Cümhuriyyətinin
100 illik yubileyinə
həsr olunan
“Təhsil-tədqiqat-istehsalat mexanizminin qurulması” mövzusunda
Respublika Elmi-texniki
konfransının
plenar iclası
keçirilib.
Konfrans iştirakçıları
əvvəlcə ulu öndər
Heydər Əliyevin
universitetdəki
büstü önünə
gül qoyublar,
xatirəsinə
ehtiramlarını
bildiriblər.
Konfrans
Azərbaycan
Respublikasının
Dövlət himni ilə
başlayıb.
Konfransın
açılış mərasimində
AzTU-nun elm və texnika üzrə prorektoru, professor İlham Pirməmmədov
çıxış edərək
iştirakçıları salamlayıb
və konfransın
əhəmiyyətindən
danışaraq bildirib ki,
Prezident İlham Əliyevin
Sərəncamı ilə bu il
ölkəmizdə Azərbaycan
Xalq Cümhuriyyəti ili
elan edilib.
Ulu öndər Heydər Əliyevin “Müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” fikrini xatırladan prorektor 1918-1920-ci illərdə əsası qoyulan, lakin təşəkkül tapa bilməyən milli strategiyalarımızın müstəqillik illərində yüksək səviyyədə həyata keçirildiyini deyib.
Təhsil-tədqiqat-istehsalat üçlüyünün Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş milli iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı üçün “Strateji Yol Xəritələri”ndə əsas prinsip olduğunu diqqətə çatdıran İlham Pirməmmədov Cümhuriyyətimizin
100 illiyi ərəfəsində bu sahənin problemlərinin müzakirə olunması və lazımi mexanizmin yaradılması təşəbbüsünün vacib amil olduğunu bildirib.
Təhsil Nazirliyinin Elm sektorunun müdiri
Anar Kazımov
çıxışında qeyd edib ki,
Təhsil-tədqiqat-istehsalat vəhdətinin yaradılması və son illər bu istiqamətdə görülən işlər elmin sənayeyə tətbiq edilməsi üçün əlverişli mühit formalaşdırıb.
Daha sonra AMEA-nın Yüksək Texnologiyalar Parkının (YTP) direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinin icrasında “Dördlü HELIX” modelinin tətbiqi” adlı məruzə ilə çıxış edib.
NRYTN-nin Radio televiziya yayımı və peyk rabitəsi istehsalat birliyinin
texniki direktoru,
əməkdar mühəndis
Mikayıl Abbasov
“Azərbaycanda çoxproqramlı rəqəmli televiziyanın tətbiqi”,
AzTU-nun professoru,
Əməkdar elm xadimi
Həsən Hüseynov “Texnopark inklüziv inkişafın müəyyənedici
amili kimi”,
AzTU-nun dosenti
Zəfər Cəfərov isə
“Sənaye üçün sistem mühəndisliyi üzrə ali təhsil ixtisasının vacibliyi” adlı məruzələrlə çıxış ediblər.
Sonda AzTU-nun
İctimai Şurasının sədri,
professor Şahlar Əsgərov
məruzələrlə, həmçinin Azərbaycan elminin inkişaf meyilləri ilə bağlı fikirlərini bölüşüb və qeyd edib ki, konfransın əsas predmeti olan Təhsil-tədqiqat-istehsalat üçlüyünün tətbiqi texnologiyanın yaradılmasından asılıdır.
Qeyd edək ki,
konfransa
respublikamızın
23 müxtəlif
müəssisəsindən
130-a yaxın məqalə
daxil olub.
Konfrans 6 bölmə üzrə
2 gün davam edəcək.
turan.info.az
.