Azərbaycan Ali Hərbi
Dənizçilik Məktəbinin
“Dillər” kafedrasının müdiri,
Nyu-York Elmlər
Akademiyasının üzvü, filologiya elmləri doktoru, professor,
VI Uluslararası Türk Dili Qurultayının iştirakçısı.
18-19 oktyabr 2008-ci il... Ankara... Bilkent Oteli...
Konfranslar Mərkəzi qapılarını taybatay açıb dünyanın müxtəlif ölkələrin-dən gələn qonaqları - VI Ulus-lararası Türk Dili Kurultayının iştirakçılarını qəbul edir.
Nəqliyyat-servis xidməti Ankara aeroportu və şəhər avtomobil vağzalı arasında fasiləsiz xidmət göstərir...
Nəhayət, VI Uluslararası Türk Dili Kurultayına dünyanın 34 ölkəsindən 436 nəfər aparıcı türkşünas alim gəlmişdir.
20 oktyabr 2008-ci il. Saat 10-un yarısını göstərir. Qurultay nümayəndələri və qonaqlar dəstə-dəstə Konfranslar Mərkəzinin Böyük Sakarya salonunda əyləşirlər...
Saat 09.45 dəqiqədə hamı öz yerində əyləşmişdir... Rəsmi qonaqların gəlişini gözləyirlər...
İlk zəng sədaları səslənir. Atatürk Kültür, Dil və Tarix Yüksək Kurumunun başkanı professor, doktor Sadıq Tural salona daxil olur.
Bir neçə dəqiqə sonra Dövlət Naziri professor, doktor Mehmet Aydın salona daxil olur...
Yenə zəng sədaları eşidilir.
Türkiyə Cümhuriyyətinin Başbakanı Rəcəb Təyyub Ərdoğan salona daxil olur...
Az sonra isə Türkiyə Cümhurbaşkanı Abdullah Gül salona daxil olur...
Hörmət əlaməti olaraq hamı ayağa qalxıb qonaqları salamlayır...
Saat 10.00. Sayğı Duruşu və İstiqlal Marşı.
Türkiyə Cümhuriyyətinin Dövlət Himninin mübarizlik, qəhrəmanlıq və birlik ruhlu sədaları aləmə yayılır.
Hamı birlikdə oxuyur...
Türk Dili Qurumunun Başkanı professor, doktor Şükrü Halük Akalın kürsüyə qalxır və VI Uluslararası Türk Dili Kurultayının açılışını elan edir və giriş sözü söyləyir... Türk Dili Kurumunun son illərdəki fəaliyyəti barədə çox yığcam və lakonik məlumat verir.
Sonra VI Uluslararası Türk Dili Kurultayının proqramı üzrə qonaqlardan prof. Dr. Sadıq Tural,
prof. Dr. Mehmet Aydın, başbakan R.T.Ərdoğan, Cümhurbaşkanı A.Gül -
Türk Dili Kurultayının xoşməramlı iştirakçılarını qəlbən salamladılar və
qurultayın işinə uğurlar dilədilər.
Beləcə də, VI Uluslararası Türk Dili Kurultayının açılış plenar iclası sona çatdı...
Fasilə... Fasilədən sonra və sonrakı günlərdə bölmə iclasları iki növbədə işləmişdir.
Belə ki, VI Uluslararası Türk Dili Kurultayı 10 bölmədə öz işini davam etdirmişdir. Onu da qeyd edək ki, VI Uluslararası Türk Dili Kurultayının bir açılış plenar iclası və 2 bağlanış plenar iclası (sonuncu bağlanış plenar iclası Türk dilinin baş kəndi-paytaxtı olan Karaman şəhərində olmuşdur) və 88 bölmə iclasları olmuşdur. Plenar iclaslarında 5, dəyərləndirmə plenar iclaslarında 14, Karaman şəhərində davam etdirilən Bağlanış Plenar iclasında isə 7 məruzə-çıxışı olmuşdur.
VI Uluslararası Türk Dili Kurultayında Azərbaycanı böyük bir qrup türkşünas alim təmsil etmişdir.
Onların arasında prof. Tofiq Hacıyev, prof. Kamil Vəliyev, prof. Cəlil Nağıyev, prof. Mədəd Çobanov,
prof. Nizami Xudiyev, prof. Firudin Cəlilov, prof. Buludxan Xəlilov, prof. Ə.Amanoğlu,
prof. Sevindik Vəliyev və başqaları da var idi.
Onu da qeyd edək ki, alimlərimizdən T.Hacıyev və F.Cəlilov Dəyərləndirmə iclaslarında,
prof.M.Çobanov isə Türk Dilinin baş kəndi - Karaman şəhərində Qurultayın son bağlanış iclasında
çıxış etmişdir.
Onu da qeyd edək ki, Qurultay iştirakçılarının mədəni, mənəvi istirahəti də unudulmamışdır.
Demək olar ki, Qurultay iştirakçıları hər gün axşamlar şəhər muzeylərində olmuş və konsert salonlarında
milli türk xalq mahnılarını və rəqslərini maraqla dinləmiş və səmərəli istirahət etmişlər...
Beləliklə də, VI Uluslararası Türk Dili Kurultayı, Təşkilat heyəti üzvlərinin gərgin əməyi sayəsində
tərtib olunmuş zəngin və rəngarəng proqrama əsasən 6 günlük fəaliyyətini uğurla yekunlaşdırmışdır.
VI Uluslararası Türk Dili Kurultayının öz fəaliyyətini uğurla başa çatdırmasından iki aydan çox vaxt keçsə də hələ də qurultaydan aldığımız təəssüratlarla yaşayırıq...
Odur ki, Qurultayın yüksək səviyyədə təşkil olunmasında və uğurla başa çatdırılmasında əməyi olan bütün şəxslərə, başda Türk Dili Kurumunın Başkanı prof. Dr. Şükrü Halüq Akalın olmaqla, təşkilat heyətinin bütün üzvlərinə dərin minnətdarlığımızı bildiririk...
Şəkillərdə:
1.AAHDM-nin kafedra müdiri, tanınmış türkoloq, dilçi-alim, Nyu-York Elmlər Akademiyasının akademiki, Filologiya elmləri doktoru, Professor Mədəd Çobanov Ankarada keçirilən IV Uluslararası Türk Dili Qurultayının Plenar iclasında "Türk Ədəbi dillərinin birliyinə doğru" mövzusunda elmi məruzə ilə
çıxış edir...
2.Qurultaydan sonra prof. Mədəd Çobanov keçmiş tələbələri - Doktor, professor Şurəddin Məmmədli və Gülnarə xanim Qocayeva-Məmmədova ilə birlikdə. 25.10.2008.
* * *
2008-ci ilin 20-25 oktyabrında Ankarada keçirilən VI Uluslararası Türk Dili Kurultayının ümumi fəaliyyətinə dərindən nəzər saldıqda belə qənaətə gəlmək olar ki, Azərbaycan nümayəndə heyətinin üzvləri həm məruzə etdikləri mövzuların ümumi türkoloji səciyyəsi, müasirliyi və aktuallığı, həm də mövzuların nəzəri və təcrübi baxımdan dinləyicilərə çatdırılması və fəallıqları baxımından, həmişə olduğu kimi, bu qurultayda da fərqlənmişlər.
Onu da qeyd edək ki, 2000-ci ildə IV Uluslararası Türk Dili Kurultayında "Türk ədəbi dillərinin birliyinə doğru" mövzusunda məruzə ilə çıxış etmişdim. (Həmin qurultaya eyni adlı 54 səhifəlik kitab da həsr etmişdim). Məruzə maraqla qarşılanmışdır...
Bu münasibətlə həmkarım, məsləkdaşım, Türk dünyasında, eləcə də, Dünya Türkşünaslığında
tanınmış görkəmli alim, professor, doktor Hamza Zülfikar "Doğru yazma ve konuşma bilgileri" adlı
756 səhifəlik kitabında (I cild, Ankara, 2008, səh. 216) və “DOĞRU YAZALIM, DOĞRU KONUŞALIM”
(Jurnal, sutyen, eyalet, an üzerine)” adlı internet səhifəsində yazmışdır:
“Türkçe konuşan kardeş ülkeler arasında dil birliği, terim birliği sık sık dile getirilir, heyecanlı konuşmalar yapılır ama uygulamaya geçme konusunda nedense herhangi bir adım atılamaz. IV Uluslar Arası Türk Dili Kurultayına katılan Azerbaycanlı bilim adamlarından Sayın Prof. Dr. Meded Çobanov, "Türk Edebi Dillerinin Birliğine Doğru" adlı 54 sayfalık kitabının bazı bölümlerinde bu konuyu ele almış ve kurultaya birtakım öneriler getirmişti.
İzmir'in Çeşme ilçesinde yapılan IV Uluslar Arası Türk Dili Kurultayına katılan Sayın Prof. Dr. Ağamusa Ahundov da Terim Yaratıcılığı Nerede? adlı bildirisinde ortak terimlere gidilmesi ve bu konuda ortak çalışmalar yapılması üzerinde durmuştu. Sayın A.Ahundov'un ileri sürdüğü öneriler ve Sayın M.Çobanov'un kitabında belirttiği hususlar, üzerinde düşünmeye değer ciddi noktalardı. Bir yerden işe başlamak gerekiyor. Köken olarak aynı dili konuşan insanları birbirine yaklaştıracak ortak dil nasıl kurulmalı? İşe önce en sık kullanılan sözlerden mi, terimlerden mi başlanmalı? Benzeri sorunlar üzerinde düşünürken öncelikle kullanımı sık olan kelimeleri seçmemiz ve bunlar arasında ortaklık aramamız bana daha uygun geliyor. Kullanımı sık olan kelimeler arasında anlaşmayı zorlayan her iki halkın giderek daha fazla kullandığı batı kökenli kelimeler önce ele alınmalı. Biz eskiden Arapça kökenli mecmua kelimesini kullanırdık. Şimdi bu kavramı dergi sözüyle karşılıyoruz. Derlenmiş, toparlanmış, bir araya getirilmiş dil malzemesi, sözlük malzemesi anlamında önceleri kullanılmış olan dergi, daha sonra mecmua'ya karşılık olmuş ve dile yerleşmişti. Uçak sözü de böyle bir yol izlemişti. Önce "hava meydanı" anlamında kullanılmış olan uçak, daha sonra tayyare'nin yerine geçmiştir. Başka örneklerle sözü uzatmadan dergi kelimesine gelelim.
Azerbaycanlı kardeşlerimiz mecmua kelimesini bilirler ama ne mecmua ne de dergi sözünü kullanırlar. Onlar bu kavramı jurnal sözü ile karşılıyorlar.
"Edebi dilin teşekkül tapmasında gazet ve jurnalların tesis olunması ve neşr edilmesi mühüm ehemiyet kesb edir." cümlesinde geçen jurnal bizde dergi'dir.
Bu arada cümlede geçen tapmak fiilini bilmiyorsak, onu da biz öğrenelim. ("Bulmak" anlamındaki bu kelime teşekkül sözü ile birlikte kullanılmıştır.
Buradaki iki söz "oluşmasında" anlamındadır.)
Azerbaycanlı Türk kardeşlerimiz gazet sözünü kullandıklarına göre Rusça yolu ile Türkçeye giren jurnal yerine dergi sözünü almaları uygun olur. Bu arada aynı köke dayanan jurnalist (muhabir, haberci), jurnalistika (basın ve yayın) kelimelerini de göz önünde bulundurmamız, onları da hesaba katmamız gerekir.
Kardeşlerimize demeliyiz ki sizin kullandığınız intergrasiya bize yabancı ama aktual'ı biz de kullanıyoruz. Aktual yerine biz güncel de diyoruz. "Türk dilli halkların siyasi, iktisadi ve medeni bahımdan birbirine yahınlaşması, birbirine kavuşması, intergrasiyası günün en aktual meselelerinden biri olmalıdır." cümlesinde geçen intergrasiya da Rusçadan Azerbaycan Türkçesine geçmiş batı kökenli bir kelimedir...”
* * *
Biz VI Uluslararası Türk Dili Kurultayına həsr olunmuş ikinci kitabı da "Türk ədəbi dillərinin birliyinə doğru" (Bakı, 2008, 280 s.) adlandırdıq.
Bu kitab təkmilləşdirilmiş və ona çoxlu əlavələr olunmuşdur. Bu kitab iki bölmədən ibarətdir:
Birinci bölmədə "Ümumi Türkoloji problemlər" həm nəzəri, həm də təcrübi baxımdan elmin müasir səviyyəsində hərtərəfli təhlil olunmuşdur;
İkinci bölmədə isə "Azərbaycan dilinin müasir problemləri" Müstəqil Azərbaycan Dövlətinin əsas ideyası olan Azərbaycançılıq baxımından həm nəzəri, həm də təcrübi cəhətdən, geniş miqyaslı linqvistik faktlarla əsaslandırılmışdır.
Biz, VI Uluslarası Türk Dili Kurultayında "Türk ədəbi dilləri birliyinin praktik aspektləri" ("Türk ədəbi dilləri birliyinin linqvistik aspektləri") mövzusunda məruzə ilə çıxış etdik.
Məruzə maraqla dinlənildi və təqdirə layiq bilindi.
Biz məruzənin sonunda Türk ədəbi dilləri birliyinin surətləndirilməsini reallaşdırmaq məqsədi ilə VI Uluslararası Türk Dili Kurultayının Qətnaməsində nəzərə alınmaq üçün bir neçə təklif irəli sürdük:
1. Türk Dil Qurumunun VI Uluslararası Türk Dili Kurultayı Türk dünyası ölkələrinin Təhsil Nazirlikləri ilə bir araya gələrək, yaxın vaxtlarda hər bir Türk ölkəsinin bir universitetində Vahid Tədris Planı və Vahid Tədris Proqramları ilə fəaliyyət göstərən tarix və filologiya fakultələrinin təsis edilməsi barədə yekdil qərar qəbul etsinlər.
2. Türk dünyası ölkələrinin Təhsil Nazirlikləri Universitetlərinin birində təsis edilməsi nəzərdə tutulan tarix və filologiya fakultələrinə rəhbərlik etmək və onun işini tənzimləmək üçün Türkoloji Mərkəz yaratsınlar (istənilən Türk ölkələrindən birində).
3. Təsis olunması nəzərdə tutulan tarix və filologiya fakultələri üçün vahid "Türk dili", "Türk folkloru", "Türk şifahi xalq ədəbiyyatı", "Türk ədəbiyyatı", "Türk tarixi", "Türk coğrafiyası", "Türkologiyaya giriş", "Türk mədəniyyəti", "Türk incəsənəti" və s. fənlər üzrə tədris proqramları və dərsliklər hazırlansın.
4.Yuxarıda qeyd olunan təkliflərin tezliklə reallaşdırılması məqsədi ilə Türk dünyası ölkələrinin elm və təhsil işçilərindən ibarət Təşkilat komissiyası yaradılsın...
Yəqin ki, Türk ədəbi dillərinin birliyinə doğru gediş Türklüyümüzə və milli mənliyimizə qayıdışı tamamlayacaqdır...
Türkşünaslığa yeni hədiyyə
Biz, 20-25 oktyabr 2008-ci ildə Türkiyə Cümhuriyyətinin başkəndi Ankara şəhərində keçirilən VI Uluslararası Türk Dili Kurultayında iştirak etdiyimiz zaman Türkşünaslığa təqdim olunan yeni bir hədiyyə ilə tanış olduq. Bu hədiyyə son vaxtlara qədər Dünya türkşünaslıq elminə geniş şəkildə məlum olmayan, İslamın "Muinül-Mürid" adlı mənzum əsərinin araşdırılmış elmi-tənqidi materialı ilə yanaşı, onun mətninin həm türk, həm də ərəb əlifbaları ilə çap olunmuş sanballı bir əsərdi.
"Muinül-Mürid" XIII-XIV əsrlərdə Xarəzm bölgəsində mövcud olmuş Qaraxanlı türkcəsində (Oğuz və Qıpçaq türk dillərinin qarışıq dil bazası üzərində) 1313-1314-cü illərdə yazılmışdır. Onun yeganə əlyazması nüsxəsi Bursa əlyazmaları və Basma əski əsərlər kitabxanasında saxlanmaqdadır...
Türk Dili Kurumu Başkanının müavini, prof. Dr. Recep Toparlı ve prof. Mustafa Argunşahın uzunmüddətli gərgin əməyi nəticəsində işıqüzü görmüş "Muinül-Mürid" (Ankara, 2008, 332 s.) əsərinin elmi tənqidi araşdırması və mətni 2008-ci ildə türkşünaslarımızın öhtəsinə verilmişdir.
Türkşünaslığımıza yeni töhfə olan bu kitab “Ön söz” və dörd bölümdən ibarətdir:
Müəlliflər tərəfindən "İnceleme" adlanan birinci bölümdə "Muinül-Mürid" əsərinin şair İslam adlı müəllif tərəfindən 713-cü ildə Ramazan ayında (yeni təqvimlə-miladi tarixlə 1313-1314-cü illərdə) yazıldığı məlum olur; əsərin dili, üslubu və vəzni; dil özəllikləri - lüğət tərkibində işlənən 1717 kök sözün mənşəcə 800-ü türk, 727-si ərəb, 112-sinin fars dillərinə məxsusluğu; yazısı və səs tərkibi; leksik şəkilçilərin nitq hissələri üzrə söz yaratma və hallanma imkanları; həmçinin, ayrı-ayrı nitq hissələrinin (isim, sifət, say, zərf, fel, edat...) səciyyəvi xüsusiyyətləri tarixi müqayisəli metodla tarixi yönümdə hərtərəfli araşdırılmışdır. Bu baxımdan bu araşdırmalar istər Türkiyə türkcəsinin, istərsə də digər türk dillərinin tarixinin, tarixi qramerinin, tarixi lüğət tərkibinin öyrənilməsi zamanı çox faydalı ola bilər...
"Muinül-Mürid" kitabının ikinci bölümündə "Çeviri yazılı metin"i (latın qrafikası ilə), "Çeviri" adlanan; üçüncü bölümündə əsərin təsviri, "Dizin" adlanan dördüncü bölümündə isə əsərdə işlənmiş kök sözlərin izahlı lüğəti və işlənmə tezliyi hərtərəfli şərh olunmuşdur. Türk dillərinin ümumi izahlı lüğətinin hazırlanmasında bu "Dizin"dən hazır və mötəbər material kimi istifadə etmək olar. Onu da qeyd edək ki, prof. Dr. Recep Toparlı və prof. Dr. Mustafa Argunşahın gərgin əməyi nəticəsində hazırlanan bu kitabdan türkşünas araşdıranlar və lüğətşünaslar faydalana bilər...
