Obyektivlik, şəffaflıq və keyfiyyət diqqət mərkəzindədir

Obyektivlik, şəffaflıq və keyfiyyət diqqət mərkəzindədir
Fəxrəddin YUSİFOV,
ADPU-nun dosenti.

Müəllim hazırlığı ilə bağlı
ölkə səviyyəsində bir sıra
mühüm qərarlar
qəbul olunmuşdur.

Həmin qərarların icra olunmasında bizim universitetin də öz payı vardır. Ölkəmizin aparıcı təhsil müəssisələrindən biri olan Azərbaycan Dövlət Pedaqoji Universitetində müəllim hazırlığı ilə bağlı üzərinə düşən mühüm vəzifəni layiqincə yerinə yetirmək üçün olduqca səmərəli fəaliyyət göstərməkdədir. Universitetin kadr potensialı, maddi-texniki bazası, zəngin kitabxanası və yaradılmış səmərəli, işgüzar mühit dediklərimizə əyini sübut ola bilər.


Respublikanın ali təhsil müəssisələri içərisində semestr imtahanlarının kompyuter və test üsulu ilə keçirilməsi işində bir ilkə imza atan universitetimiz bu imtahanların daha şəffaf və ədalətli keçirilməsi işində, obyektivliyin təmin olunmasında böyük rezonans doğuran gərəkli addımlarını atmışdır. Cənab prezidentimiz İlham Əliyevin sərəncamı ilə ADPU-ya rektor təyin olunan AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi professor Yusif Məmmədov rəhbərlik etdiyi 10 il müddətində tədris prosesinin daha da təkmilləşdirilməsini, maddi-texniki bazanın möhkəmləndirilməsini, müasir təlim texnologiyalarının tədrisə gətirilməsini daim diqqətdə saxlamış, müəllim hazırlığı işində qarşıya qoyulan vəzifələri düzgün müəyyən etmiş, pedaqoji kollektivin vahid bir məqsəd ətrafında səmərəli birləşməsini və irəliyə doğru dinamik inkişafını təmin etmişdir. Məhz bu fəaliyyətin nəticəsində həm ölkə daxilində, həm də xaricdə universitetimizin nüfuzu xeyli artmış, beynəlxalq əlaqələri genişlənmiş, yerli və beynəlxalq səviyyəli konfransların keçirilməsi işində bir mərkəz kimi çıxış etmişdir. Təhsil islahatının, müəllim hazırlığı işinin bir çox aktual problemləri bu konfransların başlıca müzakirə mövzularına çevrilmişdir. Təsadüfi deyildir ki, möhtərəm prezidentimizin bu yaxınlarda imzaladığı məlum sərəncamı ilə AMİ və onun fəaliyyətdə olan 7 filialı bu qocaman və zəngin təcrübəyə malik olan universitetimizə qoşulmuşdur. Yarananmış təcrübənin səmərəli cəhətlərinin yayılmasında, imtahanlarda yalnız biliyin üstünlük qazana biləcəyi sahəsindəki təcrübənin geniş tətbiqi işində əldə olunan nailiyyətlər, müsbət tendensiyalar ADPU-nun filiallarında da öz əksini tapmalı idi. Belə bir məsuliyyətli işi göz önündə saxlayan universitet rəhbərliyi həmin filiallarda payız semestri imtahan sessiyasının gedişini diqqət mərkəzində saxlamaq, bu prosesdə obyektivlik, ədalətlilik və şəffaflığı təmin etmək üçün 21 nəfərdən ibarət monitorinq qrupu yaratmış və filiallara ezam etmişdir.

Məqsəd filiallarda payız semestrinin imtahan sessiyasının mövcud təlimatın tələbələrinə uyğun şəkildə keçirilməsi vəziyyətini öyrənmək, imtahan prosesinin təşkili və gedişatını müşahidə etmək, prosesin obyektiv və şəffaf keçirilməsi işinə yaxından kömək etmək olmuşdur. Filiallardakı imtahan sessiyasının gedişi barədə dəqiq təsəvvür əldə etmək üçün bu monitorinq qruplarına lazımi təlimatlar verilmiş, 3-5 gündən bir onları növbəti qruplar əvəzləmişdir.

Monitorinq qruplarının işləri ilə tanışlıq bizdə belə bir qənaət yaratdı ki, filial rəhbərlikləri imtahan sessiyasının mövcud təlimatın tələblərinə uyğun şəkildə təşkil olunması üçün müvafiq əmrlər vermiş, həmin əmrdə sessiyasının obyektiv, şəffaf və ədalətli şəkildə keçirilməsi və uğurla başa çatdırılması işlərini lazımi şəkildə təmin etmişlər. Onlarda imtahan qərargahları, münaqişə komissiyaları yaradılmış, onların tərkibi təsdiq olunmuş, tələbələr üçün lazım olan informativ-təlimati məsələlər elanlar lövhəsindən asılmışdır. Kafedralarda imtahan sualları mövcud proqramın məzmununa uyğun tərtib olunmuş, müzakirə və təsdiq edilmiş, sessiyanın başlanmasına bir ay qalmış tələbələrə çatdırılmışdır. Filialların bir çoxunda imtahan prosesində tələbələrin şikayət və təkliflərinə biganə qalmamaq üçün "rəy və təkliflər qutusu" yaradılmışdır. İşlərin təlimata uğun və nümunəvi şəkildə təşkil olunmasında Azərbaycan Respublikası təhsil nazirliyinin və universitet rəhbərliyinin göstərişləri lazımi səviyyədə təmin olunmuşdur. Bütün bunları təqdirəlayiq bir hal kimi qiymətləndirmək gərəkdir.

Monitorinq qruplarının hesabatlarından o da aydın oldu ki, imtahan prosesinin gedişində də müsbət işlər çox olmuşdur. Tələbələrin böyük əksəriyyəti imtahan prosesində inam və qətiyyət nümayiş etdirmişlər. İmtahan öncəsi və imtahandan sonra aparılan anonim sorğular, tələbələrin cavablarının təhlili imtahan sessiyasının obyektiv və şəffaf keçirilməsindən xəbər vermişdir. Onlar bu sorğularda yaradılan şəraiti, biliklərinin obyektiv qiymətləndirilməsini məmnunluqla qeyd etmiş, pedaqoji universitetin tələbələri olması adı ilə qürur duyduqlarını ifadə etmişdilər. Bu deyilənlər və müşahidələrimiz bizdə belə bir inam yaratdı ki, ADPU-nun filiallarında payız semestrinin imtahan sessiyasına hazırlıq işləri, onun təşkili və keçirilməsi vəziyyəti, bunlarla bağlı görülmüş hüquqi və metodik işlər məqbul hesab oluna bilər.

İmtahanın nəticələri, tələbələrin aldıqları qiymətlər görülən işlərin nə dərəcədə səmərəli olmasından xəbər verir. ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü əməkdar elm xadimi professor Yusif Məmmədovun imtahanların başlanması ərəfəsində filial rəhbərlikləri ilə keçirdiyi görüşlər, verdiyi təlimat və tövsiyələr bu sessiyaların işinin günün tələbələri səviyyəsində qurulmasında ciddi bir örnək olmuşdur. Onu xüsusi ilə qeyd edək ki, çəkilən zəhmət həmişə öz bəhrəsini verir. Tələbələrin semestr boyu yaxşı çalışması, seminar və digər məşğələlərdə topladığı balların lazımi səviyyədə olması onların imtahan sessiyasında uğur qazanmaları üçün bir baza rolunu oynamışdır. Onların məşğələlərdə topladığı ballar imtahan prosesində də özünü doğrultmuş, çəkilən əziyyətlər əbəs yerə getməmişdir. Belə ki imtahan nəticələrinin təhlili, qeyri-müvəffəq göstəricisi olan tələbələrin say etibarı ilə azlığı filiallarda təlim-tərbiyə işinin lazımi şəkildə təşkil olunmasından xəbər verir. Deməli, görünəni budur ki, ADPU rəhbərliyinin gördüyü işlər, kollektivin semestr boyu çəkdiyi əziyyətlər hədər yerə getməmişdir.

Müşahidələr onu göstərdi ki, kifayət qədər sağlam düşüncəli və yüksək mənəviyyatlı gənc nəsil yetişir. Onların hər biri üzərlərinə düşən və düşəcək məsuliyyəti çox gözəl dərk edirlər. Onlar yaxşı bilirlər ki, şərəfli bir peşənin sahibi olmaq üçün gərgin zəhmət çəkməli, səylə oxumalı və onlara bəslənən ümidləri doğrultmalıdırlar. Çünki gələcək vətənpərvər gənclərin yetişdirilməsi işi məhz onların bu gərgin əməyindən çox asılı olacaqdır. Belə bir şərəfli yolda tələbələrimizə uğurlar, müəllimlərimizə isə əzm, iradə və sağlamlıq arzu edirik.

Universitet rəhbərliyi filiallardakı işlərin monitorinqi ilə yanaşı doğma universitetimizdə müəllim hazırlığı işlərində tədrisin keyfiyyətin təmin olunmasını da daim diqqət mərkəzində saxlamaqdadır. Hazırda tələbələrin imtahan sessiyasında yüksək qiymətlər almasını təmin etmək, onlarda bu həvəsi daha da artırmaq üçün stimullaşdırıcı bir pilot layihəyə start verilmişdir. Həmin layihəyə əsasən keyfiyyət göstəricisinə nail olan tələbələr, eləcə də müəllimlərin əməyinin ödənilməsində, diferensiasiyanın təmin olunmasında yeni qaydalar tətbiq olunmuşdur. Həmin layihəyə əsasən imtahanlardan alınan nəticələrin keyfiyyət səviyyəsindən asılı olaraq tələbə və müəllimlərin əməyinə əlavə ödənişlər nəzərdə tutulacaqdır. Əgər keyfiyyət lazımi ölçülərə cavab verərsə, ondan tələbə, müəllim, kafedra müdiri və fakültə dekanları da əlavə əmək haqqı ala biləcəklər.

Keyfiyyətli müəllim kadrlarının hazırlaşdırılması işində pedaqoji təcrübələrin təşkili və keçirilməsi işinin də nə qədər önəm daşıması hamımıza yaxşı bəllidir. Universitet həyatında təkcə nəzəri biliklərlə müəllim kimi hazırlanmaq qeyri-mümkündür. Tələbələrin müstəqil həyata hazırlanmasında pedaqoji təcrübələrin müstəsna əhəmiyyəti vardır. Həmin təcrübələrdə auditoriyalarda əldə olan biliklər bacarıqlara çevrilməyə başlayır, tələbələrimiz özlərini sınaqdan keçirir, bir müəllim kimi ilkin bacarıq və vərdişlərə yiyələnirlər. Məhz buna görə də universitet rəhbərliyi pedaqoji təcrübələrin keçirilməsi işini də daim diqqət mərkəzində saxlamağa çalışır. Bu yaxınlarda tələbələrin pedaqoji təcrübəsinin təşkili və keçirilməsi vəziyyətinin öyrənilməsi, əldə olunan məlumatların təhlili və keyfiyyətin idarə olunması işində rektorun əmri ilə monitorinq qrupunun yaradılmasını da buna misal göstərə bilərik.

Bu gün universitetimizdə əsas devizi şəffaflıqdan keyfiyyətə doğrudur. Öz ənənələri ilə seçilən Azərbaycan Dövlət Pedaqoji Universiteti müəllim hazırlığı işində qarşıda duran bu vəzifənin də öhdəsində lazımi şəkildə gəlməkdədir.

Əldə olunan nailiyyətlər, iş təcrübəsinin öyrənilməsi və alınan nəticələrin təhlili bizi belə deməyə əsas verir ki, 95 illiyini bu yaxınlarda qeyd edəcək universitetimiz bu şərəfli yolda daha inamla irəliləyəcəkdir.



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AzTU-da imtahanların gedişini izləmək üçün “Açıq qapı günü” təşkil olunub

AzTU-da imtahanların gedişini izləmək üçün “Açıq qapı günü” təşkil olunub

AzTU
AzTU-nun İctimai Şurasının üzvləri imtahan prosesini izləyiblər

AzTU-nun İctimai Şurasının üzvləri imtahan prosesini izləyiblər

AzTU
AzTU-da qış imtahan sessiyasına hazırlıq işləri müzakirə olunub

AzTU-da qış imtahan sessiyasına hazırlıq işləri müzakirə olunub

AzTU
Nazir rektorlara tapşırıqlar verib

Nazir rektorlara tapşırıqlar verib

Nazirlik
ADPU-da doktoranturaya və dissertanturaya qəbul imtahanları və müsahibə keç ...

ADPU-da doktoranturaya və dissertanturaya qəbul imtahanları və müsahibə keç ...

ADPU
AzMİU-da mediatur təşkil olunub

AzMİU-da mediatur təşkil olunub

Digər ali məktəblər
AzTU-da Aşıq qapı günü və Mediatur təşkil olunub

AzTU-da Aşıq qapı günü və Mediatur təşkil olunub

AzTU
AzTU-da “Aşıq qapı ” günü keçirilib

AzTU-da “Aşıq qapı ” günü keçirilib

AzTU
ADPU-nun Elmi Şurasının iclası keçirilib

ADPU-nun Elmi Şurasının iclası keçirilib

ADPU
Qərbi Kaspi Universitetində imtahanlarla bağlı mediatur təşkil edilib

Qərbi Kaspi Universitetində imtahanlarla bağlı mediatur təşkil edilib

Digər ali məktəblər
ADPU-nun Magistratura və doktorantura şöbəsində elmi-pedaqoji təcrübənin ba ...

ADPU-nun Magistratura və doktorantura şöbəsində elmi-pedaqoji təcrübənin ba ...

ADPU
AMEA-da yay imtahan sessiyasının təşkili ilə bağlı müşavirə keçirilib

AMEA-da yay imtahan sessiyasının təşkili ilə bağlı müşavirə keçirilib

"Zirvə"
AzTU-da valideynlərlə görüş olub

AzTU-da valideynlərlə görüş olub

AzTU
Təhsil naziri imtahanlarla bağlı rektorlarla videogörüş keçirib

Təhsil naziri imtahanlarla bağlı rektorlarla videogörüş keçirib

Nazirlik, AzTU
AzTU-nun rektoru qış imtahan sessiyasının gedişini izləyib

AzTU-nun rektoru qış imtahan sessiyasının gedişini izləyib

AzTU
AzTU-da imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub

AzTU-da imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub

Əsas xəbər, AzTU
AzTU-da yay imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub

AzTU-da yay imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub

AzTU
İctimai Şuranın üzvləri və KİV nümayəndələri AzTU-da

İctimai Şuranın üzvləri və KİV nümayəndələri AzTU-da

AzTU
BDU-nun İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri imtahan prosesi və tə ...

BDU-nun İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri imtahan prosesi və tə ...

BDU, Hüquq
TƏHSİL MÜTƏXƏSSİSLƏRİ AzTU-da İMTAHAN PROSESİNİ İZLƏYİBLƏR

TƏHSİL MÜTƏXƏSSİSLƏRİ AzTU-da İMTAHAN PROSESİNİ İZLƏYİBLƏR

Əsas xəbər, AzTU
Rəy yazın: