Pedaqoq, maarif xadimi, tədqiqatçı alim, şair, yazıçı

Pedaqoq, maarif xadimi, tədqiqatçı alim, şair, yazıçı Borçalıdan ucalan səslər

YUSIF YUSIFLI - 90

Yusif Yusifli Borçalı maarifinin və ədəbiyyatının tanınmış xadimi, istedadlı pedaqoqdur. Kövrək qəlbi şair, geniş erodisiyalı nasirdir. O, 60 illik pedaqoji fəaliyyətində minlərlə gəncin təlim-tərbiyəsinin təkmilləşməsinə, ziyalılar nəslinin püxtələşməsinə, xeyirxah bir ömür həsr etmişdir. Onun yetirib ərsəyə çatdırdığı gənclər, mütəxəssislər, hazırda Azərbaycanın mədəni, iqtisadi yüksəlişində hünər, rəşadət göstərməkdədir. O yüzdən artıq, elmi, metodik, siyasi, ədəbi məqalələr çap etdirib, xeyli tədqiqat xarakterli elmi çıxışları, monoqrafiyaları, hekayə və romanları oxucuların istifadəsinə təqdim edib.
Yusif müəllimin bədii yaradıcılığı davamlı olaraq bəhrə verməkdədir. Onun qələminin məhsulu olan iri şeirlər, poemalar, tarixi araşdırmalar, aşıqlardan toplanmış məhəbbət və qəhrəmanlıq dastanları ədəbi xəzinəmizi zənginləşdirmişdir.
Maestro Niyaziyə həsr etdiyi sənədli povesti, Borçalının qəhrəman oğlu, əfsanəvi partizan, istedadlı tənqidçi Abbas Kirəclinin həyat və yaradıcılığı geniş şərh edilmiş mükəmməl monoqrafiyası, Mirzə Cəlilin, Ə.Haqverdiyevin qələm dostu, “Molla Nəsrədin” satrik jurnalının fəal əməkdaşı Mirzə Həsən Məcruhun yaradıcılığının təqdiqat xronologiyası diqqətəlayiq səviyyədə yazıldığı üçün xüsusi qiymət və maraq kəsb edir.



İlk tanışlıq

Çoxdanın, lap çoxdanın söhbətidir. Mənim 5-6 yaşım olardı. Səhər tezdən evimizdə qonaqların gəlişinə ciddi hazırlıq gedirdi. Həyət-baca süpürülüb səhmana salınır, qurban kəsiləcək quzu mələyə-mələyə ağacın ətrafında fırlanırdı. Həyətin baş tərəfində saca yuxalar salınır, dairəvi mis teştdə yağda fəsəli qovrulurdu, bazardan yenicə alınmış azuqə, mer-meyvələr yuxarı mərtəbədəki zala (qonaq otağına) daşınırdı. Qonşu gəlinlər də köməyə gəlmişdilər, bir sözlə, əsl səfərbərlik hökm sürürdü.
Anam səhər tezdən məni cimdirib, təzə əyin-başımı geyindirmişdi.
Atam isə tez-tez yadıma salırdı:

-“Bax, bu gələn qonaqlar Bakıdan gəlirlər əslən Borçalılardır, əksəriyyəti ziyalılardır.
Bəziləri isə hökümət, vəzifə adamlarıdır. Müəllimlərdir, alimlərdir. Qohumlarımızdır.
Özünü ədəb-ərkanlı apar, “bəli-xeyirlə” danış, onlara veriləcək sual və cavabları unutma.
Bir azdan həyətə 4-5 maşın doldu. Əyyub dayım maşından enib, həyətdə dövrələnmiş qonaqlarla məni tanış etməyə başladı:

-Oğul bala, bax bu şlyapalı baba Azərbaycan Dövlət Universitetinin professoru Əlyar Qarabağlıdır. Sənin “Ana dili” kitabının müəllifidir. Onun yanında dayanmış gümüşü saçlı kişi də universitet müəllimidir, tarix elmləri doktoru Ömər Osmanlıdır. Atanın dayısı düşür. Hər ikisi də Lecbəddin kəndindəndirlər. O qara kostyumlu dayı tənqidçi Əhəd Hüseynovdur, çox əzazil kişidir, “qələmindən qan damır”. Bu gombul əmi Sarvannandı rayon mədəniyyət sarayının direktorudur, yazıçıdır, çoxlu romanların, hekayələrin müəllifidir. Dayın Abbasın əziz dostu olub, səninlə də dostlaşacaq, çox həlim, mehriban xasiyyəti var. O sazını çiyindən aşırıb “aziyat” çəkmələrini cırıldadan aşığı, yəqin yaxşı tanıyırsan, Aşıq Əmrah sizin evdə çox olub, Qoçulunun bütün xeyir işlərini, toy-nişanlarını sırqalayan Əmrah dayı, onun 11 simli tavar sazını çalarsan və... bax, Mahmud babanın yanında dayanıb hal-əhval tutan cavan oğlan isə bizim Yusif yeznədi - bacım Hüriyyət xanımın həyat yoldaşı... Böyük Muğanlıda (Qaş Muğanlı da deyirlər) orta məktəbin direktorudur, savadına da söz olmaz, amma, bir az özündən deyəndir, məclisdə orturana-durana yer vermir, “ərişdən-gürüşdən” danışandı.

