11 yaşlı rəssam, toxucu, bərbər və aşbaz…

11 yaşlı rəssam, toxucu, bərbər və aşbaz… 11 yaşlı rəssam, toxucu, bərbər və aşbaz… 11 yaşlı rəssam, toxucu, bərbər və aşbaz… 11 yaşlı rəssam, toxucu, bərbər və aşbaz… 11 yaşlı rəssam, toxucu, bərbər və aşbaz… 11 yaşlı rəssam, toxucu, bərbər və aşbaz… 11 yaşlı rəssam, toxucu, bərbər və aşbaz…
Zeynəbxanım Məhərrəmli: «Xalam məni hirsləndirəndə onun dərs dəftərlərinin ağ vərəqlərinə şəkillər çəkməklə intiqam alırdım»

Deyirlər, istedad Allah vergisidir. Bu vergi hər kəsə nəsib olan qismət payı, alın yazısı deyil. Kimisi bu vergiyə anadangəlmə sahib olur, kimisi də sonradan. Belə istedad sahiblərindən biri də Bakı şəhərinin Nəsimi rayonunda yerləşən 14 saylı tam orta məktəbin 6-cı sinif şagirdi Zeynəbxanım Məhərrəmlidir. Sinif yoldaşları onu həm 6-cı sinfin dərslərini yaxşı oxuyan, nizamlı-intizamlı, nümunəvi və səliqəli şagirdlərindən biri kimi, həm də rəssam, toxucu və aşbaz kimi də tanıyırlar. Zeynəbxanım Məhərrəmli 3 yaşından şəkil çəkməyə başladığını deyir:

- Məndə rəssamlığa maraq kiçik yaşlarımdan oyanıb. Evimizdə olan çərçivələrdə və divar kağızlarında mənzərəli şəkillər var idi. Valideynlərim deyirlər ki, hələ körpə ikən gözlərimi həmin şəkillərə zilləyər, onlara saatlarla baxardım. Hələ uşaq ikən televizayada təbiətdən bəhs edən sənədli filmlərə, cizgi filmlərinə, heyvanlar aləminə aid verilişlərə və digərlərinə çox maraqla baxardım. Babam, nənəm, valideynlərim mənə rəngbərəng və cürbəcür şəkillərlə dolu jurnallar, kitablar gətirər, onları vərəqləyərək şəkilləri mənə göstərərdilər. Anam danışır ki, təxminən 3 yaşım olardı. Babam işdən evə yenicə gəlmişdi. Məni qucağına alıb oxşadı. Sonra siqaret çəkmək üçün həyətə çıxdı. Mən də babamın stolun üstünə qoyduğu ağ kağızlardan birini və kağızların yanındakı qələmi götürüb əcaib bir şəkil çəkdim. Baxdım, xoşuma gəldi. Bir neçə vərəqdə ayrı-ayrı şəkillər çəkdim. Babam qəfil içəri girəndə qorxaraq stuldan düşərək anamın yanına qaçdım. Amma babam hirslənmədi. Əksinə məni yanına çağırıb ağ vərəqlərin hamısını, həmçinin karandaşını və qələmini mənə verdi. Səhərisi gün mənə rəngli karandaşlar və şəkil albomları aldı. Mən də həmin vərəqlərdə və albomlarda şəkillər çəkməyə başladım».

Zeynəbxanım deyil ki, uşaq ikən çox dəcəl və şıltaq olub. Hələ 4-5 yaşı olarkən orta məktəbin yuxarı sinif şagirdi olan xalası onu hirsləndirəndə, ona istədiyini almayanda intiqamını özünəməxsus şəkildə alıb: «Xalamın dəftərlərini gizlicə götürür, onun ağ vərəqlərinə şəkillər çəkirdim. Amma onun bunlardan xəbəri olmurdu. Səhər dərsdə dəftəri açanda şəkilləri görür və ağlayırdı. Dərsdən evə qayıdanda həmişə məni döymək istəsə də, babamla nənəm və anam ona imkan vermirdilər. Onun bütün dəftərlərinə şəkillər çəkdiyim üçün yenilərini almağa məcbur olurdu. Həm də istədiyim şeyləri ona aldırırdım. Məni əsəbiləşdirmirdi ki, dəftərlərinə yenə şəkil çəkərək korlayaram».

Böyüdükcə rəssamlıq sahəsində nəzəri biliyini və praktiki təcrübəsini artırmağa maraq göstərən Zeynəbxanım televiziya verilişlərində gördüyü mənzələrdən, həm də internet vasitəsilə tapdığı şəkillərdən, portretlərdən və nəzəri məlumatlardan bəhrələnməyə çalışır: «Əvvəllər yalnız qələm və kanardaşla dəftər vərəqlərində şəkillər çəkirdim. Ancaq indi müxtəlif ölçülü kağızlardan, rəngli karandaşlardan, qələmlərdən, rəngarəng və cürbəcür boyalardan, fırçalardan və sair rəssamlıq materiallarından istifadə edirəm. Bu günədək çəkdiyim şəkillər arasında təbiət mənzərələri, heyvanlar, evlər, ev və mətbəx əşyaları və digərləri çox olsa da, cizgi filmlərinin qəhrəmanlarının, tarixi əşyaların şəkillərini çəkməyi çox sevirəm. Yaşım az olsa da, rəssamlığı yaşıdlarıma nisbətən çox yaxşı bilirəm. Düşünürəm ki, özümü bu sahədə müəyyən qədər təkmilləşdirdikdən sonra çəkdiyim və çəkəcəyim rəsm, portret və şəkillərdən ibarət sərgimi keçirim».

Zeynəbxanım toxuculuğu da bacarır. Deyir ki, nənələri, xalası, bibisi və anası bu sənəti çox yaxşı bilirlər. Ona toxuculuğun sirlərini də məhz nənəsi öyrədib: «Hələ 7 yaşımda ikən nənəm mənə tək və cüt ilmələrlə, müxtəlif və rəngbərəng saplarla işləməyi öyrətmişdi. Corab və əlcək toxumağı, köynəklərdə və corablarda naxış vurmağı ondan öyrənmişdim. Nənəm mənə jilet və jaket toxumağı da öyrətmişdi. Hətta onunla birlikdə həmin paltarlardan da toxumuşduq. Ancaq fərdi qaydada jilet və jaket toxumağa vaxtım olmayıb. Bir ilə yaxındır ki, rezin saplardan, ilmələrdən və plasmast toxucu avadanlığından istifadə etməklə cürbəcür və rəngbərəng bilərziklər, üzüklər, güllər, boyunbağılar, ev heyvanları və sair toxuyuram. Bu günədək toxudugum əl işlərimdən bəzilərini rəfiqələrimə, sinif yoldaşlarıma, məhəlləmizdə yaşayan qonşu qızlara, qohumlarıma və başqa uşaqlara hədiyyə etmişəm. Hədiyyə etdiyim uşaqlar arasında tanımadıqlarım da var. Onlardan bir neçəsi əlildir. Keçən ay valideynlərimdən xahiş etdim ki, mənə rezin sap alsınlar və mən əlillər üçün əl işləri toxuyum. Onlar da aldılar. Təxminən bir aydır ayrı-ayrı əşyalar toxuyuram. Təxminən 50-dək əl işim var. Qarşıdan «Əlillər günü» gəlir. Atam məni əlil uşaqlar olan evlərə və məktəblərə aparacaq. Mən də əl işlərimi əllillərə təmənnasız bağışlayacam. Əgər imkanım olsa, gələcəkdə bu cür əl işlərimin sərgisini də təşkil edəcəyəm».

Əl işlərində romantikaya və fantaziyaya üstünlük verdiyini deyən Zeynəbxanım balaca bir bəbə oyuncağı göstərir. Deyir ki, kənardan baxanda bu oyuncağın nədən düzəldilməsi hər kəsə maraqlı gəlir: «Onu düzəltmək üçün pambıq və yun qarışığından, kapron corabdan, iki muncuqdan və sapdan istifadə etmişəm. Bu oyuncaq lik belə işimdir. Gələcəkdə belə əl işləri də düzəltmək istəyirəm».

Zeynəbxanım həm də aşbazlığı çox sevir. Deyir ki, o, anasına təkcə ev işlərində deyil, həm də xörək hazırlamaqda da yaxından köməklik edir. Hətta anası xəstələnəndə və ya evdə olmayanda ev xörəklərini özü bişirir. O, həm də müxtəlif şirniyyatları bişirməyi çox yaxşı bacarır: «Həm internetdə, həm də telekanallarda şirniyyatlarla və yeməklərlə bağlı videolara və verilişlərə hər gün baxıram. Onların bişirilmə qaydası ilə bağlı qeydlər yazıb götürürəm. Nəzəri biliklərimi məhz həmin videolardan əldə etmişəm. Nənəmdən və anamdan isə nə cür bişirməyi öyrənmişəm. Qayğanaq, kartof qızartması, püre, kələm, yarpaq və üçbacı dolmaları, mərci, vermişel və makaron şorbaları, xaçapuri və kartoflu ət qızartması bişirə bilirəm. Rofaello, yaş tort, ağlayan keks, peçenyeli tort və rebra rulet kimi şirniyyatları bişirməyi çox sevirəm. Alma piroqu hazırlamağı, peraşki, qutab və pizza bişirməyi də bacarıram».
Rəssamlığa, toxuculuğa və aşbazlığa böyük marağı olmasına baxmayaraq, Zeynəbxanım Məhərrəmlinin ən böyük arzusu ali təhsil almaq və zabit kimi hüquq-mühafizə orqanlarında çalışmaqdır. O deyir ki, hələ 4-5 yaşı olarkən atası ona Azərbaycanın dövlət himnini öyrədib və onu vətənpərvər uşaq kimi yetişdirib: «Atam zabit olduğu üçün mənə dövlətimizi, torpağımızı və insanlarımızı sevməyi öyrədib. Ona görə də mən də atam kimi ali təhsil almaq, zabit olmaq və xalqımıza, dövlətimizə və Vətənimizə xidmət etmək istəyirəm».

Aytac MƏDƏDLİ,
BDU-nun II kurs tələbəsi.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Elçin Hüseynbəyli:

Elçin Hüseynbəyli: "Sülh elçisi - mənim ANAM"

Nəsr, Köşə yazılar
O, gələcəkdə jurnalist olmaq arzusundadır

O, gələcəkdə jurnalist olmaq arzusundadır

"Elm və Təhsil", Gənc istedadlar
Gənc istedad: Aysu Arpaçaylı

Gənc istedad: Aysu Arpaçaylı

Nəsr
Tələbə sözü:

Tələbə sözü: "Əzmlə çalışacağam!..."

AzTU
Pərvanə ZALAMLI: 9 May - Qələbə, yoxsa...

Pərvanə ZALAMLI: 9 May - Qələbə, yoxsa...

Müsabiqə, Köşə yazılar
Bakı şəhəri Pirallahı rayonu 168 nömrəli tam orta məktəbin istedadlı şagird ...

Bakı şəhəri Pirallahı rayonu 168 nömrəli tam orta məktəbin istedadlı şagird ...

Məktəblər, "Elm və Təhsil", Gənc istedadlar
İstedad sorağında: “GÖY QURŞAĞI”

İstedad sorağında: “GÖY QURŞAĞI”

Bolus, Darvaz, Arxiv, Müşfiq Borçalı
Şəfa Abdulla: Milyon cüt corab... (Hekayə)

Şəfa Abdulla: Milyon cüt corab... (Hekayə)

Nəsr, Müsabiqə
OT KÖKÜ ÜSTƏ BİTƏR, yaxud KÖKDƏN GƏLƏN İSTEDAD...

OT KÖKÜ ÜSTƏ BİTƏR, yaxud KÖKDƏN GƏLƏN İSTEDAD...

Mədəniyyət, "Elm və Təhsil"
Diqqət, diqqət!.. FOTO-MÜSABİQƏ

Diqqət, diqqət!.. FOTO-MÜSABİQƏ

Mədəniyyət, Elanlar, QHT
Mənim idealım...

Mənim idealım...

Köşə yazılar
DÜNƏNKİ ŞAGİRDİM - BU GÜN HƏMKARIMDIR

DÜNƏNKİ ŞAGİRDİM - BU GÜN HƏMKARIMDIR

Borçalı
Pərvanə ZALAMLI:

Pərvanə ZALAMLI: "Torpaq uğrunda ölən varsa, vətəndir!.."

Müsabiqə, UNUTSAQ, UNUDULARIQ!...., Köşə yazılar
ABRAKADABRA©    (Hekayə)

ABRAKADABRA© (Hekayə)

Nəsr, Müsabiqə
Nərgiz Əliyeva: Marneuli 3 saylı ictimai məktəbdə son zəng

Nərgiz Əliyeva: Marneuli 3 saylı ictimai məktəbdə son zəng

Borçalı
Hüseyn, uğur daim səninlə olsun!

Hüseyn, uğur daim səninlə olsun!

"Elm və Təhsil", Gənc istedadlar
Nazilə SƏFƏRLİ: “Ruhum çirklənəndə şeirlərim də tükənir” (MÜSAHİBƏ)

Nazilə SƏFƏRLİ: “Ruhum çirklənəndə şeirlərim də tükənir” (MÜSAHİBƏ)

Poeziya, Borçalı, "Borçalı" Cəmiyyəti
Kompyuter mühəndisi olmaq arzusundadır

Kompyuter mühəndisi olmaq arzusundadır

"Elm və Təhsil", Gənc istedadlar
ÜSTÜ QIFILLA DOLU “ƏHD-PEYMAN DƏMİR AĞACI”

ÜSTÜ QIFILLA DOLU “ƏHD-PEYMAN DƏMİR AĞACI”

Publisistika, Başkeçid
PEŞƏYƏ MƏHƏBBƏT OLANDA

PEŞƏYƏ MƏHƏBBƏT OLANDA

Regionlar, Məktəblər
Rəy yazın: