Milli Azərbaycan Ədəbiyyatı Muzeyi qonaqların gözü ilə

Milli Azərbaycan Ədəbiyyatı Muzeyi qonaqların gözü ilə Qədim tarixi olan Azərbaycan bu gün dünya miqyasında öz ədəbi-mədəni abidələri ilə tanınır. Hər bir xalqın ədəbiyyatı onun həqiqi simasını, dünənini və bu gününü işıqlandıran mayaka bənzəyir. Əsrlərin sınağından keçən bu ədəbi irs bizi başqa xalqlara tanıdan körpüdür. Azərbaycanın bərəkətli torpağı təkcə neft, pambıq kimi təbii sərvətlər deyil, dünyanın elm və mədəniyyət səmasında ulduz tək parlayan Nəsirəddin Tusi, Nizami Gəncəvi, Məhəmməd Füzuli kimi fenomen şəxsiyyətlər yetişdirmişdir. Elə şəxsiyyətlər ki, yaratdıqları ədəbi abidələr onlara ölümsüzlük bəxş etmiş, xalqımızı dünya xalqları sırasında şöhrətləndirmişdir. Tarixin dərin qatlarından keçərək 2500 ilədək yaşı olan və ölkəmizi dünyada tanıdan bu ədəbi-mədəni miras bu gün Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin ekspozisiyasında layiqli şəkildə təmsil olunur və qorunur.

AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin
Mətbuat Xidmətindən Nərgiz Qəhramanova
turan.info.az
-a bildirib ki,
Paytaxtın ən mərkəzi hissəsində yerləşən Nizami Muzeyi turistlərin tez-tez ziyarət etdiyi mədəniyyət ocaqlarından biridir. AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin ekspozisiyasında Azərbaycan ədəbiyyatı ən qədim zamanlardan tutmuş müasir dövrümüzədək xronoloji ardıcılıqla sərgilənir. Muzeyi tamaşa edən qonaqlar türkdilli ədəbiyyatın ilk nümunələri olan “Kutadqu-bilik”, “Divani-lüğətit-türk”, “Kitabi-Dədə Qorqud” dastanları, Məhsəti, Nizami, Xaqani, Nəsimi, Xətai, Füzuli, Vaqif, Vidadi kimi şairlərimiz, A.Bakıxanov, M.F.Axundzadə, H.Zərdabi, C.Məmmədquluzadə və s. kimi yazarlarımızla tanış olur, ekspozisiyada nümayiş etdirilən nəfis tabloları, ustalıqla çəkilmiş rəsm əsərlərini, illüstrasiyaları, numizmatika nümunələrini, xalı və heykəlləri böyük zövqlə seyr edir, zamanın hər şeyi öz girdabına salıb məhv edən amansız çarxının Sözün qarşısında gücsüz olduğunu dərk edirlər. Salondan salona keçərək ekspozisiyanı maraqla nəzərdən keçirən qonaqlar öz heyranlıqlarını gizlədə bilmir və muzeyin onlara bağışladığı təəssüratı rəy kitabında bölüşürlər. Onların bu kitabın səhifələrinə yazdığı xoş sözlər Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin mədəniyyətimizin şərəfli qoruyucularından biri olduğunu bəyan edir. Muzeydə Azərbaycan dilindən başqa ingilis, rus, alman, fars və ərəb dillərində də ekskursiyalar aparılır ki, bu da əcnəbi qonaqların Azərbaycan ədəbiyyatı ilə daha yaxından tanış olmasına səbəb olur.

Muzeydə qorunub saxlanan ən qiymətli eksponatlardan biri Qarabağ xanlığının yaradıcısı və Pənahabad (Şuşa) qalasının əsasını qoyan Pənahəli xan Cavanşirin “gülləbatmaz” köynəyidir. 250 ildən artıq yaşı olan bu köynək demək olar ki, bütün yerli və əcnəbi tamaşaçıların diqqətini çəkir. Muzeyin əməkdaşları bu mədəniyyət ocağına qədəm basan xarici qonaqları köynəyin qısa tarixçəsi ilə tanış etdikdən sonra, onlara mümkün qədər erməni separatçılarının xalqımıza qarşı törətdikləri cinayətlər və Qarabağ bölgəsində məhv etdikləri milli mədəni abidələrimiz haqqında məlumat verməyə çalışırlar.

Muzeyə Şərq ölkələrindən gələn qonaqların sayı əvvəlki illərlə müqayisədə gözəçarpacaq qədər artmışdır. Bunların arasında İran İslam Respublikası, Pakistan, Səudiyyə Ərəbistanı, Misir, Fələstin, İraq, Qətər, Kuveyt, Birləşmiş Ərəb Əmirlikləri və digər ökələr üstünlük təşkil edir. Təzəcə yola saldığımız 2017-ci ildə muzeyimizdə 1000-dən artıq turistlə şərq dillərində izahatlar aparılmışdır. Xalqımızın nəsillərdən nəsillərə keçən ədəbi-mədəni irsinin orta əsrlərə aid olan böyük bir qisminin ərəb-fars dillərində qələmə alınması xüsusilə şərqli qonaqların böyük marağına səbəb olur. İsmayıl ibn Yəsar, Musa Şəhəvat, Əbülhəsən Bəhmənyar, Şəhabəddin Söhrəvərdi, Qətran Təbrizi, Məhsəti Gəncəvi, Xaqani Şirvani, Nizami Gəncəvi və başqaları ərəb-fars dilli ədəbiyyata dəyərli töhfələr vermiş qüdrətli sənətkarlardır.

Milli Azərbaycan Ədəbiyyatı Muzeyi qonaqların gözü ilə Bu ilin yayında muzeydə olan dəyərli qonaqlardan biri də Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı, şair, mütərcim, naşir, ədəbiyyatşünas alim, BƏƏ Yazıçılar İttifaqının idarə heyətinin üzvü, Abu-Dabi Poeziya Akademiyasının mühazirəçisi Məhəmməd Abdulla Nurəddin olmuşdur. Muzeyi gəzərək Azərbaycan ədəbiyyatının tarixi inkişaf mərhələləri ilə tanış olan qonaq Nizami Gəncəviyə həsr olunmuş ekspozisiyanı görəndə öz heyranlığını gizlətmədi. Buradakı dahi şairin “Xəmsə”sinə həsr olunmuş nəfis xalçalar, rəssam Q.Xalıqovun möhtəşəm “Nizami” porteti, heykəltəraş P.Sabsayın düzəltdiyi şairin əzəmətli heykəli, Xalq rəssamı O.Sadıqzadə tərəfindən çəkilmiş “Nizami və dünya mədəniyyəti” adlanan silsilə rəsm əsərləri, Ə.Hacıxalıqovun “Xəmsə” mövzularında hazırladığı zərgərlik lövhələri, üzərində “Xəmsə” motivləri əks olunmuş bədii cam, gümüş sini, dekorativ vazalar və nimçələr, rəsm əsərləri və illüstrasiyalar və nəhayət, şairin Gəncədəki məzarından tapılmış şüşə vitrində nümayiş etdirilən parça nümunələri qonağın diqqətini cəlb etdi. Nizaminin yerli və xarici tədqiqatçılarının vitrinlərdə nümayiş etdirilən əsərləri də onun nəzərindən yayınmadı. Muzeyi böyük bir məmnunluq hissi ilə tərk edən tədqiqatçı alim ölkəsinə qayıdarkən ədəbiyyat muzeyinin və ümumiyyətlə, Azərbaycanın onda oyatdığı xoş təəssüratları həmvətənləri ilə bölüşəcəyini söylədi. O, hazırda üzərində işlədiyi klassik Şərq poeziyasından etdiyi tərcümələrin içərisində N.Gəncəvinin də yaradıcılıq nümunələrinin olduğunu və muzeydə gördüklərinin onun ilham pərisini qanadlandırdığını qeyd etdi. Xatırladaq ki, Məhəmməd Nurəddin Şeyx Zaid, Həbib Sayiğ, Salim əbu Cumhur, Musa ən-Niyadi kimi ərəb şairləri ilə yanaşı, Ömər Xəyyam, F.Əttar, C.Rumi və Nizami Gəncəvi kimi fars dilində yazan şairlərin də yaradıcılığını öyrənmış və əsərlərini ərəbcəyə çevirmişdir. O, eyni zamanda ərəb xalqlarının folklor nümunələrini araşdırmış, folklor ədəbiyyatı, xalq nəğmələrindən ibarət sənət topluları nəşr etdirmişdir. Ədəbiyyatşünas kimi də ərəb şeirinin yaranma tarixi, üslubları, qəsidə janrı haqqında ədəbi-tənqidi məqalələrlə mətbuatda çıxış etmişdir.

Beləliklə, klassik Şərq poeziyasının tədqiqi ilə məşğul olan alim sonda həm Azərbaycan ədəbiyyatı, həm də bu ədəbiyyatın dəyərli təmsilçisi olan Nizami Muzeyi haqqında ürəkaçan sözlər söyləyib və muzeyi minnətdarlıq hissi ilə tərk edib.

Mədəniyyət və ədəbiyyatımızın tarixini canlandırıb yaşadan Nizami Muzeyi bu gün ulu əcdadlarımızın bizə miras qoyduğu ədəbiyyatımızı qorumaq, yaşatmaq və gələcək nəsillərə çatdırmaq üçün qurulmuş söz məbədimizdir. Buranı ziyarət edən hər bir qonağın muzeyimizi, ədəbiyyatımızı sevməsi və ölkəmizi razılıq hissi ilə tərk etməsi vətənimizin, millətimizin Azərbaycanın hüdudlarından kənarda tanınması və sevilməsi deməkdir. Azərbaycan ədəbiyyatı Qərblə Şərqi, Avropa ilə Asiyanı birləşdirən mənəvi körpüdür. Bu söz körpüsü ölkəmizdəki çoxmədəniyyətlilik ənənəsinin tarixi köklərinin təzahürüdür.

turan.info.az




.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Tbilisidəki Azərbaycan mədəniyyət ocaqla ...

Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Tbilisidəki Azərbaycan mədəniyyət ocaqla ...

M.F.Axundzadə adına Muzey, Humanitar elmlər, Tiflis
Azərbaycan şairi Nizami Gəncəvinin 875 illik yubileyinə həsr edilən elmi ko ...

Azərbaycan şairi Nizami Gəncəvinin 875 illik yubileyinə həsr edilən elmi ko ...

Elm, Humanitar elmlər, "Zirvə"
“XX əsrdə Azərbaycanda ərəb dilçiliyi” adlı monoqrafiya işıq üzü görüb

“XX əsrdə Azərbaycanda ərəb dilçiliyi” adlı monoqrafiya işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər
Ədəbiyyat Muzeyində Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan beyn ...

Ədəbiyyat Muzeyində Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan beyn ...

Humanitar elmlər
Akademik İsa Həbibbəylinin “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabı o ...

Akademik İsa Həbibbəylinin “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabı o ...

Yeni nəşrlər, Humanitar elmlər
Ərəb Liqasının Baş katibi Əmr Musa Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İda ...

Ərəb Liqasının Baş katibi Əmr Musa Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İda ...

Diaspora
Andorrada Nizami Gəncəvinin 875-ci ildönümünə həsr olunmuş sərgi keçirilib

Andorrada Nizami Gəncəvinin 875-ci ildönümünə həsr olunmuş sərgi keçirilib

Diaspora

"Nizami ili" çərçivəsində muzey əməkdaşının yeni kitabı işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər
Azərbaycanlı alimin məqaləsi Gürcüstan mətbuatında

Azərbaycanlı alimin məqaləsi Gürcüstan mətbuatında

Humanitar elmlər, "Zirvə", Ədəbi əlaqələr
“Şairlik şöhrətinin kölgəsində qalmış mütəfəkkir: Nizami Gəncəvinin elmi dü ...

“Şairlik şöhrətinin kölgəsində qalmış mütəfəkkir: Nizami Gəncəvinin elmi dü ...

Yeni nəşrlər, Humanitar elmlər, Mədəniyyət
Akademik Rafael Hüseynovun “Millət yaddaşının keşikçisi” kitabı çapdan çıxı ...

Akademik Rafael Hüseynovun “Millət yaddaşının keşikçisi” kitabı çapdan çıxı ...

Yeni nəşrlər, Humanitar elmlər
Gülnar Səma şöbə müdiri təyin edilib

Gülnar Səma şöbə müdiri təyin edilib

Humanitar elmlər
“Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri” Beynəlxalq Konfransı keçirilib

“Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri” Beynəlxalq Konfransı keçirilib

Humanitar elmlər, Dünya
Azərbaycan ərəbşünaslığında İmamverdi Həmidov imzası

Azərbaycan ərəbşünaslığında İmamverdi Həmidov imzası

"Zirvə"
İlham Əliyev Gəncədə Mirzə Şəfi Vazeh muzeyinin açılışında iştirak edib

İlham Əliyev Gəncədə Mirzə Şəfi Vazeh muzeyinin açılışında iştirak edib

Azərbaycan, Gəncə, Ədəbi əlaqələr
Tiflisdə Azərbaycan Mədəniyyəti Muzeyi

Tiflisdə Azərbaycan Mədəniyyəti Muzeyi

M.F.Axundzadə adına Muzey, Tiflis

"Müasir və güclü Azərbaycanın memarı - Heydər Əliyev" mövzusunda elmi ses ...

Humanitar elmlər
Ölkəmizin tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini təbliğ edək!..

Ölkəmizin tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini təbliğ edək!..

AzTU
Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illiyi qeyd edilib

Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illiyi qeyd edilib

Humanitar elmlər
“Yaşayan Nizami Gəncəvi” konfransı keçirilib

“Yaşayan Nizami Gəncəvi” konfransı keçirilib

Gəncə, Humanitar elmlər
Rəy yazın: