Mədəni surətdə pambıqla elə baş kəsərlər ki, heç ruhun da inciməz

Mədəni surətdə pambıqla elə baş kəsərlər ki, heç ruhun da inciməz Gürcüstanda fəaliyyət göstərən Azərbaycan məktəblərinin sayı həm ilbəil azalır, həm də ki, müxtəlif səpkidə olan problemləri artır. Milli məktəblərimiz kütləvi surətdə bağlanaraq sayı 183-dən (1989-cu il) 116-ya (2022-ci il) qədər azalıbdır. 116 məktəbdən 79-u Azərbaycan, yerdə qalanları isə sektor, qarışıq məktəblərdir (Azərbaycan-gürcü; Azərbaycan-rus və s.). Gürcüstan Respublikasının təhsil qanunvericiliyinə görə əgər milli azlıq nümayəndələri gürcüdilli və ya sektor məktəblərində təhsil alırlarsa, məktəb onlara ana dili üzrə fənnin tədris edilməsi təklifini irəli sürmək hüququna malikdir. Belə olan halda 1 qrupda şagirdlərin sayı minimum 10 nəfər olmalıdır.
Məsələn, tutaq ki, “A” ictimai məktəbi əvvəllər ancaq azərbaycandilli məktəb idisə, sonradan bu məktəbdə əlavə olaraq gürcü sektoru açmaqla Azərbaycan-gürcü sektoru yaratdılar. Məktəbin tam səlahiyyəti var ki, gürcü sektorunda təhsil alan azərbaycanlı şagirdlər üçün Azərbaycan dili və ədəbiyyat fənninin tədrisini təşkil etsin. Ancaq məktəbin kifayət qədər büdcəsi olmadığından bu qanun kağız üzərində qalmaqdadır.


Təəssüflər olsun ki, artıq bir çox məktəblərdə Azərbaycan dili və ədəbiyyat fənni üzrə dərs saatları 5 saatdan 3 saata kimi azaldılıb. Bu məsələ ilə bağlı, müəllimlər arasında nə üçün bu il daha çox narazılıqlar, şikayətlər oldu sualına cavab vermək üçün Gürcüstanın Təhsil və Elm naziri Mixeil Çxenkelinin keçən il və bu il “Milli kurrikulumun təsdiq edilməsi haqqında” əmrə dəyişiklik edilməsi ilə bağlı imzaladığı sərəncamları müqayisə etmək kifayətdir. Məsələn, cənab nazirin 2021-ci ilin 3 avqust tarixində imzaladığı №59/ნ saylı sərəncamda IX sinif üçün nəzərdə tutulan tədris planında “ana dili” üçün nəzərdə tutulan həftəlik dərs saatlarının qarşısında 5 saat yazılıb. IX sinifdə həftəlik ümumi dərs yükü maksimum 37 saat təyin edilmişdi. Tədris planında nəzərdə tutulan fənlər nazirliyin təyin etdiyi saatlara uyğun olaraq keçirilirdi. Hətta ikinci xarici dilə 2 saat ayrılanda belə ümumi 37 saatlıq limiti aşmırdı. Ona görə də keçən il ana dili üzrə həftəlik dərs saatını 5 saat, ikinci xarici dil üzrə isə 2 saat saxlamaq mümkün idi.

Gürcüstanın Təhsil və Elm naziri Mixeil Çxenkeli 19 avqust 2022-ci il il tarixində “Milli kurrikulumun təsdiq edilməsi haqqında” əmrə dəyişiklik edilməsi ilə bağlı imzaladığı №93/ნ saylı sərəncamda isə IX sinif üçün nəzərdə tutulan tədris planında “ana dili” üçün nəzərdə tutulan həftəlik dərs saatlarının qarşısında 3-5 saat yazılıb. IX sinifdə həftəlik maksimum ümumi dərs yükü isə keçən il ilə müqayisədə 2 saat az, yəni 35 saat təyin edilib. Belə olan halda, məktəb direktorunun ikinci xarici dil üzrə dərs saatlarını artırması, ana dili üzrə dərs saatlarının azalması hesabına baş verəcək. Nə üçün məhz ana dilinin hesabına? Çünki, nazirlik belə qərar qəbul edib: “Azərbaycan dili və ədəbiyyat fənninə həftədə minimum 3, maksimum 5 saat vaxt ayrılır. Eyni zamanda, məktəb ikinci xarici dilin tədrisinə 1 və ya 2 saat ayırmaq qərarına gələrsə, ana dilinin tədrisinə maksimum 3 saat ayrılmalıdır.”

Milli Tədris Planına istənilən fənnin əlavə edilməsi və ya istənilən fənn üzrə dərs saatlarının artırılması heç bir halda ana dili üzrə dərs saatlarının azalması hesabına baş verməli deyil. Nə üçün başqa fənlərin hesabına deyil, məhz ana dilinin hesabına baş verməlidir? Nə üçün tədris planında başqa fənlərin qarşında 3-5 saat deyil, məhz ana dilinin qarşısında 3-5 saat yazılır? “Təcavüzə qalan” nə üçün ana dili olmalıdır?
İkinci xarici dil üzrə saatların artırılması ana dili üzrə saatların azaldılması hesabına baş verməsi qətiyyən yolverilməzdir. Azərbaycan məktəblərində necə ki, gürcü dilinə 5 saat ayrılır, ana dilinə də eynilə 5 saat ayrılmalıdır. Dövlət dili ilə ana dilinə ayrılan saatlar arasında fərq olmalı deyil. Gürcüstan dövləti qeyri-gürcüdilli məktəblərdə ikidilli (bilinqual) təhsilə keçməyi planlaşdırılır. Milli kurrikulumda ana dili üzrə dərs saatlarının azaldılmasına dolayı yolla imkan yaratmaqla bu məqsədə necə nail olmaq olar? Hələ mən, universitet səviyyəsində ümumiyyətlə ikidilli kadrların hazırlanmamasından danışmıram. Ikidilli təhsil sisteminə kor-koranə keçid qeyri-gürcüdilli məktəblərdə yaşanan problemləri bir qədər də dərinləşdirəcək.

Bizim halhazırda çalışdığımız sərəncamda 3-5 saatı ləğv etdirmək, Milli Tədris Planına ana dili üzrə həftəlik dərs saatlarını birbaşa 5 saat yazdırmağa nail olmaqdır. Həmçinin “məktəb ikinci xarici dilin tədrisinə 1 və ya 2 saat ayırmaq qərarına gələrsə, ana dilinin tədrisinə maksimum 3 saat ayrılmalıdır” şərti də ləğv edilməlidir. Çıxış yolu yəqin ki, siniflər üzrə ümumi dərs saatlarını artırmaqdadır. Belə olan halda ana dili üzrə dərs saatları 5 saat olaraq qalacaq, eyni zaman da ikinci xarici dil də tədris olunacaq.

Qeyd edim ki, əvvəllər Azərbaycan dili və ədəbiyyat üzrə həftəlik dərs saatları 7 saat idi, daha sonra 6, sonra 5, sonda isə 3-5 saat olaraq təyin edilib. Kim qarantiya verə bilər ki, gələn il yeni sərəncam imzalananda ana dili üzrə dərs saatlarının qarşısına birbaşa 3 saat yazılmayacaq?

Gələcək fəsadlar açıq-aydın görünür. Ana dili xarici dil ilə eyniləşdirilir. Xarici dil ilə ana dilinə ayrılan saatlar eyniləşdiricələksə, o zaman hansı azərbaycandilli məktəbdən söhbət gedə bilər? Nə üçün Azərbaycan dili və ədəbiyyat müəllimlərinin 10 ilə yaxın müddət ərzində sertifikatlaşdırma imtahanlarında iştirak edib baş müəllim statusu alması üçün imkan yaradılmırdı? 20-30 illik təcrübəsi olan müəllim nə üçün “təcrübəçi müəllim” statusu altında qəpik-quruşa işləməlidi? Bu gedişatla, Azərbaycan dili və ədəbiyyat müəllimləri “aparıcı” və “mentor” müəllim statuslarını almaq üçün daha 10 il də gözləməli olacaqlar?!

Çox təəssüflər olsun ki, bəzi mənşəyi bəlli olmayan ünsürlər başımızın altına yastıq qoymağa çalışırlar, sanki təşvişə ehtiyac yoxdur deyə insanlarda çaşqınlıq yaradırlar. Səhv etmirəmsə “sapı özümüzdən olan baltalar” ifadəsi ancaq bizdə işlənir. Nə qədər qanıxarab olmalısan ki, dəstək olmaq əvəzinə, əks gedəsən...

Qeyd:
Nazirin imzaladığı sərəncamlarda tədris edilən fənnin adı kimi “ana dili” və ya “etnik azlığın dili” sözləri yazılır, əslində isə tədris olunan fənn Azərbaycan dili və ədəbiyyatdır. Ana dilinə 3 saat ayrılması o deməkdir ki, həftədə 2 saat Azərbaycan dili, 1 saat isə ədəbiyyat keçiriləcək, proqramda nəzərdə tutulanı da çatdırmaq mümkün olmayacaq. Azərbaycan məktəblərində 1-ci xarici dil kimi adətən ingilis dili keçirilir, 2-ci xarici dil kimi isə rus və ya alman dili keçirilir. Gürcü dili dövlət dilidir, xarici dil kimi tədris edilmir, Azərbaycan dili isə ana dilimizdir.

Ana dilimizi qoruyaq! Ana dilimizə sahib çıxaq!


Aygül İsayeva,
İqtisadiyyat üzrə fəlsəfə doktoru


turan.info.az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AzTU-da Beynəlxalq Ana dili günü qeyd olunacaq

AzTU-da Beynəlxalq Ana dili günü qeyd olunacaq

AzTU, Elanlar
Gürcü dili üzrə mütəxəssis xidmətləri tələb olunur

Gürcü dili üzrə mütəxəssis xidmətləri tələb olunur

Təhsil, Gürcüstan, Elanlar
Ana dili günümüz mübarək olsun!

Ana dili günümüz mübarək olsun!

Regionlar, Məktəblər
Elida MUXAYEVA: Mənim Ana dilim - mənim kimliyim

Elida MUXAYEVA: Mənim Ana dilim - mənim kimliyim

MEDİA, Tiflis, Köşə yazılar
Gürcüstanda təhsil sistemində dəyişikliklər kosmik sürətlə baş verir...

Gürcüstanda təhsil sistemində dəyişikliklər kosmik sürətlə baş verir...

Gürcüstan, Qarayazı
Diqqət, Diqqət!.. Marneulidə ÖDƏNİŞSİZ KURSLAR

Diqqət, Diqqət!.. Marneulidə ÖDƏNİŞSİZ KURSLAR

Gürcüstan, Borçalı, Elanlar, Diaspora
Ziyalılar Gürcütanda Azərbaycan dilli universitetin təsis edilməsi ilə bağl ...

Ziyalılar Gürcütanda Azərbaycan dilli universitetin təsis edilməsi ilə bağl ...

Borçalı
Orta məktəb təhsili haqqında bəzi  qeydlər...

Orta məktəb təhsili haqqında bəzi qeydlər...

Bakı, Məktəblər
GÜRCÜSTANDA YAŞAYAN SOYDAŞLARIMIZIN ANA DİLİ və KADR PROBLEMİ

GÜRCÜSTANDA YAŞAYAN SOYDAŞLARIMIZIN ANA DİLİ və KADR PROBLEMİ

Tiflis, Qarayazı
HƏYACAN TƏBİLİ: Təhsilə əngəl DƏRSLİKLƏR!..

HƏYACAN TƏBİLİ: Təhsilə əngəl DƏRSLİKLƏR!..

Təhsil, Gürcüstan, Borçalı
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda İngilis dili kursları

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda İngilis dili kursları

Humanitar elmlər
VƏLİ PAŞAYEV (1940)

VƏLİ PAŞAYEV (1940)

AzTU, "XXI əsrin Ziyalıları", Başkeçid, Təbriklər

"Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi"ndə 1+4 proqramı üzrə hazırlıq kursl ...

Bolus, Elanlar
AMEA-da Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib

AMEA-da Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib

Humanitar elmlər
Məzlumluqdan mübarizliyə doğru

Məzlumluqdan mübarizliyə doğru

Borçalı, Köşə yazılar
Gürcüstan azərbaycanlıları Fevralın 8-i saat 14-də Tiflisdə Gürcüstan Parla ...

Gürcüstan azərbaycanlıları Fevralın 8-i saat 14-də Tiflisdə Gürcüstan Parla ...

Gürcüstan, Tiflis, Siyasət, Diaspora
Azərbaycan dilinin dövlət dili elan olunmasından 100 il ötür

Azərbaycan dilinin dövlət dili elan olunmasından 100 il ötür

Digər bölmələr, Tarix
Milli varlığımız - Azərbaycan dili

Milli varlığımız - Azərbaycan dili

Regionlar, Məktəblər, Köşə yazılar
Azərbaycan dilinin tədrisi tarixində mühüm bir dövr: = Tiflis ziyalı mühiti ...

Azərbaycan dilinin tədrisi tarixində mühüm bir dövr: = Tiflis ziyalı mühiti ...

Tiflis, Köşə yazılar
AMEA Rəyasət Heyətinin geniş iclasında akademik Tofiq Hacıyevin çıxışı

AMEA Rəyasət Heyətinin geniş iclasında akademik Tofiq Hacıyevin çıxışı

"Zirvə"
Rəy yazın: