Gürcüstanda azərbaycanlıların yaşadığı ərazidə arxeoloji qazıntılar sona çatıb

Gürcüstanda azərbaycanlıların yaşadığı ərazidə arxeoloji qazıntılar sona çatıbGürcüstanda azərbaycanlıların yaşadığı ərazidə arxeoloji qazıntılar sona çatıb Gürcüstanda azərbaycanlıların yaşadığı ərazidə arxeoloji qazıntılar sona çatıb İmir Təpəsində Ekspedisiya Öz İşini Tamamlayıb

Marneuli Bələdiyyəsinin İmir kəndində B.E.Ə. VI minilliyə aid edilən arxeoloji abidələr (İmir Təpəsi və Şulaver Təpəsi), Gürcüstanın Milli Muzeyi və Toronto universitetinin birgə apardığı bir aylıq arxeoloji ekspedisiya işləri sona çatıb.
Məsələ ilə bağlı İmirin arxeoloji abidəsi yanında tədbir təşkil olunub.


Borçalıdan Turac İbrahimova turan.info.az-a bildirib ki, Görüşdə Kvemo Kartli Qubernatorunun müavini Aleksandre Metreveli, Marneulinin İcra Başçısı Merab Topçişvili, Bələdiyyənin Sədri Nəbi Abdullayev və Yerli Hakimiyyətin digər nümayəndələri, Gürcüstanın Milli Şərab Agentliyinin rəhbəri Qiorqi Samanişvili, agentliyin rəhbər müavini Davit Mağradze, Mədəni İrs Agentliyinin baş direktorunun müavini Paata Qaprindaşvili, Gürcüstan tərəfinin ekspedisiya rəhbəri, professor Mindia Calabadze, Toronto universitetinin professorları: Endryu QrehemStefan Batiyuk iştirak ediblər.

Tərəflər bu il həyata keçirilən işləri yekunlaşdırdıqlarlarını bildiriblər, abidənin mühümlüyündən danışıblar, muzeyin konsepsiyası məsələlərini və gələcək planları müzakirə ediblər.

Qeyd etmək lazımdır ki, 2014-cü ildən Gürcüstan Hakimiyyətinin dəstəyi ilə Milli Şərab Agentliyinin, Gürcüstanın Milli Muzeyi və “Gürcü Şərabı” Asossiasiyasının birgə layihəsi olan “Gürcü Üzüm Tənəyi və Şərab Mədəniyyətinin Araşdırılması” dünya miqyasında gürcü şərabının inkşafı və təbliğatına təkan verir. Layihə çərçivəsində neolit dövrünün qədim kəndi - İmir Təpəsində və Gürcüstan torpaqlarında kəşf olunan müxtəlif tarixi epokaların üzüm tənəyi qalıntılarının araşdırılması və otüstü-arxeoloji qazıntılar davam edir.

Gürcü elm işçiləri ilə birlikdə layihədə Pensilvaniya, Milan, Kopenhagen, Toronto universitetlərinin İsrailin Vaisman institutunun və Monpeliyanın aqrar araşdırmaları institutunun araşdırmaçıları fəaliyyət göstərirlər. Layihənin rəhbəri Elmlər doktoru, Gürcüstan Milli Elmlər Akademiyasının müxbir üzvü Davit Lortkipanidzedir.
Layihənin meneceri Levan Davitaşvili, koordinatoru isə Davit Mağradzedir.
Arxeoloji ekspedisiyanın rəhbəri, Milli Muzeyin arxeoloji kolleksiyaların baş kuratoru professor Mindia Calabadzedir.
Arxeoloji qazıntılar nəticəsində Kvemo Kartlidə VI minilliyə aid edilən qədim üzüm tənək qalıntıları tapılıb. Ətraflı araşdırmalar nəticəsində vəhşi tənəkləri insanlar ilk dəfə Gürcüstanda özününküləşdiriblər, sonra da zaman keçdikcə çaxır mədəniyyəti yaranıb. Saxsı qablarda üzüm toxumlarının qalıqları tapılıb ki, buda saxsı qabda çaxır olduğunu təsdiqləyir.

2014-cü ildən “Gürcü Tənəyi və Şərab Mədəniyyətinin Araşdırmaları” beynəlxalq layihəsinə başlanılıb.
Bu müddət ərzində yaşayış məntəqələri, müxtəlif əmək alətləri, qablar, məişət çuxurları və s. tapılıb.

Tapılan alətlər, əşyalar üzərində işləmələr və paleo-botanik aşardırmalar nəticəsi Gürcüstan ərazisində daha qədimdən çaxır-üzümçülük mədəniyyətinin mövcud olduğunu təsdiqləyəcək.

Proqramın məqsədi Gürcü Mədəni Abidələrin, onu öyrənən elm işçilərinin-Gürcüstan Tarixi və tarixi intizamların-arxeologiyanın, etnologiyanın, paleobotanikanın təbliğatıdır.

Yunis QARAXANOV,
turan.info.az


.


Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Arxeoloqlar Borçalının qədim İmir kəndində arxeoloji qazıntılar aparırlar

Arxeoloqlar Borçalının qədim İmir kəndində arxeoloji qazıntılar aparırlar

Borçalı
Amerikalı alimlər Arxeologiya və Etnoqrafiya İnstitutunda olublar

Amerikalı alimlər Arxeologiya və Etnoqrafiya İnstitutunda olublar

"Zirvə"
Marneulidə yaşayan qaçqınlara nazirlik 50 mənzil aldı

Marneulidə yaşayan qaçqınlara nazirlik 50 mənzil aldı

Borçalı
ƏLİKÖMƏKTƏPƏ  ABİDƏSİ

ƏLİKÖMƏKTƏPƏ ABİDƏSİ

Regionlar, Tarix
BÜZEYİR  MAĞARASİ

BÜZEYİR MAĞARASİ

Regionlar, Tarix
QURUDƏRƏ KURQANI

QURUDƏRƏ KURQANI

Regionlar, Tarix
Gürcü dilində “Çağdaş Azərbaycan poeziyası” adlı antologiya çapdan çıxıb--Y ...

Gürcü dilində “Çağdaş Azərbaycan poeziyası” adlı antologiya çapdan çıxıb--Y ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis
Bakıda “Qarabağın arxeoloji irsi” mövzusunda beynəlxalq elmi konfrans təşki ...

Bakıda “Qarabağın arxeoloji irsi” mövzusunda beynəlxalq elmi konfrans təşki ...

Elm, "Zirvə"
ƏMİRTÜRBƏ  TORPAQ  QƏBİRLƏRİ

ƏMİRTÜRBƏ TORPAQ QƏBİRLƏRİ

Regionlar, Tarix
Azərbaycan ilə Gürcüstanın arasında mədəniyyət sahəsində əlaqələr genişləni ...

Azərbaycan ilə Gürcüstanın arasında mədəniyyət sahəsində əlaqələr genişləni ...

Mədəniyyət, Tiflis
Marneuli də azadlığın bərpasının 25 ci il dönümünə əsr olunmuş sərgi

Marneuli də azadlığın bərpasının 25 ci il dönümünə əsr olunmuş sərgi

Borçalı
Mayın 23 də Gürcüstanda “Avropa Kafeləri” turu başladı

Mayın 23 də Gürcüstanda “Avropa Kafeləri” turu başladı

Borçalı
Marneuli İcra Hakimiyyətinin iclası keçirilib

Marneuli İcra Hakimiyyətinin iclası keçirilib

Borçalı
Tbilisidə  yazıçı-dramatuq İmir Məmmədlinin əsərləri ilə bağlı dissertasiya ...

Tbilisidə yazıçı-dramatuq İmir Məmmədlinin əsərləri ilə bağlı dissertasiya ...

Ədəbi əlaqələr, Tiflis
ÇAĞDAŞ GÜRCÜ-AZƏRBAYCAN POEZİYA ANTALOGİYASININ TƏQDİMATI OLUB

ÇAĞDAŞ GÜRCÜ-AZƏRBAYCAN POEZİYA ANTALOGİYASININ TƏQDİMATI OLUB

Ədəbi əlaqələr
HİŞKƏDƏRƏ ABİDƏLƏRİ

HİŞKƏDƏRƏ ABİDƏLƏRİ

Regionlar, Tarix
Yeni tələbələrlə görüş

Yeni tələbələrlə görüş

Borçalı
Gürcüstandakı “Ceyran” rəqs qrupuna milli geyim formaları hədiyyə edilib

Gürcüstandakı “Ceyran” rəqs qrupuna milli geyim formaları hədiyyə edilib

MEDİA, Tiflis
Tiflisdə bərpadan sonra Nəriman Nərimanovun ev muzeyinin açılışı olub

Tiflisdə bərpadan sonra Nəriman Nərimanovun ev muzeyinin açılışı olub

Mədəniyyət, Tiflis
İsmayıllı şəhərində inklüziv turizm mövzusunda təlimlər keçilib

İsmayıllı şəhərində inklüziv turizm mövzusunda təlimlər keçilib

Azərbaycan, Mədəniyyət
Rəy yazın: