Onun həyat və yaradıcılığı, tələbəlik illəri yüzlərlə insanın gözləri qarşısında olub.Əzablı günləri Ağstafa rayonunun Zəlimxan kəndində, Bakıda - Azərbaycan Dövlət Universitetinin tələbə auditoriyalarında, 3 saylı tələbə yataqxanasında arxivləşib. Bir vaxtlar o, tələbə yoldaşlarının fəxri olan istedad sahibinə çevrilmişdisə, bir dilçi mütəxəssis kimi ona çoxları həsəd aparırdısa, indi o, bütün ümumazərbaycanın, ümumtürk dünyasının nəhəg alimi və ədəbiyayt karifeyidir.
Qələm bilir ki, Nizami:
1. Füzulidən Vaqifə qədər (Monoqrafiya), Bakı, 1991
2.Azərbaycan türkcəsinin milliləşməsi tarixi (Monoqrafiya), Bakı, 1995
3."Bəxtiyar Vahabzadə" Bakı, Azərnəşr-1996. 80 səh.
4. Eposdan Kitaba (Monoqrafiya), Bakı, 1999
5. Azərbaycanşünaslıq məsələləri (Monoqrafiya), Bakı, 2001 6.Azərbaycanlılar: etnokulturoloji birliyin siyasi-ideoloji üfüqləri (Monoqrafiya),Bakı, 2001.
7. Türk xalqları ədəbiyyatı,4 cilddə: I cild (Qədim dövr), II cild (Orta dövr), III cild(Yeni dövr). Bakı: Çaşıoğlu, Azərbaycanda Atatürk Mərkəzi, 2007 və digər çoxlu elmi əsərlərini yazıb öz xalqına böyük töhfələr verib.
Neçə vaxtdır ürəyimdə olan bu fikirləri demədiyim üçün çox əzab çəkirdim.Deməli idim bunları: bir tələbəlik yoldaşı olaraq, yazıçı - publisist, dramaturq, kinorejissor olaraq - nəhayət, Əmir Pəhləvan olaraq!..
Əslində bunları hər bir ədəbiyyat və elm bilicisi deməlidir.Nizami elmimizin qibtə olunası alimidir.Mən fəxr edirəm ki, Nizami ilə bir ali təhsil ocağında oxumuşam,bir yataqxanada qalmışam.Bu gün Azərbaycan gəncliyi, ədəbi mühiti Nizami Cəfərovla - onun isti nəfəsi, və düşərli xeyir - duası ilə bir olkədə yaşayıb ömür sürürlər.Bu onların xoşbəxtliyidir.Onun danışığına, eyniaçıq simasına baxan hər bir kəs inanıram ki, ondan müsbət enerji alır.
Mən azad və yaradıcı bir insan kimi xarıci ölkələrdə çox oluram.Soydaşlarımız hər dəfə məndən Nizami Cəfərov və rəhbəri olduğu Atatürk Mərkəzi haqqında soruşurlar.Sağlığnda bir İnsanı ürəklə bu qədər soruşmağın şahidi olmaq da az təsadüf edilən haldır. Efir məkanında onun xoş simasını görəndə və düşündürücü söhbətlərinə qulaq asanda inanırsan ki, Nizami Cəfərov heç vaxt yalan danışmaz...O, milli olduğu qədər də ümumbəşəri şəxsiyyətdir. Nizami sözün həqiqi mənasında təpədən dırnağa istedadlı alimdir.O, özü canlı bir elm ensklopediyasıdır.O, vətəni, torpağı damarlarındakı qanı qədər sevir. Bu sevgi tükənməzdir!..
Hər bir azərbaycanlı öz evində elm və ədəbiyyat karifeylərının imzalarını və portiretini saxlayır. İnanıram ki, ürəklərdə heykəli olan Nizami Cəfərovun əsərləri gələcək nəsillərin elm xəzinəsi və güvənc yeri olacaqdır.
Nizami Cəfərovun iti zəkasına, uzaqgörən ağlına, dərin məntiqinə həmişə öz xalqının ehtiyacı olacaq...Allah onu Azərbaycanımıza çox görməsin.Nizami Cəfərov ədəbiyyatımızın ağır artileriyasıdır.Şair, yazıçı, xanəndə, rəssam olmaq olar, amma ədəbiyyatşünas olmaq, ədəbiyyatın və sənətkarın dərdini və dəyərini duymaq hər adamın işi deyil. Bu mənada, Nizami dərin duyğulu bir insandır.Yazdığım sözlər təmənnasız və səmimi fikirlərimin ifadəsidir. Elə sanıram ki, o, özü də bunu duyğu ilə qarşılayacaq..
Böyük sənətkar, sənə hələ " sapı özümüzdən olan baltalar" çox çamur atacaqlar. Özü də öz üst - başlarındakı çamurları...Qoy atsınlar. Amma onu da unutma ki, sənin başına Allah eləməmiş, hansısa xoşagəlməz bir iş gəlsə ürəyinin və eyninin açıqlığından gələcək.Amma buna da rahat ol: əgər sənə daş atan varsa, axırda özü o daş - qalağa qonaq olacaq.Necə ki, olublar.
Mən Quam - atanın, Tomris xatunun, Zərdüşt peyğəmbərin, Cavanşirin, Babəkin, Atabəy Eldənizin, Koroğlunun ərənliyi ilə danışıram. Mən Filosof Hüseyn Cavidin, Heydər Hüseynovun, həm də Nizami Cəfərovun özünün iddiası ilə danışıram. Əgər bu iddialar poeziyada, nəsrdə və kino incəsənətində mənə uğurlar qazandırıbsa, deməli xoşbəxt insanam...
Nizami öz dərin biliklərini Azərbaycan elmi ilə paylaşıb.Onlarla insana alımlik dissertasiyasi almaq üçün yeni ideyalar və kəşflər formulu - düsturu verib. İnanıram ki,bütün Türk dünyasının üz tutduğu, umud yeri bildiyi bu alimlik, bu ədəbiyyat dühaçılığı, və gen qardaşlığı məğlubedilməzdir. Ölümsüzdür. Çünki onun adı və ünvanı - Nizami Cəfərovdur!
.