"Doğru yazma ve konuşma bilgileri"
Bu başlıq türkiyeli tanınmış türkşünas alim-professor, doktor Hamza Zülfikarın "Doğru yazma ve konuşma bilgileri" kitabının (1-cild, Ankara, 2008, 756 s.) adından götürülmüşdür. Türk dilində "Doğru yazma ve konuşma bilgileri"nə həsr olunmuş bu kitabda istər düzgün yazma, istərsə də düzgün konuşma (danışma) məsələləri ilə yanaşı, başqa dillərdən söz alma və ya müəyyən sözün dəyişikliklər edilməklə yazılması və şifahi nitqdə işlənilməsi məsələləri də orfoqrafik və orfoepik baxımdan dilçiliyin müasir səviyyəsinə uyğun olaraq həll edilmişdir. Çünki müəllifə görə "Türkceyi doğru, etkili ve akıcı bir biçimde konuşmaq, kültürlü ve uyğar olmasının göstərgesidir. Bir konuşmanın ya da yazının dinləyicilərə doyurucu bulunması için aranan bir başqa özellik, anlatımların ölçülü, akla yatkın bulunmasıdır. Unutmamaq gerekdir ki, belirtirin ölçülər içində kelmelerin söylemiş özelliklerinə, bağlı kalınaraq okumak, konuşmak; duyğu ve düşünceleri yazıf kuralları içinde ortaya koymak bir çabayı, bir birikimi gerekdirir" (seh.17)
Türkşünaslığın ağsaqqal alimlərindən biri olan prof. Dr. Hamza Zülfükar ikicilidlik "Doğru yazma ve konuşma bilgileri" kitabının birinci cildinde yuxarıda qeyd olunan problemlərlə yaxından bağlı olan yeni Türk əlifbası, yazıldığı kimi oxunan sözlər, düzgün tələffüz, deyilişi ilə yazılışı arasındakı əlaqələr, türk dilində söz seçimi və əvəzlənməsi məsələləri, türkcəni gəlişdirmək və zənginləşdirmək, söz yaratma və vahid termin yaratma, dilin qorunması və sabitləşməsi, dil qaynaqlarına əsaslanma və termin yaratma, əcnəbi dillərdən termin və ya çevirmə (kalka) yolu ilə termin alma, bölgə ləhçələrindən ədəbi dilə söz gətirmə, dilin zənginləşməsində və səlisləşməsində mətbuatın, radio-televiziya verilişlərinin və reklam dilinin rolu, dil öyrənimi və onun rəsmi dövlət dairələrində işlənməsi, dil siyasət və s. məsələləri araşdırmışdır. "Doğru yazma ve konuşma" zəngin dil faktları, nəzəri təcrübi və siyasi mülahizələrlə əsaslandırılmışdır.
Kitabın sonrakı səhifələrində isə (107-714) çağdaş türkcədə işlənən bir neçə yüz söz fonetik, orfoepik və orfoqrafik xüsusiyyətlərinə görə qruplaşdırılmış (hər qrupda təxminən 2-7 söz olmaqla) və hər bir söz fonetik, leksik, orfoepik, orfoqrafik, etimoloji baxımdan təhlil olunmuş və hər bir sözün çağdaş türk dilində "Doğru yazma və konuşma" variantı dəqiqləşdirilmişdir.
Bu da çağdaş turk dilinin zənginləşməsi, səlisləşməsi, saflaşması və sabitləşməsi baxımından çox dəyərli elmi əhəmiyyət kəsb edir...
Onu da qeyd edək ki, prof. Dr. Hamza Zülfikarın geniş və tələbkar ziyalılarımızın öhdəsinə təqdim etdiyi "Doğru yazma ve konuşmabilgiləri" kitabı uzunmuddətli və gərgin əməyin nəticəsində işıq üzü görmüşdür. Həm də, izahlı, etimoloji yönümdə hazırlanmış bu kitab Türk dünyasında ilk sanballı və təcrübi əsərdir.
Ümidvarıq ki, yaxın vaxtlarda prof. Dr. Hamza Zülfikar "Doğru yazma ve konuşma" bilgileri kitabının ikinci cilidini də elmi ictimaiyyətimizin öhdəsinə verəcəkdir.
Dr.prof. M.N.Çobanov.
"Şərqin səsi" qəzeti, noyabr, 2008.
.