bu işi müəyyən bir mərkəzdə birləşlirmək məqsədi ilə
1978-ci ildə xarici tələbələrlə iş üzrə dekanlıq yaradılıb.
Xarici tələbələrin təhsilinin keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə 1996-cı ildə dekanlığın nəzdində hazırlıq şöbəsi təşkil olunub və tələbələrin yüksək səviyyədə təhsil almaları üçün şöbədə hər cür şərait yaradaılıb. Burada dərsləri aparmaq üçün professorlar və təcrübəli müəllimlər cəlb edilib. Dərslərin gedişinə ciddi nəzarət edilir.
Azərbaycan və Rus dilini tədris edən müəllimlər ümumtexniki fənn müəllimləri ilə əlaqə saxlayaraq bu elmlərdə işlədilən terminləri tələbələrə öyrədirlər. Hazırlıq kurslarını bitirən, imtahanlarda müvəffəq qiymət alan abituriyentlər universitetin birinci kursunda oxumaq hüququ qazanırlar. Bu gələcəkdə onların ixtisasseçmə imkanlarını artırır, universitetin daxili qayda-qanunları və tədris sistemi ilə tanış olmaları üçün şərait yaradır. Hazırliğın məqsədyönlü aparılması həm də yuxarı kurslarda tələbələrin təhsilini asanlaşdırır.
Azərbaycan Texniki Universitetində
xarici ölkələr üçün mütəxəssislər hazırlamağa
başlandığı vaxtdan bu günə qədər
40-dək ölkə üçün 5 minə yaxın mühəndis
və bakalavr hazırlamışdır.
Burada Turkiyə tələbələri ilə yanaşı
Əfqanıstan, İordaniya, İran, Suriya,
Efiopiya, Pakistan, Hindistan, Rusiya,
Anqola, Misir,Moldova, Əlıcəzair, Almaniya,
Yəmən, Madaqaskar, Fələstin, Çili, Çin,
Banqladeş, Kuba, Panama, Mali, BƏƏ,
Koreya, Kompuçiya, Zimbabve, Peru,
Laos, Ekvador, Marokko, Çad, Zair,
Kolumbiya, Monqolustan, Sudan,
İraq, Mozambik, Nigeriya, Ukrayna,
Türkmənistan və s.ölkələrin vətəndaşları
təhsil almişlar.
Son 5 ildə 400-dək xarici ölkə vətəndaşı
universitetin məzunu olmuşdur.
Hal hazirda universitetdə 200-dək
xarici tələbə təhsil alır.
Universitetdə bakalavr ilə yanaşı, magistratura və doktorantura da fəaliyyət göstərir.
Əcnəbi tələbələrin təhsili şöbəsinin daha da
təkminləşdirilməsi üçün 2018-ci ildən
AzTU Elmi Şurasının qərarı ilə bu şöbə
universitetin Beynəlxalq əlaqələr departamentinin
tərkibində fəaliyyət göstərir.
Hal-hazırda həmin şöbənin müdiri, dosent Elçin Mustafayevdir.
Elçin Ramiz oğlu Mustafayev 1963-cü ildə Bakı şəhərində analadan olub. 1980-cı ildə Bakıdakı 134 № li orta məktəbi bitirib. BDU-nun Fizika fakültəsinə daxil olub. 1985-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla Fotoelektronika İnstitutuna işə qəbul olunub, 1987-ci ilə qədər orada işləyib. 1987-ci ildə BDU-nun aspiranturasının əyani şöbəsinə qəbul olunub. 1990-cı ildə namizədlik dissertasiyası müdafiə edib, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb. Elə həmin ildə AzMİU-nin hazırlıq fakultəsində müəllim, 1993-cü ildən AzMiU-nun xaricilər üzrə hazırlıq fakültəsində dekan müavini vəzifəsində işləyib. 2000-ci ildən Azərbaycan Texniki Universitetində Xarici tələbələrin təhsili fakultəsinin dekanı - Əcnəbi tələbələrin təhsili şöbəsinin müdiri vəzifəsində çalışır. Onlarla elmi əsərin-məqalə, proqram, metodik göstəriş və dərs vəsaitinin müəllifidir.
Azərbaycan Respublikasında əcnəbi vətəndaşların təhsili
Azərbaycan Respublikasında əcnəbi vətəndaşların təhsili
Nazirlər Kabinetinin 56 nömrəli, 06.03.2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının təhsil almaq üçün xarici ölkələrə göndərilməsi və xarici ölkə vətəndaşlarının Azərbaycanın tədris müəssisələrində təhsil almaları haqqında Əsasnamə” ilə tənzimlənir.
Həmin əsasnaməyə əsasən, Azərbaycan ali təhsil müəssisələrində təhsil almaq üçün gələn xarici vətəndaşlar tədris dilini bilmədikləri halda, müvafiq dil hazırlığı keçdikdən sonra əsas təhsilə başlayırlar. Məhz bu məqsədlə Azərbaycan ali təhsil müəssisələrində əcnəbi vətəndaşların müvafiq dil hazırlığını həyata keçirmək məqsədilə 17 ali məktəbdə Hazırlıq fakültələri, şöbələri və mərkəzləri fəaliyyət göstərməkdədir.
Təhsil sənədi Azərbaycan Respublikasında qəbul edilmiş müvafiq təhsil proqramları səviyyəsinə uyğun olan əcnəbilər dil biliklərinin yüksəldilməsi məqsədilə hazırlıq kurslarına qəbul edilirlər.Hazırlıq müddətinin sonunda dinləyicilər buraxılış imtahanları verir və imtahanlardan müvəffəqiyyətlə keçmiş əcnəbilərə təhsil haqqında vahid formada dövlət sənədi olan şəhadətnamələr təqdim edilir. Bu şəhadətnamələrə sahib olduqdan sonra əcnəbilər ali təhsil müəssisələrində əsas təhsil səviyyələri üzrə təhsil ala bilərlər.
Ali təhsil müəssisələrinin ikinci (magistr) pilləsinə mövcud qaydaların tələbləri gözlənilməklə təhsil səviyyəsi ali təhsilin bakalavr səviyyəsinə uyğun gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qəbul edilirlər. Azərbaycandan kənardakı ali təhsil müəssisələrin bakalavr səviyyəsinin məzunu olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dil hazırlığını keçdikdən sonra, yaxud təlim dilini əvvəlcədən bildiyi halda eksternat yolu ilə dil hazırlığı üzrə imtahan verərək magistr səviyyəsinə qəbul oluna bilərlər. Magistratura səviyyəsinə qəbul olunmaq istəyən əcnəbi vətəndaş xarici ölkədə aldığı bakalavriat üzrə diplomunu mövcud qanunvericiliyinə əsasən, nostrifikasiya etdirməlidirlər.
Əcnəbilərin yalnız bir qismi müvafiq hökumətlərarası razılaşma əsasında dövlət hesabına, əksəriyyəti isə ali təhsil müəssisələrilə bağladıqları müqavilə əsasında ödənişli əsaslarla təhsil alırlar. Əcnəbi tələbələr arasında Azərbaycana qonşu olan region ölkələrin vətəndaşları ilə yanaşı, Avropa ölkələrinin, ABŞ, Yaponiya, Çin, Hindistan, Argentina və bir çox ərəb ölkələrinin vətəndaşları da vardır. Azərbaycanda təhsil alan əcnəbi vətəndaşlar əsasən daha çox tibb, iqtisadiyyat, humanitar və texniki ixtisaslara üstünlük verirlər.
Azərbaycana təhsil almaq məqsədilə gələn əcnəbilər təhsil almaqla eyni zamanda, həm də ölkədə yaşama qaydalarına düzgün əməl etməlidirlər.Ölkə ərazisində qeydiyyata düşmək və müvəqqəti yaşama haqda müvcud qaydaları pozmamaq üçün əcnəbilər ölkəyə daxil olmazdan əvvəl Dövlət Miqrasiya Xidmətinin xarici vətəndaşların ölkə ərazisində olmaları qaydaları ilə tanış olmalıdırlar.
Bu gün Azərbaycanda əcnəbi tələbələrin təhsili Təhsil Nazirliyinin beynəlxalq əlaqələrinin prioritet istiqamətlərindən birinə çevrilib.Xarici ölkə vətəndaşlarının təhsilə cəlb olunması ilə bağlı beynəlxalq təcrübə göstərir ki, bu sahədə kifayət qədər ciddi rəqabət mövcuddur. Hər bir ölkənin ali təhsil müəssisələri daha çox əcnəbi tələbənin cəlb olunmasında maraqlıdırlar.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” ali və orta ixtisas təhsili müəssisələrinə qəbul və yerləşdirmə mexanizminin təkmilləşdirilməsini nəzərdə tutur. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli fərmanı ilə tətbiq edilmiş “Təhsil haqqında” Qanunda dövlət siyasətinin əsas prinsiplərindən olan liberallaşma, bərabərlik və inteqrasiyanı təsbit edir. Bu sadalananları rəhbər tutaraq, Azərbaycanda əcnəbi vətəndaşların təhsili sahəsində də boşluqları aradan qaldırmaq və daha işlək müxanizmlər qurulması yönündə işlər görülməyə başlamışdır.
Foto-şəkillərdə:
Azərbaycan Texniki Universitetində
Xarici tələbələrin təhsili fakultəsinin dekanı
- Əcnəbi tələbələrin təhsili şöbəsinin müdiri,
dosent Elçin Mustafayev,
AzTU-nun "Azərbaycan dili və pedaqogika"
kafedrasının müdiri, dosent Həbib Mirzəyev
və həmin kafedranın müəllimi -
Filologiya üzrə fəlsəfə doktoru Müşfiq Borçalı
AzTU-nun ƏTTŞ-nin "Azərbaycan dili"
kursunun "DA-4" qrupunda təhsil alan -
Pakistan, Şri-Lanka, Banqladeş, Nepal və b.
xarici ölkələrdən gəlmiş əcnəbi tələbələrlə.
turan.info.az
.