“TEATR ASILQANDAN BAŞLANIR”

“TEATR   ASILQANDAN   BAŞLANIR” TƏBRİK EDİRİK!..

Bu günlərdə doğma Tiflisdən şad bir xəbər aldıq: Əsası hələ 1872-ci ildə qoyulmuş Heydər Əliyev adına Tbilisi Dövlət
Peşəkar Azərbaycan Dram Teatırına
Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi tərəfinfən uzun illərdən sonra yenidən azərbaycanlı soydaşımız - tanınmış aktyor, gənc və istedadlı rejissor Turqay Vəlizadə Bədii Rəhbər təyin edilib.

Bu münasibətlə Turqay Vəlizadəni
ürəkdən təbrik edirik, ona və
doğma teatırmızın kollektivnə
yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Bu təyinatı Gürcüstanda yaşayan azərbaycanlılara bir diqqət əlaməti kimi qəbul edirik və Gürcüstan hökümətinə
öz təşəkkürmüzü bildiririk.

Xatırladaq ki, 1947-ci ildə fəaliyyəti dayandırılan Tbilisi Dövlət Azərbaycan Teatrı böyük fasilədən sonra, daha dəqiq desək, düz yarım əsrdən də bir il sonra, 1998-ci ildə yenidən bərqərar olunub, 2004-cü ildə Teatra dövlət statusu verilib. Elə o vaxtdan bu vaxta qədər teatrda Bədii rəhbər vəzifəsini həmişə gürcü əsilli incəsənət xadimləri tutublar. Teatrın keçmiş bədii rəhbəri Varlam Nikoladze isə ötən ilin oktyabr ayında səhhəti ilə əlaqadər işdən çıxıb.
Beləliklə, T.Vəlizadə yenidən bərpa olunan teatrımızın ilk azərbaycanlı bədii rəhbəri olub.
Qeyd edək ki, T.Vəlizadə Şota Rustaveli adına Tbilisi Dövlət Teatr və Kino Universitetinin
rejissorluq ixtisası üzrə magistr dərəcəsi alan ilk azərbaycanlı
dır.

Və aşağıda Gürcüstan təmsilçimiz Əziz Dəlivəllinin bir qədər əvvəl Turqay VƏLiZADƏdən aldığı
maraqlı müsahibəni turan.info.az-ın dəyərli oxucularına təqdim edirik.


Müşfiq BORÇALI, turan.info.az

* * *

- Mərhabalar, Turqay bəy!
Heydər Əliyev adına Tiflis Dövlət Peşəkar Dram Teatrındakı fəaliyyətinizdən, əldə etdiyiniz müəyyən nailiyyətlərdən söz açmağınızı istəyirik.

-Günaydın, xoş gəlmisiniz! Qışın bu soyuq çağında sizin təşrifiniz bir növ Yazın, Novruzun gəlişini xatırlatdı mənə. Novruz Yazla birlikdə yeni həyatı müjdə verir və insana hərəkətlilik və canlanma nidasını xatırladır. Təbii ki, siz deyəndə, başda Allahverdi müəllim olmaqla, Gürcüstan Yazıçılar İttifaqının nəzdində yaradılmasına sənələrdən bəri ehtiyac duyduğumuz yeni Azərbaycan şöbəsinin üzvlərini nəzərdə tuturam və əlbəttə, bu münasibətlə, sizlərin şəxsində bütün Gürcüstan Türklərini təbrik edir, hər birinizə bu çətin işdə yeni-yeni yaradıcılıq uğurları arzulayıram! Sevindirici haldır ki, məhz dərginizin ilk sayındaca xalqımızın mədəniyyət məbədi olan bu qədim teatrımıza yer ayırıb, onun mövcud problemlərini arayıb-axtarmaq istəyibsiniz.

-İlk öncə, qısa da olsa öz haqqınızda nə deyə bilərdiniz?
-Teatrımız bərpa olunan bir gündən burada aktyor və rejissor kimi fəaliyyət göstərirəm. Ş.Rustaveli adına Tbilisi Dövlət Teatr və Kino Universitetinin magistr dərəcəsini alan yeganə azərbaycanlı rejissoram. İndiyə qədər 12 teatr, 3 radio tamaşalarının quruluşçu rejissoru olmuş, Beynəlxalq teatr festivallarında, Beynəlxalq layihələrdə rejissor kimi iştirak etmiş, 2015-ci ildə Litvada Beynəlxalq Teatr Festivalında teatr eksperti olmuş, Beynəlxalq layihə çərçivəsində Nodar Dumbadzenin “Didro” əsərinin motivləri əsasında tamaşa qoymuşam. Xatırladım ki, həmin layihə Gürcüstan Respublikasının Mədəniyyət və Abidələrin Qorunması Nazirliyi tərəfindən dəstəklənmişdi.Türkiyənin nüfuzlu “XI Direklerarası Seyrici Ödülləri” adlı mükafatına layiq görülmüş, ən yaxşı xarici rejissor mükafatını almışam. Bu mükafata İftxar Piriyevin “Eşqin tikan dairəsi” əsərinin quruluşçu rejissoru, rəssamı, musiqi tərtibatçısı və aktyoru kimi layiq görülmüşəm. Litvanın Yonava şəhərində Avstriya, Latviya, İspaniya, Litva və s. ölkə teatrlarının iştirakı ilə keçirilən Beynəlxalq Teatr Festivalında A.P. Çexovun “Ayı” tamaşası ilə iştirak etdik. Bu səfərimiz çox uğurlu alındı. Belə ki, dünyanın bir neçə ölkəsindən gələn teatr tənqidçiləri çıxışımıza yüksək qiymət verdilər. Tamaşada iştirak edən aktyorlardan Aslan Məmmədov və Leyla Qasımova da münsiflərin və tamaşaçıların rəğbətini qazandılar. Bu tamaşa bir neçə Beynəlxalq festivalların qalibi olub. Litvada hazırlanan ikinci tamaşam isə yenə A.P.Çexovun “Evlilik” pyesidir. Artıq bu əsərin də premyerası baş tutub, tamaşa anşlaqla keçib. Cari ildə Avropanın digər ölkələrində də tamaşalar hazırlamaq planlarımız var.

-Qədim tarixə malik Tiflis Azərbaycan teatrının dünəni və bugünü haqqında nə deyərdiniz.
- Azərbaycan teatr tarixinin təməli XIX əsrdə Qafqazın mədəniyyət mərkəzi sayılan Tiflisdən başlanır. 1837-ci ildə Mirzə Fətəli Axundovun “Lənkaran xanının vəziri” pyesi səhnələşdirilib. İbrahim İsfahanlı, Ələkbər Seyfi, Mövsüm Sənani, Ülvi Rəcəb kimi teatr nəhəngləri burada çalışıblar. Tiflisdə Azərbaycan Xalq Evi – “Auditoriya açılmışdır. Əbdülrəhmən bəy Haqverdiyev, Firudin bəy Köçərli, Mirzəli Abbasov açılışda çıxış etmişlər. Teatr tamaşalarını burada nümayiş etdirmişdir. 1947-ci ildə, demək olar, daxili ədavət və çəkişmələr ucbatından bağlansa da, 2004-cü ildə yenidən bərpa olunmuşdur.

-Müasir texnoloji tərəqqini, bu qədər əyləncələrin mövcudluğunu nəzərə alsaq bu gün teatr lazımdırmı?

-Doğrudur teatr öz əsasını antik zamanlardan qoysa da, bu günə qədər hələ də öz aktuallığını itirməyib. Əlbəttə, tamaşaçılar arasında tipik auditoriya mövcud deyil. Yaşdan, həyat tərzindən, maliyyə və sosial vəziyyətindən asılı olmayaraq hər təbəqənin nümayəndəsi olur. Onların hər birinin də ayrı-ayrı zövqü, baxış dairəsi, maraqı, həvəsi var. Bəziləri komediya janrına, bəziləri ciddi dram əsərinə üstünlük verir, axı, hərənin bir zövqü, bir maraqı, bir həvəsi , müxtəlif dərketmə qabiliyyəti var. Hər birinin zövqünü oxşamalı, hər birini razı salmalısan. Bunların hamısını cəmləşdirən, bir araya toplayan isə canlı teatrın ecazkarlığıdır. Əhali birmənalı həyat tərzindən bezir, nəsə yenilik, romantiklik, mənəvi rahatlıq, ruhi dinclik, əyləncə axtarır, mədəniyyətdən halı olmaq, mövcud problemlərdən aralanmaq istəyir. Bu baxımdan teatr həmişə aktual olaraq qalacaq, desəm yanılmaram!

-Teatrın əsas rolu nədən ibarətdir?
-Cəmiyyəti tərbiyə etməkdən! İnsanların incəsənət aləminə maraqını artırmaqdan! Yəni, insan şəxsiyyətinin mənəvi mədəniyyətini formalaşdırmaqdan!

-Bir insan kimi başqa bir insanın roluna, “libası”na girmək çətin deyil ki?
-Həyatda biz eyni aktyorlarıq. Həyatın özü bir teatrdır. Hər gün baş verən komediya, dram, faciyə… İmprovizə edilmiş bir teatrdır. Aktyor o rolu oynamalı yox, yaşamalıdır! Sən rolunu elə yaşamalısan ki, tamaşaçı səninlə birgə gülsün, birgə ağlasın və eyni zamanda o oyundan, o sənətdən, o gözəllikdən həzz ala bilsin.

-İstedad nədir?
-Heç nədən asılı olmayan, təbii, obyektiv mövcud olan vergi istedaddır. Teatrmızda fəaliyyət göstərən istedadlı aktyorlarımız kifayət qədərdir.

-Hansı böyük rollarda oynayıbsınız?
-Böyük rollar olmur, kiçik aktyorlar olur.

-Aktyor hansı xüsusiyyətlərə malik olmalıdır?

-Bəzən deyirlər aktyorluq yeganə yaradıcı peşədir ki, onun şəxsiyyətində yaradıcı və material bir-biri ilə sıx bağlıdır. Yəni – istedadla yanaşı bədəni, səsi, təfəkkürü, əqli, xasiyyəti, dünyagörüşü və digər kriteriaları da yaxşı olmalıdır. Əlbəttə, aktyorda bu xüsusiyyətlər cəmləşsə pis olmaz, ancaq mən dünya miqyasında şöhrət qazanmış o qədər yöndəmsiz, amma çox istedadlı aktyor tanıyıram ki… Belə ki, mənim fikrimcə, xarici görünüşlə istedadın heç bir əlaqəsi yoxdur. Aktyor dilin saflığını saxlamalı, gözəl diskussiyaya malik, səsin gücü, tembri, saf tələffüzü, təmiz diksiyası, açıq ifadəsi, qavrama qabiliyyəti, ritmliyi, plastikası və s. xüsusiyyətləri olmalıdır. Bir sözlə o, səhnənin yeganə şahı və hökmdarı olmalıdır.

-Məhşur teatr reformatoru Stanislavski “Teatr asılqandan başlanır” - demişdir. Bunu necə anlayırsınız?
-Teatrda hər şey öz qaydasında, öz yerində olmalı. İlk girişdən möhtəşəm, qəribə, ifrat dərəcədə ciddi, hər şəraitli mühitə daxil olmaqdan da irəli gəlir. Ilk addımdan tamaşaçı hiss etməlidir ki, o, sənət məbədinə, gözəllik aləminə daxil olub. Təəssüflər olsun ki, bu eləmentar şəraitin heç biri bizim teatrda hələlik yoxdur.

-Oxuculara, tamaşaçılara sözünüz...
-Oxucuları imkan edib dərginizi oxumağa, tamaşaçıları isə vaxt ayırıb tamaşalarımıza baxmağa dəvət edirəm!..

Söhbətləşdi: Əziz DƏLİVƏLLİ.

turan.info.az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Tbilisidə azərbaycanlılar üçün teatr məktəbi fəaliyyətə başlayır

Tbilisidə azərbaycanlılar üçün teatr məktəbi fəaliyyətə başlayır

"Varlıq", Tiflis
ANAR RAFİQOĞLU NÖVBƏTİ STAND-UP ŞOUSU İLƏ SƏHNƏYƏ ÇIXACAQ

ANAR RAFİQOĞLU NÖVBƏTİ STAND-UP ŞOUSU İLƏ SƏHNƏYƏ ÇIXACAQ

"Varlıq", Tiflis, Rustavi, Darvaz, Elanlar
Tiflisdə azərbaycanlı aktyorların iifasında Nodar Dumbadzenin

Tiflisdə azərbaycanlı aktyorların iifasında Nodar Dumbadzenin "Didro" əsə ...

Mədəniyyət, Tiflis
Namiq Valeh oğlu Hacıyev (1981)

Namiq Valeh oğlu Hacıyev (1981)

Tiflis, Bolus, Darvaz
Həsən Həsənov: YUXULARIMDA YAŞAYAN TEATR...

Həsən Həsənov: YUXULARIMDA YAŞAYAN TEATR...

Mədəniyyət, Tv, Bolus
Teatr tariximizdən: Abbas Qurbanov

Teatr tariximizdən: Abbas Qurbanov

Mədəniyyət, Tiflis
TİFLİSDƏ “KÖRÜK” ADLI YENİ DƏRGİ İŞIQ ÜZÜ GÖRÜB

TİFLİSDƏ “KÖRÜK” ADLI YENİ DƏRGİ İŞIQ ÜZÜ GÖRÜB

Yeni nəşrlər, Ədəbi əlaqələr, Tiflis
“Almaz” pyesi yeni quruluşda nümayiş olundu

“Almaz” pyesi yeni quruluşda nümayiş olundu

"Zirvə"
YUBİLEYİN MÜBARƏK, İFTİXAR!...

YUBİLEYİN MÜBARƏK, İFTİXAR!...

Azərbaycan, Mədəniyyət, Qaraçöp
İNCƏSƏNƏT VƏ  ƏDƏBİYYAT ADAMI - AĞALAR İDRİSOĞLU (Esse)

İNCƏSƏNƏT VƏ ƏDƏBİYYAT ADAMI - AĞALAR İDRİSOĞLU (Esse)

Sumqayıt
Səhnəmizin fədakar xadimi İbrahim İsfahanlı (1897 - 1967)

Səhnəmizin fədakar xadimi İbrahim İsfahanlı (1897 - 1967)

Mədəniyyət, Tiflis, Tarix, Müşfiq Borçalı
Tiflisdə Azərbaycan Dövlət Dram Teatrının keçmiş direktorunun anım günü keç ...

Tiflisdə Azərbaycan Dövlət Dram Teatrının keçmiş direktorunun anım günü keç ...

Tiflis, UNUTSAQ, UNUDULARIQ!....
Xalq artisti Zülfüqar Abbasov (1940)

Xalq artisti Zülfüqar Abbasov (1940)

TDPİ-nin Azərbaycan bölməsi, Mədəniyyət, Borçalı
Tbilisidə azərbaycanlı rejissorun tamaşasının təqdimatı olub

Tbilisidə azərbaycanlı rejissorun tamaşasının təqdimatı olub

Tiflis

"Cəfər Cabbarlı-2015" mükafatları təqdim edilib

"Şərqin səsi"
Tiflisdə İtalyan yazıçılarının əsəri əsasında “Azad ailə” tamaşası oynanılı ...

Tiflisdə İtalyan yazıçılarının əsəri əsasında “Azad ailə” tamaşası oynanılı ...

Tiflis
Gəncədə “Dəmir yumruq” tamaşası nümayiş olunub

Gəncədə “Dəmir yumruq” tamaşası nümayiş olunub

Gəncə, Mədəniyyət
Əməkdar Mədəniyyət İşçisi ELXAN OCAQOV (1954)

Əməkdar Mədəniyyət İşçisi ELXAN OCAQOV (1954)

Mədəniyyət, Bolus
Məhşur teatr və kino aktyoru Əhməd Anatollunun kitabının təqdimatı keçirili ...

Məhşur teatr və kino aktyoru Əhməd Anatollunun kitabının təqdimatı keçirili ...

Yeni nəşrlər, Humanitar elmlər, UNUTSAQ, UNUDULARIQ!....
Nurlan Süleymanlı: “Əsas odur ki, ilk addımı atmışam” - Debüt

Nurlan Süleymanlı: “Əsas odur ki, ilk addımı atmışam” - Debüt

Mədəniyyət
Rəy yazın: