Nana Bakuradze, siz Azərbaycan xalqından ÜZR İSTƏMƏLİSİNİZ

Nana Bakuradze, siz Azərbaycan xalqından ÜZR  İSTƏMƏLİSİNİZ “APA-nın Gürcüstan bürosunun məlumatına görə, Marneuli rayonunun 5 nömrəli beynəlmiləl məktəbin tarix müəllimi Nana Bakuradze azərbaycanlı şagirdlərin milliyyətcə fars olduqlarını söyləyib və onlara millət olaraq yazığı gəldiyini bildirib”.

Həmin məktəbin şagirdlərinin video çəkilişindən götürülən bu sitatla “tarix müəllimi” Nana Bakuradze dərs dediyi azərbaycanlı şagirdləri “fars” adlandırmaqla xalqımızı və millətimizi bilərəkdən, açıq-aşkar təhqir edir.

Çox təəssüf ki, “ali savadlı” “tarix müəllimi” Nana Bakuradze və onun kimiləri Gürcüstanda yaşayan azsaylı xalqların mənşəyini, tarix və mədəniyyətini, adət-ənənəsini ya bilmir, ya da qəsdən təhrif edib saxtalaşdırırlar. Belə qənaətə gəlmək olar ki, ya Gürcüstanın ali məktəblərində saxtalaşdırılmış tarix tədris olunur, ya da Nana kimi təhsil alan “tarix müəllimləri” savadsızdılar.

Tarixi keçmişi bəlli olan, xalis, təmizqanlı GÜRCÜ ZİYALILARI indiyədək qonşuluqda mehriban, dostluqda sədaqətli olan Azərbaycan türklərinə qarşı bilərəkdən təhqiramiz ifadələr işlətməyib, yersiz hərəkətlər etməyiblər.

Xalqmızın milli mənsubiyyətini bilməyib təhqir edən “tarix müəllimi” Nana Bakuradzedən inciməyə dəymir, çünki onun milli kimliyi heç də XALİS, TƏMİZQANL gürcülərlə eyniyyət təşkil etmir. Xalqımıza qarşı düşmənçilik siyasətini həyata keçirmək istəyənlərlə “tarix müəllimi” Nana Bakuradzenin mövqeləri üst-üstə düşür. Əgər “xoruzun quyruğu görünürsə”, deməli, düşmən əlinin olması istisna deyil.

Üzümü indi sizə tuturam, Nana Bakuradze. Hansı xalqa mənsub olsanız da, hansı dinə məzhəbə xidmət etsəniz də, ilk öncə insanlığa həssalıqla yanaşın və tarixi saxtalaşdır, “əlinin papağını vəlinin başına, vəlinin papağını əlinin başına qoyub” yeni amerika kəşf etməyin. Tarixi hadisələri olduğu kimi dəyərləndirin. Axı siz gürcü xalqının “ziyalısı”, “öyrədəni”, “düz yol” göstərəni sayılırsınız. Siz bu xoşa gəlməz fəaliyyətinizlə mədəni, qürurlu gürcü xalqının və ölkə vətəndaşlarının GƏNCLƏRİNİ demokratik dəyərlərdən uzaqlaşdırır, onları beynəlxaq aləmdə zərbə altına qoyursunuz.

Siz “savadlı tarix müəllimi” olsanız da, Azərbaycan türklərini yaxşı tanımırsınız və ya tanımaq istəmirsiniz. Bir dəfəlik bilin və yaddaşınızda saxlayın ki, Azərbaycan türkləri beş-on manata milli mənliyini satıb “ŞURTVATS” (milliyətini dəyişənlər-Ə.Y.) adını almayıb. Və BİZ nə farsıq, nə millətçi və şovnistik, nə dostun və qonşunun paxıllığını çəkir, nə düşmənçilik münasibəti bəsləyir, nə də onlara məxsus olan milli dəyərlərinə tamah salıb mənimsəmirik. Siz və sizi kimi vətəndaşlar öz milli xislətinizlə başqalarının da əqidələrini zəhərləməkdən, nifrət toxumu səpməkdən çəkinmirsiniz. Axı biz GOR QONŞUSUYUQ. Axirət dünyasına qədər qonşü olacağıq. Heç kəs bizimlə gəlib qonşuluq etməyəcək. Biz Azərbaycan türklərinin əqidəsi və amalı MEHRİBAN qonşu və SƏDAQƏTLİ dost olmaqdır.

Nana Bakuradze, “həmkar” olsaq da, əqidə və amalca, dil və əməlcə fərqliyik. Şagirdlərə həmişə doğma Gürcüstanımıza, dövlətçiliyimizə, gürcü və azsaylı xalqlara məhəbbət və dostluq hissləri aşılayır, onları vətənpərvərlik ruhunda tərbiyə edirik. Gəlin, gənclərimizin qəlblərinə Haqq, dostluq və qonşuluq yolları çəkək, orada insanlıq KÖRPÜSÜ inşa edək. Bu insanlıq missiyasını həyata keçirməklə estafeti gələcək nəsillərimizə düzgün təqdim edək. Qonşu qonşu ilə, qardaş qardaşla GÜCLÜ olur. Niyə də biz güclü olmayaq?

Nana Bakuradze, biz Azərbaycan türkləri tarixi kökümüzlə, milli mənsubiyyətimizlə, maddi-mənəvi dəyərlərimizlə, tarix və mədəniyyətimizlə, adət-ənənəmizlə qürur duyur, “olduğumuz kimi görünür, göründüyümüz kimi də oluruq”. Başqalarını sevmək, hörmət etmək üçün, ilk öncə özümüzü sevməli və hörmət etməliyik. Bu gözəl xüsusiyyəti yaşatmalıyıq.
Yəqin sizin “azərbaycanlı şagirdlərin milliyyətcə “fars” olduqlarını söyləyinizi və onlara millət olaraq yazığınız gəldiyi” təhqiredici ifadənizi müvafiq orqnalar araşdıracaq, ədalət məhkəməsi öz qərarını verəcək.

Son olaraq demək istəyirəm ki, Nana Bakuradze, “tarix müəllimi” kimi siz bilməlisiniz ki, keçən əsrin 40-cı illərin sonuna qədər rus sovet imperiyası ərazisində yaşayan Azərbaycanlıların milliyəti pasportlarında TÜRK yazılırdı. Bizi kökümüzdən, milliyətimizdən və dinimizdən ayırmaq üçün siyasi “planlar” hazırlayıb həyata keçirdilər.

Nana Bakuradze, siz işdən xaric edilsəniz də, Kütləvi İnformasiya Vasitələrində çıxışınızla səhvinizi etiraf edib Azərbaycan xalqından ÜZR İSTƏMƏLİSİNİZ. Bununla günahınızı “yumuş” olarsınız.

Əlixan YAHYAOĞLU,
Bolnisi Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin rəhbəri,
"ÜMİD" qəzetinin Baş redaktoru,
"Şərəf" ordenli Metodist müəllim,
şair-jurnalist


turan.info.az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
“Keşikçidağ” abidəsi tarix boyu Azərbaycanın ərazisi olub!..

“Keşikçidağ” abidəsi tarix boyu Azərbaycanın ərazisi olub!.." - Millət vək ...

Milli Məclis
MİLLİ DƏYƏRLƏRİMİZİ QORUMAQ BİZİM MÜQƏDDƏS BORCUMUZDUR!..

MİLLİ DƏYƏRLƏRİMİZİ QORUMAQ BİZİM MÜQƏDDƏS BORCUMUZDUR!..

Qaracalar, Köşə yazılar
Gürcüstanın Bolnisi rayonunda Həmrəylik Günü qeyd olunub

Gürcüstanın Bolnisi rayonunda Həmrəylik Günü qeyd olunub

Bolus
Tiflisdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş konfrans ...

Tiflisdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş konfrans ...

Tiflis
Tiflisdə

Tiflisdə "Körük" və "Şəfəq-Sxivi" ədəbiyyat və sənət jurnallarının növb ...

Yeni nəşrlər, Tiflis
XINALIQ MƏKTƏBİNDƏ HƏMRƏYLİK GÜNÜ VƏ YENİ İL BAYRAMI QEYD OLUNUB

XINALIQ MƏKTƏBİNDƏ HƏMRƏYLİK GÜNÜ VƏ YENİ İL BAYRAMI QEYD OLUNUB

Regionlar, Məktəblər
17 noyabr Milli Dirçəliş günü ilə əlaqədar

17 noyabr Milli Dirçəliş günü ilə əlaqədar "Müstəqilliyə aparan yol" adlı ...

Məktəblər
Əflatun Amaşov Gürcüstana səfər edib

Əflatun Amaşov Gürcüstana səfər edib

MEDİA, Gürcüstan
Gürcüstanın türk mənşəli etnotoponomləri: tarix, müasir vəziyyət və gələcək ...

Gürcüstanın türk mənşəli etnotoponomləri: tarix, müasir vəziyyət və gələcək ...

Humanitar elmlər, Borçalı, Bolus, Darvaz
Gürcüstan parlament seçkilərində namizədliyini vermiş soydaşlarımıza MÜRACİ ...

Gürcüstan parlament seçkilərində namizədliyini vermiş soydaşlarımıza MÜRACİ ...

Bolus
Əflatun Amaşov: “Gürcüstanda azərbaycandilli mətbuatın inkişaf etdirilməsin ...

Əflatun Amaşov: “Gürcüstanda azərbaycandilli mətbuatın inkişaf etdirilməsin ...

MEDİA, Gürcüstan
Gürcü namizəd azərbaycanlılara müraciət etdi: “Prezident seçilsəm, azərbayc ...

Gürcü namizəd azərbaycanlılara müraciət etdi: “Prezident seçilsəm, azərbayc ...

Gürcüstan, Tiflis, Borçalı, Siyasət
Gürcü politoloq Qulbaat Rtsxiladze: “Azərbaycanlıların kompakt yaşadığı əra ...

Gürcü politoloq Qulbaat Rtsxiladze: “Azərbaycanlıların kompakt yaşadığı əra ...

Ədəbi əlaqələr, Tiflis
Mehriban xanım Əliyevanı təbrik edirik!..

Mehriban xanım Əliyevanı təbrik edirik!..

Rəsmi Xəbərlər, Təbriklər
HƏYACAN TƏBİLİ: Təhsilə əngəl DƏRSLİKLƏR!..

HƏYACAN TƏBİLİ: Təhsilə əngəl DƏRSLİKLƏR!..

Təhsil, Gürcüstan, Borçalı
Hər bir kəs öz milli və ya etnik kimliyini hamıdan gözəl bilir!.. Ona gərə  ...

Hər bir kəs öz milli və ya etnik kimliyini hamıdan gözəl bilir!.. Ona gərə ...

Borçalı, Müşfiq Borçalı, Köşə yazılar
Təbrik edirik, Ketevan Nakaşidze!...

Təbrik edirik, Ketevan Nakaşidze!...

Ədəbi əlaqələr, Gürcüstan, Təbriklər
Ruhun şad olsun, Rəşid Bədəlov !..

Ruhun şad olsun, Rəşid Bədəlov !..

Bolus, UNUTSAQ, UNUDULARIQ!....
GÜRCÜSTANDA YAŞAYAN SOYDAŞLARIMIZA MÜRACİƏT

GÜRCÜSTANDA YAŞAYAN SOYDAŞLARIMIZA MÜRACİƏT

Gürcüstan, Borçalı, Darvaz, Müşfiq Borçalı
Məzlumluqdan mübarizliyə doğru

Məzlumluqdan mübarizliyə doğru

Borçalı, Köşə yazılar
Rəy yazın: