EDİRİK!..
Mənim üçün
olduqca əziz və
doğma olan
"Gürcüstan" qəzetinin
bütün yaradıcı heyətini
qəzetin
nəşrə başlamasının
100 illik Yubileyi
münasibətilə
ürəkdən və
səmimi qəlbdən
təbrik edirəm!..
Öz adımdan, eləcə də ailəmiz və çalışdığım kolletkiv adından,
xüsusilə də atam -
Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor
Mədəd Çobanovun adından,
"Gürcüstan" qəzetinin
Baş redaktoru
Xaləddin YOLÇUYEV
başda olmaqla
"Gürcüstan" qəzetinin
hər bir əməkdaşına və
ona dayaq olan hər kəsə uzun ömür, möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayıram!..
Bizlər - Gürcüstanda doğulan, Gürcüstanda yaşayıb-yaradan və
eləcə də, Gürcüstandan pərvazlanıb hazırda Azərbaycanda, Türkiyədə,
Rusiyada və başqa ölkələrdə yaşayan qələm əhli, daha dəqiq desək,
əli qələm tutan hər kəs məhz "Gürcüstan" qəzetinə borcluyuq!..
Elə buna görə də, "Gürcüstan" qəzetinin yaşamasında əməyi olan hər kəsə təşəkkür edirəm!..
Var olsun "Gürcüstan" qəzeti!.. Var olsun "Gürcüstan"sevərlər!..
İnşallah, "Gürcüstan"ın növbəti Yubileylərində görüşənədək!..
"Ziya" qəzetinin və "turan.info.az" saytının Baş redaktoru,
filologiya üzrə fəlsəfə doktoru
Yuxarıdakı şəkildə: "Gürcüstan" qəzetinin redaksiya kollektivi:
Ş.RUSTAVELİNİN
"PƏLƏNG DƏRİSİ GEYMİŞ PƏHLƏVAN" POEMASINI BALKAR DİLİNƏ TƏRCÜMƏ ETMİŞ SALİH QURTUYEV "SOVET GÜRCÜSTANI" QƏZETİNİN REDAKSİYASINDA.
Soldan:
ARİF MUSTAFAZADƏ, ELMAN KƏLƏYEV, HƏMİD VƏLİYEV, ŞURƏDDİN MƏMMƏDLİ, SALİH QURTUYEV, DÜNYAMALI KƏRƏM, SÜLEYMAN SÜLEYMANOV VƏ NƏSİB NƏSİBOV.
1985-ci il.
"Gürcüstan" qəzetinin 1970-ci illərdəki redaksiya kollektivi:
.