Yusif müəllimin yanaqları allandı. Əyyub dayıya yaxınlaşıb:
-Əyyub müəllim nə danışırsınız? Siz olan yerdə mən nəkarəyəm? –deyəndə atam mənə başı ilə işarə etdi: Yəni, “irəli keç, sualını ver!”

Mən şəstlə qürurla irəli çıxdım – Əgər Yusif müəllim, həqiqətən də çox bilikli, savadlıdırsa, qoy sualıma cavab versin:
-Marksizmin 3 əsas mənbəyi var, hansılardır?

Atamın əzbərlətdiyi bu sual hamını təcübləndirdi, amma Yusif müəllimin cavabları qonaqların alqışına səbəb oldu. O, yaxınlaşıb məni qucağına aldı və bağrına basdı.

Yusif müəllim uca boylu, səliqəli geyimli şabalıdı rəngdə kostyumu, ağappaq köynəyi, qırmızı qalustuklu bir gəncdi.
Elə ilk görüşdən ona qanım qaynamışdı. Biz belə tanış olduq, sonralar bu tanışlıq davamlı isti münasibətlərə, qarşılıqlı bədii yaradıcılıq mükamilələri ilə zəngin olan əsl dostluğa çevrildi...


Yusif Yusifli kimdi?

Azərbaycan Yazıçılar Birliyinə üzv olması üçün qocaman şair Balaş Azəroğlu hələ 1998-ci ildə fevral ayında öz təqdimatını belə yazmışdır: “Borçalıdan ucalan səslər”. Ulu Borçalının axar-baxarlı, zəngin rahiyəsini, sazını-sözünü, igid, qeyrətli oğullarını, türfə gözəlləri vəsf edən, yeni nəfəsli, yeni nəslin gənc şairi Borçalıdan Azərbaycana səsini ucaldan Yusif Yusiflini bəyəndim, yaradıcılığını qiymətləndirirəm.

* * *

Mən Yusif Yusiflini bu gün, onun ömrünün ahıl çağlarında necə görürəm?

...Qocaman maarifçi, yorulmaq, usanmaq bilmədən, doğma mahalın, başı “Başkeçid” ayağı “Sınıq körpü” olan, zəngin tarixi, mədəniyyəti ilə məşhur olan bu ağır elin çoxəsirlik folkloru, aşıq yaradıcılığı, möhtəşəm qələm sahiblərinin inciləri haqqında illərdən bəridir dərin tədqiqat aparan, eyni zamanda klassik Azərbaycan ədəbiyyatı, ön və orta Şərq mütəfəkkirlərinin əsərlərinin analizi sayəsində təzə mövqe və fikir ortaya qoyan vaxtaşırı olaraq fundamental məqalələrlə mətbuatda çıxış edən ədəbiyyatşünas alim, pedaqoq, fəal ictimaət nümayəndəsi Yusif Yusifli haqqında 100 səhfələrlə məqalələr, cild-cild kitablar yazmış mötədil elm, mədəniyyət xadimləri, rəsmi instansiyaların fəxri fərmanlarına layiq görülmüş, tərifnamələr almış və nəhayət kifayət qədər dolğun, mənalı, çal-çağırlı həyat sürmüş, bütün ömrü boyu, sözün əsl mənasında xoş, kef-damaqlı günlər keçirmiş bəxtəvər Yusif Yusifli haqqında mən təzə nə işıqlı söz deyə bilərəm? Odur ki, yaxşısı budur, bu informasiyalar selinə qoşulub axmaqdansa, özümü dağa-daşa vurmaqdansa Yusif Yusiflinin yaradıcılığına, heyrətamiz şəxsiyyətinə tamamilə başqa səpkidə, hamıdan fərqli rakurslardan (baxış nöqtəsindən) seyrə dalmağı, Borçalılar demiş “öz sazımı daha maraqlı zilli-bəmli kökdə çalım, yəni, Yusif müəllimin obrazını çoxlarına bəlli olmayan çalarlar və cizgilərlə rəsm etsəm daha maraqlı olar...

* * *

Portretin rəng naxışlarını vurmadan öncə...


Proloq əvəzi


Müqəddəs “Tövrəti” (Bibliya kitabını) vərəqləyənlər, dini hədisləri dinləyənlər yaxşı bilirlər ki, Yusif Peyğəmbərin doğma qardaşları qısqanclıq və gözügötürməməzlik üzündən onu məhv etmək qərarına gəlirlər. Bu məqsədlə onlar atalarını dilə tutub səfərə Yusifi də aparırlar, sonra da yolda, kimsəsiz bir cəzirədə onu quyuya sallayıb əkilirlər. Sonra nələr baş verib?
Taleyin yazısı və qədərin qüdrəti ilə Yusif Pəyğəmbər quyudan çıxa bilir, qul bazarında onu satın alıb saraya gətirirlər və sarayda Yusif ağılı, fərasəti, geniş məntiq dairəsinə görə hökmdarın ən sevimli, hörmətli əyyanına çevrilir, pillə-pillə yüksələrək tarixə düşür və yaddaşlara həkk olunur!

Mənim qəhrəmanım Yusif müəllimin də bütün ömrü boyu cəfalar çəkdiyi xəbis adamlar, gözü götürməyənlər tərəfindən sıxıntılara, təzyiqlərə məruz qaldığını (özü söyləyirdi, söhbətlərdən bilirəm) maraqlı bədii ştrixlərlə nağıl edərdi, qələbələrini, “düşmənləri - naxələfləri” üzərində çaldığı qələbələri isə özünəməxsus pafosla, qəhrəmanlıq dastanları tərzində, sinəsi qabara-qabara söyləməkdən həzz alırdı. Həqiqət isə budur ki, Yusif müəllimin bütün ömrü boyu həyatı mübarizədə keçmişdir.

Əksər hallarda mübarizələrdən qalib çıxan Yusif müəllim, bədxahların, gərgin vəziyyətlərin öhdəsindən ağılı, məntiqi və uzaqgörənliyi ilə gəlmişdir.

Hər şeydən əvvəl açıq süfrəsinə, çoxu dost-tanışına görə el içində hörmət-izzət sahibi olduğuna görə və əlbəttə ki, gözüaçıqlığına, məntiqli ağlına, dilli-dilavər olduğuna görə, bir də...
Cəsurluğuna, prinsipyallığına, yılmazlığına görə...



Pedaqoq, maarif xadimi, tədqiqatçı alim, şair, yazıçı Pedaqoq, maarif xadimi, tədqiqatçı alim, şair, yazıçı Pedaqoq, maarif xadimi, tədqiqatçı alim, şair, yazıçı Həyat bioqrafiyası:

Yusif Yusifli -
1928-ci il mayın 14-də
Borçalı mahalının Böyük Muğanlı (Qaş Muğanlı) kəndində ziyalı ailəsində anadan olmuşdur.
Atası Musa kişi dini təhsilli, ruhani əqidəli bir adam olduğuna baxmayaq o dövr üçün kifayət qədər dünyagörüşlü, maarifpərvər ruhlu, aşıq dastanları, mahalın folklor nümunələrini, el şairlərinin yaradıcılığını dərindən bilən hörmət-ehtiram sahibi kimi tanınırdı.
Y.Yusifin bədii ruhunun inkişaf tapmasında həm atasının, həm də əmiləri Məşədi İbrahimin və Hacı İsa kişinin və əlbəttə ki, Borçalı çal-çağırlı el məclislərinin bəhrəli təsiri danılmazdır. Buraya sinəsi el-folkloru inciləri ilə dolu olan anası Fatma xanımı da əlavə etmək lazımdır.


Gənclik çağları, təhsil illəri


Pedaqoq, maarif xadimi, tədqiqatçı alim, şair, yazıçı Doğma kəndində 8 illik məktəbi bitirən Yusif atasının məsləhəti ilə Tbilisi şəhərində pedaqoji məktəbə daxil olmuşdur. 1947-ci ildə məktəbi tamamladıqdan sonra Tbilisi Müəllimlər İnstitutuna daxil olur və təhsilini başa vurduqdan sonra o doğma kəndinə qayıdır və qaynar pedaqoji fəaliyyətə başlayır, Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edən Yusif müəllimin gənclik coşğunluğu ilə klassik və müasir Azərbaycan ədəbiyyatı korifeylərinin inciləri ilə şagirdlərinin qəlbinə kövrək, çılğın əbədi silinməz poeziya çələngləri bəxş etmişdir.
1952-ci ildən 1961-ci ilədək həmin məktəbdə dərs hissə müdiri vəzifəsində çalışmış, ümdə arzusu, mütləq amalı xalqına, el-obasına fayda verə biləcək layiqli gənclər yetişdirmək onlara Ulu Borçalının tarixi ənənələrinə, yerli əhalinin çoxqatlı mədəniyyətinə yurd, vətən sevgisinin müqəddəsliyinə inam, sədaqət ruhunda tərbiyə arzulamaq olmuşdur.
Həmin illərdə Yusif müəllim bütün müəllim kollektivinin sevimlisinə çevrilmiş və bu 1961-ci ildə maarif fədaisinin çalışdığı həmin məktəbdə direktor vəzifəsinə irəli çəkilməsi ilə nəticələnmişdir.
Yusif müəllim pedaqoji fəaliyyətini daha zəngin, daha yüksək zirvələrə qaldırmaq arzusu ilə ali təhsil almaq arzusunu da unutmur, APİ-nin Azərbaycan dili və ədəbiyyatı fakültəsini müvəffəqiyyətlə bitirərək filoloq diplomu ilə doğma kəndinə qayıdır.

Pedaqoq, maarif xadimi, tədqiqatçı alim, şair, yazıçı Pillə-pillə yüksəlişlər, ilk uğurlar, mübarizələr və zəfərlər

Yusif müəllimin pedaqoji fəaliyyəti bütünlüklə Böyük Muğanlı orta məktəbi ilə bağlı olmuşdur. Bəli, ömrünün 60 ilini məktəblə, maariflə, gənclərin təlim-tərbiyəsi ilə yaşamış, təhsilə həsr etmiş düz 40 il sözün tam mənasında canını, enerjisini, sağlamlığını ailə qayğılarını, gənclik istirahətlərini düşünmədən başçılıq etdiyi məktəbə 40 nəfərlik pedaqoji kollektivin ləngərli, potensiallı, canı-dildən fəaliyyət göstərməsini cilalamağa, istiqamətləndirməyə həsr etməsi heç vaxt təssüflənməyib, çünki, hər nə edibsə ürəkdən edib, hər nə yaradıbsa, təmanasız, əvəzini gözləmədən yaradıb. Əməlinin, əməyinin xoş bəhrəsini gördükcə qarşılıqlı ehtiramın, məhəbbətin balını, şərbətini daddıqca daha ehtirasla, daha yeni coşğuyla çalışmağa, yaratmağa and içib.

Yusif müəllimin işdə, məktəbdə gösdərdiyi fədakarlıq, yüksək pedaqoji səviyyə, ümumxalq ehtiramı rəsmi orqanların, rayon maarif təşkilatı rəhbərlərinin nəzər-diqqətindən yayınmayıb. Onun adı Gürcüstan Respublikasının mötəbər instansiyalarında hörmət və minnətdarlıqla çəkilir. Saysız-hesabsız Fəxri Fərmanlar, Dövlət orden və medalları ilə təltif olunmuşdur.
Elmi konfranslarda, rəsmi yığıncaqlarda və pedaqoji toplantılarda təhsilin, maarifin problemləri və qayğılarına həsr olunmuş alovlu çıxışları bəyənilərək çap şəkilində yayılmışdır. Ölkə rəhbərliyi onun fəaliyyətini yüksək qiymətləndirərək 2 dəfə “Şərəf” ordeni ilə təltif etmişdir.

Aramsız uğurlar, pillə-pillə yüksəlişlər nə yazıq ki, bir sıra bədxahlar tərəfindən ciddi qısqanclıqla qarşılanırdı. Qəlbiqara, xəbis insanlar hər addımda ona badalaq vurmaq, xeyirxah işinə xələl gətirmək, həvəsdən salmaq, hətta vəzifədən qovulmasına çalışmaq arzusu ilə təxribatlardan əl çəkmirdilər.
Təcüblüsü bu idi ki, bu qaraguruh axınına bəzən məktəblə heç bir əlaqəsi olmayan qüvvələr də qarışırdı. Hətta bir vaxt kolxoz idarə heyətinin üzvləri də məktəb kollektivinə qarışır, başda Yusif müəllim olmaqla hamını gözdən salmağa cəhd göstərmişlər.

Mənim qəhrəmanım isə bütün haqsızlıqlara, ona ləkə vurmaq cəhdlərinə səbr, ağıllı gedişlərlə zərbələri dəf edir. Zəfər çalır, mübarizə meydanında yılmaz dayanır, məğlub olanları el içində ifşa edir sonra isə...
Sonra isə, özünəməxsus tərzdə dastanvari şəkildə şərh edə-edə yarı yumorlu, yarı ciddi ifadələrlə məclislərdə xüsusi pofosla paylaşırdı.
“Basdığı”, zəfər çaldığı düşmənlərlə qarşı gəldikdə isə, onlara “aman verdiyini” anladaraq və qürurla mübarizə meydanını tərk edərdi. Səbəbini soruşanda belə izah edərdi:
-“Eloğludur, cahildir, səhv edib, nəsil düşmənçiliyinə çatdırmaq nə lazım, həyat davam edir, xalq, zaman qiymət verəcək, qoy övladlarım kin-küdurət hissi ilə böyüyüb “pas atmasınlar”, həmişə parlaq yaşasınlar.

Pedaqoq, maarif xadimi, tədqiqatçı alim, şair, yazıçı Bəli, bütün ömrünü parlaq duyğularla,
işıqlı amallarla yaşayıb Yusif müəllim!..

Övladlarının hamısı ali savadlı mütəxəssislərdir,
valideynlərinə, əsil-nəcabətlərinə layiqli böyüdüb,
yaşamaqdadırlar:


Böyük oğlu – Əzəmət məşhur həkimdir. Elin-obanın sağlamlığı keşiyində dayanmaqdadır.

Ortancıl oğlu - Vilayət bacarıqlı iş adamıdır, məqsədyönlü müasir düşüncəli zəhməti ilə ailənin ruzi-bərəkətini bol etməklə məşğuldur.

Kiçik oğlu – Hüseyn dövlət qulluqçusudur, ağıl-kamalı sayəsində, işgüzarlığı və şəxsi nüfuzu ilə sayılıb, seçilib, Gürcüstan Respublikasında Nazir müavini səviyyəsinə qədər yüksəlmişdir. Gələcək zirvələr fəth edəcəyinə ümid çoxdur.

Yusif müəllim nəvələrindən də razılıqla danışır, yaxşı təhsil alırlar, "yazı-pozuları" da var. Uğur olsun!
Yusif müəllimin ən böyük, ən şərəfli zəfəri əlbəttə ki, Borçalı mahalında ad çıxarmış, bu parlaq övladlarıdır!
Maşallah! Borçalıdan səsləri ucalsın!
Türklər demiş: “Allah bağışlasın”!



II əhvalat

Bir dəfə Yusif müəllim məni də özü lə Maestro Niyazigilə aparmışdı.
Şahənə bir ziyafət süfrəsi... bol-bol mer-meyvə, löyün-löyün yeməklər, şirniyyat, içkilər (Yusif müəllimin Borçalıdan gətirdiyi nemətlər və şərablar) və s. Bütün qonaqlar – Respublikanın tanınmış elm, mədəniyyət, incəsənət xadimləri, yaxın dostlar, tanışlar buradaydı. Hamı maestronun şirin türk ləhcəsində (Türkiyədə, türklər arasında olmuşdur, axı!!!) 1 ildir ki, söylədiyi təəssüratlara, müasir türk musiqisi sənətçiləri haqqındakı maraqlı, mənalı söhbətlərinə, bədii mülahizələrinə məmuniyyətlə qulaq asırdılar.

Mənimçün – böyük sənət yoluna yenicə qədəm qoymuş tələbə memar üçün maestro Niyazinin hər fikri sənət haqqındakı mülahizəsi son dərəcə qiymətli idi. Odur ki, söhbət zamanı yaranmış qısa pauzaların birində cürətlənib maestroya yanaşdım:

-Hörmətli maestro, söhbətinizə müdaxilə etdiyim üçün qüsura baxmayın, lütfən, sənətdə müasirlik haqqında sizin fikirinizi, mövqeyinizi bilmək istərdim...
Niyazi bir anlıq düşüncəyə daldığını görən Yusif müəllim özünü yetirdi:
-Xaloğlu, bu gənc Borçalı balasını intizarda qoymayın, xahiş edirəm. fikrinizi söyləyin...
Maestro əlini mənim çiynimə qoyub əvvəlcə gülümsədi, sonra ciddiləşib:
-Yusif xaloğlunu da qırmaq istəmirəm, yavrum siz hələ çox gəncsiniz və sözlərimi yaddınızda yaxşı saxlayın.
-Əgər əsər (fərqi yoxdur, musiqi əsəri olsun, yaxud da tətbiqi və ya bədii əsər olsun) əgər yüksək sənətkarlıqla yaradılmışsa, demək, o, həmişə, bütün dövrlərdə müasirdir. Bu zaman Yusif müəllim son nöqtəni qoydu:
-“Hə də, Şeksperin hansı əsəri, Üzeyir bəyin bəstələri hansı dövrlər üçün müasir dövr deyil?
Maesrto sonra üzünü qonaqlara çevirib:
-Əzizlərim, Borçalıların düşüncə səviyyəsinə fikir verin, kənd məktəbi direktoru da, gənc memar – tələbə də sənət haqqında hansı kateqoriyalardan bəhs edirlər?! Mən Borçalı qızının südünü dadmışam! Borçalı mahalı başqa dəsgahdır! Sonra da əlindəki şampan şərabı ilə dolu füjeri yuxarı qaldırıb: Dostlar, içirik Borçalımızın şərəfinə! Hamı onun səsinə səs verdi.
-Eşq olsun Borçalılara!
-Eşq olsun!

Maestro Niyazi xasiyyətcə yüksək dərəcədə nəzakətli, şəxsiyyət olaraq yüksək dərəcədə qürurlu, sənətdə də, həyatda da yılmaz və qəti prinspli və bununla belə yeri gəldikdə hər kəsin üzünə sözü kəskin deyən bir insandı.
Yusif müəllimin növbəti dəfə Bakıya gəlişi zamanı belə bir hadisə baş verdi və mən onun bu qeyri-adi əhvalının şahidi oldum.

III əhvalat

Yusif müəllim mənə telofon açıb dedi ki, tez ol, Filarmoniyanın qarşısında səni gözləyirəm, Maestro Niyazi ilə indicə ora gedirik. Sənin üçün maraqlı olacaq. Tez özünü ora yetir.

Tələm-tələsik özümü səliqəyə salıb ora yollandım. Bir azdan onlar da gəldilər. Maestronun cöhrəsindəki əsəbilik nəzərimdən yayınmadı. Filarmoniyanın qarşısında onu bəstəkar Cahangir Cahangirov qarşıladı. Yusif müəllim və mən də içəri keçdik. Salon bom-boş idi, amma səhnədə xeyli milli geyimdə sənətçilər vardı. Səhnənin qarşısındakı uzun stolun ətrafında əyləşmiş rəsmilər görən kimi ayağa qalxıb Maestronu ehtiramla salamladılar. O isə, heç kəsə üz vermədən keçib əyləşdi və C.Cahangirova amiranə bir tərzdə:
-Bütün proqramı başdan “praqon” edin! - əmri verdi.
Yusif müəllimlə mən bir tərəfdə əyləşib böyük maraqla seyr etdik.
Bəli konsert başlandı, sən demə bu konsert deyilmiş, Misirdə keçiriləcək Şərq xalqları mədəniyyəti, Azərbaycan mədəniyyəti və incəsənəti festivalı üçün hazırlanan bədii proqramdır.
Konsert sona yetdi. Hamının nəzəri Maestroya dikilmişdi. Niyazi dilə gəldi:
-Elə bu? Sonra o Yusif müəllimi gösdərərək Borçalıdan gələn soydaşımız soruşur, bəs, bu xalqın ruhunu, lətifəsini, milli duyğularını və folklorunu ehtiva edən “Tərəkəmə” rəqsi harada qaldı? Kim onu silib proqramdan? Kim? Baxışları ilə C.Cahangirov məzlum-məzlum çiyinlərini çəkib Mərkəzi Komitədən gəlmiş rəsmiləri göstərdi...
Yəni, mən nə edə bilərəm, rəhbərlik belə əmr edib?!
Niyazini od götürdü! O, əsəbi halda:
-Hansı qurumsaq, deyib ki, “Tərəkəmə" rəqsini proqramdan silin, hansı anasını ........, Azərbaycan milli “Tərəkəmə” rəqsini bəyənmir? Azərbaycan mədəniyyətinə xor baxanların, milli mənsubiyyətinə şübhəm var! Heçnə bilmirəm, Proqram mən deyən kimi tərtib olunmalıdır, bildiniz?"
“Bildiniz?!” – sözü və bütün söyüşlər kimlərə aid olduğu bəlli idi.

Maestro qapını çırpıb salonu tərk etdi, Yusif müəllim mənim qulağıma pıçıldayırdı: gördün lələşimin qurğusunu? C.Cahangirov zəng edib məndən kömək diləmişdi... indi qoy rəhbərlər "tərəkəmə" sındıra-sındıra getsinlər, Mərkəzi komitədəki kabinetlərinə...
Maestro belə maestro idi, amma Yusif müəllim da ayrı candı! Bu onun sıradan bir qələbəsiydi!...
Ayrılanda onu qucaqlayıb təbrik etdim... Axı, o yenə zəfər çalımışdı!

Pedaqoq, maarif xadimi, tədqiqatçı alim, şair, yazıçıIV əhvalat

70-ci illərin ortaları idi, Niyazi M.F.Axundov adına Opera teatrını rəhmətlik H.Əliyevin tövsiyyəsi ilə Tbilisiyə qastrola gətirmişdi.
Onda maestro həm operanın baş drijoru, həm bədii rəhbəri, həm də direktor vəzifəsində görəvli idi.
Azərbaycan Mədəniyyət Naziri Zakir Bağırov, başqa rəsmi şəxslər, elm, təhsil və mədəniyyət xadimləri də nümayəndə heyətinin tərkibində 50-60-a qədər, necə deyərlər, həm ziyarət, həm ticarət, toplam bir aydı ki, Tbilisinin kefini çıxardırlar. Rəsmi görüşlər, bədii tədbirlər, ictimaətlə görüşlər, soydaşlarla cani-qəlbdən təmaslar və... Əlbəttə ki, axşamlar “Mtas-minda” - "Şeyx Sənan" dağının zirvəsindəki möhtəşəm restoranda, Tbilisi gölünün sahilindəki axar-baxarlı təbiətin qoynunda. Qonaqpərvər gürcülərlə bəhsə girib dum-duru “cecə arağının” al-qırmızı kaxet şərabı ilə dolu kəl buynuzunu ayaq üstə, sağ əldə səhər günəşini salamlayırdılar. (Dədə-baba Azərbaycan musiqisinə xidmət etmisiniz. Get, opera teatrını qəbul et! Oranın səviyyəsi məni qane etmir...)
Əfasənəvi gürcü xanı isə iki qonşu-qardaş xalqın isti münasibəti şərəfinə nəğmələr oxuyur, milli geyimli Azərbaycanlı və gürcü gəncləri qol-boyun olub yallı gedir, məclis iştirakçılarına xoş duyğular bəxş edirdilər.
Bütün bu möhtəşəm dəsgaha isə rəhbərlik, tamadalıq edən Yusif müəllim olurdu. Maestronu özü beləcə demişdi: Məclisləri idarə etməyi xaloğlu Yusifə həvalə edirəm. Bütün tamaşaçıların sevimlisi olan Müslüm Maqamayevin, Zeynəb Xanlarova, Qulu Əsgərov, Lütfiyar İmanov Yusif müəllimin icazəsi ilə məclisi daha da şənləndirdilər.
Belə şənliklərin sonunda Yusif müəllimin bir “tale yüklü" sağlığı mütləq səslənməliydi.
-Mən üzümü doğma Azərbaycandan gəlmiş qonaqlara, vəzifəli rəsmilərə və Ali məktəblərin rektorlarına tutub müraciət edirəm: “Ulu Borçalını gəzdiniz, gördünüz can və qan qardaşlarımızın, soydaşlarımızın ərən, övladlarının hünərini, əməyi məhəbbətilə baş tutmuş bu bol süfrəli, bol nemətli məclislərin şahidi oldunuz.

Bax, bütün Borçalıların təəssübkeşi, bütün Azərbaycanın fəxri olan Maestro Niyazinin izni ilə deyirəm və təlqin edirəm, Açın Ali təhsil müəssisələrini elm ocaqlarını, rəsmi idarələrin qapısını Borçalının gül balalarının üzünə, gen açın isti mehriban ağuşunuzu, qeyrətli, qabilliyyətli, sizə gələcəkdə, kömək olacaq, baş ucalığı gətirəcək Borçalı gənclərini basın bağrınıza, bu sözləri isə öz ana dilimizdə əlavə etmək istəyirəm: Bilin, yadda saxlayın ki, biz burada dil içində dil, din içində din saxlayrıq, şərəflə, mətanətlə, yeri düşəndə isə güc ilə! Əks halda, əks halda biz elliklə böyükdən kiçiyə öz soyadlarımızı dəyişib gürcü soyadları götürəcəyik.
Bunu tam məsuliyyətlə ciddi olaraq söylədim, Borçalılar mənim bir işarəmə bənddirlər. Əmin olun və yadda saxlayın.

Onun səsi göy gurultusu kimi dalğa-dalğa yayılıb Borçalı dağlarının ənginliklərində əks-sədaya çevrilirdi.
-Eşq olsun Borçalılara! Eşq olsun, Azərbaycan oğullarına!
-Maestronun səsinə səs verən qonaqların alqışlarına qarışdı. Eşq olsun, Yusif xaloğluna!

Bununla böyük Niyazi Azərbaycandan gəlmiş bütün vəzifə rəsmilərinə, elm, təhsil və mədəniyyət yetgililərinə əbədi tapşırığını verirdi.
Həqiqətən də, həmin illər və sonralar onillikdə Borçalılıların Azərbaycanına axışıb yerləşməsinə rəvac verdi.

Bu da Yusif müəllimin uzaqgörən və son dərəcə mühüm qələbəsi idi!

Borçalının gur səsi – Maestro Niyazi
Borçalıdan ucalan ən gur səslər:


-Alimlərin, şairlərin, tarixi şəxsiyyətlərin, əmək qəhrəmanlarının, dövlət qulluqçularının, ictimai xadimlərin, el-mahal təəssübkeşlərinin, idman ustalarının, Rəşid pəhləvanın davamçılarının, saz-söz dahilərinin səsləri içərisində bir gur səs də var. O səs 1912-ci ildə Tiflis şəhərində dünyaya göz açmış Maestro Niyazinin səsidir. Axı, onun anası Böyükxanım Borçalının adlı-sanlı nəslindəndir. Yusif müəllimin anası Fatma xanım da həmin nəslin qızı olduğundan Maestro Niyazi Yusif müəllimə Borçalı ləhcəsində “xaloğlu” deyərdi. O, ömrünün son günlərinə qədər əziz xaloğlusunun hörmətlə, məhəbbətlə qəbul edər, qayğı gösdərərdi. Maestronun evində keçirilən ziyafətlərin, qonaqlıqların tamadalığı mütləq Yusif müəllimə həvalə edilərdi. Borçalı nemətləri, üzüm, mer-meyvə, şərablar və s. süfrəni bəzəmək də Yusif müəllimin öhdəsində idi.
Bəzi hallarda Yusif müəllimin sayəsində o məclislərdə iştirak etmək səadəti qismət olurdu.
Yeri gəlmişkən o xoşbəxt məqamlardan, zamanında qələmə aldığım əhvalatlardan bir neçəsini nəzərinizə çatdırmaq istərdim, əminəm ki, maraqla oxuyacaqsınız.
Yusif müəllimin mənə xüsusi isti münasibəti var. Hər şeydən əvvəl, o mənim çox ehtiram və sevgi bəslədiyim gözəl xalam Hüriyyət xanımın (Allah rəhmət eləsin!) həyat yoldaşı olduğu üçün xalamın mənə olan hədsiz istəyinin xalam məni öz doğma övladlarından az istəmirdi. Təsəvvür edin ki, o and içəndə mənim adımı çəkərdi. Oğulları və qızları valideynlərinin mənə olan məhəbbətinin sayəsində son vaxtlara kimi mənə “Ömər dayı” deyə müraciət edirdilər. Bu mənim ailəvi ehtiramım və mənə qarşı olan sonsuz məhəbbətin yaranmasında və övladlara aşılanaraq paylanmasında Yusif müəllimin də əməyi, sövqi az deyildi. Mənim hər gəlişim bu ailədə əsl “toy-bayram” olurdu! Belə fövqaladə bayram süfrəsində, isti təmasın, candan-qandan olan bağlılığın yaranmasında, illər keçdikcə monolitləşməsində və ötürülməsində, Yusif müəllimin rolu, tərqini əlbəttə ki, xüsusi qeyd olunmalıdır.
Yusif müəllim hər dəfə Bakıya gələndə mütləq mənimlə görüşər, xalamın göndərdiyi kənd sovqatlarını çatdırardı. Bu barədə bir əhvalatı xatırlamağın yeri var:
-Yusif müəllim növbəti dəfə Bakıya gəlmişdi və əlbəttə ki, biz görüşdük, O:
-İstəyirəm səni Maestro Niyazigilə aparım – deyəndə çox sevindim. Mətbuatdan bilirdim ki, Maestro 1 il idi ki, İstanbulda Çaykoviskinin “Qaratoxmaq qadın” operasını tamaşaya hazırlayırdı. Biz salona daxil olanda Niyazi kəndarda özü qarşılayırdı. Yusif müəllim məni təqdim etdi: “Xaloğlu! Bu gözəl oğlan da mənim yaxın qohumumdur, sizin görüşünüzə gəlib”... – deyəndə, Niyazi: - buyursun, buyursun! – lap yaxşı edib gəlib – deyə -deyə məni salona doğru istiqamətləndirdi.

Pedaqoq, maarif xadimi, tədqiqatçı alim, şair, yazıçı * * *

Yuxarıda qeyd etdim ki, Yusif müəllimin bütün uzun və mənalı ömrü boyunca qazandığı nailiyyətləri, el-obası, gənc kənd balaları üçün qatlaşdığı məqamları razılıq və minnətdarlıqla qarşılamaq əvəzinə ardıcıl təzyiqlərə, sıxıntılara düşməsi və sonucda bütün acılara sinə gərərək bədxahları üzərində çaldığı qələbələr, müvəffəqiyyətlə siyahısına nəzər saldıqda bir daha, bir daha əmin olursan ki, fiziki olaraq inanmışam ki, Yusif Peyğəmbərin “Qoruyucu mələyi” təbirində hansısa mələk, yaxud da müqəddəs qüvvə qismində onun da bir “təəssübkeşi” var olub.
Bax o fövqəl qüvvədir onu hər an cəsarətli olmağa çağıran, riskli addımlar atmağa həvəsləndirən: “Qorxma vur, mən burdayam!” –təlqin edəni mövcuddur, bəlkə də...

Bəlkə, bu düşüncələr isə mənim qəhrəmanıma olan böyük məhəbbətimin, inamımın, heyrətimin ehtivasidir?!
Bəlkə də...

O məhəbbət, o inam, o heyrət mənə Borçalıdan üzü bəri ucalır və təkid edir:

-Borçalıya get, 90 yaşlı qocaman maarifçini ziyarət elə, əgər hər hansı günahım varsa onun qarşısında əfv dilə, əlini öp!..
Ulu Tanrıdan ona cansağlığı arzula!..

-Eşq olsun, şairim, nasirim, ustadım de!...

Hələ neçə-neçə illər də səsin Borçalıdan ucalsın!..


Pedaqoq, maarif xadimi, tədqiqatçı alim, şair, yazıçı
Ömər Qoçulu
Azərbaycanın Əməkdar memarı,
Memarlıq namizədi,
Azərbaycan Yazıçılar Birliyinin üzvü

25 aprel, 2018-ci il Bakı şəhəri


P.S.: Hərdən mənə elə gəlirdi ki,
dayım Əyyub Məmmədov Yusif müəllimi çox sevmir.
Amma, sonralar bu soyuq münasibəti dərindən irdələyəndə anladım ki, məsələ başqadır. Yəni, illərdən bəridir ki, Borçalı məclislərinin “əvəzolunmaz” lideri titulunu saxlayan hazırcavablılığı, baməzəliliyi, maraqlı, yumorlu hadislər külliyyatını sinəsində gəzdirib el içində şair Osman Sarıvəllinin verdiyi “Borçalının Molla Nəsrəddini” adını şərəflə daşıyan Əyyub dayı birinciliyi əldən verməkdə olduğu üçün Borçalılar demişkən: (“kürlük edirmiş”) vəssalam...
Amma kiçik xətanı Yusif müəllim özünəməxsus müdrikliklə yola verirdi. Onların arasında mehriban “böyük-kiçik”, ədəb-ərkan şkalası hər zaman dəyişməz qalmaqdaydı...


turan.info.az


.

Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: