İNANIRAM Kİ, BU SÖZ BÖYÜYƏCƏK

İNANIRAM Kİ, BU SÖZ BÖYÜYƏCƏKTƏBRİK EDİRİK!

Mədəd COŞQUN - 80


Fikirlərini şeirləri, əsərləri və ya publisistikası vasitəsilə ən qısa yolla çatdıran ədibləri tanımaq istəyirikmi? Bu sualın düşündürdüyü bir kimsə varmı? Varsa, onlardan biri də mənəm. Bu il çoxlarının “ustadım” dediyi, şeirləri barədə fikrini öyrənmək üçün müraciət etdiyi, kitabına ön söz aldığı, Borçalı və Türk dünyası məsələsində ictimai-siyasi, bəlkə də poetik fikir söyləməyini vacib hesab elədiyi, hələ on illər əvvəl də sonradan dünya şöhrəti qazanacaq ədiblərin xeyir-duasını aldığı şair-publisist Mədəd Coşqunun 80 yaşı tamam olur.

Öz aramızdı, sonuncu cümləm lap Orxan Pamukun uzun-uzadı nöqtə-vergüllü ifadələrinə bənzədi, deyəsən. Orxan Pamukun elə cümlələri var ki, az qala bir vərəqə padşahlıq edir. Mədəd Coşqununsa iki hecalı şeirləri var. Fikrini bu qədər qısa yolla çatdırmağı bacarır. Orxan Pamuk “qibləsizlik” edərək “Nobel”in diqqətini çəkmək üçün M.C.Rumi ilə Ş.Təbrizinin ilahi yox, məhz cismani və yaxud da bioloji eşqindən bəhs edir, mədəniyyətimizi Avropa çılpaqlığına sürükləyir, Türkün namusunu şübhə altına alır, Mədəd Coşqununsa şeirləri qədim Türk mədəniyyətinə, Allah eşqinə sadiq qalır. Orxan Pamukun “Qalib”i qaçmış arvadı ilə qayınının axtarışına çıxır, Mədəd Coşqunsa bu cür əxlaqın, belə tərbiyənin Türkə dəxli olmadığını poeziyası vasitəsilə təsvir edir. Orxan Pamuk sözün başına torba keçirdib küçə-küçə gəzdirir, sözü “Qara Ömər”in yağlı kəməndi ilə boğdurur, sonra da başını kəsib içi balla dolu tüklü torbanın içinə salır, vahiməyə düşdükdə isə başın üzərində əməliyyat eləməyə başlayır, sonda isə öz başını (Qara Ömərin) güdaza verir, amma Mədəd Coşqun sözü Allahla müqayisə edir, ilk sözün ona məxsus olduğunu deyir. Orxan Pamukun yaşadığı mühit siyasi cəhətdən daha yetkindir, bu mihit onun əsərlərini Avropanın başına çıxartmağı bacarır, Mədəd Coşqunun yaşadığı mühit isə acizliyini tərk edə bilmir, başı neft zəhrimarın gətirdiyi milyardlara qarışdığından ədəbiyyatçılar barədə düşünmək heç yadına da düşmür. Mənim məqsədim nə Orxan Pamuku tənqid eləməkdi, nə də Mədəd Coşqunun təbliğiylə məşğul olmaqdı. Dediyim odur ki, Mədəd müəllimin də təxəllüsü elə-belə deyil. O, elə dağ çayı kimi, boyu az qala uca dağlara çatacaq şəlalələr qədər, kükrəyəndə palıd ağaclarını kökündən qoparacaq tufanlar qüdrətində, lap elə Amerika materikini təhdid eləyən fırtınalar səviyyəsində, bir həmlə ilə Afrini azad edəcək şücaətində, bunun dalınca da nəfəsini dərmədən Qarabağı işğaldan azad edəcək cəsarətində olan coşqun şairdir (deyəsən bu cümləm yenə də Orxan bəyi xatırlatdı haa). İnanmırsınızsa şeirlərini tapıb oxuyun. Görərsiniz ki, bu dövrün bir Mədədi var, o da şair Mədəd Coşqundur. Onun yubiley ərəfəsində yazdığım bu söz inanıram ki, böyüyəcək.

Ha çalışdım ki, qısa yazım, alınmadı. 80 yaşın mübarək sevimli ustadım – Mədəd Coşqun!

Elbəyi Cəlaloğlu,
Bakı, 22 fevral 2018-ci il.

turan.info.az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
MƏDƏD COŞĞUNA Başsağlığı

MƏDƏD COŞĞUNA Başsağlığı

Borçalı, Nekroloqlar
DƏDƏ MƏDƏD

DƏDƏ MƏDƏD

Poeziya, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov, Müşfiq Borçalı
Ay Mədəd oğlu!..

Ay Mədəd oğlu!..

Müsabiqə, Borçalı, Müşfiq Borçalı
Səadət BUTA:

Səadət BUTA: "AY MƏDƏD MÜƏLLİM!.."

Borçalı, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Professor Mədəd ÇOBANOV - 60

Professor Mədəd ÇOBANOV - 60

TDPİ-nin Azərbaycan bölməsi, Elm, Mədəniyyət, Tv, Borçalı, Mədəd Çobanov
Məhərrəm Qasımlının (Orxan Paşanın) şeirləri gürcü dilində dərc olunub

Məhərrəm Qasımlının (Orxan Paşanın) şeirləri gürcü dilində dərc olunub

Elm, Ədəbi əlaqələr, Tiflis
Zəlimxan ayrılığı - Orxan Aras Almaniyadan yazır

Zəlimxan ayrılığı - Orxan Aras Almaniyadan yazır

Azərbaycan
Bundan gözəl nə var, Mədəd müəllim!..

Bundan gözəl nə var, Mədəd müəllim!..

Poeziya, Borçalı, Arxiv, Mədəd Çobanov, Ramiz Abdullayev
BİLAL ƏNSƏR:

BİLAL ƏNSƏR: "Baş Keçidi yazmışam, Ləmbəlimlə sıx sirdaş..."

Qərbi Azərbaycan, Başkeçid
Şəhid Orxan İsmayılovu andıq

Şəhid Orxan İsmayılovu andıq

Regionlar
Salman Qazi:

Salman Qazi: "DÜNYADA BİR ALİM İZ QOYDU GETDİ" və yaxud: "MƏDƏD MÜƏLLİMİ ...

Borçalı, Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
80 YAŞIN MÜBARƏK, USTAD!..

80 YAŞIN MÜBARƏK, USTAD!..

Başkeçid
GETDİN SAVAŞA, ORXAN

GETDİN SAVAŞA, ORXAN

Qarabağ, Müsabiqə
Orxan SAFFARİ:

Orxan SAFFARİ: "Özüm boyda dərdləri Daşıya bilmirəm mən..."

Poeziya
KÖKLƏDİ KÖNÜL SAZINI

KÖKLƏDİ KÖNÜL SAZINI

Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Dədəmiz  DƏDƏ MƏDƏD!..

Dədəmiz DƏDƏ MƏDƏD!..

Poeziya, Müsabiqə, Borçalı, Bolus, Darvaz, Mədəd Çobanov
Mədəd COŞQUN (1938):

Mədəd COŞQUN (1938): "İstərəm sinəndə ölüm, Başkeçid..."

"SAZLI-SÖZLÜ BORÇALI", TDPİ-nin Azərbaycan bölməsi, Borçalı, Başkeçid, Arxiv
Mədəd müəllim, 80 nə yaşdı?...

Mədəd müəllim, 80 nə yaşdı?...

Təbriklər, Mədəd Çobanov
SƏADƏT BUTAya BAŞSAĞLIĞI

SƏADƏT BUTAya BAŞSAĞLIĞI

Borçalı, Nekroloqlar
Professor Mədəd ÇOBANOV - 75

Professor Mədəd ÇOBANOV - 75

Mədəniyyət, Tv, Borçalı, Bolus, Darvaz, Mədəd Çobanov
Rəy yazın: