Fədakarlıq və axtarış

Fədakarlıq və axtarış Akademik İsa Həbibbəyli Azərbaycanda humanitar elmi fikrin seçkin simalarından biri, elmi-nəzəri düşüncə dövriyyəsində səlahiyyətli mövqe və nüfuz sahibidir. O, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın vitse-prezidenti, Əməkdar elm xadimi, akademikdir.

İsa Əkbər oğlu Həbibbəyli 1949-cu il oktyabrın 16-da Naxçıvan Muxtar Respublikası Şərur bölgəsinin Danzik (Danyeri) kəndində xeyirxah, zəhmətkeş və maarifçi bir ailədə, ömrünü gənc nəslin təlim-tərbiyəsinə sərf etmiş Əkbər müəllimin ocağında dünyaya gəlib. O, ilk təhsilini Danzik məktəbində (1956-1962), 7-ci sinfi isə Əbrəqunus internat məktəbində alıb, 1965-66-cı illərdə Şərurun Ülya Noraşen (Oğlanqala) məktəbində oxuyub. 1966-cı ildə orta məktəbi bitirib. 1967-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunda Əziz Şərif, Abbas Zamanov, Əli Əliyev, Yavuz Axundlu, Quşdan Bağırov, Cəfər Cəfərov, İzzət Maqsudov, Yusif Seyidov, Əlisa Şükürlü kimi tanınmış alimlərin dərs dediyi ali məktəb ocağında təhsil alıb, institutun ictimai həyatında fəal iştirak edib. Tələbə Elmi Cəmiyyətinin sədri olub. Elmi konfranslarda çıxışlar edib, ilk uğurlarını qazanıb. 1971-ci ildə institutu fərqlənmə diplomu ilə bitirib.
Akademik İsa Həbibbəyli 1974-cü ildə Nizami adına Ədəbiyyat İnstitutunun “Ədəbiyyat nəzəriyyəsi” ixtisası üzrə aspiranturasına daxil olub. Akademik Məmməd Cəfər Cəfərovun rəhbərlik etdiyi şöbədə aspirant kimi fəaliyyətə başlayıb. Filologiya elmləri doktoru, professor Kamran Məmmədovun rəhbərliyi ilə “XX əsrin əvvəllərində Azərbaycan romantik lirikasının sənətkarlıq xüsusiyyətləri” mövzusunda ilk tədqiqatlarını aparıb.
Aspirantura illərində onun “XX əsr Azərbaycan romantik lirikasında Füzuli ənənəsi”, “Hadi lirikasının sənətkarlıq xüsusiyyətləri”, “Poetik formalarda novatorluq” və sair məqalələri maraqla qarşılanıb.
Akademik İsa Həbibbəyli 1980-ci il martın 14-də Nizami adına Ədəbiyyat İnstitutunun Müdafiə Şurasında “XX əsrin əvvəllərində Azərbaycan romantik lirikasının sənətkarlıq xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Rəsmi opponentləri AMEA-nın müxbir üzvü, prof. Ə.Mirəhmədov, prof. A.Abbasov olub. Akademik M.C.Cəfərov, AMEA-nın müxbir üzvi, professor Y.Qarayev əsərə yüksək rəy verib.
1980-ci illərdə akademik İsa Həbibbəyli “Tələbələrin elmi-tədqiqat işlərinin təşkili yolları” (1984), “Ədəbi yüksəliş” (1985), “Ədəbiyyat nəzəriyyəsi” (1985), “Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığının əsas tarixləri” (1987), “M.Ə.Sabirin həyatı və yaradıcılığının əsas tarixləri” (1987), “Cəlil Məmmədquluzadə” (1999) kitablarını çap etdirib. Alimin “Ədəbi yüksəliş” əsəri Naxçıvan ədəbi prosesinin elmi salnaməsidir.
Görkəmli ədəbiyyatşünasın Türkiyədə, Ərzurumda “Seçkin Azərbaycan yazarı Cəlil Məmmədquluzadə” (1994), Bakıda “Cəlil Məmmədquluzadə” (1994, 1997) adlı irihəcmli monoqrafiyası, 1999-cu ildə “Ustad Məhəmməd Hüseyn Şəhriyar”, “Sabir Rüstəmxanlı: ömür və sənət yolu” adlı qiymətli əsərləri nəşr olunub. 2003-cü ildə onun “Cəlil Məmmədquluzadə” monoqrafiyası Moskvada rus dilində, 2004-cü ildə Pakistanın İslamabad şəhərində urdu dilində, “Görkəmli Azərbaycan mütəfəkkiri Cəlil Məmmədquluzadə” əsəri Qahirədə ingilis və ərəb dillərində, “XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı” kitabı isə Türkiyədə, Moskvada və Ukraynada çapdan çıxıb.
Akademik İsa Həbibbəyli 1982-ci ildən “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” mövzusunda doktorluq dissertasiyası üzərində tədqiqlərə başlayıb və “Mübariz molla nəsrəddinçi”, “Bir əsr əvvəlin ab-havası” məqalələri ilə ilk uğurlarını əldə edib. Bakı, Tbilisi, Moskva, Kiyev, Odessa, Yasnaya Polyana, Qori, İran və Naxçıvanın ədəbiyyat, mədəniyyət arxivlərində axtarışlarını genişləndirib. “Cəlil Məmmədquluzadənin həyat və fəaliyyətinin Baş Nuraşen dövrü” (1983), “Cəlil Məmmədquluzadənin naməlum müasirləri” (1984), “Prototiplər və real obrazlar” (1985), “1565 nömrəli şəxsi iş” (1986), “Kefli İsgəndərin əsas prototipi” (1986), “Cəlil Məmmədquluzadənin ədəbi-pedaqoji fəaliyyətinin ilk dövrü” (1989), “Cəlil Məmmədquluzadə nə vaxt anadan olmuşdur” (1990), “Bir şəklin izi ilə”, “Cəlil Məmmədquluzadənin Qori seminariyasında keçdiyi pedaqoji təcrübə” məqalələri elmi-nəzəri yeniliyi ilə diqqəti çəkib.
Akademik İsa Həbibbəylinin “Zamanın dühası” adlı qiymətli monoqrafiyası Azərbaycan, rus, ingilis və fars dillərində yayımlanıb. Alimin qiymətli məqalə və monoqrafiyalarında Cəlil Məmmədquluzadənin dramaturgiya, bədii nəsr və publisistikasına əhatəli ədəbi-elmi diqqət yetirilib, Mirzə Cəlil irsi beynəlxalq dövriyyəyə çıxarılıb. “Xalq şairi Məmməd Araz” (1994) monoqrafiyası elmi ictimaiyyətə təqdim olunub.
Akademik İsa Həbibbəyli 1994-cü ildə Azərbaycan nümayəndə heyətinin tərkibində İraqda keçirilmiş “Füzuli günləri”ndə iştirak edib, Bağdad, Nəcəf və Kərkükdə olub. Kərbəlada İmam Hüseynin və Məhəmməd Füzulinin məzarlarını ziyarət edib.
1995-ci ildə Şimali Kipr Türk Cümhuriyyətində Uluslararası Atatürk Simpoziumunda “Azərbaycan yazarı Əli bəy Hüseynzadənin yaradıcılığında Atatürk”, Marağa şəhərində Beynəlxalq Əvhədi konqresində “Əvhədi əsərlərinin tərcüməsi və nəşri”, Nəsrəddin Tusinin 800 illiyinə həsr edilmiş simpoziumda “Nəsrəddin Tusi irsi və müasirlik”, Tehranda Beynəlxalq Şəhriyar Konqresində “Məhəmməd Hüseyn Şəhriyarın yaradıcılığında Heydərbaba” mövzularında məruzələri dinlənilib.
Fədakar alim 1996-cı ildə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun İxtisaslaşdırma Şurasında “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
Akademik İsa Həbbibəyli Azərbaycan ədəbiyyatı tarixi və ədəbiyyat nəzəriyyəsi problemləri ilə ardıcıl məşğul olur. Onun “Ədəbi-tarixi yaddaş və müasirlik” (2007) monoqrafiyası irihəcmli, əhəmiyyətli tədqiqat əsəridir. Kitabın birinci bölməsində S.M.Qənizadə, S.S.Axundov, N.Nərimanov, R.Əfəndiyev, İ.Musabəyov və H.K.Sanılının maarifçi görüşləri, ikinci bölməsində C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, M.S.Ordubadi, Ü.Hacıbəyov, M.Şahtaxtlı, Ə.Nəzmi, Ə.Qəmküsar, Y.V.Çəmənzəminli, E.Sultanov, Ö.F.Nemanzadə, Ə.Müznib, M.Ə.Möcüz, B.Abbaszadə və H.Z.Marağalının tənqidi-realist baxışları, üçüncü bölməsində M.Hadi, H.Cavid, Ə.Hüseynzadə, A.Şaiq, A.Səhhət, C.Cabbarlı və Ə.Cavadın romantik yaradıcılığı, dördüncü bölməsində F.Köçərli, A.Sur, M.Ə.Rəsulzadə və S.Hüseynin tənqidçi və ədəbiyyatşünas kimi fəaliyyəti ətraflı öyrənilib, mühüm elmi nəticələr əldə edilib.
Yorulmaz tədqiqatçı ABŞ, İngiltərə, Çin, Fransa, Yaponiya, Rusiya, Türkiyə, Almaniya, Cənubi Koreya, İspaniya, İran, İraq, Polşa, Bolqarıstan, Avstriya, Misir Ərəb Respublikası, Tunis, Ukrayna, Pakistan, Macarıstan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan və başqa ölkələrdə rəsmi səfərlərdə olub. Beynəlxalq simpozium, qurultay və konfranslarda aktual elmi məruzələrlə Azərbaycanı təmsil edib.
Hazırda görkəmli alim elmi-nəzəri problemlərlə bərabər, ədəbi şəxsiyyətlərin həyat və yaradıcılığının yeni baxışla nəzərdən keçirilməsinə diqqəti yönləndirir, təzə monoqrafik tədqiqatların yazılışını sürətləndirir, özü də dövrümüzün aktual problemləri ətrafında ədəbi-nəzəri axtarışlarını fədakarlıqla davam etdirir.
Akademik İsa Həbibbəyli 16 oktyabr 1996-cı ildə Naxçıvan Dövlət Universitetinin rektoru təyin olunub və 16 il universitetə rəhbərlik edib, elmi-pedaqoji kadrların hazırlanması sahəsində mühüm xidmətlər göstərib. Onun ali təhsil sahəsində Tələbə Elmi Cəmiyyətinə dair ilk kitabı, “Tələbələrin elmi tədqiqat işlərinin təşkili yolları”, “Ədəbiyyat nəzəriyyəsi” və “XX əsr Azərbaycan yazıçıları” (1992) dərs vəsaitləri elmi-pedaqoji fikrimizi xeyli zənginləşdirib. İ.Həbibbəyli universitetin “Elmi əsərlər” jurnalına redaktorluq edib.
İsa müəllim elm-tədris təşkilatçısı kimi yüksək kadrların hazırlanması sahəsində gərgin çalışıb, Naxçıvan Dövlət Universitetində Dissertasiya Şurasının yaradılmasına nail olub, namizədlik və doktorluq dissertasiyalarının müdafiə edilməsinə şərait yaradıb, diqqət və qayğı göstərib.
Akademik İsa Həbibbəyli 2001-ci ildən AMEA-nın müxbir üzvü, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, 2003-cü ildən AMEA-nın həqiqi üzvü, 2006-cı ildən BMT yanında Beynəlxalq İnformasiya Akademiyasının həqiqi üzvüdür. 400-dən çox elmi məqalə, 12 monoqrafiya, bir orta məktəb dərsliyi, 28 broşür, 21 tərtib kitabının müəllifidir. Əsərləri Azərbaycan, türk, ingilis, rus, fransız, ərəb, fars, urdu, bolqar, polyak və macar dillərində çapdan çıxıb.
Görkəmli elm xadimi 2013-cü ildən AMEA-nın vitse-prezidenti, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktorudur. O, institutun elmi-təşkilati cəhətdən yenidən qurulması, maddi-texniki bazasının möhkəmləndirilməsi və kadr hazırlığı sahəsində məhsuldar fəaliyyət göstərir. Akademik İsa Həbibbəyli kifayət qədər fəal, işgüzar, zəhmətkeş və diqqətcil ziyalı, nikbin və müdrik, sadə və səmimi insandır. O, 1996-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Onun elm sahəsində xidmətləri Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev və ölkəmizin Prezidenti İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. O, Azərbaycan Respublikasının Əməkdar elm xadimi fəxri adına (1999), “Şöhrət” (2007) və “Şərəf” ordenlərinə (2009), “Ankara Universitetinin fəxri dostu” (1999), “Amerika Bioqrafiya İnstitutunun ilin adamı” (2001), Türkiyə Cümhuriyyətinin dil qurumunun “Üstün Hizmət Baratı” (2004), Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının “İnformasiya aləminin elitası” diplomlarına və “Elmi istiqamətin rəhbəri” (2009), “Şəhriyar” medallarına (2015) layiq görülüb.
Akademik İsa Həbibbəyli 1998-ci ildə Naxçıvan MR Ali Məclisinə, 2005-ci ildən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib. Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır, Elm və təhsil komitəsinin üzvüdür. Azərbaycan-Belçika, Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan-Pakistan, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvüdür. O, hazırda alim və ictimai-siyasi xadim kimi fasiləsiz çalışır. AMEA-nın yaradılmasının 70 illiyi münasibətilə səmərəli işlər görür. Akademik İsa Həbibbəyli həm də “Azərbaycanın elm məbədi” filminin ssenari müəllifidir.

Bu azərbaycanşünas-alimin Yeni Azərbaycan Partiyası tərəfindən 2 saylı Şərur Seçki Dairəsindən deputatlığa namizədliyi irəli sürülüb. İnanırıq ki, o, bu dəfə də seçicilərinin böyük etimadını qazanacaqdır. Meydanda böyük zəhmətin nəticəsi olan qiymətli elmi əsərlər, çoxillik məsuliyyətli xidmət, inam və etibar vardır. Müdrikliyi vicdanla üzvi surətdə birləşdirən görkəmli alimin fədakarlığı, axtarış və uğurları davam edir. Akademik İsa Əkbər oğlu Həbibbəyliyə seçkilərdə böyük qələbə arzulayır, görkəmli ədəbiyyatşünas-alim və ictimai-siyasi xadim kimi fəaliyyətində yeni uğurlar diləyirik!..


Əlizadə Əsgərli,
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi,
filologiya üzrə elmlər doktoru




.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Nuh Yurdunun böyük oğlu!..

Nuh Yurdunun böyük oğlu!..

Naxçıvan, "Zirvə", Təbriklər
AMEA-da “Molla Nəsrəddin” jurnalının 110 illiyi qeyd edilib

AMEA-da “Molla Nəsrəddin” jurnalının 110 illiyi qeyd edilib

"Zirvə"
“Kitabi-Dədə Qorqud” Pakistanda urdu dilində çapa hazırlanır

“Kitabi-Dədə Qorqud” Pakistanda urdu dilində çapa hazırlanır

Humanitar elmlər, Dünya
“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

Əsas xəbər, Elm, "Zirvə"
Böyük mütəfəkkir Cəlil Məmmədquluzadənin məzarı önündə anım tədbiri keçiril ...

Böyük mütəfəkkir Cəlil Məmmədquluzadənin məzarı önündə anım tədbiri keçiril ...

"Zirvə"
Ədəbiyyat İnstitutunda görkəmli qazax yazıçısı Oljas Süleymenova Fəxri dokt ...

Ədəbiyyat İnstitutunda görkəmli qazax yazıçısı Oljas Süleymenova Fəxri dokt ...

"Zirvə", BDU
Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

"Zirvə", Ədəbi əlaqələr
Tanınmış türkoloq, görkəmli dilçi-alim və millət vəkili NİZAMİ CƏFƏROV AMEA ...

Tanınmış türkoloq, görkəmli dilçi-alim və millət vəkili NİZAMİ CƏFƏROV AMEA ...

Humanitar elmlər
Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, Saleh Məhərr ...

Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, Saleh Məhərr ...

Naxçıvan, Elm
Ədəbiyyat İnstitutunda “Pakistan ədəbiyyatı mərkəzi”nin açılışı olub

Ədəbiyyat İnstitutunda “Pakistan ədəbiyyatı mərkəzi”nin açılışı olub

Humanitar elmlər
Akademik İsa Həbibbəyli “Nizami Gəncəvi” medalı ilə təltif olunub

Akademik İsa Həbibbəyli “Nizami Gəncəvi” medalı ilə təltif olunub

Humanitar elmlər
Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib

Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib

Humanitar elmlər

"Poçt qutusu" gürcü dilində

Elm, "Zirvə", Ədəbi əlaqələr, Tiflis
Akademik İsa Həbibbəyli: Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının zənginl ...

Akademik İsa Həbibbəyli: Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının zənginl ...

Humanitar elmlər
AMEA-nın müxbir üzvü Kamran Əliyevin 65 yaşı tamam olur

AMEA-nın müxbir üzvü Kamran Əliyevin 65 yaşı tamam olur

Humanitar elmlər, Təbriklər
Yeni dövrləşdirmə konsepsiyası

Yeni dövrləşdirmə konsepsiyası

Yeni nəşrlər, Humanitar elmlər, "Zirvə", "Elm və Təhsil"
Ədəbiyyatşünas alimlər cari ilin hesabatını veriblər

Ədəbiyyatşünas alimlər cari ilin hesabatını veriblər

"Zirvə"
Humanitar Elmlər Bölməsinin fəaliyyəti barədə illik hesabat dinlənilib

Humanitar Elmlər Bölməsinin fəaliyyəti barədə illik hesabat dinlənilib

"Zirvə"
Böyük alim, gözəl insan, vətənpərvər ziyalı - akademik Bəkir Nəbiyev

Böyük alim, gözəl insan, vətənpərvər ziyalı - akademik Bəkir Nəbiyev

Elm, "Zirvə"
“Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzus ...

“Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzus ...

"Zirvə"
Rəy yazın: