Dünyaya səpələnmiş Ünsizadələr...

Dünyaya  səpələnmiş Ünsizadələr...
və yaxud
Ünsizadələrin nəsil şəcərəsi, soy ağacı


Bu yaxınlarda mənə xəbər verdilər ki, oktyabrın 10-11-də Bakıda Azərbaycan Respublikası Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda mühacirət ədəbiyyatına aid elmi konfrans keçiriləcəkdir. Paytaxtdan uzaqlarda olduğum üçün gözlədiyim məclisə gedə bilmədim. Ancaq burada 19-cu əsrin 80-ci ilərindən başlayaraq Türkiyədə mühacir həyatı yaşamış Ünsizadələr haqqında söhbət açılıb-açılmayacağı ilə maraqlandım. Bəlkə də kuliarlarda söhbət olub, amma gündəlikdə bu məsələ yox imiş.
Bu da təbiidir. Belə ki, bəzi ədəbiyyatşünaslar Türkiədə yaşayıb-yaradan söz ustalarımızın yaradıcılığını mühacirət ədəbiyyatına aid etmirlər. Bununla razılaşmaq olar. Türkiyə həmişə babalarımızın üz tutduqları müqəddəs məkan olub.İndi də Türkiyəyə üz tutanların, burada təhsil alan, ali məktəblərdə dərs deyən azərbaycanlı gənclərimizin sayı getdikcə artır.
Türkiyə ilə Azərbaycan arasında elmi, mədəni və iqtisadi əməkdaşlığın kökləri bir neçə əsr bundan əvvələ gedib çatsa da, XIX əsrin II yarısında daha geniş vüsət alır. M.F.Axundzadə, H.Zərdabi (Məlikzadə), Səid əfəndi Ünsizadə,Rəşid bəy Əfəndizadə,Şəkili Şahin əfəndi və başqaları Azərbaycan --Türkiyə münasibətlərinin formalaşmasında əhəmiyyətli işlər görmüşlər. Bu, geniş mövzudur.
Mən Azərbaycan və Türkiyədə formalaşan ədəbi və mədəni əlaqələr, maarifçilik ideyalarının yayılmasının bəzi məqamları haqqında 30-dan çox məqalə, onlarla şərh yazıb türk oxucularına ünvanlamışam. Burada əsas yeri Türlkiyədə çap olunmuş ilk Azərbaycan dərslikləri, pedaqoji mətbuat tariximizin Türkiyə ilə ilgili məqamları, Azərbaycan kökənli, Azərbaycan əsilli Abdulbaki Gölpınarlının həyatı və yaradıcılığı kimi məsələlərə xüsusi diqqət verilmişdir.

Azərbaycan və Türkiyə arasında geniş və hərtərəfli elmi və mədəni əlaqələr yaradan maarifçilərimizdən biri Hacı Səid Əfəndi Ünsizadədir. Səid Ünsizadə əslən şamaxılıdır. Atası Əbdürrəhman Əfəndi dövrünün adlı-sanlı işıqlı fikir adamlarından biri idi. Onun "Ünsi" təxəllüsü ilə şeirlər yazması da məlumdur. Əbdürrəhman Əfəndinin üç öğlu var idi: Səid, Cəlal və Kamal. Hər üç qardaşın mətbuat tariximizdə özünə məxsus yeri vardır. Səid Ünsizadə milli mətbuatımızın formalaşmasında H.Zərdabidən sonra ən mötəbər yeri tutmuş, 1879-1884-cü illərdə Tiflisdə "Ziya" adlı həftəlik qəzet çap etdirmişdir. Əvvəllər "Ziya"nın çıxarılmsına kömək edən Cəlal Əfəndi 1883-cü il yanvarın 31-də "Kəşkül" adlı jurnalın nəşrinə başlayır."Kəşkül" bir ildən sonra qəzet formatında çıxır.
Ünsizadə qardaşlarının Tiflisdə gördükləri maarifçilik fəaliyyəti şoxlarını qıcıqlandırırdı.Onların əleyhinə yönələn kompaniyada həm bəzi dövlət məmurları,həm də özünü dost kimi göstərən köhnə tanışlar da var idi. Səid Ünsizadə Zaqafqaziya Əhli-Təsənni Ruhani İdarəsinin maarif məsələlərinə baxan üzvü olsa da, geniş pedaqoji fəaliyyət göstərirdi.Onu Tiflisdəki Ali Pedaqoji məktəblıərin birinə dərs deməyı dəvət etmişdilər.S.Ünsizadənin şəxsi daş basmaxanası (litoqrafiyası) var idi. Litqrafiya üsulu ilə basılan kitabların mütaliəsinin çətinliyini hiss edən S.Ünsizadə öz şəxsi vəsaiti hesabına bir müddətdən sonra Tifliusdə avadanlıqları İstanbuldan gətirilən Azərbaycan dilli mətbəə açır və burada kitab çapına geniş yer verilir.
S.Ünsizadə dövrünün ən çox oxunan türkdilli publisisti idi.Onun yazılarının əksəriyyəti məktəb və maarif məsələlərinə,təlim və tərbiyənin inkişaf etdirilməsinə həsr edilmişdir.S.Ünsizadə mətbuat dilinə sadəlik və gözəllik gərirən söz ustalarından idi. O, ana dili ilə yanaşı,fars,ərəb və rus dillərində də yazmağı bacarsa da, üstünlüyü düşündüyü dilə-Azərbaycan dilinə verirdi.
S.Ünsizadə yazılarının birində şəxsi mətbəəsində çap etdyi qəzetdən maddi qazanc götürmıədiyini yazır, başqa yerdən qazandıqlarını qəzet çapına yönəltdiyini xüsusilə vurğulayırdı. Başqa yer deyəndə, o, çox güman ki, yazdığı dərslik və risalərin çapını,eləcə də Ruhani İdarəsinin üzvü kimi aldığı yüksək maaşı nəzərdə tuturdu. S.Ünsidadə iki dərsliyin,bir neçə risalənin müəllifidir. "Həyat" qəzetinin 5 iyul 1905- ci il tariuxli 21-ci nömrəsində dərc olunan nekroloqdan öyrənirik ki, Səid Ünsizadə QURANın türk dilinə təfsirini yazmışdır.
S.Ünsizadə "Kəlilə və Dimnə"dən ( "Hümayünnamə"dən-N.N.) tərcümə etdiyi bir neçə hekayəni "Ziyayi-Qafqasiyyə" qəzetində dərc etmişdir.
S.Ünsizadənin qohumlarından birinin dediyinə görə, onların ailə arxivindəki bir əlyazma sənədində Səid Ünsizadənin Şamaxı və onun ətrafında kifayət qədər mlı,mülkü olduğu qeyd olunmuşdur.
Səid Ünsizadə dostluq etməyi bacaran ziyalılardan idi. Onun Bakı qubernatoru D.Staroselski ilə dostluq münasibətləri Azərbaycanın maarif və mədəniyyət tarixi üçün faydalı və gərəkli olmuşdur.

S.Ünsizadə 1870-ci illərin sonlarında Şamaxı qazısı vəzifəsində işləyərkən məhz Bakı qubernatorunun tövsiyə və təqdimatı ilə Tiflisə ruhani idarələrinin fəaliyyətini yoxlamağa göndərilmişdi.Sonralar D.Staroselski Tiflisdə yüksək dövlət qulluğunda işləyərkən, çox güman ki, onların işgüzarlıq əlaqələri daha da genişlənmişdir.

Bugünkü araşdırmalar sübut edir ki, S.Ünsizadə Tiflisə adi yoxlamadan daha çox daimi işləməyə göndərilmişdir. S.Ünsizadə Tiflisə ezamiyyətə göndərilləndə Zaqafqaziya müftisi şamaxılı Əbdülhəmid Əfəndi Mustafa Əfəndi oğlu Əfəndizadə idi.Ə.M.Əfəndizadə də Tiflisə Şamaxı qazısı vəzifəsindən getmişdi. Ə.M.Əfəndizadə Şərq ədəbiyyatı,islam məfkurəsi bilicisi idi. O, M.F.Axundzadənin yaxın dostlarından biri kimi tanınırdı.M.F.Axundzadə o vaxtlar Brüsseldə oxuyan oğlu Rəşidə göndərdiyi məktublarda ona şeyxülislam Əhməd Hüseynzadədən və müfti Ə.Əfəndizadədən salam göndərirdi. 1881-ci ilin dekabrında müfti Ə.M.Əfəndizadə beyninə qan sızması nəticəsində dünyasını dəyişir.S.Ünsizadə təziyyə məsələləri ilə məşğul olsduğu üçün həftəlik "Ziya" qəzetinin bir nömrəsi vaxtında çıxmır. Müftilik vəzifəsi uğrunda açıq və gizli mübarizə gedir. Çoxları Səid Ünsizadənin müfti oacağını güman edir, hətta "Qafqaz" qəzetində bu fikir daha çox qabardılırdı. Özünü müfti vəzifəsində görmək istəyənlərdən biri də Zaqafqaziya Əhli-Təsənni İdarəsinin üzvü Molla Abbas Məhəmmədzadə idi. O, himayədarlarının, o cümlədən Qafqaz rəhbərliyində dini məsələlərə cavabdeh şəxs olan A.P.Berjenin təqdimatı ilə 2 il müftilik vəzifəsi icra edir.1884-cü ilin yanvarında heç kəsin gözləmədiyi şəxs - Hüseyn Əfəndi Qayıbov Qori Müəllimlər Seminariyasındakı müəllimlik işindən ayrılaraq müftilik vəzifəsinə gətirilir. H.Qayıbov Qoridəki müəllimlik vəzifəsindən əvvəl Zaqafqaziya Əhli-Təsənni İdarəsində katib köməkçisi və daha sonralar katib işləmişdi. Müftiliyə real namizəd olan S.Ünsizadə Şamaxı qazısı təyin olunmaq adı ilə Tiflisdən uzaqlaşdırılır. S.Ünsizadə "Ziya"nın redaktorluğunu özündə saxlasa da, qəzetin çap işiinə nəzarəti damadı (kürəkəni) İsmayı bəy Şilyanskiyə tapşırır. 1884-cü ildə Tiflisdə son 11 nömrəsi çıxır.Yeri gəmişkən qeyd edək ki,İ.Şilyanski hüquqşunasdır. Onun soyadının Azərbaycanın Şilyan adlı kəndlərinin biri, çox güman ki,Kürdəmirin Şilyan kəndinin adından götürüldüyü ehtimal olunur.Belə ki, indinin özündə Kürdəmirdə Səid Ünsizadənin qohum-əqrəbalarından yaşayanlar çoxdur.

1884-cü ilin əvvəllərində Şamaxıya dini vəzifəyə qayıdan Səid Ünsizadə burada geniş maarifçilik işlərini davam etdirir. Onun buradakı xidmətləri haqqında ən mötəbəır mənbə dostu S.Ə.Şirvaninin yasdığı iri həcmli bir qəsidədə öz əksini tapmışdır.Həmin qəsidə "Ziyayi-Qafqasiyyə" qəzetində dərc olunandan sonra S.Ünsizadənin əleyhinə bədxaharının hücumu başlayır, onun qazı kimi fəaliyyətinə kölgə salmaq istəyənlərin sayı çoxalır.Arxiv sənədlərini diqqətləı oxuyanda bu yazışmaların bacarıqlı bir təşkilatçısı olması fikri ortaya çıxır.Maraqlı burasındadır ki,dövlət məmurları, o cümlədən Bakı qubernatoru S.Ünsizadəninin fəaliyyətində heç bir gölgəli məsələ olmadığını yazılı şəkildə ölkə rəhbərliyinə çatdırırlar. Yöndəmsiz yazışmalardan təngə gələn S.Ünsizadə öz ərizəsi ilə tutduğu vəzifədən çıxır. 1890-cı ildə o, 1884-cü ilin iyununda nəşri əsassız yerə dayandırılan "Ziyayi-Qafqasiyyə" qəzetinin nəşrini jenidən bərpa etmək istəs də, icazə ala bilmir. Ətrafındakı hadisələrdən rəncidə olan Səid Ünsizadənin İstanbul həyatı başlayır. O, Türkiyədə üç dəfə maarif naziri olan Münif Əfəndinin köməyi ilə təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olur.İki ildən sonra qardaçı Cəlal Ünsizadə də Tiflisdən İstanbula köçür.Təkcə kiçik qardaş Kamal Əfəndi ailəsi və qohum -əqrəbaları ilə birlikdə Bakıda yaşamağa üstünlük verir. O,uzun müddət burada sistemsiz şəkildə "Məzhər" adlı qəzet çıxarır,1906-cı ilin yanvarında yaradılmış Qafqaz Xeyriyyə Cəmiyyətinin üzvü kimi fəaliyyətini davam etdirir.
Ünsizadələrin çoxu Azərbaycanda özlərinə yer tapa bilmirlər. Onlar Ağsu, Kürdəmir, Göyçay, Gəncə, eləcə də Ukraynanın,Belorusun,Rusiyanın,Türkiyənin yaşayış üçün onların maarifçilik fəaiyyəti yararlı olan yerlərinə səpələnirlər.Türkiyəyə köçənlər Türkiyənin 1934-cü il Soyadı Qanununa görə soyadlarını dəyişməli olurlar. Bu soy adı dəyişmə kampaniyası Ünsizadələrlə sonrakı əlaqələri çətinləşdirir.

Türkiyədə yaşayan Ünsizadələrin ən çox İstanbuldakı Şirvanlılar məhəlləsində məskunlaşırlar.
Bəzi mənbələrdə Amerika qitəsinə üz tutan Ünsizadələrdən də söz açılır.

Keçmiş SSRİ məkanında Ukraynada yaşayan Ünsizadələrdən daha çöx xəbərlər gəlirdi. Bu xəbərlərin çoxu ixtisasca topoqraf olan Mustafa Ünsizadə ilə ilgilidir. Batumi, Simferopol, Odessa, Zoporojye və Sankt-Peterburq ilə ilgili tədris və işgüzar səfərləri olsa da, Mustafa Ünsizadə Bakıda yaşamağa üstünlük vermişdir. Onun bir oğlu- Ədhəm Xəzər Gəmicilik İdarəsini təchizat şöbəsində işləyirdi. O, Bakıda Həsənoğlu küçəsində 12 A ünvanlı binada yaşayırdi. Əli adlı oğlu haqqında məlumatım yoxdur. Mustafa kişinin digər oğlu Çingiz hərbi həkim idi Zığ hərbi çəhərciyində işləyir və beşmərtəbəli 41 nömrəli evin 35-ci mənzilində yaşayırdı.Bir neçə ildir ki,ailəsi ilə Bakıdan ,səhv etmirəmsə, Pyatiqorski şəhərinə köçmüş və burada dünyasını dəyişmişdir. Deyilənə görə, övladları orada yaşayırlar.
Ünsizadələrin mən tanıdığım bir münmayəndəsi Elmira Mustafa qızı Səmədova - Ünsizadə köhnə univermağın yaxınlığıında LEÇKOMİSSİYA adı ilə tanınan poliklinikada - 9 nömrəli kabinetdə terapevt işləyirdi. Onunla 1990-cı illərin əvvəllərində ünsiyyət qurmışdum. Sonralar CƏNCLİKdəki evlərini dəyişdiklərinə görə telefon əlaqələrimiz kəsildi. Nəvəsi Zaur Səmədovun dediyinə görə bir neçə ildir ki, həyatını dəyişib.

Mustafa kişinin oğullarından biri - İsmayıl Azərbaycan Yeyinti Sənayesi Nazirliyinin nəqliyyat idarəsində dəmirçi işləyib. O,1980-ci ildə hamıya əmək veteranı adı ilə tanıtdırılıb ("Baku" qəzeti,19. 03 .1980). Mustafa Ünsizadənin həyat yoldaşı Ağaxanım (bəlkə də Ağca xanım-N.N.) Mehdi qızının ölümü haqqında Xəzər Gəmiçiliyi İdarəsinin çoxtirajlı "Xəzər dənizçisi" ("Моряк Каспия") qəzetində öğlu Ədhəmə başsağlığı verilib (N56, 29.07.1980 ).

Dünyaya  səpələnmiş Ünsizadələr... Bu yaxınlarda internet səhifələrindən Ünsizadələri iki nümayəndisin soyadına rast gəldim. Onlardan biri Leninqrad vilayətinin Qatçina şəhıərindəki Dövlət İqtisad, Maliyyə, Hüquq və Texnologiya İnstitutunun (ГИЭФПТ-бывщий ЛОИЭФ) hazırlıq şöbəsinin dekanı, qəbul komissiyasının məsul katibi Olqa İvanovna Ünsi-zadədir. O, 08.08 1956-cı il təvəllüdlüdür. (Tel. (81371) 41321.
Olqa İvanovna Ünsizadə haqqında bəzi məlumatları və fotoşəklini oxuculara ünvanlayıram.
Olqa İvanovna 1937-ci ilin xovfundan Ünsizadələr ilə qohumluğunu dana da bilər.

Digər Ünsizadənin - Ünsizadə Natalya Vladimirovnanın sorağı Belorusdan gəlir. O, oxuculara 2014-cü ildə kirayə haqqını vaxtında ödəyənlərin müsabiqə qalibi kimi təqdim olunur.
***
Dünyaya səpələnən Ünsizadələr ...
Ümummilli liderimiz Heydər Əliyevin 18 iyun 2001-ci ildə imzaladığı Sərəncamda görkəmli ziyalı Səid Əfəndi Ünsizadənin (1825, Şamaxı- 1905, İstanbul) maarifçilik fəaliyyətinə verdiyi yüksək qiymət bizi mədəni irsimizə qayğı ilə sevgini daha artırmağa çağırır.
Maarifçilik həyatımızda xüsusi yeri olan Ünsizadələrin həyatını dərindən öyrənmək təlim və tərbiyə işində hələ də qaranlıqda qalan bir sıra məsələlərin işıqlandırılmasına yol göstərə bilər.

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Avropa Azərbaycan Məktəbinin sabiq kafedra müdiri.


Bakı,18.10.2016.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:

"QURAN"IN AZƏRBAYCAN DİLİNDƏ YAZILMIŞ İLK TƏFSİRLƏRİİNDƏN BİRİNİN MÜƏLLİ ...

Elm, Publisistika

"Kəşkül” jurnalının birinci nömrəsi – Tiflis, 31 yanvar 1883- cü il ... və ...

MEDİA, Köşə yazılar
Qafqazın ziyası  (

Qafqazın ziyası ("Ziyayi -Qafqasiyyə") haqqında İsmayıl bəy Qaspralının ...

Tiflis
XIX əsr maarifçisi Səid Əfəndi Ünsizadənin dərsliklərindən biri -

XIX əsr maarifçisi Səid Əfəndi Ünsizadənin dərsliklərindən biri - "ƏQAİD v ...

Elmi Məqalələr, Köşə yazılar
Müfti Əbdülhəmid Əfəndizadə

Müfti Əbdülhəmid Əfəndizadə

Köşə yazılar
S.Ə.Şirvaninin bir şeirinin bədii və tarixi məqamları

S.Ə.Şirvaninin bir şeirinin bədii və tarixi məqamları

Köşə yazılar
Ünsizadələr haqqında hələ deyiləsi sözlərim  çoxdur

Ünsizadələr haqqında hələ deyiləsi sözlərim çoxdur

Elmi Məqalələr, Tarix

"Ziyayi-Qafqaziyyə" qəzetində milli-mənəvi dəyərlərimizə münasibət

MEDİA
Əlimərdan bəy Topçubaşov haranın məzunudur? - TARİX

Əlimərdan bəy Topçubaşov haranın məzunudur? - TARİX

Tiflis, Tarix
İlk pedaqoji mətbuatımızın bayram gününün təəssüratı   və yaxud  Cəlal Ünsi ...

İlk pedaqoji mətbuatımızın bayram gününün təəssüratı və yaxud Cəlal Ünsi ...

MEDİA, Tiflis, Tarix, UNUTSAQ, UNUDULARIQ!...., Turan
 «Ziya» qəzeti -140

 «Ziya» qəzeti -140

Elmi Məqalələr
Mirzə Həsən Əfəndi  Əlqədari və Azərbaycan

Mirzə Həsən Əfəndi Əlqədari və Azərbaycan

Ədəbi əlaqələr, Tiflis, Tarix, Turan
Yazılara  şərh  lazımdırmı?

Yazılara şərh lazımdırmı?

Elmi Məqalələr, Köşə yazılar
Müfti Hacı Salman Əfəndi  (1958)

Müfti Hacı Salman Əfəndi (1958)

Başkeçid
Təlim və tərbiyə ocaqlarımızdan biri: Abdulla Şaiqin  100 yaşlı uşaq bağças ...

Təlim və tərbiyə ocaqlarımızdan biri: Abdulla Şaiqin 100 yaşlı uşaq bağças ...

Təhsil
Azərbaycan Dövlət Ali Pedaqoji İnstitutunun rektoru və

Azərbaycan Dövlət Ali Pedaqoji İnstitutunun rektoru və "Məktəb məcmuəsi" ...

ADPU, MEDİA, Tarix, UNUTSAQ, UNUDULARIQ!....
Axund Hacı Molla Ələkbər Rəsulzadənin ilk övladı -                          ...

Axund Hacı Molla Ələkbər Rəsulzadənin ilk övladı - ...

Köşə yazılar
M.Ə.Sabirin

M.Ə.Sabirin "Məktəbə tərğib" (Mənim bağım, baharım) iqtibası və yaxud ...

Köşə yazılar
Tağıyevin Əhmədlidəki məktəbi

Tağıyevin Əhmədlidəki məktəbi

Azərbaycan, "Elm və Təhsil"
ADPU-da Səmərqənd Dövlət Universitetinin professoru, həmyerlimiz Səxavət Oc ...

ADPU-da Səmərqənd Dövlət Universitetinin professoru, həmyerlimiz Səxavət Oc ...

ADPU, Orta Asiya
Rəy yazın: