-ci baharı

Ömrün 75-ci baharı

Bakı, Məktəblər, "Elm və Təhsil", "Şərqin səsi", "XXI əsrin Ziyalıları"
ÜRƏYİN HÖKMÜ İLƏ - Samirə Yolçuyeva

ÜRƏYİN HÖKMÜ İLƏ - Samirə Yolçuyeva

Regionlar, Məktəblər, "Elm və Təhsil"
Ata yolunun layiqli davamçısı - Səkinə Niftaliyeva

Ata yolunun layiqli davamçısı - Səkinə Niftaliyeva

Məktəblər, "Elm və Təhsil"
İstedadlı şagirdlərimiz

İstedadlı şagirdlərimiz

Məktəblər, Gənc istedadlar
ŞƏRƏFLİ PEŞƏ SAHİBİ - Aidə Əsədova

ŞƏRƏFLİ PEŞƏ SAHİBİ - Aidə Əsədova

Regionlar, Məktəblər, "Elm və Təhsil"
ŞƏRƏFLİ MÜƏLLİM ÖMRÜ  - Mənzər Abdullayeva

ŞƏRƏFLİ MÜƏLLİM ÖMRÜ - Mənzər Abdullayeva

Regionlar, Məktəblər
PEŞƏYƏ MƏHƏBBƏT OLANDA

PEŞƏYƏ MƏHƏBBƏT OLANDA

Regionlar, Məktəblər
Şair qəlbli ziyalı ömrü

Şair qəlbli ziyalı ömrü

Məktəblər, Təbriklər
Çəkilən zəhmətin bəhrəsi

Çəkilən zəhmətin bəhrəsi

Məktəblər, "Elm və Təhsil"
“Vahid Əziz dünyasının möcüzəsi” adlı görüş

“Vahid Əziz dünyasının möcüzəsi” adlı görüş

Məktəblər
ƏMƏKDAR MÜƏLLİM RƏNA YUSİFOVA

ƏMƏKDAR MÜƏLLİM RƏNA YUSİFOVA

Regionlar, Məktəblər
ŞİRVANIN QABAQCIL  MÜƏLLİMLƏRİ

ŞİRVANIN QABAQCIL MÜƏLLİMLƏRİ

Məktəblər, "Mən Şirvanın səsiyəm"
Şagirdlərin sevimlisi  - Elza Xəlilova

Şagirdlərin sevimlisi - Elza Xəlilova

Məktəblər, "Elm və Təhsil"
Hər kəsə öz qədərində dəyər verək

Hər kəsə öz qədərində dəyər verək

Məktəblər, Köşə yazılar
Peşəyə məhəbbət olanda

Peşəyə məhəbbət olanda

Məktəblər, "Elm və Təhsil"
5 oktyabr - Beynəlxalq müəllimlər günüdür!..

5 oktyabr - Beynəlxalq müəllimlər günüdür!..

Məktəblər, Təbriklər
ULU ÖNDƏRİMİZİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ “ƏBƏDİYAŞAR LİDERİMIZ” ADLI ŞEİR MÜ ...

ULU ÖNDƏRİMİZİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ “ƏBƏDİYAŞAR LİDERİMIZ” ADLI ŞEİR MÜ ...

Məktəblər
TƏHSİLƏ BAĞLI ÖMÜR

TƏHSİLƏ BAĞLI ÖMÜR

Regionlar, Məktəblər, "Elm və Təhsil"
ŞƏRƏFLİ MÜƏLLİM PEŞƏSİ VƏ RÜHƏNGİZ HEYDƏROVA

ŞƏRƏFLİ MÜƏLLİM PEŞƏSİ VƏ RÜHƏNGİZ HEYDƏROVA

Məktəblər
Rəy yazın: