Tədbirdə Borçalının tanınmış şair və yazıçıları, Qasımlı bələdiyəsinin əməkdaşları, ətraf kəndlərin məktəb direktorları, elin bir sıra ziyalıları, iş adamları və icradarlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə qocaman tarıx müəllimi, uzun illər məktəbdə direktor vəzifəsində çalışmış, gözəl ziyalı Rüstəm Alıyev açaraq Səyavuş UYĞUN və onun əbədi fəaliyyəti haqqında iştirakçılara ətraflı məlumat verib, sonra sözü tədbirin aparıcısı məktəbin məzunu olmuş Arzu Bayramovaya verdi.
Arzu ilk sözü yazıçı-publisist, Azərbaycan Yazıçılar birliyinin fəxri üzvü Əli Abbasa verib. Əli müəllim Səyavuş Uyğunun yenicə çap olunmuş 7-ci kitabı olan “Ömründən yaramayan İsmayıl” toplusu haqqında geniş məruzə edib. O, bu kitabın həyatdan cavan getmiş şairin kiçik qardaşı İsmayıl müəllimə həsr edildiyini diqqətə çatdırıb. Bildirib ki, İsmayıl müəllimin uzun illər Bakı şəhəridə yaşayıb və bir sıra məsul vəzifələrdə çalışıbı. Sonra kitabın gözəl tərtibatla çap olunduğunu və Qasımlı elatı və onun qəhrəman oğulları Səməd ağa və İstil İsmayıl haqqda tarixi məlumatları açıqlayıb və Səyavuş Uyğunun bu kitabı elin ziyalı övladları üçün gözəl bir töhvə olduğunu qeyd edıb.
Sonra söz Kitabın korrektoru filoloq-müəllim Zahid Nəsibova verilib. Zahid müəllim kitabı gözəl analiz edərək onun bədii dəyərindən danışıb və kitabda şairin vermiş olduğu “Yarımçıq tale” poeması haqda danışıb. O, bu poemanı bədii ədəbiyyatda bir yenilik kimi qiymətləndirib və poemanın gözəl yerlərindən bir neçə şeiri əzbərdən söyləyib.
Sonra Borçalının gözəl oğlu, aşıq Nürəddinin şagirdi olmuş, gözəl səs diapozonuna malık aşıq Əfqan Şamilov öz tavar sazı və məlahətli səsi ilə tədbir iştirakçılarını rövnəqləndirib. O, Səyavuş Uğunun sözlərini gözəl avazla oxuyub.
Sonra kitabın ikinci korrektoru Araplı ictimai məktəbinin dil və ədəbiyyat müəllimi Alməmməd Əliyev çıxış edib. O, qayını İsmayıl müəllimin ləyaqətli bir insan olduğunu deyib, işlədiyi dövət işlərində çox humanis və qayğıkeş olduğu haqda söhbət açıb. Yanına gedən insanlara necə kömək etdiyini fakt və dəlilərlə iştirakçılara çatdırıb. Qasımlının sabiq upravası kitab müəllifinin öz qardaşına həsr etdiyi bu əsəri ürək yanğısı ilə yazdığını, yuxu məsələsinə görə şairin necə həyacan keçirdiyini çox gözəl duyub hiss etdiyini və bu kədərli notlardan ayrılıb, sevinc duyğuları əks etdirən kitablar yazmağı tövsiyə edib.
Sonra şairin ən gözəl mütaliyəçisi, Marneulu icra aparatının əməkdaşı Etibar müəllimə söz verilib. Etibar müəllim deyib ki, "şair kitabı mənə əvvəlcə əlyazma şəklində verdi rəy verməyi xahiş etdi. Mən kitabı oxudum və yüksək qiymətləndirdim, bəzi yerlərini dəyişməyi xahiş etdim. Kitab çox gözəl alınıb mən şairi təbrik edirəm."
Yazıçı-publisist, din xadımı Mirağa Mustafazadənin çıxışı çox maraqlı olub. O, kitaba yüksək qiymət verib, kitabda getmiş şairin bir neçə bayatısını əzbərdən deyib:
Bu dünya yırğalandı,
Bayquşlar sırğalandı,
Kimdi qapını döyən
Dedilər can alandı.
Sonra mərhum professor Mürsəl Həkimovun qardaşı oğlu, Aşağı Saral kənd sakini, hərbiçi polkovnik İsmayıl Həkimov danışıb. O, kitabın xüsusiyyətlərindən söz açıb: "Belə kitablar gələcək nəsillər üçün örnək olan, mərd və cəsur oğullarımızı gələcək nəsillərimizə tanıtmaq istiqamətində böyük fədakarlıqdı," - deyib.
Sonra ziyalılardan Ağməmmədli içtimai məktəbinin direktoru, Qasımlı upravasının mojirotar deputatı Əşrəf Tükənov, Marneuli rayon icra aparatının Qasımlı üzrə kənd nümayəndəsi Bahəddin Alıyev, Ağməmmədli məktəbinin müəllimi, mərhum İsmayıl müəllimin bacanağı Bayram Məhərrəmov, İcradar, Beytarabçı kənd sakini Roman Qurbanov çıxış ediblər.
Sonra söz GAXA-nın müxbiri Nizami Məmmədzadəyə verilib. Nizami müəllim kitabın məziyyətlərindən danışıb: "Vaxtında yazılmış və gələcək nəsillərə ərmağan olan bir əsərdir. Mən Səyavuş müəllimi təbrik edirəm. Kitabda verilən Qasımlı haqqında ətraflı məlumatlar, Saməd ağa, İstil İsmayıl haqqında olan yazılar tarıxımızı üzə çıxardıb, o şəxsləri indiki nəsllərə tanıtmaqdı. Sonra bu şəxslər haqqında kitabda verilən”Qaşı kəsilmiş yəhər”povesti, “Yarımçıq Tale” poeması bu cəhətdən vaxtında atılan addım kimi qiymətləndirilə bilər."
Sonda aşıq Əfqanın telli sazının və gözəl avazının səsi aləmə bülənd olub.
Axırda Səyavuş Uyğun çıxış edərək gələcək yaradıcılıq işlərindən danışıb, qarşıdakı planları haqda tədbir iştirakçılarına məlumat verib, tədbirin möhtəşəm aparıcısı Arzu Bayramovaya və bütün iştirakçılararına öz təşəkkürünü və minnətdarlığını bildirib.
Sonra müəllif yenicə işıq üzü görən “Ömründən yarımayan İsmayı” kitabını tədbir iştirakçılarına hədiyyə edib və xatirə foto-şəkillər çəkilib.
Amin Hüseynov,
Borçalı,
Marneuli rayonundakı,
Qasımlı ictimai məktəbinin
ingilis dili müəllimi
turan.info.az
.